Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2764/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, güzəştli iş stajı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmə k və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1299/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Seyfalı oğlu 21 avqust 1965-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletə əsasən müəyyən edilir ki, o, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.
3. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2020-ci il tarixli, 01-307 saylı arxiv a rayışında iddiaçının 1982-ci ildə “Qaz-neft mədən” fakültəsinin “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olduğu, (Əmr: №012/756; xx.xx.1982-ci il) 1989-cu ildə isə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirdiyi qeyd edilmişdir (Əmr; № 02/935, xx.xx.1989-cu il).
4. Bundan əlavə iddiaçı məxsus AT-İV seriyalı, ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1987-ci ildə X1ma işləri idarəsində istehsalat təcrübəsi dövründə neft və qaz quyularının istismarı və kəşfiyyat-qazma işləri üzrə qazmaçının 4-cü dərəcəli köməkçisi qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad olunmuş, 09.1982-ci ildən 09.1989-cu ilə qədər M.Əzizbəyobv adına Azərbaycan neft və kimya institutunda təhsil almış, xx.xx.1989-cu ildə Xəzərdənizneftqaz İB İliç B uxtası, X11 İdarəsi (DKQİ), İnstitutdan sonra neft və qaz quyularının istismarı və kəşfiyyat-qazma işləri üzrə qazmaçının 4-cü dərəcəli köməkçisi qəbul edilmiş, xx.xx.1990-cı ildə DDSÖ-nə (X16 özülünə) ikinci dərəcəli texnoloq keçirilmişdir. xx.xx.1995-ci ildə DDSÖ-nə (X16 özülünə) 11-ci dərəcəli texnoloq keçirilmiş, xx.xx.1998-ci ildə 12-ci dərəcəli mühəndis-texnoloq keçirilmiş, xx.xx.1998-ci ildə 15 nömrəli DDSÖ-nə 13-cü dərəcəli qazma ustası keçirilmiş, xx.xx.2000-ci ildə 15 nömrəli DDSÖ-nün rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci ildə həmin özüldə 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildə 19 saylı DDSÖ-nə 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildə həmin özülün rəis müavini vəzifəsinə keçirilmişdir. xx.xx.2008-ci ildə 19 s aylı DDSÖ-nün texniki-texnoloji hissə üzrə rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu ildə 14 saylı DDSÖ-nə və texniki-texnoloji hissə üzrə rəis müavini vəzifəsinə keçirilmişdir, xx.xx.2012-ci ildə işdən azad edilmiş, xx.xx.2012-ci ildə “X15” tresti X17 Qazma İşləri İdarəsi Günəşli yatağı 14 saylı DDSÖ-nün texniki-texnoloji hissə üzrə rəis müavini vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmiş, xx.xx.2014-cü ildə ARDNŞ “X15” tresti Günəşli istehsalat bölməsinin 14 saylı DDSÖ-nə rəis müavini vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2016-cı ildə idarəetmə aparatında texnoloji şöbəyə 14-cü dərəcəli mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2017ci ildə ştat cədvəlinə edilmiş dəyişikliyə uyğun olaraq böyük mühəndis hesab edilmiş, xx.xx.2017-ci ildə mərkəzi mühəndis texnolo ji xidmətinə 14-cü dərəcəli böyük mühəndis vəzifəsinə keçirilmişdir.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
6. Cavabdeh 10 iyun 2022-ci il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (X) qazma bəndində (1) 1100000a—11297 kodu üzrə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları vəzifəs i nəzərdə tutulmuşdur. Təqdim edilmiş 18 avqust 1987-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının xx.xx.1990cı il tarixdən xx.xx.1998-ci il tarixədək dövr ərzində “Bayıl Limanı” X11 İdarəsinin X16 Özülündə mühəndis-texnoloq vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, mühəndis-texnoloq vəzifəsi qeyd olunan siyahı üzrə müəyyən edilmiş neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları vəzifəsinə uyğun olmadığından iddiaçının həmin dövrlər üzrə güzəştli iş stajı yoxdur. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az, yəni 7 il 11 ay 13 gün (xx.xx.1987xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Odur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiy asının təyin edilməsi qanunvericilin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
8. İddiaçı ərizəsində bildirir ki, o, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1982-ci ildə Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ) “Qaz-neft mədən" fakültəsinin “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbəsinə daxil olmuş, 1989-cu ildə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək o, hərbi xidmətdə olmuş, xx.xx.1989-cu ildə əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə və vəzifələrdə işləmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək isə Operativ İdarəetmə Xidmətində böyük mühəndis vəzifəsində çalışır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, onun müraciətinə imtina cavabı verilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, onun əmək kitabçasına və işlədiyi müəssisə tərəfindən verilən arayışlara əsasən onun 1 yanvar 2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə ümumi iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən artıqdır.
9. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(112)-10340/2022 saylı qərarı ilə (hakim X7) iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il ta rixə kimi 20 ildən artıq ümumi və 10 ildən artıq güzəştli stajı olduğuna görə onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də iddia tələbi əsaslıdır və təmin edilməlidir.
12. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1299/2023 nömrəli iş üzrə 20 iyul 2023-ci il tarixli qərarı ilə (hakimlər X8 (məruzəçi), X9 və X6) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10340/2022 saylı 02 noyabr 2022-ci il tarixli qərarı nəticə hissəsində, “İddiaçı 52 yaşdan, yə ni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra, “və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə əsaslı olaraq xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehə həvalə etmişdir. Lakin bu zaman məhkəmə, pensiyanın qanunauyğun hesablanıb ödənilmə qaydasını qərarında göstərməmişdir (İşdə olan ******** No-li şəxsiyyət vəsiqəsinə görə xx.xx.1965-ci il tarixdə doğulmuşdur (ASAN 5 xx.xx.2015). Belə ki, əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Cavabdehin işə əlavə olunmuş iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, iddiaçının pensiya təyinatı barədə müraciəti Mərkəzi Filiala xx.xx.2022-ci il tarixdə daxil ol muşdur. Qanunun qeyd olunan tələbi baxımından, deməli, iddiaçıya həmin tarixdən əvvəlki üç il üçün hesablanıb verilə bilər.
15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Bundan əlavə kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəb ul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir.
17. Daha sonra qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (X) qazma bəndində (1) 1100000a —11297 kodu üzrə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları vəzifəsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 18 avqust 1987-ci il tarixli AT-İV ******* nömrəli əmək kitabçasına və SOCAR-ın xx.xx.2022-ci il tarixli SOCAR**********80020123X00004 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək dövr ərzində “Bayıl Limanı” X11 İdarəsinin X16 Özülündə mühəndis-texnoloq vəzifəsində işlədiyi qeyd olunmuşdur. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının işlədiyini iddia etdiyi vəzifə Siyahıda öz əksini tapmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli stajı mövcud deyil.
18. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçıya verilən güzəştli arayışda onun müvəqqəti olaraq qazma ustası işlədiyi qeyd olunmuş, lakin hansı dövrləri əhatə etdiyi dəqiq göstərilməmişdir. Bundan əlavə arayışda iddiaçının işlədiyi mühəndis-texnoloq vəzifəsi və Siyahıda nəzərdə tutulmuş qazma ustası vəzifəsi fərqləndirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun rədd edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya h üququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeyd iyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iy un 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı 1100000a—11297 “qazma quyularının qazmaçıları” 1100000a— 13590 “neft və qaz üzrə qazma qurğusunun maşinisti” 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (əvvəlki redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafi q icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instans iyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman p rosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Kişi cinsinə mənsub şəxsin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmal ıdır:
1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı
2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 10 il olmalı
3. Ümumi iş stajı minimum 20 il olmalıdır.
32. İş materiallarına görə cavabdeh iddiaçının yaşı və ümumi iş stajını mübahisələndirmir. Yəni, cavabdeh iddiaçının qanunla müəyyən edilmiş yaşa çatmasını və 20 il ümumi sosial sığorta stajının olduğunu qəbul edir.
33. Hazırki kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirir. Hesab edilir ki, xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərdə iddiaçının işlədiyi mühəndis texnoloq vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ v erən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda öz əksini tapmadığından həmin müddət güzəştli iş stajı kimi qəbul edilə bilməz.
34. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edir və bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır.
35. Kassasiya şikayətinin dəlillərində əks edilmiş cavabdehin mövqeyindən məlum olur ki, cavabdeh iddiaçının qazma üzrə mühəndis işlədiyi dövrləri birmənalı olaraq güzəştli iş stajı kimi qəbul edir və bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kon densatı, kömür və şistin emalı bölməsində (X) qazma bəndində (1) 1100000a —11297 kodu üzrə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları vəzifəsi nəzərdə tutulmuşdur.
36. Güzəştli iş stajı ilə bağlı mübahisəli məqam iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlərdə işlədiyi mühəndis texnoloq vəzifəsinin adı yuxarıda qeyd edilən siyahıda göstərilməməsi ilə bağlıdır.
37. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə ünvanlamış olduğu xx.xx.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə idd iaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
38. İş materiallarında olan X15 Trestinin 23 may 2022-ci il tarixli arayışdan qeyd edilir ki, qazma qurğuları və özüllərinin mühəndis-texnoloqun və qazma üzrə mühəndis”nin əmək funksiyaları eynidir. (iş vər 26)
39. Bu hal iş materiallarına əlavə edilmiş vəzifə təlimatları ilə də təsdiqlənir. Belə ki, hər iki iş üzrə işçinin vəzifəsi quyuların qazılmasında, texnoloji iş rejimlərinin tərtib edilməsində iştirak etmək, qazma vaxtı texnoloji proses pozuntularının qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlər görmək, müəyyən olunmuş tapşırıqların yerinə yetirilməsinə istiqamətlənmiş geoloji texniki təbirlər işləyib hazırlamaq və s. ibarətdir.
40. Beləliklə, arayışdan, eləcə də vəzifə təmimatlarından görünür ki, mühəndistexnoloqun və qazma üzrə mühəndisin əmək funksiyaları tamamilə ey nidir.
41. Kassasiya şikayətində mübahisələndirilən digər bir hal iddiaçının müvəqqəti olaraq qazma ustası işlədiyi dövrlərin arayışda dəqiq göstərilməməsi ilə bağlıdır.
42. Bu dəlillə də razılaşmayan məhkəmə kollegiyası bildirir ki, xx.xx.2022-ci il tarixli güzəştli arayışa əsasən iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək 10 saylı X16 Özülündə neft və qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək 10 saylı X16 Özülündə texnoloq, xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 15 saylı X16 Özülündə mühəndis texnoloq (xx.xx.1992ci il tarixdən xx.xx.1998-ci il tarixədək müvəqqəti olaraq qazma ustası və X16 Özülün rəis müavinini əvəz edib), xx.xx.1998-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 15, 19 və 14 saylı X4 ma ustası, özül rəisinin texniki texnoloji hissə üzrə müavini işləmişdir.
43. Beləliklə, arayışın məzmunundan da iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək həm qazma ustası, həm də X16 Özülün rəis müavini işlədiyi aydın görünür.
44. Bundan əlavə iddiaçıya məxsus Forma T-2-də iddiaçının xx.xx.1995-ci il tarixdən 10 noyabr 1997-ci il tarixədək müvəqqəti olaraq qazmaçı ustası vəzifəsini yerinə yetirdiyi qeyd edilmişdir. (iş vər 25)
45. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mind iyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
46. Cavabdehin işə əlavə olunmuş iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, iddiaçının pensiya təyinatı barədə müraciəti Mərkəzi Filiala xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Qanunun qeyd olunan tələbi baxımından, deməli, iddiaçıya pensiya həmin tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2019cu il tarixdən hesablanıb verilə bilər.
47. Beləliklə, yuxarıda istinad olunan normalara əsasən 01 yanvar 2006-cı ilədək 20 ildən çox ümumi iş stajının və 10 ildən çox güzəştli iş stajının mövcud olmasına görə iddiaçının 52 yaşda güzəştli şərtlərlə yaşa görə əmək almaq hüququ yaranmış və İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
48. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1299/2023 saylı iş üzrə 20 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.