Məhkəmə qərarları › İş №2-1(102)-2764/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2764/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2764/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Cavabdeh MMC-yəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2764/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: inzibati orqan cavabdehdən pul tutulması ilə bağlı qəbul etdiyi qərarı məhkəmədən kənar özü icraya yönəldə bilər, Vergi orqanlarının vergilər və s. üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququ VM-nin 89 və 90-cı maddələri ilə tənzimlənir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil Əhməd oğlunun iştirakları, İ.Muradovun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Cavabdeh MMC-yə qarşı məcburi sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması, əmlakın satılması yolu ilə tutulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019cu il tarixli, 2-1(103)-1388/2019 saylı qərardadından iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin İdarəyə xxxx 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə borcu 19.430,61 manat təşkil etdiyini, həmin borcu ödəməsi barədə cavabdehə xəbərdarlıqla müraciət edilsə də, cavabdehin həmin borcu ödəmədiyini bildirərək, məcburi sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması, əmlakının satılması yolu ilə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-1359/2018 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-n in xxxx 2017-ci il tarixə 19430.61 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcu əmlakının satılması yolu ilə DSMF-nun Bakı şəhəri X1 İdarəsinin xeyrinə tutulmuş, qalan hissədə iddia təmin edilməmişdir (hakim – Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X1 İdarəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1388/2019 saylı qərardadı ilə (sədrlik edən İ.B.Əhmədov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İq tisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Departamenti və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, cavabdehdən məcburi sığorta haqları üzrə yaranmış 19430.61 manat məbləğində borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakın satılması yolu ilə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.6-cı ma ddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək və 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanının hüquqlarına aid edilmiş, bu hüquqları həyata keçirərkən borclu (dövlət büdcəsi qarşısında öhdəliyi yaranan) vergi ödəyicisi ilə bağlı ortaya çıxan hüquq münasibətlərində verg i orqanı əlbəttə ki, dövlət büdcəsinə vergi daxil olmalarını təmin etməyə məsul olan subyekt olaraq kreditor kimi çıxış edir, beləliklə, vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını məhkəmə qaydasında tələb edə bilər. Bu maddi hüquq normalarında təsbit edilmiş pozitiv imkandır və bunun mövcud olmamasını, yaxud kreditor olan vergi orqanına şamil edilməməsini fərz etmək əsaslı hesab edilə bilməz. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, cavabdehdən məcburi sığort a haqları üzrə yaranmış 19.430.61 manat məbləğində borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakın satılması yolu ilə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmi ş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh MMC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsin i yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1388/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının tələbi cavabdehin fəal iyyətinin dayandırılması və 01 yanvar 2017-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 19.430,61 manat məbləğində borcun əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasından ibarətdir, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuş, VM-in 23.1.15-1-ci maddəsi ümumi qaydada vergi orqanlarının vergilər (eləcə də, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı) üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğunu təsbit edir, bu hüququnun realizə imkan və qaydaları isə VM-in 89 və 90-cı maddələri ilə tənzimlənir, vergi qanunvericiliyinin tələblərinə əsasən iddiaçı yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə iddia ilə məhkəməyə müraciət edə bilərdi, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmiş, bu hüquqların həyata keçirilməsi qaydaları isə VM-in 65, 89 və 90-cı maddələrində təsbit olunmuş, onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuş, ödəmə qabiliyyəti olmayan sığortaedənlərin əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsinə dair iddialar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbi baxımından mümkün iddialar sayılır, pul tələbinin ödənilməsi ilə bağlı iddialar isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük şərtlərinə cavab vermir, inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati icraat haqqında» AR Qanununu öz fəaliyyətində rəhbər tutmalı olan inzibati orqan kimi iddiaçı da sözügedən qanunvericilik aktının tələblərinə əməl etməklə, öz hüquq və vəzifələrinin həyata keçirilməsində ən səmərəli, qənaətli və effektiv imkanlardan istifadə etməlidir, bu mənada, hazırkı iddia ilə tələb olunan borc məbləğinin tutulması barədə inzibati akt (qərar) qəbul edərək, iddiaçı onun icraya yönəldilməsini və icrasını təmin etməli idi, beləliklə, hazırkı iddiaya baxılması üçün mümkünlük şərtləri mövcud olmamış, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinə mahiyyəti üzrə baxılmaqla Azərbaycan Respublikası İPM-nin 2 və 35-ci maddə lərinin tələbləri pozulmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər (90.1). Vergi ödəyi cisinin siyahıya alınmış əmlakının əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilat tərəfindən ixtisaslaşdırılmış açıq hərraclarda satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi icra məmuru tərəfindən təmin edilir (90.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» 12.01.2011-ci il tarixli Qərarında göstərmişdir ki, «...Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdə liyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VMdə vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması bar ədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM- in 23.1.6-23.1.8-ci maddələri). VM-in 90.1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisinin öhdəliklərinin icra edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin qeyd olunan hüququn təmin edilməsi üçün vergi ödəyicisinin əmlakı VM-in 89.1-ci maddəsinin tələblərinə görə siyahıya alınmalıdır.» VM-in 90.2-ci maddəsinə əsasən Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. MPM-in 26.2.8-ci maddəsində də, «vergi ödəmələri barədə, habelə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş ma liyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə mübahisələr»in inzibati-iqtisadi məhkəmədə baxılan iqtisadi mübahisələrə aid olduğu göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə əsasən vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etm ək vergi orqanlarının hüquqlarıdır. Adıçəkilən normadan göründüyü kimi, vergi orqanının VM-in 65-ci maddəsində təsbit olunan sərəncamı icra (ödəniş) sənədi olmaqla, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2, 2.0.11, 64 və 81-ci maddələri anlamında icrası məcburi olan, barəsində çıxarılmış şəxsin hüquqi vəziyyətində neqativ dəyişikliklər yaradan, onun hüquqlarını məhdudlaşdıran əlverişsiz (yükləyici) inzibati aktdır, sərəncamın icrası banklar üçün də məcburi olduğu üçün vergi ödəyicilərinin hesablarından borcların dövlət büdcəsinə alınması üçün, əlavə olaraq hər hansı məhkəmə qərarına ehtiyac duyulmadan, kredit təşkilatlarına təqdim edilməsi kifayətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktl arın məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir (82.1). İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur (82.2). Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır (82.3): borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması (82.3.1); pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi (82.3.2); inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi (8 2.3.3). «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununu 9-1.1-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra - VM) vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. VM-in 1.4-cü maddəsinə görə isə, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Bu kontekstdə, VM-in: 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir; 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakı siyahıya alına bilər. Apellyasiya Məhkəməsi iş üzrə düzgün olaraq qeyd etmişdir ki, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya c avab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum unun 05 saylı, xxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla q orunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hazırkı iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyindən, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının Azərbaycan Respublikası İPMnin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbayca n Respublikası Ali Məhkəməsinin Plenumunun xxxx 2015ci il tarixli, 5 nömrəli Qərarında vurğulanmış hüquqi mövqeyi nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1388/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1388/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar