Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2768/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 190 manat birdəfəlik müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin imtinasının qanunsuz sayılması. işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin və mənəvi ziyana görə 4000 manat pulun veri lməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2300/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X1 cavabdeh İddiaçı qarşı “nikahın ləğv edilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(010)3461/2015 nömrəli 21 may 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehin iddianı qismən etiraf etməsinin təsdiq edilməsi, iddiaçı ilə cavabdeh arasında bağlanmış və 10 sentyabr 2013-cü il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması və akt qeydləri kitabındakı 1278 saylı nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahdan olan xx.xx.2008-ci il tarixdə və xx.xx.2010-cu il tarixdə doğulmuş qızlarının anasının yanında qalmasının müəyyən edilməsi, cavabdehin onların yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 aprel 2015-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 108 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi, ödənilməsi müəyyən edilmiş 30 manat dövlət rüsumunun iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamə 30 iyun 2015-ci il tarixdə qanuni qüvvə minmişdir.
2. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçı ilə X1 arasındakı nikaha xitam verilməsi barədə 28 iyul 2015-ci il tarixdə 235 nömrəli akt qeydi aparılmış və bu barədə 21 iyul 2020-ci il t arixdə AZ-İ seriyalı 358889 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir.
3. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 127 nömrəli qərarı ilə müəyyən edilmiş qaydada cavabdehin mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) aylıq birdəfəlik ödəmənin (190 manat) alınması məqsədi ilə işsiz kimi qeydiyyata düşmüş, ona SMS vasitəsi ilə bildirilmişdir ki, arvadı barədə təhrif olunmuş məlumat təqdim etdiyindən 190 manat birdəfəlik ödəmə verilməsindən imtina olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz sayılması. işsiz kimi xüsusi karantin rejiminin tətb iq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin və mənəvi ziyana görə 4000 manat pulun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli 127 nömrəli qərarına əsasən cavabdehin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini müəyyən etmişdir. Bundan sonra o, cavabdehin mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində (MAS) aylıq birdəfəlik ödəmənin alınması m əqsədi ilə işsiz kimi qeydiyyata düşmüş, bir müddətdən sonra ona SMS vasitəsi ilə cavab verərək bildirilmişdir ki, arvadı barədə təhrif olunmuş məlumat təqdim etdiyindən, ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina olunur. Subaydır, məhkəmə qətnaməsi ilə 2015-ci il tarixdə nikahı pozulmuşdur. Bu məsələyə aydınlıq gətirmək üçün Məşğulluq Mərkəzinə müraciət etmiş, mərkəzdən bildirilmişdir ki, nikah pozulmuş hesab edilmir, ona görə ki, nikahın pozulması haqda şəhadətnamə alınmamışdır. Bunda sonra o, nikahın pozulması haqda şəhadətnamə almış və yenidən cavabdehə müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. Hesab edir ki, cavabdehin belə qanuna zidd mövqeyi öz konservativ maraqlarını təmin etmək, maddi maraqlar güdmək, həmçinin imkanları məhdud olan vətəndaşları imtiyazlardan məhrum etmək, onlara 190 manat birdəfəlik ödəmə verilməsindən məhrum etmək məqsədi daşıyır. Nikahı məhkəmə qaydasında pozulubsa, məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Onun gəliri yoxdur, mülkiyyətində torpaq, avtomobil yoxdur, heç bir yerdə işləmir. Yalnız insanların köməyi ilə yaşayır. Müxtəlif orqanlara müraciət etsə də, nəticə olmamışdır. Müavinəti almaması onun əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməsinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməyinə gətirib çıxarmışdır. Cavabdehin qanuna zidd əməlləri nəticəsində ona dəymiş mənəvi ziyanın miqdarını 4000 manat dəyərləndirir.
6. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, Koronavirus (COVİD-19) xəstəliyinin A zərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixdə 1950 nömrəli Sərəncam qəbul edilmişdir. Həmin Sərəncamın icrası olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli 135s nömrəli Sər əncamı ilə təsdiq edilmiş Tədbirlər Planında “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” na uyğun olaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq birdəfəlik ödəmə işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə qeydiyyat tarixindən asılı olaraq təyin olunur və ödənilir. İddiaçı 190 manat birdəfəlik ödəmə ilə bağlı onlayn müraciət edərkən müraciət formasının həyat yoldaşının fərdi identifikasiya nömrəsi bölməsində sözlə subay məlumatını qeyd etdiyi üçün, həmin məlumat əsasında elektron informasiya sistemlərində zəruri məlumatların müəyyənləşdirilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı ərizəsində evli olmadığını, nikahın 2015-ci ildə xitam edilməsini, yalnız məşğulluq mərkəzinə müraciəti əsasında verilmiş məlumatdan sonra nikahın pozulmasına dair şəhadətnamə almasını qeyd etmişdir. Nikahın pozulması faktı 190 manat birdəfəlik ödəmə tarixinə qeydə alınmadığından, həmçinin onlayn müraciət formasında həyat yoldaşı bölm əsində səhv məlumat qeyd edildiyindən Qaydanın 2.3.9-cu yarımbəndində nəzərdə tutulmuş əsasları müəyyən etmək mümkün olmamış, bu səbəbdən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2-1(112)-3970/2021 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının ona işsiz kimi qeydiyyata alınan şəxslərə ödənilən 190 manat birdəfəlik ödənişin xüsusi karantin rejimi tətbiq olunduğu dövr üzrə ödənilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş və iddia qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əs aslandırmışdır ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. İddiaçı hazırki iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddiaçıya cavab verilməmiş, iddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati orqan kimi cavabdeh ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin id diaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinasında imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublika sı İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İddiaçıya izah edilmişdir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. İddiaçının mənəvi ziyanla bağlı tələbinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı hazırki iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan vurulması sübuta yetirilməmişdir və belə olan halda məhkəmə hesab etmişdir ki, iddia mənəvi ziyanın tut ulması hissəsində təmin oluna bilməz.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2-1(103)-2494/2021 nömrəli qərardadı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3970/2021 nömrəli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi və yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarında işsiz statusunun qanunvericiliklə müəyyən edilən əsasları və pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə birdəfəlik ödəmənin verilməsinin konkret halları və şərtləri aydın şəkildə sadalanmış və bu zaman inzibati orqanın diskressionluq səlahiyyətə malik olduğu müəyyən edilməmişdir. Cavabdehin iş materiallarına əlavə edilmiş SMS imtinasında və iddia ərizəsinə dair etirazında iddiaçının müraciəti ilə bağlı hüquqi mövqeyini aydın şəkildə ifadə edərək hesab edir ki, onun tərəfindən birdəfəlik ödəmənin verilməsindən imtina olunması qanuni və əsaslıdır, iddia rədd edilməlidir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçının tələbində haqlı olub-olmadığını müəyyən edilməsi üçün işdə kifayət qədər sübutlar da mövcuddur. Lakin birinci instansiya məhkəməsi həmin sübutlar araşdırılmamış, onların hüquqi qiymətləndirilməsi aparılmamış, məsələnin həll edilməsi üçün yenidən inzibati qaydada araşdırılma aparılmasını cavabdehə həvalə etməkdə qərarlı olmuşdur. Halbuki, sübutları araşdırmaq, lazım gəldikdə iş üçün əhəmiyyət kəsb edən əlavə sübutlar toplamaq, onlara hüquqi qiymət vermək və yaranmış daxili inam əsasında qərar qəbul etmək məhkəmənin, İPM-in 12.1, 58.7 və 68.1-ci maddələri ilə müəyyən olunan vəzifəsidir. Onu da qeyd etmək lazımdır ki, prosessual qənaət prinsipi baxımından, məhkəmə qeyd olunan mövqeyini işə mahiyyəti üzrə baxılması çərçivəsində aralıq qərardadı ilə həyata keçirmək imkanına malik olmuşdur. Beləliklə də, göstərilənlər baxımından, konkret halda, birinci instansiya məhkəməsinin iddiaçının birdəfəlik ödəmənin verilməsi barədə müraciəti ilə əlaqədar inzibati araşdırmanı aparılması və müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə gəldiyi nəticəni işdə olan sübutlara və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilməsi istisna edilir. Tələbin mənəvi ziyanla bağlı hissəsinə gəldikdə isə iddiaçının həmin tələbi, iddianın birinci hissəsindən irəli gələn, yəni, iş üzrə sübutların araşdırılıb onlara hüquqi qiymət verilməsindən sonra, maddi hüquq normalarının tələbləri və məhkəmə praktikasına uyğun qaydada münasibət bildirilməli olan bir məsələdir. c) birinci instansiya məhkəməsində ikinci icraat
12. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2-1(112)-188/2023 nömrəli qərarı (hakim R.L.Kərimli) ilə iddia qismən təmin edilmiş, cavabdehin imtinası qanunsuz sayılmış, iddiaçıya işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23-cü maddəsinin tələblərinə görə hazırkı iddiaçı ilə X1 arasındakı nikaha müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi 30 iyun 2015-ci il tarixdən xitam verilmiş sayılır. Cavabdeh inzibati orqan müvafiq inzibati icraatı apararkən iş üçün əhəmiyyət kəsb edən, xüsusilə də maraqlı şəxs kimi iddiaçının xeyrinə olan halların araşdırılmasını, eləcə də iddiaçının (özünün və ya nümayəndəsi vasitəsilə) dinlənilməsini, məlumatlandırılmasını təmin etməmişdir. Halbuki, s adalanan nöqsanlı xüsusatlar mövcud olmadığı halda, inzibati icraat fərqli nəticə verərdi və ətraflı araşdırma ilə iddiaçının müvafiq aylıq birdəfəlik ödəmə almalı şəxslərin dairəsinə aid olması müəyyən edilir. Məhkəmə icraatında həmçinin cavabdeh tərəfindən iddiaçıya işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsini istisna edən digər halların mövcudluğu ilə bağlı hər hansı sübut təqdim olunmamış, dəlil bildirməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçıya həmin ödəmənin verilməsindən cavabdehin imtinası qanunvericiliyin, o cümlədən “İnzibati icraat haqqında” Qanunun 11, 21, 24-cü maddələrinin tələblərinə zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Odur ki, iddia “cavabdehin imtinasının qanunsuz sayılması, karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq pul vəsaitinin birdəfəlik ödənilməsi” hissəsində əsaslıdır. İddiaçının “dəymiş ziyanın ödənilməsi” tələbinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, iddiaçı ona dəymiş ziyana görə 4000 manat pul vəsaitinin ödənilməsi ilə bağlı iddianı qaldırmamışda əvvəl cavabdehə müraciət etmişdir. Hazırkı məhkəmə icraatında ona birdəfəlik ödəmənin verilməsindən imtina qanunsuz sayılsa da, iddiaçı ona dəymiş maddi ziyanın konkret nədə ifadə olunması ilə bağlı hər hansı arqument və dəlil bildirməmiş, eləcə də sübut təqdim etməmişdir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2-1(103)-2300/2023 nömrəli qərarı (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və Ş.A.Məmmədova) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-188/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.
19. Cavabdeh kassasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarına, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” na istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Ailə Məcəlləsi: 23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. 23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. 23.3. Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 23.4. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublik ası Qanunu: Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəs atət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; Maddə 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübut ları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sü butlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. 23. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.7. işaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs;...
24. Azərbaycan Respublikası Prezidentinin 19 m art 2020-ci il tarixli, 1950 nömrəli Sərəncamı: 1. 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılsın.
2. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın....
25. Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”
1. Ümumi müddəalar 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
2. Birdəfəlik ödəmənin verilm əsi şərtləri 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pe nsiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfə lik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.
3. Birdəfəlik ödəmənin verilməsi qaydası 3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. 3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. 3.3. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. 3.4. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imti nanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. 3.5. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. 3.6. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir. 3.7. Birdəfəlik ödəmənin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir. 3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikas ının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 25. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli, 149 nömrəli qərarı
1. Aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin: 2-1. Birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. Həmin Qərarla təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” üzrə: 2.3-cü bəndin birinci abzasına “ödənişləri alan” sözlərindən sonra“, habelə bu bənddə göstərilən meyarlara cavab verən” sözləri əlavə edilsin; 2.3.10-cu yarımbənd aşağıdakı redaksiyada verilsin: Bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı;”; Aşağıdakı məzmunda 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilsin: “2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara.”; 3.8-ci bənd aşağıdakı redaksiyada verilsin: “3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uy ğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur.”
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 aprel 2020-ci il tarixli, 149 nömrəli qərarı:... 2. “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 2-1-ci hissəsində “Birdəfəlik” sözü “Azərbaycan Respublikasının Nazirlər Ka bineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik” sözləri ilə əvəz edilsin....
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İş materialları ilə müəyyən olunduğu kimi, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı 190 manat birdəfəlik müavinətin verilməsindən ibarətdir.
32. İddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, cavabdeh aylıq birdəfəlik ödəmə barədə şəxsin ərizəsi üzrə icraat aparmağa və ödəmənin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş dispozisiya şərtlərinin şəxsə münasibətdə mövcud olub-olmamasını xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yalnız belə icraat nəticəsində tələb olunan dispozisiya şərtlərinin şəxs tərəfindən ödənilmədiyinin müəyyən olunduğu təqdirdə, cavabdeh həmin vəsaitin ödənilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır.
33. Hazırki işin hallarından göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3 461/2015 nömrəli iş üzrə 21 may 2015-ci il tarixli qətnaməsi ilə X1 ilə iddiaçı arasında bağlanmış və 10 sentyabr 2013-cü il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması və akt qeydləri kitabındakı 1278 saylı nikah qeydinin ləğv edilməsi qət edilmişdir və həmin qətnamə 30 iyun 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçı cavabdeh inzibati orqana müraciətlərində bu fakt barədə məlumat verməsinə baxmayaraq, iddiaçının nikahda olub-olmaması və ya nikahının pozulması halları cavabdeh tərəfindən araşdırılmamışdır. Halbuki hazırki qərarın 22-ci bəndində sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, inzibati orqan inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəl illər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə al ır.
34. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, birdəfəlik ödəmənin verilməsində dövlətin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin minimal yaşayış ehtiyaclarını və sosial müdafiəsini təmin etməkdən ibarətdir. Bu baxımdan hazırkı qərarın 24-26-cı bəndlərində istinad olunan normalar pandemiya dövründə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydalarını, birdəfəlik ödəmənin verilməsi əsaslarını, habelə ödəmənin veriləcəyi şəxslərin dairəsini müəyyənləşdirir.
35. Cavabdeh inzibati orqan iddiaçıya birdəfəlik ödəmənin verilməsi məsələsini həll edərkən məhz yuxarıda qeyd olunan qaydalara uyğun davranm alı, həmin normalarda nəzərdə tutulmuş şərtlərin və əsasların iddiaçıya münasibətdə mövcud olub-olmadığını yoxlamalı idi. Bu konkret mübahisəyə münasibətdə həm də ona görə xüsusi əhəmiyyət daşıyır ki, müvafiq qaydalarda nəzərdə tutulmuş kateqoriyadan olan şəxslər dövlətin sosial müdafiə tədbirlərindən kənarda qalmasınlar. Başqa sözlə, birdəfəlik ödəmə sosial müdafiəyə ehtiyacı olan və qanunvericiliklə müəyyən olunmuş kriteriyalara cavab verən şəxslərə, həmin şəxslərin buna hüquqlarının yarandığı təqdirdə ödənilməlidir.
36. Qanunvericiliyin istinad olunan normalarına görə, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olmaqla faktiki subay olan iddiaçıya birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan şərtlərin mövc udluğu apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 190 manat məbləğində birdəfəlik aylıq ödəmənin verilməsindən cavabdehin imtinası qanunsuz sayılmalı və şəxsin həmin ödəməyə olan hüququnun pozulması kimi qiymətləndirilməlidir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 21-27 a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsas lı olmuşdur.
39. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 21(103)-2300/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.