Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2761/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Ağababa oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 iyul tarixli 21(103)-1694/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: 2 sa ylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 27 may tarixli2-1(82)-1888/2015 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə iddiaçının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft və Qazçıxarma” İB-nin Azərdənizinşaat Tresti 3 №-li Tikinti Quraşdırma İdarəsində 1990-cı il 4 yanvar tarixdən 2001-ci il 1 may tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1-ci Siyahısına (kod 1100000-18496) uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla 2008-ci il 15 yanvar tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur. Cavabdeh həmin qərardan 2019-cu il 30 may tarixdə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 iyul tarixli 2-1(103)-1694/2019 nömrəli qərardadı ilə şikayət üzrə apellyasiya mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir. Məhkəmənin qərardadı cavabdehə 2019-cu il 23 iyul tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardaddan 2019-cu il 29 iyul tarixdə kassasiya şikay əti vermişdir. O, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, prosessual müddətin buraxılma səbəbi üzrlüdür və bu səbəbdən bərpa edilməlidir. Belə ki, şöbənin rəhbərliyinin dəyişdirilməsindən sonra aparılmış araşdırma nəticəsində iş üzrə yeni açılmış hallar müəyyən edilmişdir. Buna görə də cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünva nı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İPM-in 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İşdən göründüyü kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 27 may tarixli qərarı rəsmi qaydada cavabdehə 2015-ci il 1 iyun tarixdə təqdim olunmuş, cavabdeh apellyasiya şikayətini 2019-cu il 30 may tarixdə, yəni qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra vermişdir. Məhkəmə aktının təqdim edildiyi tarixdən cavabdehin sərəncamında 1 ay sərbəst prosessual müddət olmuşdur. Lakin həmin müddətdən cavabdeh istifadə etm əmiş, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra qərardan çıxarış icra olunması üçün cavabdehə göndərilmişdir. Qərardan şikayət vermək imkanını mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Cavabdehin istinad etdiyi hallar isə şikayətin təmin olunmasına əsas vermir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 4 iyul tarixli 2-1(103)-1694/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev
Məhkəmə qərarları › İş №2-1(102)-2761/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2761/2019
02.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver