Məhkəmə qərarları › İş №2-1(102)-277/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-277/2019

06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-277/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-277/2019) Bakı şəhəri 06 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “01.09.1972-ci il tarixdən 01.09.1977-ci il tarixədək M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Az ərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-422/2018 saylı, 02 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 06 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı ) 01.09.1972-ci il tarixdən iyun 1977-ci il tarixədək M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, Г-İ seriyalı, xxxx nömrəli diplomla ona riyaziyyatçı mühəndis peşəsi ixtisası verilmişdir. İddiaçı təhsil a ldığı müddətin sosial sığorta müddəti kimi nəzərə alınması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə ( bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh 27.11.2017-ci tarixli, 57/5123 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunda təhsil müddəti sığorta stajı kimi nəzərdə tutulmamışdır. Bundan sonra iddiaçı 01.09.1972-ci il tarixdən 01.09.1977-ci il tarixədək M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bildirmişdir ki, 01.09.1972-ci il t arixdən 01.09.1977-ci il tarixədək M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil almış və ona Г-İ seriyalı, xxxx nömrəli diplom verilmişdir. O, əyani təhsil aldığı müddətin iş stajı kimi hesablanması üçün cavabdehə ərizə ilə müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh iddiaçının verdiyi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, 01.01.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri nəzərdə tutulmuşdur. Həmin maddədə vətəndaşın təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Şəki İnzibati-İqtis adi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli 2-1(84)-1070/2018 saylı qərarı ilə (hakim: R.A.Məcidov) iddia tələbi qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçının 01.09.1972-ci il tarixdən iyun 1977-ci il tarixədək M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı dövrün onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə əyani təhsil müddəti iş stajına hesablandığından cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci tarixli, 21(107)-442/2018 nömrəl i qərarı ilə (sədrlik edən: E.Ş.Hüseynov, hakimlər: R.R.Rəfiyev və G.Q.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli 2-1(84)-1070/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci tarixli, 2-1(107)-442/2018 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Be lə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21-ci maddəsinə əsasən, sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin tərkibində vətəndaşın təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh 30.06.2017-ci il tarixli 1557 nömrəli qərarı ilə iddiaçıya 05.07.2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olun muşdur. Mübahisəli hüquq münasibəti 2014cü ildə yaranmışdır və həmin tarixdə qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmirdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Al i Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan bir i olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun 109-cu maddəsində qeyd olunurdu ki, ali, orta-ixtisas, texniki-peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş staj ına daxil edilir. Həmçinin, 23.09.1992-ci il tarixdə təsdiq edilmiş (01.01.1993-cü il tarixdən qüvvəyə minmiş) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki-peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir... Bu qanunun norması 01.01.2006-cı il tarixədək, yəni “Əmək pensiyaları haqqında” yeni Qanun qüvvəyə minənədək qüvvədə olmuşdur. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının təhsil aldığı müddət “Dövlət pensiya təminatı haqqında” SSRİ Qanununun qüvvədə olduğu dövrə təsadüf etdiyindən onu n ali təhsil müəssisəsindəki təhsil müddətinin iş (sosial sığorta) stajına daxil edilməsini tələb etmək hüququ yaranmışdır. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" AR Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona şamil və tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (əyani ali təhsil müddətinin iş stajına hesablanması hüququnun) itirilməsinə səbəb ola bilməz. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, Cavabdeh 30.06.2017-ci il tarixli 1557 nömrəli qərarı ilə iddiaçıya 05.07.2012-ci il tari xdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Mübahisəli hüquq münasibəti 2014-cü ildə yaranmışdır və həmin tarixdə qüvvədə olan qanunvericiliyə əsasən təhsil müddəti sosial sığorta stajına daxil edilmirdi. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibatı orqanın ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətinin sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulması kimi qiymətləndirilir. İddiaçının təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Odur ki, “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsə pensiya təyin edilən vaxt deyil, təhsil aldığı vaxt qüvvədə olan qanunvericilik normalarına uyğun həll edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci tarixli, 2-1(107)-442/2018 nömrəli qərarı dəyişdi rilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Kəmaləddin Bədəlov Hakimlər: İlqar Dadaşov Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar