Məhkəmə qərarları › İş №2-1(102)-2769/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2769/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2769/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2769/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: operativ vergi nəzarəti həyata keçirilərkən iddiaçıya məxsus restoranda iki nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi, həmçinin müştəri tərəfindən ödənilmiş 15,0 manat vəsaitin NKA-ya vurulmadığı müəyyən edilmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qı zından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 oğlunun iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xxxx 2018-ci il tarixli qərarlarının ləğv edilməsi və 2.400,0 manat həcmində maliyyə sanksiyasının silinməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1317/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xxxx 2018-ci il tarixli, **********6424 və **********6434 nömrəli qərarlarının ləğv edilməsi və həmin qərarlar əsasında tətbiq edilmiş ümumilikdə 2.400,0 manat həcmində maliyyə sanksiyasının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Departamentinin xxxx 2018-ci il tarixli qərarına əsasən Xızı rayonu, Yarımca kəndində yerləşən fəaliyyəti dayandırılmış obyektdə (“Ovçular” restoranında) operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq 08.09.2018-ci il tarixli VN-17 seriyalı ***** nömrəli və xxxx 2018ci il tarixli, VN-11 seriyalı ******nömrəli Aktlar tərtib edilmişdir. Aktlarda qeyd edilənlərə əsasən operativ vergi nəzarəti nəticəsində iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nahar yeməyinə görə müştəri tərəfindən ödənilmiş 150 manat vəsaitin NKA-ya mədaxil edilmədiyi və bunun müqabilində müştəriyə müvafiq çekin verilmədiyi, eyni zamanda 2 fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən tərəfindən işə cəlb edildiyi müəyyən edilmişdir. Həmin aktlar əsasında «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qəbul edilmiş xxxx 2018-ci il tarixli, *********nömrəli və xxxx 2018-ci il tarixli ********** nömrəli qərarlara əsasən ona ümumilikdə 2.400 manat maliyyə sanksiyası tətbiq edilmiş, halbuki qeyd olun an xxxx 2018-ci il tarixli aktlar onun iştirakı olmadan tərtib edilmişdir. O, həmin aktlardan yalnız xxxx 2018-ci il tarixdə qeyd olunan aktlar poçt vasitəsilə ona təqdim edildikdən sonra xəbərdar olmuşdur. Operativ vergi nəzarətinin onun iştirakı ilə həyata keçirilməsinə dair vergi orqanı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilə bilməz. Vergi qanunvericiliyinin tələblərinə əsasən operativ vergi nəzarəti yalnız onun iştirakı ilə həyata keçirilə bilərdi. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Bundan başqa, yoxlama tədbiri həyata keçirilən gün «Ovçular» restoranı faktiki olaraq fəaliyyət göstərməmişdir. Belə ki, işlər yaxşı getmədiyindən bir neçə müddət əvvəldən obyektin fəaliyyəti t ərəfindən dayandırılmışdır. Həmin gün restoranda nə aşpaz, nə ofisiant, nə də başqa işçi olmamışdır. Bu səbəbdən də həmin gün hər hansı müştəriyə xidmət göstərilməsi ilə bağlı vergi orqanının iddiası tamamilə uydurmadır. NKA-ya mədaxil edilmiş 150 manat bərpa çeki ilə bağlı isə, həmin çek bilavasitə vergi orqanının əməkdaşının özü tərəfindən çap edilmişdir. Obyektdə iki nəfər kənd sakini təmizlik işləri həyata keçirdiyi zaman iki vergi əməkdaşı obyektə daxil olmuş və obyektin sahibini soruşmuşlar, həmin iki kənd sakini obyektin işləmədiyini bildirsələr də, vergi orqanının əməkdaşları onun iştirakını təmin etmədən özbaşına yoxlama tədbiri həyata keçirmiş və 150 manat vəsaiti kassa aparatına özbaşına daxil etmişlər. Bununla kifayətlənməyən vergi orqanının əməkdaşları obyekti təmizləyən iki kənd sakinini əsassız olaraq obyektin işçiləri kimi qəbul etmiş və bu barədə də müvafiq akt tərtib etmişlər. Beləliklə, vergi orqanının əməkdaşları vergi qanunvericiliyinin tələblərini və onunla qanunla qorunan hüquqlarını kobud şəkildə pozaraq, faktiki olaraq fəaliyyət göstərməyən obyektdə operativ vergi nəzarəti həyata keçirmiş və heç bir əsas olmadığı halda ona 2.400 manat maliyyə sanksiyası tətbiq etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(82)-1108/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim – E.M.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1317/2019 saylı qərarı ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) İddiaçı apellyasiya şikayəti təmi n edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, vergi işçiləri özbaşına obyektə daxil olaraq kassaya 150 manat vəsaiti daxil etmiş və çeki çap etmişlər, güya müqaviləsiz işlədilən iki nəfər vergi işçilərini tanıdıqları üçün onları aldad araq sənədlərə imza atın heç bir problem yoxdur, gəlib baxıb gedirik sözləri ilə aldatmışlar, vergi işçiləri obyektdə olarkən iddiaçı ilə telefonla əlaqə saxlayaraq bildirmişlər ki, bunlar gəlib baxıb gedəcəklər deyirlər, iddiaçı etiraz etməmiş, lakin sonradan məlum olmuşdur ki, akt və protokol tərtib olunmuş, iddiaçıya təqdim olunmamış, protokol qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunmuşdur. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak et məmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və oby ektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1317/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xxxx 2012-ci il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmiş, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xxxx 2018-ci il tarixli, ********** nömrəli qərara görə İddiaçı fəaliyyəti üzrə «Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması» və «Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan işəgötürən tərəfindən f iziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi» məsələləri üzrə xxxx 2018-ci il tarixdən xxxx 2018-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmiş, operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xxxx 2018-ci il tarixli, ********** nömrəli tələbnaməyə görə nəzarət kitabçası, fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqavilələri və digər zəruri vəsaitlər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrinin tələblərinə əsasən İddiaçı tələb olunmuş, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında VN-11 seriyalı, ***** nömrəli, xxxx 2018-ci il tarixli akta görə 2 fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən İddiaçı tərəfindən işə cəlb edildiyi müəyyən edilmiş, «Ovçular» restoranında aparılmış operativ vergi nəzarəti nəticəsində 2 nəfər-X1 və X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında NV-17 seriyalı, ***** saylı, xxxx 2018-ci il tarixli akta görə vergi nəzarəti tədbiri nəticəsində iddiaçıya məxs us «Ovçular» restoranında nahar yeməyinə görə müştəri tərəfindən ödənilmiş 15,0 manat vəsaitin NKAya mədaxil edilmədiyi və bunun müqabilində müştəriyə müvafiq çekin verilmədiyi müəyyən edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xxxx 2018-ci il tarixli, ********** nömrəli qərarla İddiaçı xxxx 2018-ci il tarixədək Vergilər Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 400.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, xxxx 2018-ci il tarixli, ********** nömrəli digər qərarla İddiaçı xxxx 2018-ci il tarixədək Vergilər Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, xxxx 2018-ci il tarixli akta görə operativ vergi nəzarəti zamanı vergi ödəyicisi əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət etməməsinə və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iki nəfər fiziki şəxslər əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə görə xxxx 2018-ci il tarixdə ***** və ***** saylı aktlar tərtib edilmiş, lakin vergi ödəyicisi tərtib edilmiş aktlara imza etməkdən və surətini almaqdan imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir və onun nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir, həmin akt vergi yoxlamasını həyata keçirən şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri və ya fərdi sahibkar tərəfindən imzalanır, cavabdeh inzibati orqanın operativ vergi nəzarəti həyata keçirilərkən iddiaçıya məxsus «Ovçular» restoranında işlərin yerinə yetirilməsinə cəlb olunmuş 2 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanmadığı aşkar olunmuş, VN-11 seriyalı, ******* nömrəli, xxxxx 2018-ci il tarixli aktda və həmin akta əlavədə isə adları qeyd olunan 2 nəfər işçidən hər hansı biri ilə həmin tarixə əmək müqaviləsinin bağlanması iş üzrə öz təsdiqini tapmamış, həmçinin "Nağd pul hesablaşm alarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında" NV-17 seriyalı, 001736 saylı, xxxx 2018-ci il tarixli akt ilə vergi nəzarəti tədbiri nəticəsində «Ovçular» restoranında nahar yeməyinə görə müştəri tərəfindən ödənilmiş 15,0 manat vəsaitin NKA-ya mədaxil edilmədiyi və bunun müqabilində müştəriyə müvafiq çekin verilmədiyi müəyyən edilmiş, xxxx 2018-ci il tarixli akt ilə operativ vergi nəzarəti zamanı vergi ödəyicisi əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət etməməsinə və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iki nəfər fiziki şəxslə əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə görə xxxx 2018-ci il tarixdə ****** və ****** saylı aktlar tərtib edilmiş, lakin vergi ödəyicisi tərtib edilmiş aktlara imza etməkdən və surətini almaqdan imtina etmiş, beləliklə, operativ vergi nəzarəti nəticəsində «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xxxx 2018-ci il tarixli, **********6424 nömrəli və xxxx 2018-ci il tarixli, **********6434 nömrəli qərarlarının qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmiş və həmin qərarın qəbul edilməsi zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması iş üzrə müəyyən edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən o perativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (50.1.1.) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən «Fərqlənmə nişanı»nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; (50.1.2.) aksiz markaları ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; (50.1.3.) əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; (50.1.4.) valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; (50.1.6.) xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul ol an şəxslərin aşkar edilməsi; (50.1.7.) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; (50.1.8.) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; (50.1.9.) aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi və s. Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi əraz i, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb e dilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu s übut etməlidir. Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdeh inzibati orqanın operativ vergi nəzarəti həyata keçirilərkən iddiaçıya məxsus «Ovçular» restoranında işlərin yerinə yetirilməsinə cəlb olunmuş 2 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanmadığının aşkar olunduğunu, adları qeyd olunan 2 nəfər işçidən hər hansı biri ilə həmin tarixə əm ək müqaviləsinin bağlanmasının iş üzrə öz təsdiqini tapmadığını, həmçinin "Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında" NV-17 seriyalı, 001736 saylı, xxxx 2018-ci il tarixli aktla vergi nəzarəti tədbiri nəticəsində «Ovçular» restoranında nahar yeməyinə görə müştəri tərəfindən ödənilmiş 15,0 manat vəsaitin NKA-ya mədaxil edilmədiyini və bunun müqabilində müştəriyə müvafiq çekin verilmədiyini, vergi ödəyicisinin bu barədə tərtib edilmişaktları imza etməkdən və surətini almaqdan imtina edildiyini, beləliklə, operativ vergi nəzarəti nəticəsində mübahisələndirilən qərarların qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirildiyini və həmin qərarın qəbul edilməsi zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsini n və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasının iş üzrə müəyyən edilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1317/2019 saylı qərarı dəyişdirilmədə n saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1317/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar