Məhkəmə qərarları › İş №2-1(102)-2768/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2768/2019

06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2768/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2768/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: xxxx 2006-cı ilədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi staj əmək kitabçasına əsasən müəyyən edilir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, İddiaçı Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı Gülbala qız ının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1374/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Gülbala qızı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1974-c ü ildə anadan olduğunu, əmək fəaliyyətinə 1990-ci ildə başladığını, xxxx 1990-cı il tarixli, 98 saylı əmrlə Mətbuat və İnformasiya Nazirliyinin X1 və ədəbiyyatı nəşriyyatının mətbəəsində texniki operator işinə qəbul edildiyini, xxxx 1996-cı il tarixli, 27 saylı əmrlə kitab yığıcısı vəzifəsinə keçirildiyini, xxxx 2009-cu il tarixli, 175 saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edildiyini, əmək stajının 19 il 7 ay 6 gün olduğunu, 2017-ci ilin aprel ayında onu ümumi xəstəlik əsasında baş beyinin üzvi xəstəliyi (epilepsiya minşası nəticəsində şəxsiyyət pozuntusu tez-tez təkrarlanan tutmaları və psixi pozuntuları) diaqnozunun qoyulduğunu, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona İİ qrup əlillik dərəcəsinin təyin olunduğunu, İİ dərəcəli əlilliyə görə ona pensiya təyin edilməsi barədə ər izə ilə DSMF-nin Xətai rayon şöbəsinə müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla iş stajının öz təsdiqini tapmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, onun xxxx 1990-cı ildən xxxx 1996-cı ilədək Mətbuat və İnformasiya Nazirliyinin “Maarif” X1 ədəbiyyatı nəşriyyatının mətbəəsində texniki operator, xxxx 1996-cı ildən xxxx 2005-ci ilədək kitab yığıcısı işlədiyi iş illərinin ümumi sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı tarixdən İİ dərəcəli əlilliyə görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-3444/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim – X.X.İmanov). Bakı Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1374/2019 saylı qərarı ilə (sədrlik edən İ.B.Əhmədov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmilə şdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir, cavabdeh tərəfindən İddiaçı Gülbala qızından “Maarif” nəşriyyatındakı əmək fəaliyyəti ilə əlaqədar olan sənədl ər (əmək kitabçasındakı qeydlər, əmək haqqı cədvəlləri) tələb edilsə də, iddiaçı tərəfindən təqdim olunmamış, qeyd edilən tarixlərdəki əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmadığından, ona əlilliyə görə əmək pensiyası təyin edilməmişdir. İddiaçı Gülbala qızı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı Gülbala qızı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1374/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasi ya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1974-cü ildə Dəvəçi rayonunun Qaragöz kəndində anadan olmuş İddiaçı X1 ünvan 1 ünvanda qeydiyyatdadır, xxxx 1990-cı il tarixli, ******* nömrəli əmək kitabçasına görə İddiaçı xxxx 1990-cı ildən ( əmr № 098, xxxxx 1990) Mətbuat və İnformasiya Nazirliyinin “Maarif’ X1 ədəbiyyatı nəşriyyatının mətbəəsində texniki operator vəzifəsinə qəbul edilmiş, xxxx 1996-cı ildə (əmr № 27, xxxx 1996) kitab yığıcısı vəzifəsinə keçirilmiş, xxxx 2005-ci ildə (əmr № 175, xxxx 2005) ərizəsinə əsasən işdən azad edilmiş, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Maarif’ X1 ədəbiyyatı nəşriyyatı tərəfindən verilmiş 05.07.2018-ci il tarixli, 32 saylı arayışa görə İddiaçı həqiqətən həmin nəşriyyatda xxxx 19 90-cı ildən 098 nömrəli əmrə əsasən texniki operator vəzifəsinə (yarımştat) işə qəbul edilmiş, 05 mart 1996-cı ildən 27 nömrəli əmrə əsasən kitab yığıcısı vəzifəsinə keçirilmiş, ərizəsinə əsasən xxxx 2005-ci il tarixli 175 saylı əmrlə işdən azad edilmiş, qeyd olunan əmrlərin surəti arayışa əlavə edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinin elektron çıxarışına görə İddiaçı X1 xxxx 2017-ci il tarixdə ümumi xəstəlikdən 2-ci dərəcəli əlillik təyin olunmuş, iddiaçı, İİ dərəcəli əlilliyə görə ona pensiya təyin edilməsi barədə ərizə ilə DSMF-nin Xətai rayon şöbəsinə müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun unun 12.1ci maddəsində əlilliyə görə əmək pensiyasının İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edildiyinə, İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyasının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edildiyinə, iddiaçının iş stajının öz təsdiqini tapmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, xxxx 2006-cı ilədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi stajı sosial sı ğorta stajı üzrə deyil, əmək kitabçasına əsasən müəyyən edilir, cavabdeh apellyasiya şikayətində iddiaçının sosial sığorta stajının yoxlanılmasının mümkün olmadığını qeyd etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əmək kitabçasında onun qeyd olunan müddətdə işə qəbul və işdən çıxma əmrləri barədə müvafiq qeydiyyat aparılmış, həmin qeydlər İdarənin möhürü ilə təsdiq edilmiş, iddiaçının xxxx 1990-cı ildən xxxx 1996-cı ilədək Mətbuat və İnformasiya Nazirliyinin “Maarif X1 ədəbiyyatı nəşriyyatının mətbəəsində texniki operator, xxxx 1996-cı ildən xxxx 2005-ci ilədək kitab yığıcısı işləməsi faktı iş materiallarındakı əmək kitabçası və işlədiyi nəşriyyat tərəfindən verilmiş arxiv arayışı və əmrdən çıxarışlarla sübut olunur, həmçinin iddiaçıya əlil olması ilə əlaqədar əmək p ensiyası təyin olunması üçün tələb olunan 9 il 5 ay (2017-1974 -15 = 25 x 4; 12 = 9,5 il) əmək stajı toplaması, yəni 15 ildən artıq əmək stajının olması təsdiq olunduğu halda, cavabdeh tərəfindən ona 2-ci dərəcəli əlilliyə görə pensiya təyin edilməməsi iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına səbəb olmuş, iddiaçının qeyd olunan dövrdə işləməsi ona məxsus əmək kitabçasında təsdiq olunur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. xxxx 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin mə hdudlaşdırılması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il xxxx tarixli, 186 saylı qərarının 1.1-ci maddəs inə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. xxxx 2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikasının Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bi r sıra beynəlxalq- hüquqi sənədlərdə də öz əksini tapmışdır. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh apellyasiya şikayətində iddiaçının sosi al sığorta stajının yoxlanılmasının mümkün olmadığını qeyd etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, əmək kitabçasında onun qeyd olunan müddətdə işə qəbul və işdən çıxma əmrləri barədə müvafiq qeydiyyatın aparıldığını, həmin qeydlərin İdarənin möhürü ilə təsdiq edildiyini, iddiaçının xxxx 1990-cı ildən xxxx 1996-cı ilədək Mətbuat və İnformasiya Nazirliyinin “Maarif X1 ədəbiyyatı nəşriyyatının mətbəəsində texniki operator, xxxx 1996-cı ildən xxxx 2005-ci ilədək kitab yığıcısı işləməsi faktının iş materiallarındakı əmək kitabçası və işlədiyi nəşriyyat tərəfindən verilmiş arxiv arayışı və əmrlərdən çıxarışlarla təsdiq edildiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəs inə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1374/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1 (103)-1374/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar