Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2763/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2763/19 Bakı şəhəri 04 dekabr 2019-cu il 04.12.2019 Açar sözlər: xarici dövlətdə alınmış diplomun tanınmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Rasim Hüseynovun və vəkili XXXun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2-1(103)-1167/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Ukrayna Respublikasının O.S.Popov adına Odessa Milli Telekommunikasiya Akademiyası tərəfindən verilmiş B17 248902 saylı, 30 iyun 2017-ci il tarixli ali təhsil haqqında bakalavr diplomunun tam qanuni əsaslarla alındığından, ölkəmizdə qanunvericiliklə müəyyən edilmiş qaydada nostrifikasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 2017-ci ildə Ukrayna Respub likasının beynəlxalq standartlara cavab verən A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasını bitirmiş və “Müəssisənin iqtisadiyyatı” hazırlıq istiqaməti üzrə bakalavr ali təhsil dərəcəsi üzrə diplom verilmişdir. Diplomun Azərbaycan Respublikasında nostrifikasiya olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçı tərəfindən ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmamasına dair ekspert rəyinə əsaslanmaqla imtina etmişdir. Cavabdehin imtinası qanunsuz olmuşdur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2-1(82)1279/2019 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, “Azərbaycan Resp ublikası Höküməti ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş” təsdiq edildiyindən cavabdeh iddiaçıya diplomun ekvivalentliyi barədə şəhadətnamənin verilməsi ilə bağlı ekspertizanın keçirilməsində haqlı olmamışdır. İddiaçının tədris olunan fənləri hansı səviyyədə mənimsəməsinə qiymət verilməsi cavabdehin deyil, iddiaçının təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə aiddir və cavabdehin bununla bağlı dəlili “Qaydalar”ın tələblərinə uyğun olmamışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2-1(103)-1167/2019 sayl ı qərarı ilə (sədrlik edən İlham Əhmədov, hakimlər Səriyyə Seyidova və Vidadi Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyası razılığa gələn tərəflərə ali təhsil üzrə ixtisasın tanınmasının ərizəçinin kifayətedici həcmdə təhsil aldığı dili bilmə qabiliyyətinə malik olması barədə sübutlardan asılılıq altına qoyulması barədə diskresion səlahiyyət vermişdir. İddiaçının bilik səviyyəsinin cavabdehin nəzdində yaradılmış komissiya tərəfindən yoxlanılması zamanı, onun rus dilində təhsil almasına baxmayaraq, təhsil aldığı müəssisənin adını ifadə edə bilməməsi, rus dilində verilən sualları başa düşməməsi və bilik səviyyəsinin aldığı ali təhsilin ümumi məzmununa uyğun olmayan cəhətlərinin mövcudluğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, “Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in tələblərinə görə təhsilin yalnız müddə və məzmununa dair dəlillər nəzərə alınmalıdır. Lakin Sazişdə təsbit edilmiş meyarlar iddiaçının xarici universitetdə aldığı ali təhsil üzrə ixtisas diplomunun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi üçün kifayət deyildir. Bakalavr təhsilinin məzmununu tədris prosesinin planlaşdırılmasına, onun həyata keçirilməsinin forma və metodlarına, tədris yükünün həcminə, tədris mərhələlərinin müddətinə, tədris növlə rinə, ayrı-ayrı fənlərin həcminə və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələblər əhatə edir ki, hazırkı iş üzrə məhkəmə araşdırması ilə iddiaçının qeyd olunan tələblərə cavab vermədiyi müəyyən olunmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.43, 22.2, 22.3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi Qaydaları”nın 1.1, 1.5, 1.6, 2.2, 3.3, 3.5, 3.6, “Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 5, 6-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayə ti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikası höküməyi ilə Ukrayna Respublikası Nazirlə Kabineti arasında təhsil sənədlərinin qarşılıqlı tanınmasına dair Saziş m övcud olduğundan və həmin Saziş ekvivalentliyin təhsilin müddəti və məzmuna əsasən verildiyini müəyyən etdiyindən cavabdeh tərəfindən şəhadətnamənin verilməsi üçün ekspertiza keçirilməsi qanunsuz olmuşdur. İddiaçı həmçinin hesab etmişdir ki, onun tədris olunan fənnləri hansı səviyyədə mənimsəməsinin qiymətləndirilməsi təhsil aldığı tədris müəssisəsinin səlahiyyətlərinə aid olduğundan, cavabdeh tərəfindən onun ixtisas biliklərinin Azərbaycan Respublikası təhsil sahəsində dövlət standartlarına uyğunluğunun yoxlanılması da əsassız olmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Azərbaycan Respublikası Höküməti ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 5, Azərbaycan Respub likası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi Qaydaları”nın 1.2, 1.3, 1.4, 2.2, 3.6, 3.7-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. 30 iyun 2017-ci il tarixli, B17 248902 saylı diplomun təsdiq olunmuş surətinə əsasən, İddiaçı 2017-ci ildə A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasını bitirmiş və “Müəssisənin iqtisadiyyatı” hazırlıq istiqaməti üzrə bakalavr ali təhsil dərəcəsinə yiyələnmişdir. Diplom 21 noyabr 2017-ci il tarixdə Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən apostil edilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasının tanınması ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh məsələnin həllindən imtina etmişdir. Həmin imtinanı cavabdeh inzibati orqan bununla əsaslandırmışdır ki, iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyin müəyyən edilməsi üzrə Komissiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaları (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları) “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2-ci maddəsini (ərizənin baxılması zamanı hər bir tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təm in edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini (qiymətləndirmə meyarları) və İzahedici Memorandumun 26-cı və 37-ci paraqraflarını rəhbər tutaraq, iddiaçının ixtisas üzrə biliklərinin Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən etmişdir. Ekspert komissiyası tərəfindən aparılan yoxlama ilə bağlı video görüntülər olan diskə baxış keçirilmiş və müsahibə zamanı ekspertlərin iddiaçı ilə təhsil aldığı dildə sadə suallar verilməsinə baxmayaraq, ali təhsil aldığı təhsil müəssisəsinin rus dilində adını tam deyə bilmədiyi və öz tərcümeyi-halını tədris aldığı dildə yaza bilməməsi müəyyən edilmişdir. Həmçinin, video görüntünün 03:05-ci dəqiqəsində rus dilində verilən sualları başa düşməməsi onun özü tərəfindən etiraf edilir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kol legiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmiş və işin hallarına uyğun tətbiq etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının bilik səviyyəsinin cavabdehin nəzdində yaradılmış komissiya tərəfindən yoxlanılması zamanı, onun rus dilində təhsil almasına baxmayaraq, təhsil aldığı müəssisənin adını ifadə edə bilməməsi, rus dilində verilən sualları başa düşməməsi və bilik səviyyəsinin aldığı ali təhsilin ümumi məzmununa uyğun olmayan cəhətlərinin mövcudluğu müəyyən edildiyindən, cavabdehin imtinası əsaslı olmuşdur. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlillərinə görə, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqın da şəhadətnamə ekspertiza keçirilmədən verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası höküməyi ilə Ukrayna Respublikası Nazirlə Kabineti arasında təhsil sənədlərinin qarşılıqlı tanınmasına dair Saziş mövcud olduğundan və həmin Saziş ekvivalentliyin təhsilin müddəti və məzmuna əsasən verildiyini müəyyən etdiyindən cavabdeh tərəfindən şəhadətnamənin verilməsi üçün ekspertiza keçirilməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiayası dəlil üzrə aşağıdakıların biıdirilməsini zəruri hesab edir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli Qanunu ilə 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında » Konvensiya təsdiq edilmişdir. Qeyd olunmuş Konvensiyanın müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - İ fəslinə əsasən, səlahiyyətli tanınma təşkilatı kimi xarici ixtisasların tanınması ilə əlaqədar qərarlarına rəsmən məsuliyyət daşıyan orqan; habelə tanınma kimi təhsil və yaxud iş fəaliyyəti ilə məşğul olmaq imkanı vermək məqsədilə səlahiyyətli təşkilatlar tərəfindən xarici təhsil ıxtisasının dəyərliyi barədə rəsmi təsdiqlənmə müəyyən edilmişdir; - İİ fəslin İİ.1-cı maddəsinin 1-ci bəndinə əsasən, tanınma halları zamanı qərarların qəbul edilməsi iştirakçı dövlətin mərkəzi təşkilatlarının səlahiyyətinə aid olduqda həmin dövlət bu Konvensiyada nəzərdə tutulanlarla bağlıdır və onun ərazisində Konvensiyada nəzərdə tutulanların həyata keçirilməsini təmin etməlidir. - İİİ fəslin İİİ.1-ci maddəsinin 2-ci bəndinə əsasən, hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası və Ukrayna Respublikası istinad edilmiş Konvensiyaya qoşulmaqla ona riayət edilməsi öhdəliyini götürmüşdürlər. «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli, 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»da nəzərdə tutulmuş ali təhsil sahə sində xarici ixtisasların tanınması məsələləri üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilmişdir. Qanunun icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilmişdir. Bununla yanaşı, “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivaletliyi haqqında” Saziş imzalanmışdır. Qeyd edilmiş Sazişin 5 və 6-cı müddəaları ali təhsilə aid olan diplomların tanınması ilə bağlı məsələləri əks etdirmişdir. Belə ki: - 5-c maddəyə əsasən, Azərbaycan Tərəfi Ukrayna Re spublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir; - 6-cı maddəyə əsasən, bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Bu iki müddəaların mənasından bəlli olur ki, Ukraynada verilmiş diplom aşağıdakı şərtlərin mövcudluğu halında təhsinin davam etdirilməsi üçün tanına və ixtisas dərəcəsinə əsasən işə qəbul olunma hüququnu verə bilər: - ali təhsil müəssisəsi Ukraynada dövlət qeydiyyatından keçməli; - diplom Azərbaycan Respublikasında verilən diplomların təhsil müddətinə və təhsilin məzmununa uyğun gəlməlidir. Beləliklə, istər beynəlxalq Konvensiyanın tələblərinin icrası ilə bağlı, istərsə də iki dövlət arasında bağlanmış Sazişin müddəalarına görə, diplomun tanınması və ixtisas dərəcəsinin müəyyən edilməsi üçün müvafiq prosedur qaydalarına riayət edilməsi zəruri olmuş və bu prosedur yuxarıda istinad edilmiş Qaydalara əsasən həyata keçirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətində ifadə edilmiş ümumi olan o fikirlə razılaşmır ki, diplom yalnız Ukrayna Respublikasının ali təhsil müəssisə tərəfindən verildiyindən,i hər bir halda tanınmalıdır, çünki müəyyən edilmiş prosedurlar çərçivəsində diplomun təhsi l müddətinə və məzmununa uyğunluğunun yoxlanılması nəzərdə tutulmuşdur. İstinad edilən Qaydaların: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; - 1.3-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin mali k olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; - 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bu müddəaların ümumiləşdirilmiş təhlilinə gör ə, xarici dövlət tərəfindən verilmiş diplomun bir halda tanınması, digər halda isə ixtisasının ekvivalentliyinin müəyyən edilməsi üzrə cavabdeh tərəfindən müvafiq araşdırma aparılmaqla iki növ Şəhadətnamələrin verilməsi nəzərdə tutulmuşdur. İxtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamə onun sahibinə keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir (Qaydalara 2 nömrəli əlavə). İixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə isə Azərbaycan Respublikasında müvafiq ixtisas/istiqamət üzrə uyğun ixtisas dərəcəsi verilən diploma ekvivalentliyi müəyyən edir (Qaydalara 1 nömrəli əlavə), yəni müvafiq işə qəbul olunmaq üçün əsas yaradır. İxtisasların tanınması haqqında prosedurun təşkili Qaydaların İ İ hissəsində, ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi isə Qaydaların İİİ hissəsində nizamlanmışdır. İddiaçı hesab etmişdir ki, onun müraciətinə əsasən, Qaydaların 1.6-cı bəndinin üçüncü hissəsinin tələbləri tətbiq edilməklə, ekspertiza keçirilməməli idi. Halbuki, həmin bəndin tətbiqi onu ehtiva edir ki, bağlanmış xüsusi razılaşma ilə Azərbaycan Respublikasında qəbul edilmiş Təsnifatda nəzərdə tutulmuş müvafiq ixtisasların/istiqamətlərin (şifrə üzrə) xarici ölkədə müəyyən edilmiş eyni mahiyyətli ixtisaslara ekvivalentliyi, yəni bərabərliyi artıq müəyyən edilmiş olur. İddiaçının istinad etdiyi Sazişin mahiyyəti iki ölkə arsında ixtisasların/istiqamətlərin (şifrə üzrə) digər ölkədə müəyyən edilmiş eyni mahiyyətli ixtisaslara ekvivalentliyi müəyyən edilməsi ilə bağlı olmamışdır. Qey d edilmiş hüquqi əsasa istinadən məhkəmə kollegyas iddiaçının bildirdiyi dəlili qanunamüvafiq hesab etmir. İddiaçı tərəfindən irəli sürülmüş tələb isə həm diplomun tanınması, həm də ekvivalentliyin müəyyən edilməsi ilə bağlı olmuşdur. Bu səbəbdən cavabdeh tərəfindən hər iki qaydalar üzrə araşdırma aparılmışdır. Belə ki, diplomun tanınması ilə bağlı Qayadaların 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İxtisasın ekvivalentliyinin müəyyənləşdirilməsi üçün isə qaydaların 3.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ali təhsil sahəsində ixtisasların ekviva lentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların: - 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənə di verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; - 3.7-ci bəndə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Sadalanmış normaların mənasından bəlli olur ki, istər ixtisasın tanınması üçün, istərdə də ixtisasın ekvivalentliyinin müəyyənləşdirilməsi üçün ekspertizanın keçirilməsi nəzərdə tutulmuşdur. Birinci halda ekspert tərəfindən ixtisasın tanınması barədə rəy verilməli, ikinci halda isə təhsilin məzmununun standarlara uyğunluğu barədə rəy verilməlidir. Mənfi rəyin verilməsi isə ekvivalentlik haqqında Şəhadətnamənin verilməsindən imtina üçün əsas hesab edilmişdir. Cavabdeh tərəfindən təhsilin məzmunu ilə bağlı irəli sürüdüyü əs as ondan ibarət olmuşdur ki, iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin bilmə səviyyəsinin qənaəybəxş olmadığı müəyyən edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bakalavr təhsilinin məzmununu tədris prosesinin planlaşdırılmasına, onun həyata keçirilməsinin forma və metodlarına, tədris yükünün həcminə, tədris mərhələlərinin (semestrlərin) müddətinə, tədris növlərinə (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcminə və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələblər əhatə edir ki, hazırkı iş üzrə məhkəmə araşdırması ilə iddiaçının qeyd olunan tələblərə cavab vermədiyi müəyyən olunmuşdur. İddiaçı bu mövqeyi o əsasla mübahisələndirmişdir ki, onun tədris olunan fənnləri hansı səviyyədə mənimsəməsinin qiymətləndirilməsi təhsil aldığı tədris m üəssisəsinin səlahiyyətlərinə aid olduğundan, cavabdeh tərəfindən onun ixtisas biliklərinin Azərbaycan Respublikası təhsil sahəsində dövlət standartlarına uyğunluğunun yoxlanılması da əsassız olmuşdur. Məhkəmə kollegiyası bu hissədə apellyasiya məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 117 saylı, 24 iyun 2010-cu il tarxili qərarı ilə təsdiq edilmiş “«Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın: - 2.21-ci bəndinə əsasən, bakalavriat səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri və təcrübi hazırlıqla müəyyənləşdirilir. Bakalavrın nəzəri hazırlığı humanitar və ixtisasın peşə hazırlığı fənlərinin mühazirə, məsləhət, məşğələ, sərbəst iş və digər şəkildə öyrənilməsi ilə təmin edilir. Bakalavrı n praktiki hazırlığı nəzəri biliklərin laboratoriya, məşğələ, tədris və elmi tədqiqat işləri, kurs işi və kurs layihəsi, tədris və istehsalat təcrübələri, həmçinin buraxılış işlərinin yerinə yetirilməsi ilə təmin edilir; - 2.23-ci bəndinə əsasən, bakalavriat səviyyəsi üzrə təhsil proqramlarında aşağıdakı fənn bölümləri nəzərdə tutulur: humanitar fənlər; ixtisasın peşə hazırlığı fənləri. Humanitar fənn bölümü sosial idrakın müxtəlif sahələri üzrə elmi dünyagörüşlərinin formalaşmasını təmin etməlidir. İxtisasın peşə hazırlığı fənləri ixtisasa dair standart və qeyri-standart məsələləri həll etmək üçün lazımi bilik, bacarıq və vərdişlərin əldə olunmasını təmin etməlidir. Göstərilmiş maddələrin tələblərindən göründüyü kimi, bakalavriat təhsilinin məzmununu əlaqəli nəzəri və təcrübi hazırlıq təş kil edir ki, onlar mühazirə, məsləhət, məşğələ, sərbəst iş və digər şəkildə, habelə laboratoriya, tədris və elmi tədqiqat işləri, kurs işi və kurs layihəsi və sair üsullarla təmin edilir. Tədris olunan dili bilməyən tələbə tərəfindən bunların mənimsənilməsi isə qeyri-mümkündür. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhk əmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2-1(103)-1167/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2763/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2763/2019
04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver