Məhkəmə qərarları › İş №2-1(102)-2770/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2770/2019

12.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2770/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: inzibati orqanların qərar və hərəkətlərindən yaranan digər mübahisələr; söküntü ilə əlaqədar ödənilmiş kompensasiya məbləğinə 10% və 20% əlavələrin edilməsi GİRİŞ HİSSƏ 12.11.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil və cavabdeh İcra Hakimiyyətinin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı pul tələbinə d air iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İcra Hakimiyyəti tərəfindən iddiaçıya, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisi kimi, həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun hesablanmış bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq kimi 9.230,4 manat və satınalınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompe nsasiya kimi 4.615 manat, cəmi 13.845,4 manat əlavə ödənişin və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin saylı 20 fevral 2019-cu il tarixli qərarı ilə (hakim M.Hacıbəyova; iş No 2-1(81)-414/2019) iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Əhmədov, hakimlər S.Seyidova və V.Məmmədov; iş № 2-1(103)-1351/2019) apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbi nin təmin olunmasına dair yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxaraq qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmasına dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh İcra Hakimiyyətinin vəkili E.Şahverənov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə 3-cü şəxs Nazirliyin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegi yası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi t ərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan: - AN-1 N ******* nömrəli, 09.08.2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, satıcı – İddiaçı Natiq oğlu tərəfindən Bakı ş.,Yasamal rayonu X3 küçəsi,32 ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan 2/18 hissəsi alıcı – cavabdeh Bakı şəhəri Cavabdehnə 46.152 manat məbləğinə satılmışdır; - müstəqil qiymətləndirici qismində cəlb edilmiş “xxxx” MMC tərəfindən tərtib edilmiş “İddiaçı məxsus Bakı ş., Yasamal rayonu, M.A.Əliyev, 32 ünvanda yerləşən yaşayış evi üçün 27 iyul 2018-ci il tarixli Qiymətləndirmə hesabatından çıxarış”a görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli, 51 saylı qərarına əsasən, Bakı ş.,Cavabdeh tərəfindən dövlə t ehtiyacları üçün alınan, Yasamal rayonu M.A.Əliyev, 32 ünvanda yerləşən mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi ümumilikdə 46.152 manat qiymətləndirilmişdir; qiymətləndirmə zamanı kompensasiya məbləği hesablanarkən 20,69 kv.m əsas sahə, 9,36 kv.m köməkçi sahə, 3,85 kv.m tamet döşəmə nəzərə alınmışdır; Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% məbləği, 2 aylıq kirayə haqqı və köçmək xərci hesablanmışdır. İddiaçı hesab etmişdir ki, ona sökülmüş əmlakına görə ödənilən kompensasiyaya əlavə olaraq 20% və 10% ödənilməlidir. Bu əsasla iddiaçı həmin əlavələrin ona ödənilməsi üçün cavabdeh İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanlanmış 02.10.2 018-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir, ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli, 16.02.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınır. Müstəqil qiymətləndirmə ekspertlərinin rəyinə əsasən əlavələr də nəzərə alınmaqla mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd 1.500,00 manat və digər sahələr üzrə isə hər kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300,0-1.200,0 manat arasında qiymət təklif edilir. Qanunda nəzərdə tutulmuş əlavələr hesablanmış məbl əğə əlavə edilmişdir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Ona görə, dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmadığından iddiaçının müraciəti təmin edilməmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində yerləşən daşınmaz əmlakın paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altı na düşmüş və həmin əmlakın alqı-satqısına dair cavabdeh İcra Hakimiyyəti ilə iddiaçı arasında müqavilə imzalanmışdır. Qeyd edilən qərara əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyriyaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Cavabdehnə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. İş üzrə müəyyən edilr ki, tərəflər arasında 09.08.2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır ki, həmin müqavilənin 9-cu bəndinə əsasən satıcı satdığı daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişdir. Hazırda iddiaçı satdığı daşınmaz əmlakın qanunvericiliyə uyğun hesablanmış bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq kimi 9.230,4 manat və satınalınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödən işlərə əlavə olaraq çətinliyə görə kompensasiya kimi 4.615 manat, cəmi 13.845,4 manat əlavə ödənişin ödənilməsi öhdəliyinin cavabdeh İcra Hakimiyyətinin üzərinə qoyulmasını tələb edir. Halbuki satılmış yaşayış sahəsi “xxxx” MMC tərəfindən tərtib edilmiş Qiymətləndimə hesabatından çıxarış”a əsasən qiymətləndirilməklə, satıcıya Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz məbləği, 2 aylıq kirayə haqqı və köçmək xərci hesablanaraq ödənilmişdir; eyni zamanda kompensasiya məbləği hesablanarkən 20,69 kv metr əsas sahə, 9,36 kv metr köməkçi sahə, 3,85 kv metr tamet döşəmə də nəzərə alınmışdır. İddiaçı tərəfindən isə qeyd edilmiş halları təkzib edən sübutlar işin materiallarına əlavə edilməmişdir. Ona görə də cavabdeh İcra Hakim iyyətinin imtinası əsaslı və qanunauyğun olmuşdur, iddiaçının iddia tələbi isə əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, t orpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşd irilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda mə hkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 1 1 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar