Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2761/2018 27.11.2018 ALİ MƏHKƏMƏ 2-1(102)-2761/2018 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri “27” noyabr 2018-ci il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov iddiaçı İddiaçı oğlunun kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, diplom üzrə ixtisasın tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2018-ci il tarixli 2-1(82)1306/2018 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2-1(103)-2226/2018 saylı qərarı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) iddiaçı İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarından iddiaçı İddiaçı tərəfindənAzərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyi və şikayətə vəkilin orderi əlavə edilmədiyi üçün mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respubli kası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü ma ddəsinə kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə kassasiya şikayəti qaytarılmalıdır. İş materiallarından görünür ki, caabdehin kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq Qərara aldım: İddiaçı İddiaçı oğlunun kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2761/2018
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2761/2018
27.11.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver