Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2762/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “İddiaçı” Kiçik Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2762/2019 Bakı şəhəri 27 noyabr 2019-cu il Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı “İddiaçı” Kiçik Müəssisəsinin nümayəndəsi XXXun və vəkili V əkil iştirakları ilə, iddiaçı “İddiaçı” Kiçik Müəssisəsinin direktoru XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2-1(103)-1705/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı “İddiaçı” Kiçik Müəssisəsi (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının adına verilmiş MH ******* saylı, 19 sentyabr 2006-cı il tarixli dövlət reyestrindən çıxarışda dəyişiklik edilməsi və orada yeni çıxarışda torpağın 28 kv.m, əmlakın 20 kv.m olmas ı haqqında vəzifənin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, onun faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin 20 kv.m olmasına baxmayaraq, cavabdeh tərəfindən verilmiş 19 sentyabr 2006-cı il tarixli, MH ******* seriya nömrəli dövlət reyestrindən çıxarışda 24,3 kv.m əsas sahə, 10,5 kv.m köməkçi sahə olmaqla, ümumilikdə 25,8 kv.m sahənin olduğu göstərilmişdir. Texniki pasport və eskiz layihədə sahənin 20 kv.m olduğu göstərildiyindən, iddiaçı çıxarışda düzəlişin edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş, yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2-1(82)1138/2018 sayl ı qərardadı ilə (hakim Rüstəm Kərimli) iddia mümkün sayılmamışdır. Həmin məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanda yerləşən 0,00282 hektar torpaq sahəsində yerləşən 34,8 kv.m qeyri-yaşayış sahəsi iddiaçının təsisçisi və X1 arasında notarial qaydada bağlanmış 20 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncuya satılmışdır. Həmin alqı-satqı müqaviləsi ləğv olunmadan və ya etibarsız hesab edilmədən iddiaçının dövlət reyestr çıxarışında dəyişikliyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair subyektiv hüququ mövcud olmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2-1( 103)-1705/2019 saylı qərardadı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamış və apellyasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük şikayət vermə müddəti 1 il 1 ay 15 gün ötürmüş, habelə buraxılmış prosessual müddətin bərpasına dair ərizə verməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 22.2, 23.1, 24.1, 24.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 130.3-cü maddələriilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qə rardaddan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasının mümkünlüyü barədə iddiaçının fikrini dinləmədən,onlrın iştirakı olmdan işə baxmışdır. Məhkəmə qərardadında proses iştirakçıları barədə məlumatlar düzgün əks olunmamışdır. Digər əsa skimi bildirilmişdir ki, iİddianın əsaslı olmasına dair iş materiallarında kifayət qədər sübutlar olduğu halda, apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxmadan qərardad qəbul etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olar aq iddiaçı Azərbaycan Respublikası İPM-nin 35.1, 57, 58.7, 69.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin h alları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. 2 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1138/2018 saylı, 12 mart 2018-ci il tarixli qərardadı, məhkəmənin 12 mart 2018-ci il tarixli məktubu ilə iddiaçının ünvanına göndərilmiş və iş materiallarında olan poçt qəbzinə əsasən 05 aprel 2018-ci il tarixdə iddiaçı tərəfindən alınmışdır. İşə apellyasiya instansiyasında baxılarkən iddiaçının nümayəndəsi X2 həmin poçt qəbzindəki imzanın ona məxsus olduğunu bildirmişdir. İddiaçının 12 mart 2018-ci il tarixli qərardaddan verdiyi şikayətdən və şikayətin məhkəməyə daxil olmasını göstərən “daxil olma ştampından” görünür ki, iddiaçının şikayəti 29 may 2019-cu il tarixdə tərtib olunmuş və həmin gün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. Bununla da, iddiaçı qə rardadı aldığı gündən bir ildən çox olan müddət keçmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin qeyri-mümkünlüyü ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya məhk əmə qərardadı rəsmi surətdə təqdim edilmiş, lakin müəyyən edilmiş prosessual müddət ötürülməklə apellyasiya şikayəti verilmiş, müddətin üzürlü səbəbdən buraxılmasına dair ərizə təqdim olunmamışdır. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlilinə görə, apellyasiya məhkəməsinin qərardadı prosessual normaların tələbləri pozulmaqla qəbul olunmuşdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən şikayətin dəlili ilə razılaşmır. Azərbaycan Respublikası İPM-in: - 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, (...) proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur; - 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərd ə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır; - 23.1-ci maddəsinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır; - 75.3-ci maddəsinə əsaəsn, məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir; - 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu günd ən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Bu müddəaların mənasına görə, təqdim edilmiş gün də nəzərə alınmaqla məhkəmə qərardadından şikayət 10 gün müddətində verilməlidir. Bu müddətdən sonra verilmiş şikayət isə apellyasiya baxışının predmeti ola bilməz. İşin hallarına əsasən isə, iddiaçıya qərardad rəsmi qaydada 2018-ci il tarixində təqdim edilmiş, həmin qərardaddan apellyasiya şikayəti isə 10 günlük müddət ötürülməklə, 2019-cu il tarixində verilmişdir. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmi n şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Müddəalar ın mənasına əsasən, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxildığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuşdur ki, müəyyən hallar istisna olunmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi və müvafiq olaraq ona baxılması mümkün deyildir. İddiaçı tərəfindən kassasiya şikayətində göstərilmiş dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, göstərilmiş dəlillər buraxılmış müddətin bərpası üçün əsaslı hesab oluna bilməz. Belə ki, kassasiya şikayətində göstərilənlər iddiaçı tərəfində n prosessual müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı olmamışdır. İddiaçının kassasiya şikayətində apellyasiya məhkəməsinin qərardadında prosess iştirakçılarının düzgün göstərilməməsi dəıoıonə münasibətdə isə məhkəmə kolelgiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyul 2019cu il tarixli, 2-1(103)-1705/2019 saylı qərardadı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) həmin məhkəmənin 04 iyul 2019-cu il tarixli qərardadında yol verilmiş yanlışlıqlar düzəldilmişdir. Qeyd edilən halda apellyasiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası İPM-nin 76-cı maddəsini tətbiq etmişdir ki, həmin maddədə “Məhkəmə qərarının mətnində məhkəmənin düzəliş etmək vəzifəsi” əks olunmuşdur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqt isadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı “İddiaçı” Kiçik Müəssisəsinin direktoru XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2-1(103)-1705/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2762/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2762/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver