Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2771/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinəqarşı iş üzrə QƏRAR Açar söz: qaçqın statusunun verilməsi Giriş Hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı qərarların qanunsuz hesab edilməsi, qaçqın statusu verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2-1(103)1332/2019 saylı qərarı ndan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 09 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı Dövlət Miqrasiya Xidmətinin İQ-124/1 saylı 23.10.2018-ci il tarixli və 03 saylı, 03.01.2019-cu il tarixli qərarlarının qanunsuz hesab edilərək ləğv edilməsi, İran İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1981-ci ildə İran İslam Respublikasının Mianeh şəhərinin Chaykinar rayonunda anadan olmuşdur və İran İslam Respublikasının vətənd aşıdır. 2018-ci ilin yanvar ayında iddiaçı İranın Rash şəhərində hökumət əleyhinə olan nümayişdə iştirak etmiş və bir il həbs cəzasına məhkum edilmişdir. 17 yaşından etibarən iddiaçı rok və caz musiqisinə qulaq asır və gitara çalır. O, bir sıra hallarda xarici görünüşü və özü ilə gitaranı daşıması səbəbi ilə polis tərəfindən saxlanılmışdır. İddiaçı dostları ilə birlikdə gizli fəaliyyət göstərən qrup yaratmış, daha sonra qrupun iki üzvü ölkəni tərk edərək Malaziyaya getmişlər. Bundan sonra iddiaçı ölkəni tərk etmək qərarına gələrək 21 may 2018-ci ildə Azərbaycan Respublikasına gəlmişdir. İddiaçı 20 iyul 2018-ci il tarixində “qaçqın” statusunun verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqanın İQ-124/1 saylı 23.10.2018-ci il tarixli “qaçqın statusunun verilm əsindən imtina edilməsi haqqında” qərarı ilə iddiaçının vəsatəti təmin edilməyib, ona qaçqın statusunun verilməsindən imtina olunmuşdur. İddiaçı həmin qərardan inzibati qaydada şikayət vermiş, cavabdeh inzibati orqanın 03 saylı 03 yanvar 2019-cu il tarixli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Hesab edir ki, cavabdehin qərarı qanuni və əsaslı deyildir. Birinci instansiya məhkəməsinin 05.03.2019-cu il tarixli iş № 2-1(81)-1331/2019, (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddia tələbinin rədd edilməsini qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 05.03.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 07.06.2019-cu il tarixli iş № 2-1(103)-1332/2019 (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 05.03.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,hazırkı işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında sadalanan insan və vətəndaş hüquqları və azadlıql arı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. İddiaçının hazırkı vəziyyəti 1951-ci il Konvensiyasında nəzərdə tutulan qaçqın anlayışı ilə ehtiva edilir, çünki o, müəyyən sosial qrupu mənsubiyyətinə görə təqib edilən şəxsdir, öz ölkəsinin himayəsindən mərhumdur və öz ölkəsinə qayıdacağı təqdirdə pis rəftara məruz qalacağı barədə ehtimal çox yüksəkdir. Bunları məhkəmə kollegiyası nəzərə almamışdır. Məhkəmə beynəlxalq hüquq normalarını tətbiq etməli olduğu halda tətbiq etməmiş, yalnız qərarında cavabdehin məhkəməyə təqdim etdiyi vəsatətə baxılması haqqında sənədlərə (müsahibə, ərizə-anket) istinad edə rək, apelyasiya şikayətini rədd etmişdir. BMTQAK-ın “Qaçqın statusunun müəyyən edilməsi üçün meyarlar və prosedurlar haqqında Təlimat”ın 51-ci bəndinə əsasən, “təqib” termininin hamılıqla qəbul edilmiş anlayışı yoxdur. Ümumilikdə, irqinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya müəyyən sosial qrupa mənsubluğuna görə şəxsin həyat və ya azadlığının təhlükə altında olması bütün hallarda təqibdir. Eyni səbəblərə görə insan hüquqlarının digər ciddi pozuntuları da təqib təşkil edir. Bu iş üzrə iddiaçıların dini etnik mənsubiyyətinə, müəyyən sosial qrupa mənsubiyyətinə və güman edilən siyasi mövqeyinə görə təqib olunmaları aşkardır. Lakin məhkəmə iddiaçıların təqibə məruz qalmamasını vurğulamış və beləliklə rəqibin beynəlxalq hüquqda nəyi ehtiva etməsini diqqətə almamasını göstərmişdir. İddiaçı İranda ciddi təhlükəsizlik problemləri yaşayıb. İddiaçının bildirdiyinə görə o, dəfələrlə polis tərəfındən saxlanılıb. Psixoloji olaraq ölkəsində yaşamaq onun üçün çətin olduğundan iddiaçı ölkəni tərk edib. İddiaçının bildirdiyinə görə o, İran hökumətinin qərb təsiri ilə bağlı musiqini sevməməsi səbəbindən açıq şəkildə musiqi ilə məşğul ola bilmir. Mənşə ölkəsi məlumatları (MÖM) hökumətin yeraltı musiqi qrupları/fəaliyyətlərinə basqınlarla bağlı mövqeyini təsdiqləyir. Məhkəmə kollegiyası işin spesifik cəhətlərini, İrana qayıdacağı təqdirdə iddiaçının İnsan Hüquqlarının Ümumi Bəyannamə və Sivil və Siyası Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqlarının təhlükə altına düşə biləcəyini nəzərə almır və son nəticədə beynəlxalq hüquq normalarını ümumiyyətlə tətbiq etmədən, əsassız qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının bu iş üzrə qəbul etdiyi 07 iyun 2019-cu il tarixli qərarını qanunsuz və əsassız olduğundan ləğv edib iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiy ası məhkəməsinin 07 iyun 2019-cu il tarixli qərarını qanunsuz və əsassız olduğundan ləğv edib iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 07 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işi n faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 07 iyun 2019-cu il tarixli, 2-1(103)-1332/2019 saylı qərarla, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2-1(81)1331/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 2.2.1, 2.2.2, 14.1, 32.1, 33.1, 33.2, 52, 58.1, 58.7, 68.1, 68.2, 73.1, 87.6-cı maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırki mübahisə ilə əlaqədar düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, kasasiya şikayətində iddiaçı bir çox beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının hüquq normalarına, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra işlər üzrə qəbul etdiyi qərarlara istinad etsə də, bunların hazırkı işin halları ilə nə kimi bağlılığın olmasını konkret şəkildə qeyd etməmiş, yəni, həmin hüquq normalarının və Avropa Məhkəməsinin qərarlarının işin halları ilə birbaşa əlaqəli olmasını göstərməmişdir ki, bu da iddiaçının sözügedən dəlilləri deklarativ, ümumi və formal xarakter daşıdığı anlamına gəlir. Digər tərəfdən xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçı İran İslam Respublikasını tərk etməsinin səbəbi kimi musiqinin “rock” və “jazz” növləri ilə maraqlandığını, “gitara” musiqi alətin də ifa etdiyini, bu səbəbdən də polislər tərəfindən bir neçə dəfə saxlanıldığını, geyiminə, fərqli saç düzümünə irad bildirildiyini, bu şəraitdə orada yaşamağın ona əziyyət olduğu ilə əsaslandırsa da, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının ölkəsində ciddi təqibə məruz qalmadığı, musiqi ilə məşğul olduğuna görə bir neçə dəfə polislər tərəfindən saxlanıldığı, mənəvi cəhətdən İranda yaşamağın ona münasib olmadığı məlum olmuşdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin araşdırması zamanı barəsində əsaslandırılmış təqibin mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi göstərilən dəlillərı “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyi üçün haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş İQ-124/1 nömrəli 23 oktyabr 2018-ci il tarixli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarı qanuni və əsaslıdır. Burada bir daha qeyd edilməlidir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə isin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından, DMX tərəfindən iddiaçıya münasibətdə əsaslı qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inziba ti aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası bu normanın tələbləri baxımından hesab edir ki, cavabdeh DMX mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu “Qaçqın” statusunun verilməsindən imtina olunması haqqında qərarında əsaslı şəkildə sübut edə bilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 07 iyun 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddia çının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 21(103)-1332/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2771/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2771/2019
09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver