Məhkəmə qərarları › İş №2-1(102)-2771/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2771/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2771/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi barədə sərəncam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi barədə sərəncam verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1479/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin arayışına əsasən, 1981-ci il təvəllüdlü iddiaçı xx.xx.1998- xx.xx.2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində kursant, xx.xx.2002- xx.xx.2021-ci illərdə Silahlı qüvvələrdə zabit kimi xidmət etmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixinədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

2. Müdafiə nazirin xx.xx.2021-ci il tarixli 01140 saylı əmrinə əsasən Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «J» bəndinə əsasən öz arzusu ilə h ərbi geyim formasını daşımaq hüququ verilməklə (m.164) hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, sonradan isə iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən onun və ailə üzvləri arvadı və 2 övladının nəzərə alınmaqla mənzil növbəsinə götürülməsi və kirayə xərclərinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1998-xx.xx.2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində kursant, xx.xx.2002-xx.xx.2021-ci illərdə Silahlı qüvvələrdə zabit kimi xidmət etmiş, xx.xx.2020-xx.xx.2020-ci il tarixinədək 2-ci Qarabağ müharibəsi ndə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Müdafiə nazirin xx.xx.2021-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Onun 4 nəfər (özü, arvadı, iki övladı) ailə tərkibi var. Ona məxsus torpaq sahəsi, ev və qeyri-yaşayış sahəsi yoxdur) Hal-hazırda qohum evində yaşayır. Qeyd olunanlar nəzərə alınmaqla, o, cavabdehə müraciət edərək onun mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək kirayə xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmiş, lakin sonuncu 04 may 2022-ci il tarixli məktubu ilə həyat yoldaşının adına rayonda torpaq sahəsinin olması səbəbi ilə imtina verilmişdir. İddiaçı «Hərbi qulluqçuların statusu haqqında» qanunvericiliyə istinadən hesab edir ki, imtina qanunsuz və əsassızdır.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9164/2022 nömrəli, 21 noyabr 2022-ci il tari xli qərarı ilə (sədrlik edən hakim O.Həsənov) iddia qismən təmin edilmiş, İddiaçı ailə üzvləri arvadı X3, övladları X1 və X2 nəzərə alınmaqla mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, məhkəmə kassasiya instansiyası məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)56/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında kassasiya instansiya məhkəməsinin mövqeyi o istiqamətdə olmuşdur ki, öz arzusu ilə ehtiyata və ya istefaya buraxılan zabitlər mənzillə təmin olunanadək kirayə xərclərinin ödənilməsini tələb etmək hüququna malik deyillər.

7. Belə olan halda mə hkəmə hesab edir ki, iddiaçının ailə üzvləri ilə birlikdə mənzil növbəsinə dayanmaq hüquqları yaransa da, iddiaçı zabit kimi öz arzusu ilə ehtiyata buraxıldığından onun mənzillə təmin olunanadək kirayə xərcini tələb etmək hüququ yaranmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi həmin hissədə əsaslı deyildir

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1479/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov /sə drlik edən və məruzəçi/, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin qeyri-mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ei maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu ətdə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan he sab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.

14. Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bilmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir.

15. İddiaçının həyat yoldaşı tərəfindən torpaq sahəsi özgəninkiləşdirildiyi gündən 5 il keçdikdən sonra mənzil növbəsinə götürülə bilərdi.

16. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, imtina verilməsinə əsas olmuş əmlak birgə nikah dövründə əldə olunmuşdur ki, bu da həmçinin bir başa adına olmasada həmin əmlaka iddiaçınında hüquqlarının olmasına dəlalət edir.

17. Əlavə olaraq bildirir ki, iddiaçı özü Bakı şəhərinə qeydiyyata düşsə də, onun ailə üzvləri ünvan 1 ünvanında qeydiyyatdadırlar. Belə olan halda iddiaçının ailə üzvlərinin onun mənzil növbəsinin ailə tərkibinə daxil olunmaları qanunsuzdur.

18. Belə ki, Bakı şəhər X4 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları’nın 17-ci bəndinin ikinci abzasına əsasən ərizəçi ilə birlikdə Bakı şəhərində nə qədər yaşadıqlarından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan ər və ya arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların u çotuna götürülə bilərlər. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vas itəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb o lunduqda; 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi q aydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

23. Məlum olduğu kimi İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

24. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin müvafiq əmri ilə 21 avqust 2021-ci il tarixdən ehtiyata buraxılmışdır. Onun və ailə üzvlərinin adına hər hansı daşınmaz əmlak mövcud deyil. Cavabdehə mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi ilə bağlı müraciət etmiş, lakin müraciəti əsassız olaraq təmin edilməmişdir.

25. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən onun və ailə üzvləri arvadı və 2 övladının nəzərə alınmaqla mənzil növbəsinə götürülməsi və kirayə xərclərinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir.

27. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9164/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı ailə üzvləri arvadı X3, övladları X1 və X2 nəzərə alınmaqla mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir.

28. Hər iki tərəf sözügedən qərardan apellyasiya şikayəti vermişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1479/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə hər iki apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9164/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya məhkəməsi həmin qənaətə gələrkən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə istinadən qeyd etmişdir ki, ““Hərbi qulluqçuların statusu haqqında” Qanunun qeyd olunan müddəalarının tələbləri qaydasında iddiaçının mənzil növbəsinə götürülmək hüququ birmənalı olaraq yarandığı müəyyən olunmur. Lakin mənzil qanunvericiliyinin tələb ləri baxımından onun bu hüquqa malik olduğu müəyyən olunur.”

31. Beləliklə apellyasiya məhkəməsinin qənaətinə görə “Mənzil qanunvericiliyinin tələbləri baxımından onun (yəni, iddiaçının-Qeyd Ali Məhkəmənindir) bu hüquqa malik olduğu müəyyən olunur”.

32. Bu zaman apellyasiya məhkəməsi konkret olaraq Mənzil Məcəlləsinin 48.1, 48.2, 51.2, 51.3-cü maddələrinə əsaslanır.

33. Daha sonra apellyasiya məhkəməsi öz qərarında göstərir ki, “Qeyd edildiyi kimi onun ailə üzvləri Bakı şəhərində yaşayır, işləyir və oxuyurlar Bu baxımdan, iddiaçının həyat yoldaşı S.Abullayevanın adına əvvəllər Şəki şəhərində mövcud olmuş hər hansı daşınmaz əmlak, onun Şəki şəhərindən kənarda, o cümlədən Bakı şəhərində yaşadığı yer üzrə, yəni Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi qiymə tləndirilməyə bilməz.”

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razı deyil, belə ki, iş materiallarından görünür ki, iddiaçının həyat yoldaşı X3 tərəfindən 17 noyabr 2021-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsi əsasında onun mülkiyyətində olmuş Şəki şəhəri, 121-ci kvartal ünvanında yerləşən, ümumi sahəsi 123,8 kv.m. olan fərdi yaşayış evini atası olan Sahib Abdullayevə bağışlamış, İddiaçı da buna razılıq ərizəsi vermiş, 5 ay keçəndən sonra İddiaçı hazırkı iddiada olan tələbi əks etdirən xahişlə cavabdehə, 7 ay 10 gündən sonra isə iddiaçı tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

35. Bununla əlaqədar olaraq nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüqu qunu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

36. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Mənzil Məcəlləsinin 52-ci maddəsinin tələbləri baxımından sözügedən fərdi evin bağışlama müqaviləsinin hansı niyyətlə və məqsədlə edilməsi istiqamətində apellyasiya məhkəməsi tərəfindən araşdırılma aparılmalı olduğu halda, ümumiyyətlə bu edilməmişdir.

37. Həmçin in həmin vaxtda iddiaçının qayınatasının adına hər hansı bir yaşayış sahəsinin də olub-olmaması araşdırılmamışdır.

38. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında yazıldığı kimi “iddiaçının ailə üzvlərinin Bakı şəhərində, yaşamaları, işləmələri və oxumaları” yuxarıda göstərilmiş məsələlərin araşdırmadan və onlar üzrə dəqiq, dürüst və müfəssəl məlumat almadan iddiaçının Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi Bakı şəhərində qeydiyyata alınması üçün, xüsusi ilə də Mənzil Məcəlləsinin 22-ci maddəsinin müddəaları baxımından yetərli hesab edilə bilməz.

39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 13 iyul 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2023-cü il tarixli, 21(103)-1479/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar