Məhkəmə qərarları › İş №2-1(102)-2765/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2765/2019

18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2765/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı «X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Sabunçu Rayon İcra Hakimiyyətinə, X1 və X10 qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2765/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: üçüncü şəxslər və cavabdeh əvvəl baxılmış mülki iş üzrə tərəf olmadığından həmin qərarla müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X3 ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili X1, üçüncü şəxs X2 oğlunun iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı «X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Sabunçu Rayon İcra Hakimiyyətinə, X2 və X10 qarşı torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)1064/2019 saylı qərarından üçüncü şəxs X1 və onun vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı «X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Sabunçu Rayon İcra Hakimiyyətinə,X1 və X10 qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X15 və X8 adlarına verilmiş torpaq sahəsinin planı və ölçülərinin etibarsız sayılması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin xxx 1980-ci il tarixli 195 nömrəli qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi «X1 (hazırkı «X2) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı Abşeron ZDS İK tərəfindən xxxx 1981-ci il tarixli «X11 X28» verilmişdir. X27 xxxx 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında qeydə alınmışdır. «X1 yardımçı təsərrüfatı Bakı şəhər inin Sabunçu rayonu ərazisində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla onun (iddiaçının) qanuni istifadəsindədir. Yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6123/2016 saylı iş üzrə xxxx 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir. Həmçinin «X1 yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik Sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X15 X6 aldığı 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xxxx 2016-cı il tarixdə qeydiyyata alınaraq ona **********45 reyestr nömrəli çıxarış və həmin reyestr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********45 reyestr nömrəli çıxarışda 0,12 ha torpaq sahəsinin olduğu yer ünvan 1 kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları göstərilməklə, xüsusi mülkiyyətə verildiyi qeyd edilmişdir. X7 və həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş X10 verilmiş «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən əsas döngə nöqtələrinin koordinatları «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. Halbuki, iddiaçıya verilmiş xxxx 1981-ci il tarixli «X11 X28»nda 15 ha ölçüdə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçil ərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində əvvəllər 0,12 ha torpaq sahəsinin mülkiyyətçisi olmuş X10, alqı-satqıdan sonra isə X17 verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşmüşdür. Bu da öz növbəsində «Azərbaycan» Nəşriyyatının nümayəndələri ilə torpaq əldə etmiş şəxslər arasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur. Belə olan halda, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi 0,12 ha torpaq sahəsinin planı və ölçüləri etibarsız hesab edilməlidir. Lakin «X2 müraciəti ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi müxt əlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-3194/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 0,12 ha torpaq sahəsinə dair X17 verilmiş **********45 nömrəli və X8 adına verilmiş **********45 nömrəli torpaq sahəsinin planı və ölçüləri etibarsız sayılmışdır (hakim – R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1064/2019 saylı qərarı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs X2 ap ellyasiya şikayətləri təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından üçüncü şəxs X1 və onun vəkili Vəkil2 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı X1 və X8 adına verilmiş torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu tə ləb İPM-ə əsasən mümkün hesab edilə bilməz. Belə ki, İPM-in 1.-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların siyahısı müəyyən edilmişdir. İPM-in 2.2.5-ci maddəsində inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialar (müəyyən etmə və ya tanınma haqqında iddia) göstərilmişdir. Lakin qeyd olunmalıdır ki, bu iddia növü üzrə yalnız inzibati aktın etibarsız sayılması müəyyən edilmişdir. Bu məhkəmə işi üzrə iddia tələbi isə, texniki sənəd olmaqla inzibati akt hesab ed ilməməkdədir. Çünki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (maddə 6.1.1.2) daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, (maddə 6.1.4) ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına al ınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi. Həmin Qanunun 6.2-ci maddəsinə görə 2006-cı il xxxx daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın verilməsi, habelə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların dəyişdirilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan digər səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci, 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xxxx 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü və 178.1-ci maddələrində dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda başqa qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarı ş isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi «passiv legitimləşdirmə» fəaliyyətini nəzərdə tutur. Göründüyü kimi, hüquq müəyyənedici sənəd olan dövlət reyestrindən çıxarış inzibati akt hesab olunmadığı təqdirdə, texniki sənəd olan plan və ölçünün inzibati akt sayılması mümkün deyildir. İPM-in 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddialar müəyyən edilmişdir və burada iki inzibati orqanın bir-birinə qarşı iddia ilə çıxış etməsi müəyyən edilməmişdir. Yalnız bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdi yyələrə qarşı iddialara yol verilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə görə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidentinin xxxx 2005ci il tarixli 345 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlərlə bağlı mübahisələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2006-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş qayda ilə tənzimlənir. AR NK-nın xxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsni fatı»na əsasən DƏDRX-in ərazi idarələri inzibati orqan kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xxxx2005-ci il tarixli 886 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinə tabe olan təşkilatların siyahısına əsasən «Azərbaycan» Nəşriyyatı bu İdarəyə tabe təşkilat kimi müəyyən edilmişdir. Bir dövlət hakimiyyəti orqanının hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində qəbul etdiyi qərarın başqa bir dövlət orqanına tabe təşkilat tərəfindən mübahisələndirilməsi qanunvericiliyə görə inzibati hüquq münasibətlərindən irəli gəlmədiyindən, inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin dairəsinə aid deyildir. İnzibati orqanl ar arasında aidiyyət və səlahiyyətlərlə bağlı mübahisələr AR NK-nın xxxx 2006-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların arasında aidiyyət və səlahiyyətlərlə bağlı mübahisələrin həlli Qaydası» ilə tənzimlənir. Tərəflərin izahatları Üçüncü şəxs X1 və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi Nümayəndə və vəkili Heydərov Aslan Nazim oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxla nılmasını xahiş etdilər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, üçüncü şəxslər Sabunçu rayon İcra Hakimiyyəti və X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hə r hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, üçüncü şəxslər Sabunçu rayon İcra Hakimiyyəti və X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının nümayəndəsi Nümayəndə, vəkili Vəkil, üçüncü şəxs X1, vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1064/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiya sı məhkəməsinə göndərilməli, üçüncü şəxs Əliyev Elşən Oqtay oğlunun kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xxxx 1980-ci il tarixli 195 nömrəli qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi «X1 (hazırkı «X2) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış, X9 Sovetinin İcraiyyə Komitəsi tərəfindən xxxx 1981-ci il tarixli, ****saylı «X11 X28» verilmiş, və həmin akt xxxx 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmış, Sabunçu rayon İcra Hakimiyyətinin xxxx 1992-ci il tarixli, 14/84 nömrəli sərəncamı ilə yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 85-ci kvartal, 23 saylı sahədə 0,12 ha torpaq sahəsi X 13 ayrılmış, DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xxxx 2016-cı il tarixdə X15 ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə RX seriyalı ******* nömrəli reyestrdən çıxarış verilmiş, «X2 torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla ərizəyə əlavə olunmuş məhkəmə qərarları və icra sənədi ilə İdarənin üzərinə hər-hansı öhdəliyin qoyulmadığına, həmçinin bu qərarlar barədə İdarəyə rəsmi qaydada məlumatın daxil olmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən ona istinad etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2016-cı il tarixli, 2(102)-6123/2016 saylı qanuni qüvvəyə minmiş qərarına görə xxxx 1981- ci il tarixli «X11 dair Dövlət Akt»da göstərilən sərhədlər daxilində olan 15,0 ha torpaq sahəsindən oranı zəbt edən vətəndaşların həmin torpaq sahəsindən çıxarılmaları qərara alınmış və həmin Qərarla X9 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xxxx 1981-ci il tarixli, **** saylı «X11 X28»na əsasən «X1 ayrılmış 15 ha torpaq sahəsinin qanuni əsaslarla yenidən həmin qurumun hüquqi varisi olan «X2 verilməsi müəyyən edilmiş, «xxxx» MMC-nin mütəxəssis rəyinə görə xxxx 1981-ci il tarixli «X11 X28»na əsasən «X1 qanuni istifadəsində olan 15 ha torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə məscidinə qədər uzanan asfalt örtükl ü avtomobil yolundan şərq tərəfə 218.8 metr məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçülərə malik ərazidə yerləşir, hazırda iddiaçı «X1 müvafiq torpaq sahəsinə dair X15 və X8 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların deyil, həmin qeydiyyata əsasən verilmiş torpaq sahəsinin planı və ölçülərinin etibarsız sayılmasını tələb edir, cavabdeh tərəf etirazında iddianın mümkün sayılmamasını qeyd etmiş, lakin mübahisənin mahiyyəti ilə bağlı münasibət bildirməmiş, mütəxəssis rəyində əks olunmuş «X2 ayrılan torpaq sahəsinin koordinatları ilə mübahisə predmeti olan torpaq sahəsinin planı və ölçüsündəki torpaq sahəsinin üstə-üstə düşməsi tədqiq olunmuşdur. Apelly asiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin təyinatı «kənd təsərrüfatı» olduğu halda, bu təyinatın dəyişdirilməsi, yəni digər (yaşayış məntəqələrinin torpaqları) təyinata keçirilməsi barədə səlahiyyətli orqan kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı təqdim olunmamış, bundan başqa, məhkəmə icraatında X10 Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 12 iyun 1992-ci il tarixli sərəncamla müvafiq ərazidə torpaq sahəsinin ayırılması müəyyən olunsa da, həmin torpaq sahəsinin cizgisi təqdim olunmamış, X15 və X8 adına verilmiş ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin yerləşmə sxemlərində torpağın yerinin müəyyənləşdirilməsi üçün vacib olan istinad nöqtələri göstərilməmiş, lakin buna baxmayaraq, həmin torpaq sahəsinə plan-ölçülər tərtib olunarkən həmin torpaq sahələrinə göstərilən koordinatlar Azərbaycan Nəşriyyatına məxsus torpaq sahəsinin koordinatlarının daxilinə düşmüş, halbuki, X1 ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu üçün, X17 və X10 ayrılmış torpaq sahələri fərdi yaşayış evinin tikilməsi üçün ayrıla bilməzdi, X10 ayrılmış, hazırda isə X15 mülkiyyətində olan torpaq sahəsi Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə «X1 (indiki «X2) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşə bilməz və bu hal həmin torpaq sahələrinin yerləşmə sxemləri və plan-ölçüləri tərtib olunarkən yol verilmiş texniki səhv və səhlənkarlıq nəticəsində yaranmış, DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən X10 və X17 torpaq sahəsinə dair reyestrdən çıxarış verilməsində yox, həmi n torpaq sahəsinə dair «Torpaq sahəsinin planı və ölçüsü» verilərkən texniki səhvə yol verilmiş və kənd təsərrüfatı təyinatlı dövlət mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələri əks olunmuş plan və ölçülər tərtib olunmuş, belə olan halda, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayış evinin tikintisi üçün X10 ayrılmış və sonradan onun mülkiyyəti kimi qeydiyyata alınaraq X4 0,12 ha torpaq sahəsi yardımçı təsərrüfat yaradılması üçün «X1 ayrılmış 15 ha ərazi hüdudlarında yerləşə bilməz. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarına əsasən iddiaçı, öz iddia tələbini Azərbaycan Respublikası Nazirlər Sovetinin xxxx 1980-ci il tarixli, 195 saylı qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15,0 ha torpaq sahəsinin pulsuz və müddətsiz «X1 (hazırda «X2) verilməsinə, xxxx 1981-ci il tarixdə X11 dair dövlət aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçirilmiş «X11 dair Dövlət Akt»da göstərilən sərhədlər daxilində olan 15,0 ha torpaq sahəsindən oranı zəbt edən vətəndaşların həmin torpaq sahəsindən çıxarılmalarının qərara alınmasına və həmin Qərarla X9 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş xxxx 1981-ci il tarixli, **** saylı «X11 X28»na əsasən «X1 ayrılmış 15 ha torpaq sahəsinin qanuni əsaslarla yenidən həmin qurumun hüquqi varisi olan X2 verilməsi ilə əsaslandırır. Hazırkı iş üzrə iddia tələbinə qiymət verilməsi baxımından həmçinin müəyyən edilməli olan məsələ üçüncü şəxslərə verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatlarının “X2 yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşüb-düşməməsidir və iddiaçı tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərdə isə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları öz əksini tapmamışdır. İş materiallarında iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarını özündə əks etdirən iki mütəxəssis rəyi mövcud dur: “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi və “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyi. “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən xxxx 1981-ci il tarixli «X11 X28»na əsasən «X1 qanuni istifadəsində olan 15 ha torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 metr məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçülərə malik ərazidə yerləşir, həmin torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş 6 saylı xəritə üzərində göstərilmiş 1 saylı döngəsinin koordinatları X=416049.63 Y=4492833.10, 2 saylı döngəsinin koordinatları X=416347.10, Y=4492886.90, 3 saylı döngəsinin koordinat ları X=416383.96, Y= 4492388.32, 4 saylı döngəsinin koordinatları isə X=416086.62, Y= 4492334.47-dir. 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 302.3, 2 saylı döngədən 3 saylı döngəyə qədər məsafə 499.9, 3 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 302.2, 4 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 500.0 metrdir, iddiaçının istiadəsində olan torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə Məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 m məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300 m, cənuba tərəf 500 m xətti ölçülərə malik ərazidə yerləşir. Həmçinin mütəxəssis rəyində 15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinin 2 sayl ı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-cii l tarixli 2-1(82)-2233/2018 saylı məktubuna əsasən aparıldığı qeyd olunsa da iş materiallarında sözügedən məktub olmadığından sözügedən mütəxəssis rəyinin hansı icraat ilə əlaqədar əldə edildiyi də məlum deyildir. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xxxx 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə bağlı qeyd edilməlidir ki, həmin iş üzrə tərəflər «Azərbaycan» Nəşriyyatı, X18, X19 olmuş, hazırkı iş üzrə üçüncü şəxslər və cavabdeh həmin iş üzrə tərəf olmadığından o qərarla müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları v ə onların hüquqi varisləri üçün məcburidir. Beləliklə, işə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmadan, iş üzrə “xxxx” MMC-nin təqdim etdiyi rəyə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xxxx 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına, cavabdehin imtina məktubunda qeyd etdiklərinə istinad etməklə iddiaçı və üçüncü şəxslərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi nəticəsinə gəlmişlər. Halbuki, işə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində ətraflı araşdırma aparmalı, müvafiq ekspertiza təyin etməli, bu barədə məlumatın əldə edilməsi mümkün olan müvafiq dövlət orqanlarına sorğular verməli, torpaq sahələrinin yerləşdiyi y erlərə yerində baxış keçirməli, əldə edilmiş mötəbər sübutlar əsasında mübuhisənin obyektiv həllini təmin etməlidilər. İşin faktiki halları isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin xxxx 1980-ci il tarixli, 195 saylı qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15,0 ha torpaq sahəsi yardımçı təsərrüfat yaradılması məqsədi ilə keçmiş «X1 (hazırda «X2) verilmiş, xxxx 1981-ci il tarixdə iddiaçının adına «X11 dair» Dövlət Aktı tərtib edilmiş, iş materiallarına əsasən, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin xxxx 1992-ci il tarixli, 14/84 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 85-ci kvartal, 23 saylı sahədə 0,12 ha torpaq sahəsi X13 ayrılmış, DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xx 2015-ci il tarixdə X8 adına **********45 reyestr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» verilmiş, G.İbrahimovanın həmin 0,12 ha torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə ona RX seriyalı, ******* nömrəli reyestrdən çıxarış verilmiş, X12 ilə X15 arasında xxxx 2015-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən G.İbrahimova mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsini X5, DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən X15 adına xxxx 2016-cı il tarixdə ******* saylı, RX seriyalı Çıxarış və **********45 reyestr nömrəli, xxxx 2016-cı il tarixli «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir. İddiaçı X2 qeyd olunan plan və ölçünün etibar sız sayılması barədə iddia tələbini onunla əsaslandırır ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin xxxx 1992-ci il tarixli 14/84 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədləri ilə X10 Sabunçu rayonu, Nardaran qəsəbə ərazisində torpaq sahəsi ayırsa da, cavabdeh orqanın, eləcə də, ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərinin səhvi və ya vəzifələrindən sui-istifədəsi nəticəsində əvvəllər 0,12 ha torpaq sahəsinin mülkiyyətçisi olmuş X10, alqı-satqıdan sonra isə X17 verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisində yerləşdirilmişdir. İddiaçı «X2 fərdi yaşayış evinin tikintisi məqsədlər i ilə X10 torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin xxxx 1992-ci il tarixli 14/84 nömrəli qərarını, onun əsasında üçüncü şəxsin adına aparılmış hüquqi qeydiyyatı reyestrdən çıxarışı, sonradan həmin torpaq sahəsinin X2 barədə alqı-satqı müqaviləsini, alqı-satqı müqaviləsinə əsasən verilmiş reyestrdən çıxarışı mübahisələndirmədən, yalnız həmin sənədlərin əsasında, onların hüquqi nəticəsi olaraq verilmiş «Torpaq sahəsinin planı və ölçüsü»nün etibarsızılığı barədə idda qaldırmış və işə baxmış məhkəmələr də bu məzmunda iddia tələbini təmin etmişlər. İşə yenidən baxılarkən iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, bu barədə müvafiq sorğular verilməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, müvafiq məhkəmə ekspertizası təyin edilməklə, torpaq sahələrinin yerləşdiyi yerlərin və onların kateqoriyasının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, buna qədər isə iddianın mümkünlük məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İPM-nin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan R espublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixl i, 2-1(103)1064/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, üçüncü şəxs X1 kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1064/2019 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Üçüncü şəxs X1 kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar