Məhkəmə qərarları › İş №2-1(102)-2766/2018

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2766/2018

19.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2766/2018 19.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X5 Agentliyinə (üçüncü şəxs Maliyyə Nazirliyi iştirakı ilə) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2766/18 Bakı şəhəri 19 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçı Maya Hüeynovanın və vəkili Yunis Məmmədovun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X5 Agentliyinə (üçüncü şəxs Maliyyə Nazirliyi iştirakı ilə) qarşı ziyanın ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 04 sentyabr 2018-ci il tarixli 2-1(103)-2116/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR Prezidentinin 8 iyul 2008-ci il tarixli 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nına əsasən Bakı şəhərinin şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Corat, Sumqayıt istiqamətində layihələndirilmiş avtomobil yolu (Corat - Goradil hissəsi də daxil olmaqla) cavabdeh tərəfindən çəkilmiş və istismara qəbul edilmişdir. Goradil yaşayış məntəqəsinin ərazisində yerləşən və iddiaçıya məxsus bağ sahəsi həmin avtomobil yoluna və onun mühafizə zolağına düşdüyü üçün orada iddiaçı tərəfindən inşa edilmiş hasar və darvaza ona əvvəlcədən hər hansı bir xəbərdarlıq edilmədən sökülərək yerlə-yeksan edilmiş və həmin torpaq sahəsi tam olaraq asfalt örtüyünün və onun mühafizə zolağının altına düşmüşdür. Bu fakt, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş aktla da təsdiq edilir. Həmin akt Maliyyə Nazirliyində istənilsə də, iddiaçıya təqdim olunmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və X3 ərazisindəki 258e nömrəli bağın istifadəyə verilməsi haqqında 37753 saylı müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisindəki 0,12 ha torpaq sahəsi olan 258e saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Həmi n müqavilə məhkəmə qaydasında ləğv edilməmiş və ya etibarsız sayılmamış, hal-hazırda hüquqi qüvvədədir. Həmin bağ sahəsi iddiaçı tərəfindən mişar daşı ilə hasarlanmış və iddiaçının istifadəsində olmuşdur. İddiaçı ona vurulmuş maddi ziyan kimi əlindən alınmış torpaq sahəsinin hər bir 100 kv.m-nə (1 sotuna) görə 6000 manat, uçurulmuş hasarın hər bir kv.m-nə görə 20 manat və sökülmüş darvazaya 1000 manat olmaqla kompensasiyanın, eləcə də 10000 manat məbləğində mənəvi ziyan ödənilməsi barədə cavabdehə ünvanladığı 21.09.2017-ci il tarixli pretenziyaya cavab olaraq 02.10.2017-ci il tarixli N-3/16-6144 saylı məktubu ilə bildirildi ki, məsələ ilə əlaqədar cavabdehin etdiyi müraciətə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin cavabında Cavabdeh ASC tərəf indən həyata keçirilən “Novxanı-Pirşağı (sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi çərçivəsində onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Daha sonra, cavabdehin həmin cavabında qeyd olunur ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. İddiaçı Cavabdeh ASC (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iştirakı ilə) qarşı Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 2930 saylı Sərəncamı ilə təsdiq edil miş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”na əsasən Bakı şəhərinin şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Corat, Sumqayıt istiqamətində Corat-Goradil hissəsində avtomobil yolunun tikintisi altına düşən ona məxsus 0,12 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alındığına görə vurulmuş maddi və mənəvi ziyanın - əlindən alınmış torpaq sahəsinin hər bir 100 kv.m-nə (1 sotuna) görə 6000 (altı min) manat, uçurulmuş hasarların hər 1 kv.m-nə görə 20 manat və sökülmüş darvazaya görə 1000 manat olmaqla kompensasiyanın, eləcə də 10000 manat mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti X1 İnkişafı və İstismarı Birliyinin 16.06.2006-cı il tarixli, 37753 saylı müqaviləsi əsasında istifadəsində olan Binəqədi rayonu Goradil ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən tikinti altına düşən 0,03 ha sahəsinə görə 18000 manat məbləğində kompensasiya ödənilməsi vəzifəsinin Cavabdeh ASC-yə həvalə edilməsi barədə qərarİNqəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 31 may 2018-ci il tarixli iş № 2-1(81)-565/2018, (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddianın qismən təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyəti X1 İnkişafı və İstismarı Birliyinin 16.06.2006-cı il tarixli, 37753 saylı müqaviləsi əsasında istifadəsində olan Binəqədi rayonu Goradil ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən tikinti altına düşən 156 kv.m sahənin hər bir kv.m-nə görə 40 manat olmaqla, cəmi 6240 manat məbləğində kompensasiya cavabdeh Azərbaycan X5 Agentliyindən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə (11760 manatın ödənilməsi hissəsində) təmin edilməməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh və üçüncü şəxs apelyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin 31 may 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsi məhkəmə kollegiyasından xahiş etmişdirlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 04 sentyabr 2018-ci il tarixli iş № 2-1(103)-2116/2018 (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və İ.Şirinov) qərarı ilə birinci instansiya məhkəməsinin 31 may 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,bu tip işlərdə alan orqan qismində Azərbaycan X5 Agentliyi tərəfindən avtomobil yolunun tikintisi ilə bağlı işlər həyata keçirilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə uyğun olaraq alınmanın təsiri altına düşən torpağın kimə məxsusluğunu müəyyən etmək məqsədilə aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsinə və ya onun aidiyyəti qurumuna müraciət edilir. Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumunda olan göstəricilər əsasında və baza məlumatlarında torpağın mövcud mülkiyyətçisi və ya sahibi barədə məlumatlar müəyyən edilməklə alan orqana məlumat verilir. Həmin məlumatlar əsasında alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiyanın ödənişi alan orqan tərəfindən həyata keçirilir. Lakin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Azərbaycan X5 Agentliyinə ünvanladığı 08 avqust 2017-ci il tarixli **********89 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin, X6 Xidmətinin 16 yanvar 2018-ci il tarixli DX-03/03-03-48 nömrəli məktubu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə bildirilmişdir ki, X6 Xidməti tərəfindən Azərba ycan X5 Agentliyinə edilmiş müraciətə cavab olaraq Agentlik tərəfindən Xidmətə ünvanlanmış 11 yanvar 2018-ci il tarixli 3/16-179 nömrəli məktubdan göründüyü kimi, “Novxanı–Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi» layihəsi çərçivəsində İddiaçı məxsus daşınmaz əmlakın tikinti sahəsinə düşməsi təsdiq olunmamışdır. Apelyasiya instansiya məhkəməsi inzibati prosessual qanunvericiliyin tələbinə görə xidməti vəzifəsinə görə məktublar arasındakı ziddiyyəti araşdırmadan və hüquqi qiymət vermədən qərar qəbul etmişdir. İddiaçının kompensasiya tələbinə görə istinad etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən torpaq sahəsi keçmiş X2 və İstismarı Birliyinə aid əraziyə aidiyyəti yoxdur və iddia olunan kompensasiya tələbinə görə torpaq sahəsi dövlət torp ağıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İddiaçının iddia olunan kompensasiya tələbinə görə torpaq sahəsinin planı və təsviri hazırlanmamış, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilməmiş və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir. İddiaçının kompensasiya tələb etdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyya tdan keçməmiş, ona məxsusluğu və ya hər hansı hüquqi bağlığı dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməmiş, beləliklə iddiaçının kompensasiya tələb etdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Mülki və Torpaq Məcəllələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi mövcud deyildir. Apelyasiya instansiyası məhkəməsi isə qeyd edilən hallara əhəmiyyət verməmiş, iş materiallarında olan iddiaçının izahatını mötəbər sübut kimi qəbul etməklə apelyasiya şikayətini təmin etməməklə kifayətlənmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 2(103)-2116/2018 saylı qərarını ləğv edərək, kasasiya şikayətinin təmin edilməsi və iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflə rin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Y.Məmmədovkasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Y.Məmmədovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etm işdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi Taleh Rüstəmov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, üçüncü şəxsin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzib ati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəmə si hazırkı iş üzrə qəbul etdiyi 04 sentyabr 2018-ci il tarixli, 2-1(103)-2116/2018 saylı qərarla, cavabdeh Azərbaycan X5 Agentliyi və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2-1(81)-565/2018 saylı qərarının yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 157.4, 157.9-cu maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3, 5-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəldiyindən apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Avtomobil X4 kasasiya şikayəti ilə əlaqədar olaraq qeyd edir ki, kasasiya şikayətində göstərilmiş dəlillər ondan ibarətdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 avqust 2017-ci il tarixli məlumatına əsasən İddiaçı adına daşınmaz əmlak aşkar edilməmiş, həmçinin cavabdehin qənaətinə əsasən iddiaçının kompensasiya tələbinə görə istinad etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən torpaq sahəsi keçmiş X2 və İstismarı Birliyinə aid əraziyə aidiyyəti yoxdur və iddia olunan kompensasiya tələbinə görə torpaq sahəsi dövlə t torpağıdır, bununla yanaşı sözügedən torpaq sahəsinin planı və təsviri hazırlanmamış, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilməmiş və yerdə yoxlanıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməmişdir, yəni, yekun olaraq iddiaçının kompensasiya tələb etdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçməmiş, ona məxsusluğu və ya hər hansı hüquqi bağlılığı dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməmiş, beləliklə, iddiaçının kompensasiya tələb etdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Mülki və Torpaq Məcəllələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədi mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbayc an Avtomobil X4 bu dəlilləri əsassızdır, belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 16 iyun 2006-cı il tarixli, 37753 saylı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 258e saylı, 0,12 hektardan ibarət bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı Goradil bağ massivində yerləşən torpaq sahəsinə dəymiş ziyanla bağlı Cavabdeh ASC-yə müraciət etmiş, sonuncu tərəfindən H 3/16-6144 saylı, 02 oktyabr 2017-ci il tarixli məktubla cavab verilərək göstərilmişdir ki, ərizədə qeyd edilmiş məsələnin araşdırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunmuşdur. Alınmış cavabda bildirilmişdir ki, Cavabdeh ASC tərəfindən həyata keçirilən “NovxanıPirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisinin layihəsi çərçivəsində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11 may 2018-ci il tarixli, **********37 saylı məktubuna əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən, müqavilə üzrə 1200 kvadrat metr, faktiki 1018,0 kvadrat metr olan 258e saylı bağ sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, bağ sahəsinin hasarları faktiki uçurulmuş vəz iyyətdədir. Üzərində tikili yoxdur. Bağ sahəsinin mövcud olmuş əvvəlki hasar daxilində ərazisi 1174,0 kvadrat metr təşkil edib. Faktiki vəziyyətdə həmin sahənin 156,0 kvadrat metr hissəsi yeni çəkilən Novxanı-Pirşağı avtomobil yolunun təmir-tikinti zonasına düşüb. 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza xəritəsində yeni çəkilən Novxanı–Pirşağı avtomobil yolunun mühafizəsi barədə məlumatın olmadığı üçün sahənin qalan 1018,0 kvadrat metrinin yolun mühafizəsinə düşüb-düşmədiyini müəyyən etmək mümkün deyildir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X6i Xidmətinin 18 aprel 2018-ci il tarixli, DX-03/0303-415 saylı məktubuna əsasən “Torpağın dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası nın Qanununa müvafiq olaraq torpaqların alınması zamanı, qeyd olunan (NovxanıPirşağı (Sahil yolu) avtomobil yolunun Goradil bağ massivində yerləşmiş torpaq sahəsinin) əraziyə yaxın yerlərdə satın alınan torpaq sahələrinin 1 kvadrat metrinin bazar qiyməti bütün əlavələr də nəzərə alınmaqla 35,00 - 48,00 manat civarında müəyyən edilmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 inkişafı və X3 ərazisindəki 258e nömrəli bağın istifadəyə verilməsi haqqında 37753 saylı müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisindəki 0,12 hektar torpaq sahəsi olan 258e saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Həmin müqavilə məhkəmə qaydasında ləğv edilməmiş və ya etibarsız sayılmamış, hal-hazırda hüquq i qüvvədədir. Həmin bağ sahəsi iddiaçının istifadəsində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı”nına əsasən Bakı şəhərinin şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Corat, Sumqayıt istiqamətində layihələndirilmış avtomobil yolu (Corat-Goradil hissəsi də daxil olmaqla) cavabdeh tərəfindən çəkilmiş və istismara qəbul edilmişdir. Goradil yaşayış məntəqəsinin ərazisində yerləşən və iddiaçıya məxsus bağ sahəsi hissəvi olaraq (156 kvadrat metr) həmin avtomobil yoluna və onun mühafizə zolağının altına düşmüşdür. Birinci instansiya məhkəməsinin iddiaçıya məxsu s 258e saylı bağ torpaq sahəsinin 156 kvadrat metr hissəsinin yeni çəkilən Novxanı-Pirşağı avtomobil yolunun təmir-tikinti zonasına düşməsini, həmin təmir-tikinti işlərinin cavabdeh tərəfindən icra edilməsini, qeyd olunan əraziyə yaxın yerlərdə satın alınan torpaq sahələrinin 1 kvadrat metrinin bazar qiyməti bütün əlavələr də nəzərə alınmaqla 35,00-48,00 manat civarında müəyyən edilməsini diqqətə almaqla iddiaçının icarəsində olan 258e saylı bağ torpaq sahəsinin 156 kvadrat metr hissəsinin hər 1 kvadrat metri üçün 40 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iddiaçının istifadəsində olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə bağlı cavabdehin kasasiya şikayə tinin dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçının qanuni əsaslarla istifadəsində olan bağ sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən iddiaçının həmin sahəyə gözlənilən mülkiyyət hüququ olmuş, habelə icarə müqaviləsi 10 illik bağlansa da, müqavilə həmin müddət ərzində birtərəfli və ya ikitərəfli qaydada ləğv edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, məlum olduğu kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqinda” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfındən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13·cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən t örədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması (3.1.1-ci maddəsi). Həmin Qanunun alına bilən torpaqlar adlanan 5-ci maddəsinə əsasən istifadədə icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərd ən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: xüsusi mülkiyyətdə olan torpaqlar, bələdiyyə mülkiyyətində olan torpaqlar. Dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarinda qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiy ası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 2-1(103)2116/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Avtomobil X4 kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli, 21(103)-2116/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar