Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-277/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin planı və ölçüsü sənədlərinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı «Azərbaycan» Nəşriyyatının (VÖEN:**********) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Sabunçu rayon İc ra Hakimiyyəti başçısının Nardaran qəsəbə nümayəndəliyi, X20 hüquq varisi X21, X9 və X21) “torpaq sahəsinin planı və ölçüsü sənədlərinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1465/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 15,0 ha torpaq sahəsi «Kommunist» nəşriyyatına (hazırda «Azərbaycan» Nəşriyyatı) verilmiş, X18 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş 20 fevral 1981-ci il tarixli, B 000369 saylı «X22 X61»na əsasən 15 ha ölçüdə torpaq sahəsi «Kommunist» Nəşriyyatına (indiki «Azərbaycan» Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün müddətsiz ayrılmışdır. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli qərarı ilə iddia təmin olunaraq 02/169 saylı 26 aprel 2005-ci il tarixli qərarı və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq sahəsi 2500 kv.m sahə 3, yer 132 torpaq sahəsinin X10, 02/121 saylı 24 mart 2005-ci il tarixli qərara və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq sahəsi 2500 kv.m sahə 3, yer 127 X11, 02/131 saylı 26 mart 2005-ci il tarixli qərara və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq sahəsi 2200 kv.m sahə 3, yer 130 torpaq sahəsi X6, 02/156 saylı 26 aprel 2005-ci il tarixli qərar və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olara q sahəsi 2500 kv.m sahə 3, yer 129 torpaq sahəsinin X3, 02/131 saylı 27 mart 2005-ci il tarixli qərara və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq sahəsi 2500 kv.m sahə 3, yer 131 torpaq sahəsinin X20, 02/129 saylı 27 mart 2005-ci il tarixli qərara və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq sahəsi 2500 kv.m sahə 3, yer 132 torpaq sahəsi X12 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bunlara müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir.
3. X25 verilmiş **********19 reyestr nömrəli və ona digər torpaq sahəsinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X 7 və X13 verilmiş **********20 və **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçüləri məhz isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli qərarının icrasının nəticəsində əldə olunmuşdur. Cavabdeh orqan isə həmin daşınmaz əmlakların ilkin qeydiyyatını həyata keçirərkən, plan ölçü və reyestrdən çıxarış verərkən həmin məhkəmə aktına icra etmişdir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək torpaq sahəsinin planı və ölçüsü sənədlərinin etibarsız hesab edilməsini xahiş etmişdir.
5. Cavabdeh 9 aprel 2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərizə ilə iddiaçının üzərinə hər hansı öhdəliyin qoyulmadığı üçün ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci in stansiya məhkəməsində icraat
6. İddiaçı 2019-cu il 22 yanvar tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X25 verilmiş **********19 reyestr nömrəli və ona digər torpaq sahəsinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X4 və X13 verilmiş **********20 və **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsini xahiş etmişdir
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə «Kommunist» Nəşriyyatına (hazırda «Azərbaycan» Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Abşeron ZDS İK tərəfindən 20 fevral 1981-ci il tarixli «X22 X61» verilmiş, Dövlət Aktı 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatı Sabunçu rayonun inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Yuxarıda göstərilən hallar həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 salı qərarı ilə müəyyən edilmiş, «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X20 adına N ardaran qəsəbəsi 3-cü sahə, yer 129 ilkin qeydiyyata alınmış 0.25 ha, X9 tərəfindən bağışlanmış 0.25 ha və X21 tərəfindən bağışlanmış 0.22 ha torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona **********19, **********20 və **********16 reyestr nömrəli çıxarışlar və həmin reyestr nömrələri olan torpaq sahələrinin planı və ölçüləri verilmişdir. DƏDRX 1saylı Bakı Əİ tərəfindən verilmiş **********19, **********20 və **********16 reyestr nömrəli çıxarışlarda torpaq sahələrinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi göstərilməklə, xüsusi mülkiyyətə verildiyi qeyd edilmişdir. Lakin, X25 və həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçi ləri olmuş X4 və X13 verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. Mübahisəli torpaq sahələri Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2005-ci il tarixli qərarları ilə «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsindən heç bir halda ayrıla bilməzdi. Belə ki, 01 yanvar 2001-ci il tarixdən İcra Hakimiyyəti orqanları tərəfindən vətəndaşlara bağ sahələri üçün torpaqayırma səlahiyyətləri nəzərdə tutulmamışdır. Halbuki, iddiaçıya verilmiş 20 fevral 1981-ci il tarixli X22 X58 15 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpağı kimi göstərilmiş, həmin torp aq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir və hasara alınmışdır. DƏDRX 1saylı Bakı Əİ-nin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq «Azərbaycan» Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşmüşdür. Bu da öz növbəsində «Azərbaycan» Nəşriyyatının nümayəndələri ilə torpaq əldə etmiş şəxslər arasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı «Azərbaycan» X1 verilmiş **********19 reyestr nömrəli və on un verilməsinə əsas olmuş X9 və X13 verilmiş **********20 və **********16 nömrəli torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə iddiası etirazla qarşılanır. Araşdırma zamanı «Azərbaycan» Nəşriyyat tərəfindən daxil olan ərizə, ona əlavə olunmuş məhkəmə qərarları və icra sənədi ilə təqdim edilmiş DƏDRX 1s. Bakı Əİ-nin üzərinə hər hansı öhdəliyin qoyulmadığı, həmçinin, bu qərarlar barədə DƏDRX 1s. Bakı Əİ-nə rəsmi qaydada məlumat daxil olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmaması ilə bağlı «Azərbaycan» Nəşriyyatına 09 aprel 2018-ci il tarixli **********97 qeydiyyat nömrəli məktub ünvanlanmışdır. Eyni zamanda «Azərbaycan» Nəşriyyatı tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi daxil olmuş müraciətdə X25 münasibətdə qeyd olunanlarla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilən iddia ərizəsində göstərilən tələb arasında fərq mövcuddur. Bundan əlavə, X21 ilə X33 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-365 nömrəli bağışlanma müqaviləsinə əsasən 2500 kv.m sahəsi olan sahə 3, yer 130 nömrəli torpaq sahəsi X20 adına özgəninkiləşdirilmişdir. Həmçinin bildiririk ki, Sabunçu rayon icra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının 02/131 saylı xx.xx.2005-ci il tarixli qərarından çıxarışa və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4870/2014 saylı xx.xx.2014-cü il tarixli qərarına əsasən 2500 kv.m sahəsi olan sahə 3, yer 131 nömrəli torpaq sahəsi X20 adına qeydiyyatdan keçmişdir. Habelə, Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının 02/156 s aylı xx.xx.2005-ci il tarixli qərarından çıxarışa və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81 )4870/2014 saylı xx.xx.2014-cü il tarixli qərarına əsasən 2500 kv.m sahəsi olan sahə 3, yer 129 nömrəli torpaq sahəsi X3 adına qeydiyyatdan keçmişdir. X2 ilə X33 arasında bağlanmış 4Ə366 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlanma müqaviləsinə əsasən həmin torpaq sahəsi X20 adına özgəninkiləşdirilmişdir. «Etiraz»da «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10- cu, 8-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci, 66.1-ci, 67-ci, 68-ci, 109-cu, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanununun 7.1-ci maddələrinə, vaxtilə qüvvədə olmuş və Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2018-c i il tarixli 630 nömrəli Fərmanı ilə ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən «Torpaq sahəsinin planı və ölçüsü»nün təsvirinin 1-ci bəndinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiqlənmiş Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydalarının 4.2-ci bəndinə, Mülki Məcəllənin 140-cı maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanununun 9-cu, 11.1-ci, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci, 38.1-ci maddəsinə istinad edərək bildirilmişdir k i, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Plenum Qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1 -ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişlər 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli, 2-1(82)3190/2018 saylı qərarı ilə (hakim: X14) iddia tələbi təmin edilmiş, X25 verilmiş **********19 reyestr nömrəli və ona digər torpaq sahəsinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X4 və X13 verilmiş **********20 və **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçüləri etibarsız hesab edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X25 və X4 ayrılmış, hazırda isə X20 mülkiyyətində olan torpaq sahələri Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi "Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşə bilməz və bu hal həmin torpaq sahələrinin yerləşmə sxemləri və plan-ölçüləri tərtib olunarkən yol verilmiş texniki səhv və səhlənkarlıq nəticəsində yaranmışdır. X25 verilmiş **********19 reyestr nömrəli və ona digər torpaq sahəsinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X4 və X13 verilmiş **********20 və **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərinin etib arsız hesab edilməlidir.
11. Üçüncü şəxs X33 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 mart tarixli, 2-1(103)-573/2019 saylı qərarı ilə (hakimlər: X51 (sədrlik edən və məruzəçi), X34 və X15) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Üçüncü şəxs X33 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın rədd olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 18 dekabr tarixli, 2-1(102)-2328/2019 saylı qərarı ilə (hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi), X5, X8) kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019cu il 28 mart tarixli qərarı ləğv olunaraq iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir
16. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmadan, iş üzrə "xxxx" MMC-nin təqdim etdiyi rəyə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına, cavabdehin imtina məktubunda qeyd etdiklər inə istinad etməklə iddiaçı və üçüncü şəxslərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi nəticəsinə gəlinmişdir. Halbuki, işə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində ətraflı araşdırma aparmalı, müvafiq ekspertiza təyin etməli, bu barədə məlumatın əldə edilməsi mümkün olan müvafiq dövlət orqanlarına sorğular verməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, əldə edilmiş mötəbər sübutlar əsasında mübahisənin obyektiv həllini təmin etməli idilər. Həmçinin iddiaçıya məxsus olduğu iddia edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı torpaqlara aid olmuş, üçüncü şəxsə verilmiş torpaq sahələri isə yaşayış məntəqələrinin torpaqlarına aid olsa da işə baxan məhkəmələr tərəflərə məxsus torpaq sahələrinin kateqori yalarının müəyyən edilməsi istiqamətində də hər hansı araşdırma aparılmamışdır. İşə yenidən baxılarkən iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, bu barədə müvafiq sorğular verilməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, müvafiq məhkəmə ekspertizası təyin edilməklə, torpaq sahələrinin yerləşdiyi yerlərin və onların kateqoriyasının müəyyən edilməsi istiqamətində araşdırma aparmalı, buna qədər isə iddianın mümkünlük məsələsinə hüquqi qiymət verilməlidir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-729/2020 nömrəli, 2020-ci il 13 mart tarixli qərardadı ilə (hakimlər: X26 (sədrlik edən və məruzəçi), X27 və X41) 2 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin 2018-ci il 16 noyabr tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən mübahisəli əmlaka mülkiyyət hüququ üzrə qeydiyyat 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 11 noyabr tarixli qərarı əsasında aparılaraq daşınmaz əmlakların ilkin qeydiyyatı həyata keçirilmiş, plan-ölçü sənədləri və reyestrdən çıxarış verilmişdir. Belə olan halda, həmin məhkəmə qərarı qüvvədə ola-ola, həmin qərar əsasında verilmiş plan ölçülərin etibarsız hesab edilməsi barədə iddiaçının iddiasının məhkəmə icraatı mümkün sayıla bilməz. İddiaçı uğurlu nəticəyə nail olmaq istədiyi və müvafiq subyektiv hüquqa malik olduğu halda məhz həmin məhkəmə aktının özünü mübahisələndirmək imkanına malik olmuşdur. Lakin hazırkı işin halları baxımından belə mübahisələndirmə ilə bağlı hərəkətlərin edilməsi müəyyən olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən sənədlərin verilməsinə əsas olan məhkəmə aktının ləğv edilməsi halından həmin aktın icrası ilə bağlı edilmiş hərəkətlərə geriyə dönüş edilə bilər. Həmin aktın özünün qüvvədə olduğu halda isə onun icrası ilə bağlı edilmiş hərəkətlərin müstəqil iddia qaydasında etibarsızlığının tələb edilməsi yolverilməzdir.
19. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. d. kassasiya instansiyası məhkəməsində ikinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2-1(102)-3/2022 nömrəli qərarı (hakimlər: X35 (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlu) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 mart 2020-ci il tarixli qərardadı ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş sənədlərin etibarsızlığına dair tələblər heç də hər bir halda “inzibati aktın etibarsızlığının tanınması haqqında” iddia kimi qiymətləndirilməli deyil. Nəzərə alınsa ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur, deməli maraqlı şəxs “İnzibati icraat haqqında” Qanunun 65.3-cü maddəsinə əsasən, həmin Qanunun 65. 1ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati orqan tərəfindən verilmiş sənədlərin etibarsız olduğunu təsdiq etməyi həmin orqandan tələb edə bilər. Onun tələbi təmin olunmadıqda isə, həmin inzibati orqana qarşı müəyyən etmə, yaxud öhdəliyin icrası (inzibati fəaliyyətin nəticəsini əks etdirən, lakin inzibati akt hesab edilməyən sənədin etibarsız olduğunu təsdiq etmək öhdəliyi) haqqında iddia qaldıra bilər. iddiaçı (onun cavabdehə müraciətinin və iddia ərizəsinin ifadə tərzi nəzərə alındıqda) cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) “torpaq sahəsinin planı və ölçüsü” sənədlərində ifadə olunan nəticəsinin etibarsız olduğunun təsdiq edilməsini tələb edir. Bu tələbin əsasları isə, yuxarıda qeyd edildiyi kimi, hazırkı inzibati məhkəmə icraatı qaydasında, həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılmalıdır. e. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1465/2022 nömrəli qərarı (hakimlər: X36 (sədrlik edən və məruzəçi), X37 və X38) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 16 noyabr tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə kollegiyası 167 saylı 21 iyun 2022-ci il tarixli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edərək hesab etmişdir ki, həmin rəyə əsasən iddia olunan 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi m ümkün olmadığından və dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən həmin sahənin üçüncü şəxsə verilmiş plan-ölçü sənədindəki torpaq sahəsi ilə üst-üstə düşdüyünü də müəyyən etmək mümkün olmamışdır. Həmçinin, həmin rəylə X4 məxsus Seriya RX ******* nömrəli çıxarışda göstərilən ünvanda yerləşən torpaq sahəsi ilə **********20 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların üst-üstə düşdüyü, X13 məxsus Seriya RX ******* nömrəli çıxarışda göstərilən ünvanda yerləşən torpaq sahəsi ilə **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərində göstərilən koordinatların üst-üstə düşdüyü, X25 məxsus seriya RX ******* nömrəli çıxarışda göstərilən ünvanda yerləşən torpaq sahəsi ilə **********19 reyestr nömrəli torpaq sahələrinin plan və ölçüləri ndə göstərilən koordinatların üst-üstə düşdüyü müəyyən edilmişdir. Buna görə də iddiaçı üçüncü şəxsin adına verilmiş plan-ölçü sənədinin onun iddia etdiyi torpaq sahəsi ilə əlaqəli olduğundan etibarsız hesab olunmasını sübuta yetirə bilməmişdir.
24. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
25. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki,, iddiaçıya torpaq sahəsi ayrılan vaxt (1971-ci ilin yanvarın 1-dən) qüvvədə olmuş Torpaq Məcəlləsinin 24-cü maddəsində qeyd edilir ki, kolxozların, sovxozların və başqalarının torpaqdan istifadə hüqu qu torpaqlardan istifadə hüququ barəsindəki dövlət aktları ilə təsdiq olunur. İddiaçının 15 ha torpaq sahəsinə istifadə hüququ Abşeron rayon X D SİK tərəfindən verilmiş X22 X61 ilə rəsmiləşdirilmişdir. İddiaçıya məxsus torpaq sahəsinə X58 torpaq sahəsinin sərhədləri və ölçüləri qeyd edilmişdir. İ ş ə təkrar baxan və qanunsuz qərar qəbul edən apellyasiya məhkəməsinin müvafiq tərkibi qərarda göstərmişdir ki, məhkəmə kollegiyası sözügedən mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edərək hesab edir ki, həmin rəyə əsasən iddia olunan 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmadığından və dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən həmin sahənin üçüncü şəxsə verilmiş plan-ölçü sənədindəki torpaq sahəsi ilə üst-üstə düşdüyünü də müəyyən etmək müm kün olmamışdır. Həmçinin, həmin rəylə X4 məxsus Seriya RX ******* nömrəli çıxarışda göstərilən ünvanda yerləşən torpaq sahəsi ilə **********20 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların üst-üstə düşdüyü, X13 məxsus Seriya RX ******* nömrəli çıxarışda göstərilən ünvanda yerləşən torpaq sahəsi ilə **********16 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərində göstərilən koordinatların üstüstə düşdüyü, X29 məxsus seriya RX ******* nömrəli çıxarışda göstərilən ünvanda yerləşən torpaq sahəsi ilə **********19 reyestr nömrəli torpaq sahələrinin plan və ölçülərində göstərilən koordinatların üst-üstə düşdüyü müəyyən edilmişdir. Buna görə də iddiaçı üçüncü şəxsin adına verilmiş plan-ölçü sənədinin onun iddia etdiyi torpaq sahəsi ilə əlaqəli olduğundan etibars ız hesab olunmasını sübuta yetirə bilməmişdir. 26. mübahisəli torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı olduğu halda, bu təyinatın dəyişdirilməsi, yəni digər (yaşayış məntəqələrinin torpaqları) təyinata keçirilməsi barədə səlahiyyətli orqan kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı olmamış, bundan başqa, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən üçüncü şəxslərə Nardaran qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələrinin ayrılmasına dair sərəncamlar verilsə də, sərəncamda ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin qeyd olunan normanın tələbinə müvafiq olaraq yerində naturada ayrılmasına və vətəndaşlara təhkim edilməsinə dair ilkin ayrıc aktları iş materiallarına əlavə edilməmişdir. Məhkəmə aidiyyətinin pozulduğunu iddia edən üçüncü şəxs, məhkəmə aidiyyəti qaydalarının pozulması yolu ilə hazırki torpaq sahəsinə mülkiyyət sənədi əldə etmişdir. Belə ki, hazırki işdə olan üçüncü şəxsin iddiası üzrə işə baxan 1 saylı İnzibati-iqtisadi məhkəmə ərazi aidiyyəti qaydalarını pozmaqla 11 noyabr 2014-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərar bugün də qüvvədə olmasına baxmayaraq 1 saylı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən ərazi aidiyyəti qaydası pozulmuşdur. Belə ki, qeyd edilən torpaq sahəsi Bakı şəhərinin sabunçu rayonunda yerləşməsinə və cavabdeh təşkilatın Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi olmasına baxmayaraq hansı əsasla iş 2 saylı deyil, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi tərəfindən baxılmışdır. İşin ən qəribə hallarından biri ondan ibarətdir ki, Bakı şəhər Ərazi İdarəsi həmin torpaq sahəsinə dair hüquqmüəyyən edici sənədlərin təqdim olunmadığını əsas gətirərək imtina verdiyi halda 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verməmiş və qərarı qəbul edildiyi vaxtdan qısa müddət sonra analoji işlərdə olduğu kimi tələmtələsik icra edərək, X16 çıxarış vermişdir. ümumiyyətlə 2005-cil ildə qəsəbə nümayəndəliklərinin torpaq ayrılması barədə səlahiyyətləri olmamışdır. İkinci bir məqam nümayəndəliyin torpaq ayırmaq barədə həmin dövrdə səlahiyyəti olmasa da, fərz edək ki, belə bir səlahiyyəti olmuşdur həmin torpağı fərdi yaşayış evinin tikintisi üçün ayırmışdır yəni torpağın təyinatı tikinti məqsədli olmuşdur. Lakin, “Azərbaycan” Nəşriyyatına məxsus torpaq sahəsi isə bütövlükdə kənd təsərrüfatı təyinatlıdır və həmin torpağın təyinatını dəyişmək səlahiyyətinə malik ol an Nazirlər Kabineti tərəfindən isə belə bir qərar qəbul olunmamışdır. 27. iddiaçı “Azərbaycan” Nəşriyyatının (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “Torpaq sahəsinin planı və ölçülərinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-385/2019 saylı, 27 fevral 2019- cu il tarixli qərarından üçüncü şəxs X17 verdiyi kassasiya şikayətinə əsasən baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasıxx.xx.2019- cu il tarixli qərarı da, işə baxan məhkəməyə təqdim edilmişdir. Ali Məhkəmənin qüvvədə olan xx.xx.2019- cu il tarixli qərarı ilə “Azərb aycan” Nəşriyyatının torpaq sahəsinin koordinatları öz təsdiqini tapmışdır. Həmin qərarda "xxxx" MMC-nin mütəxəssisinin verdiyi rəy əsaslı hesab edilmişdir.
28. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri rəy alınması üçün işə cəlb edilməməsini, Xidmətin hazırki işdə tərəf olduğunu və qərəzli rəy verəcəyini bildirdik və məhkəmə xx.xx.2021-ci il tarixli qərardadla, “X44 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssislərini rəyin tərtib olunması prosesinə cəlb etmişdir. Lakin, “X44 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisləri də, hər hansı araşdırma aparmadan, əvvəlki rəyləri tərtib edən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin verdikləri rəyləri təkrarlayan rəy tərtib etmişlər. Belə ki, qərardadda qoyulan Nəşriyyatın 15ha torpaq sahəsi ilə bağlı suallara Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-cı il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasında Abşeron rayon X19 İcraiyyə Komitəsi tərəfindən “Kommunist" Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X22 aid dövlət aktının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış B000369 nömrəli X22 aid Dövlət Aktında göstərilən 15 ha torpaq sahəsinin naturada yerləşmə mövqeyini müəyyən etmək mümkün olmadığı əsası ilə cavab verilməmiş, lakin, bir neçə sot torpaq sahəsini əhatə edən X20 torpaq sahəsinin coğrafi yerləşməsi müəyyən olmuşdur. Halbuki, Ali Məhkəmənin qərarında qoyula n ən birinci göstəriş və eləcə də, məhkəmənin ekspertiza barədə qərardadındakı əsas məqam iddiaçının torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi olmuşdur. İddiaçının torpaq sahəsinin koordinatları müəyyən edilmədən, üçüncü şəxslərin torpaq sahəsinin həmin sahə ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir b. kassasiya şikayətinə etirazın dəlilləri
29. Cavabdeh və üçüncü şəxslər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Mülki Məcəllə Maddə
19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktının etibarsız sayılması Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 31. “İnzibati İcraat haqqında” Qanun Maddə
65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
32. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bil ər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyas ı məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi torpaq sahəsinin planı və ölçüsü sənədlərinin etibarsız hesab edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş hə min məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. “X44 və Ekspertiza Mərkəzi” MMC-nin 21 iyun 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 195 nömrəli Dövlət Aktının mübahisələndirilən torpaq sahəsinin hansı hissəsinə dəqiq otuzdurulmasının müəyyən edilməsi mümkün deyil. Belə ki, həmin Dövlət Aktında yeganə tərpənməz nöqtə kimi istinad edilə n əvvəllər orada mövcud olmuş, sonradan Bakı Dairəvi avtomobil yolu ilə əvəz olunmuş Pirşağı-Bilgəh dəmir yolu qeyd edilmişdir. Lakin sözügedən 15 ha torpaq sahəsinin həmin dəmir yolunun hansı hissəsinə, yəni neçənci kilometrliyində yerləşməsi qeyd edilməmişdir. Eyni zamanda yuxanda qeyd edildiyi, iddiaçıların da bildirdiyi kimi iddiaçıların ərazidən istifadə etməməsi səbəbindən o dövrdən hal-hazıra kimi ərazidə tikinti işləri aparıldığından mübahisəli torpaq sahəsinin yerləşdiyi iddia olunan massivdə xeyli konfiqurasiya dəyişikliyi baş vermişdir. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-cı il tarixli, 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasında Abşeron rayon X19 İcraiyyə Komitəsi tərəfindən "Kommunist" Nəşriyyatına yard ımçı kənd təsərrüfatı üçün ayrılmış və X22 aid dövlət aktının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış В 000369 nömrəli X22 aid Dövlət Aktında göstərilən 15 ha torpaq sahəsinin naturada yerləşmə mövqeyini və koordinatlarını müəyyən etmək mümkün olmadı.
40. Buna görə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı 3-cü şəxslərin adına verilmiş plan-ölçü sənədlərinin onun iddia etdiyi torpaq sahəsi ilə əlaqəli olduğundan etibarsız hesab olunmasını sübuta yetirə bilməmişdir.
41. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, “Azərbaycan” Nəşriyyatına ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu halda, üçüncü şəxslərə məxsus torpaq sahələri yaşayış məntəqələrinə aid torpaq sahəsi olmuşdur. Əgər iddiaçı ona ayrı lmış torpaq sahəsinin sonradan üçüncü şəxslərə verildiyini iddia edirsə, onda keçən müddət ərzində ona ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara yaşayış məntəqəsi torpağı kimi verilməsi üçün torpağın kateqoriyası dəyişdirilmiş olmalı idi.
42. Üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının mövcudluğu müəyyən edilməmişdir.
43. Digər tərəfdən, işin araşdırılmış materiallarına əsasən müəyyən olunur ki, torpaq sahələri 1989-1993-cü illərdə Bakı şəhəri Sabunçu (keçmiş Lenin) rayon XDS İcraiyyə Komitəsinin qərarları ilə verilmişdir. Həmin qərarların ləğv edildiklərinə və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiklərinə dair sübut işdə yoxdur. 44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.1 və 8.0.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə ipoteka qoyulmasına dair qəbul edilmiş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
45. Bu səbəbdən də hesab olunur ki, cavabdeh orqan tərəfindən üçüncü şəxslərin adlarına qeydə alınmış torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin tərtib edilməsi ilə bağlı hərəkətləri qanuna zidd olmamış, onların etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların hər hansı biri mövcud olmamışdır.
46. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «Azərbaycan» Nəşriyyatının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1465/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.