Məhkəmə qərarları › İş №2-1(102)-276/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-276/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-276/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyi müəyyən edilmiş mərhum həyat yoldaşının əvəzinə mənzillə təmin edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə (üçüncü şəxs Azərbaycan Respublika sının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi) qarşı “əlilliyi müəyyən edilmiş mərhum həyat yoldaşının əvəzinə mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2024-cü il tarixli, 2-1(105)-783/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X4 xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ilkin ikinci dərəcəli əlillik təyin olunmuşdur.

2. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 29 saylı sərəncamı ilə X7 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi 4 (dörd) nəfər ailə tərkibi ilə (ailəsi-özü, həyat yoldaşı, qızı və oğlu) RİH-də güzəştli mənzil uçotuna götürülmüşdür.

3. X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

4. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 303 saylı sərəncamı ilə xx.xx.2017-ci il tarixli sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürülmüş X7 vəfat etdiyindən onun mənzil növbəliliyi həyat yoldaşı İddiaçı 3 (üç) nəfər ailə tərkibi ilə birlikdə (ailəsi: özü, qızı, oğlu) adına keçirilmiş və mənzil uçotunun tarixi xx.xx.2017-ci il tarixdən hesab edilməsi qərara alınmışdır.

5. İddiaçının sosial-məişət şəraitini n yaxşılaşdırılması ilə əlaqədar müraciətinə cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, 17 fevral 2017-ci il tarixində Abşeron rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış mərhum həyat yoldaşı X3 mənzil növbəliliyi 24 oktyabr 2022-ci ildə iddiaçının adına keçirilmişdir. T.Musayevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyinatı sağlığında, yəni 3 noyabr 2021-ci il tarixində bitdiyindən Nazirlik tərəfindən mənzillə təmin olunmağı mümkün deyildir. Belə ki, müvafiq qanunvericiliyə əsasən, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, mü stəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sosialməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Abşeron rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən etmiş mərhum həyat yoldaşı X1 əvəzinə onun mənzil və ya fərdi evlə təmin edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslan dırmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü X7 onun həyat yoldaşı olmuşdur. Həyat yoldaşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil olmuş və 19 noyabr 2021-ci il tarixində baş bronxların bədxassəli yenitörəməsinə görə vəfat etmişdir. Həyat yoldaşına əlilliyi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 11 noyabr 2016-cı il tarixdə vəsiqə verilmişdir. Həmin vəsiqənin etibarlılıq müddəti 03 noyabr 2021-ci il tarixə kimi müəyyən edilmişdir. Onun xəstəliyinin dərəcəsi ağırlaşdığına görə onlar vəsiqənin etibarlılıq müddətinin uzadılması ilə əlaqədar yenidən Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilməmişlər. Qeyd etdiyi kimi həyat yoldaşı həmin ilin, həmin ayın 19-da vəfat etmişdir. İddia ərizəsinə əlavə edilmiş 02 aprel 2 021-ci il tarixli arayışdan da göründüyü kimi iddiaçının həyat yoldaşı sağ olduğu dövrdən etibarən o, ailə üzvləri - qızı X6, oğlu X5 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə həyət evində qeydiyyatsız olaraq yaşayırlar. Onun həyat yoldaşı sağ olduğu dövrdə mənzil və ya fərdi evlə təmin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, Abşeron rayonunda mənzil növbəsində qeydiyyata alınmış, sözügedən orqan müvafiq sənədlərin təqdim edilməsini tələb etmişdir, iddia ərizəsinə əlavə edilmiş ərizədən də göründüyü kimi mərhum həyat yoldaşı mənzillə təmin olunması üçün tələb olunan sənədləri toplayaraq 23 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmət lər Agentliyinin İdarə Heyətinə göndərmişdir. Burdan da göründüyü kimi mərhum həyat yoldaşı 2021-ci ilin aprel ayından sənədləri təqdim etmişdir, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də məlum olduğu kimi onun və ailə üzvlərinin qeydiyyatda olduğu Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7, mənzil 15 ünvanında yerləşən mənzil qaynı X2 məxsusdur. Onun və ailə üzvlərinin adına heç bir daşınmaz əmlak yoxdur. Mərhum həyat yoldaşının müraciəti əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 29 saylı 17 fevral 2017-ci il tarixli sərəncamı ilə RİH Başçısı yanında Mənzil-Məişət Komissiyası xx.xx.2017-ci il tarixli 15 saylı protokolu təsdiq edilmiş, mərhum həyat yoldaşı X7 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi 4 (dörd) nəfər ailə tərkibi ilə (ailəsi- özü, həyat yoldaşı, qızı və oğlu) RİH-də güzəştli mənzil uçotuna götürülmüşdür. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciət etmiş, lakin Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2M-16831.2.2023 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Onun və ailə üzvlərinin heç bir yaşayış yeri yoxdur. Buna görə də, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzilə ehtiyacları var.

8. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirləri n görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış A zərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Həmçinin “Azərb aycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulm uşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. 17 fevral 2017-ci il tarixdən Abşeron Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış mərhum X3 mənzil növbəliliyi 24 oktyabr 2022-ci ildə iddiaçının adına keçirilmişdir. X11 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyinatı sağlığında, yəni 3 noyabr 2021-ci il tarixində bitdiyindən iddiaçının Nazirlik tərəfindən mənzillə təmin olunması mümkün deyildir. Həmçinin adları çəkilən Sərəncamlardan da göründüyü kimi, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur.

9. Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-1351/2024 nömrəli qərarı ilə (hakim V.E.Əzizova) iddia təmin edilmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən etmiş X1 vəfatından sonra onun mənzil uçotunun iddiaçının adına keçməsi nəzərə alınaraq İddiaçı mənzil ilə təmin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 29 saylı sərəncamı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamından əvvəl qəbul olunduğundan bunun nəticəsi olaraq Nazirlər Kabinetinin həmin sərəncamına əsasən X3 mənzil almaq hüququ yaranmış olur. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 303 saylı sərəncamına ilə xx.xx.2017-ci il tarixli sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü nün müdafiəsi ilə əlaqədar İİ qrup əlil kimi mənzil növbəsinə götürülmüş X7 vəfat etdiyindən onun mənzil növbəliliyi İddiaçı 3 (üç) nəfər ailə tərkibi ilə birlikdə (ailəsi: özü, qızı, oğlu) adına keçirilmiş və mənzil uçotunun tarixi xx.xx.2017-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. Bu səbəbdən də İddiaçı mənzillə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə həvalə edilməlidir.

11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2024-cü il tarixli, 2-1(105)-783/2024 nömrəli qərarı ilə (hakimlər G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və İ.R.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-1351/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqanın iddiaçının mərhum həyat yoldaşının artıq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq əlilliyi müəyyən edilmiş şəxs qismində çıxış etməsi, habelə məhz həmin əsasla mənzil uçotuna götürülməsi halını nəzərə almamışdır. Halbuki qanunvericilikdə mənzillə təmin edilmə ilə bağlı yalnız iki şərt mövcud olmuşdur (əlilliyi müəyyən edilmiş şəxs olmas ı və uçota götürülməsi) ki, iddiaçı və onun mərhum həyat yoldaşına münasibətdə hər iki şərt ödənilmişdir. Həmçinin qanunvericilikdə əlilliyi müəyyən edilmiş şəxsin əlillik müddətinin bitməsi əsası ilə mənzil uçotundan çıxarılması ilə bağlı hər hansı norma mövcud olmamışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətində “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına, Azərbaycan Respubl ikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014-cü il tarixli “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 31.2. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:... 55.3. Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 19. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamı...

1. Azərbaycan Respubl ikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;... 20. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 492s saylı, xx.xx.2021-ci il tarixli Sərəncamı “... “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil liyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə....mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin.”

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələb lər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya instans iyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əlilliyi müəyyən edilmiş mərhum həyat yoldaşının əvəzinə iddiaçının mənzillə təmin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya mə hkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə almışdır.

28. Məlum olduğu kimi, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələ ri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil və ya fərdi evlə təmin edilməsi hüququ təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 492s saylı, xx.xx.2021-ci il tarixli Sərəncamı da həmin hüququ təsdiq edir.

29. Belə olan halda, qanunvericilik normalarının dispozitiv şərtlərinə əsasən şəxsin və ya ailəsinin mənzillə təmin edilməsi üçün iki zəruri şərtin olması tələb olunur: 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs statusunda olması.

30. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.

31. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından isə görünür ki, iddiaçının mərhum həyat yoldaşı əlilliyi müəyyən edilmiş şəxs qismində çıxış etmiş, məhz həmin əsasla qanunla müəyyən edilmiş qaydada mənzillə təmin edilməsi məqsədilə uçota alınmış, o vəfat etdiyindən mənzil uçotu ailə üzvünün adına keçirilmiş və uçot tarixi isə məhz mərhum şəxsin uçota alındığı tarixdən hesablanmışdır.

32. İş üzrə cavabdeh inzibati orqan iddiaçının mərhum həyat yoldaşının əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitdiyini, daha sonra əlillik təyinatının aparılmaması halına istinad edərək, qanunvericilikdə mənzilin məhz “əlilliyi müəyyən edilmiş şəxslərə” verilməsi şərtinin qeyd edilməsi halına istinad edərək iddiaçıya münasibətdə həmin şərtin ödənilmədiyini bildirmişdir.

33. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın bu yanaşması ilə bağlı apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, cavabdeh inzibati orqanın iddiaçının mərhum həyat yoldaşının artıq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq əlilliyi müəyyən edilmiş şəxs qismində çıxış etməsi, habelə məhz həmin əsasla mənzil uçotuna götürülməsi halını nəzərə almamışdır. Halbuki qanunvericilikdə mənzillə təmin edilmə ilə bağlı yalnız iki şərt mövcud olmuşdur (əlilliyi müəyyən edilmiş şəxs olması və uçota götürülməsi) ki, iddiaçı və onun mərhum həyat yoldaşına münasibətdə hər iki şərt ödənilmişdir.

34. Bundan əlavə, cavabdeh inzibati orqan iddiaçının mərhum həyat yoldaşının əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi və onun xx.xx.2021-ci il tarixdə vəfat etməsi, həmin müddət ərzində onun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müraciət imkanının real olaraq (vaxt, sağlamlıq vəziyyəti və s. amillər baxımından) mümkün olmaması halını da nəzərə almamaqla formal yanaşma tətbi q etmişdir.

35. Digər tərəfdən, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarının 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Hazırkı iş üzrə isə iddiaçının mərhum həyat yoldaşına əlillik xx.xx.2016-cı il tarixdən 5 il müddətinə təyin edilmiş, həmin 5 illik müddət bitdikdən yalnız 16 gün sonra vəfat etmişdir. Belə olan halda isə mərhum şəx sin vəfat etdiyi tarixdə belə onun əlillik statusu öz qüvvəsini saxlamışdır.

36. Kollegiya cavabdehin dəlilləri ilə bağlı olaraq həmçinin qeyd edir ki, cavabdeh hazırkı halda, müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş qərarın məzmununa bağlı olmaqla onun qanuniliyini təftiş etmək səlahiyyətinə malik deyildir. Belə ki, qanunvericiliyin imperativ göstərişinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma məsələsinin həlli yerli icra hakimiyyəti orqanına malikdir və onun tərəfindən müvafiq qərar qəbul edilmişdir. İcra hakimiyyətinin vahidliyi pinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə məhz sözügedən orqan qanunvericiliyin ona verdiyi səlahiyyətə görə şəxsin müvafiq statusunu tanımaq səlahiyyə tinə malikdirlər. Yenə, icra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə, eyni hakimiyyət qolu tərkibində olan mənzillə təmin etməni həyata keçirən inzibati orqan hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyildir. Həmin orqanın vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn fəaliyyəti həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbi t olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid edilmiş məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma məsələsini həll edən inzibati orqanın qərarı, hazırkı icraata münasibətdə cavabdehin davranışını müəyyən etməlidir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2024-cü il tarixli, 2-1(105)-783/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar