Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2772/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR Açar söz: kompensasiyanın ödənilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-137 0/19 saylı iş üzrə 04.07.2019-cu il tarixli qərar və qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı məhkəmənin 25 may 2016-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı cavabdehin mübahisəli hərəkətlərinin qanunsuz hesab ediİməsi, iddiaçıya dəymiş zərərin məbləğinin dürüst məlumatlardan istifadə edərək müəyyən etməklə iddiaçının xeyrinə çıxarılmış məhkəmə qərarının qısa müddətdə icra etmək vəzifəsinin qoyulması, iddiaçının yaşını, onda olan ciddi xəstəliklərini və əlilliyin olmasın ı nəzərə alaraq, əvvəllər ödənilməmiş pul vəsaitlərinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması, məhkəmə qərarlarının icrası zamanı qəsdən maneələr yaratmaqla Qarabağ müharibəsinin fiziki cəhətdən yorğun və xəstə veterana qarşı zorakılıq, istehza hallarına və hüquqi özbaşınaliğa yol verdiklərinə görə birinci cavabdehin məmurları X2, X3, X6, ikinci cavabdehin məmurları X1, X5 və X4 inzibati və digər məsuliyyətə cəlb edilməsi, icra sənədinin gecikdirilməklə icrası ilə bağlı vurulmuş zərərə görə 5000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 11.04.2019-cu il tarixli iş № 2-1(81)-249/2019, (sədrlik edən hakim M.Hacıbəy ova) qərardadı iləİddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə qarşı münasibətdə tam, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı isə - məhkəmənin 25 may 2016-cı il tarixli icra vərəqəsinin icrası ilə bağlı cavabdehin mübahisəli hərəkətlərinin qanunsuz hesab edilməsi; iddiaçıya dəymiş zərərin məbləğinin dürüst məlumatlardan istifadə edərək müəyyən etməklə iddiaçının xeyrinə çıxarılmış məhkəmə qərarının qısa müddətdə icra etməklə icra etmək vəzifəsinin qoyulması; iddiaçının yaşını, onda olan ciddi xəstəliklərini və əlilliyin olmasını nəzərə alaraq, əvvəllər ödənilməmiş pul vəsaitlərin birdəfəlik ödənilməsi vəzifəsi qoyulması; məhkəmə qərarlarının icrası zamanı qəsdən maneələr yaratmaqla Qarabağ müharibəsinin fiziki cəh ətdən yorğun və xəstə veterana qarşı zorakılıq, istehza hallarına və hüquqi özbaşınalığa yol verdiklərinə görə birinci cavabdehin məmurları X2, X3, X6, inzibati məsuliyyətə cəlb edilməsi – hissəsində iddia ərizəsinin mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 11.04.2019-cu il tarixli iş № 2-1(81)-249/2019, (sədrlik edən hakim M.Hacıbəyova) qərarı ilə iddianın qismən təmin edilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən icra sənədinin icrasını gecikdirməklə bağlı vurulmuş zərərə görə 250 manat kompensasiya məbləği İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən icra sənədinin icrasını gecikdirməklə bağ lı vurulmuş zərərə görə 4750 manat tutulması-hissəsində rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından (iddianın mümkün sayılmaması barədə) narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 11.04.2019-cu il tarixli qərardadının ləğv edilməsini, iddianın təmin edilməsiniməhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 11.04.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın tam təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 04.07.2019-cu il tarixli iş № 2-1(103)-1370/19 (hakimlər Ü.Mayılov - sədrlik edən v ə məruzəçi, M.Tağızadə və K.Abiyeva) qərardadı ilə birinci instansiya məhkəməsinin 11.04.2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 04.07.2019-cu il tarixli iş № 2-1(103)-1370/19 (hakimlər Ü.Mayılov - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 11.04.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya instansiyası məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərarından verdiyi kasasiya şikayətinionunla əsaslandırmışdır ki,iddiaçı ona dəym iş ziyanı iddia ərizəsində 5000 manat göstərmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinə qiymət verməyərək, heç bir əsas gətirilmədən maddi ziyan kimi iddia tələbini qismən təmin edərək 250 manatın ödənilməsi barədə qərar qəbul etmişdir. Həmin nəticəni apelyasiya instansiyası məhkəməsi qüvvədə saxlanılması barədə qərar qəbul edərkən heç bir normativ hüquqi akta istinad etməmiş, əsassız qərar qəbul edilmişdir. Ona dəymiş maddi ziyan məhkəmələr tərəfindən düzgün qiymətləndirilməmişdir və ona icra sənədinin icrasının gecikdirilməsi ilə bağlı vurulmuş zərərə görə 250 manat kompensasiyanın necə hesablanması göstərilməmişdir. Həmçinin məhkəmə mübahisəsi uzun müddət davam etdiyi üçün onun sağlamlığına ciddi zərər dəymişdir. Bu səbəbdən məhkəmələrə tərəfindən ona 250 manat kompensasiyanın ödənilməsi barədə gəlinmiş nəticə ilə razılaşmır. Hesab edir ki, məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, maddi və prosessual hüquq normaları pozulmuş və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı apelyasiya instansiyası məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərardadından verdiyi kasasiya şikayətini onunla əsaslandırmışdır ki,kasasiya şikayəti məzmunca iddia ərizəsinə uyğun olmaqla, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verməmişdir.Hər iki cavabdeh üzrsüz səbəbdən birinci instansiya məhkəməsində iştirak etmədiklərindən iddiaçının mövzu üzr ə iddiasına ümumiyyətlə baxılmamışdır.Xatırladırıq ki, hazırki işin baxılma müddəti dəfələrlə digər tarixlərə (17 oktyabr 2018-ci il, 13 noyabr 2018-ci il, 20 fevral 2019-cu il, 27 mart 2019-cu il və 11 aprel 2019-cu il tarixlərinə) təxirə salınmışdır.Mülki Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələbləri pozmaqla məhkəmə mübahisənin hüquqi həlli üçün əhəmiyyətli olan işin bütün faktiki əhəmiyyətli hallarını araşdırmamışdır.Baxmayaraq ki, iddiaçı məhkəməni təqdim edilmiş ərizələr barədə şifahi şəkildə məlumatlandırmışdır, məhkəmə Mülki Prosessual Məcəllənin 167.1.10 və 377-ci maddələrinin tələblərini pozmaqla iddiaçının ərizəsini nəzərdən keçirməmişdir.İnzibati Prosessual Məcəllənin 58.3 və 58.7-ci maddələrinin, həmçinin Mülki Prosessual Məcəllənin 184-cü maddəsinin tələblərini pozmaql a birinci instansiya məhkəməsi, daha sonra apelyasiya instansiyası məhkəməsi əsassız olaraq həmin ərizələrə baxmamışlar.Bu fakt üzrə məhkəmələrin əsaslandırılmış qərardad çıxarmamışlar.Birinci instansiya məhkəməsi öz məhkəmə aktını Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə almadan qəbul etmişdir, belə ki, həmin maddəyə əsasən o, onları iddiaçının ərizəsinin tələbləri daxilində qəbul etməli idi.Nəzərinizə çatdırırıq ki, İnzibati Prosessual Məcəllənin 57-ci, həmçinin Mülki Prosessual Məcəllənin 9.2, 144 və 185.1-ci maddələrinin tələblərini pozaraq hər iki cavabdeh birinci instansiya məhkəməsinin 17 oktyabr 2018-ci il, 13 noyabr 2018-ci il, 20 fevral 2019-cu il, 27 mart 2019-cu il və 11 aprel 2019-cu il tarixlərinə təyin edilmiş iclasa əsassız və qanunsuz olaraq gəlmə mişlər.Təəssüf edirik ki, apelyasiya instansiyası məhkəməsi də həmçinin ikinci cavabdehin iştirakını təmin edə bilməmişdir (və ya etmək istəməmişdir). Hazırki iş üzrə məhkəmə prosesləri məhkəmə iclaslarında onun iştirakı olmadan keçirilmişdir.Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində (04 aprel 2019-cu il tarixli iddianın mümkün sayılmaması barədə qərardadından) birinci instansiya məhkəməsinin 11 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsini, iddiaçının iddia tələblərinin tam təmin olunmasını, həmçinin iddiaçı kasasiya şikayətində (apelyasiya instansiyası məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərarından) birinci instansiya məhkəməsinin 11 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddiaçının iddia tələblərinin tam təmin olunmasını Ali Məhkəmədən xa hiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkilhər iki kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar və qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətlərinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddiaçının iddia tələblərinin tam təmin olunmasını, həmçinin iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11 aprel 2019cu il tarixli qərardadının ləğv edilməsini, iddiaçının iddia tələblərinin tam təmin olunmasınıAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının apelyasiya instansiyası məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərardadından verilmiş kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegi yasının 04 iyul 2019-cu il tarixli qərarı “birinci instansiya məhkəməsinin 11 aprel 2019-cu il tarixli qərarının iddia tələbinin qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən icra sənədinin icrasını gecikdirməklə bağlı vurulmuş zərərə görə 4750 manatın tutulması hissəsinin rədd edilməsi” hissəsinin dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, apelyasiya instansiyası məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Proses sual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin ha zırkı iş üzrə qəbul etdiyi 04 iyul 2019-cu il tarixli, 21(103)-1370/2019 saylı qərardadla, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətlərin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2-1(81)-249/2019 saylı qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 2.2.2, 33.1, 33.2, 35.1, 52, 68.1, 87.6-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə, “İcra haqqında” Qanunun 26, 29.1, 87.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 2.0.1, 2.0.6, 32-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərard adı qanuni və əsaslıdır, şikayətin dəlilləri həmin qərardadın ləğvi üçün əsas verə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya instansiyası məhkəməsinin 04 iyul 2019cu il tarixli 2-1(103)-1370/2019 saylı qərardadından verdiyi kasasiya şikayətindəki dəlillər əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olma sıdır. Yəni, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldı rılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla əlaqədar olara q apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə: həm DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə, həm də Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı iddia qaldırmışdır. Lakin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsi ilə müəyyən olunmuşdur ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, inzibatiprosessual qanunvericilikdə bir iddiada bir neçə cavabdehə qarşı iddia tələblərin birləşdirilməsi mümkünlüyü nəzərdə tutulmamışdır. Bundan b aşqa apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, iddiaçının iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1348/2014 saylı 25.05.2016-ci il tarixli icra vərəqəsi üzrə başlanılmış icra icraatı ilə əlaqədar olaraq cavabdehlərin məmurlarının mübahisə edilən hərəkətlərin qanunsuz hesab edilməsi, cavabdehlərin üzərinə iddiaçının pensiya məbləğinin düzgün müəyyən edilməklə qısa müddətdə və birdəfəyə ödənilməsi vəzifələrinin qoyulması ilə bağlıdır. Belə olan halda apelyasiya instansiyası məhkəməsi “İcra haqqında” Qanuna istinad etməsi düzgündür. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər.... icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə müvafiq olaraq icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzib ati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlməmişdir və onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Eyni zamanda məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsi olduğundan qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını, o cümlədən, Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi düzgün olaraq vurğulamışdır ki, iddiaçının iddia ərizəsində cavabdehlərin məmurlarının inzibati və ya digər məsuliyyətə cəlb edilməsi tələbinə münasibətdə də qeyd etmişdir ki, iddiaçının bu tələbinə də inzibati icraat qaydasında baxıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublik ası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə müvafiq olaraq isə, bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prose ssual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Belə olan halda məhkəmə kollegiyasi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə 04 iyul 2019-cu il tarixli qərardad qəbul edərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq etmiş, buna görə də həmin qərardadın ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti edilməməli, apelyasiya instansiyası məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 04 iyul 2019-cu il tarixli, 2-1(103)-1370/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti ilə bağ lı aşağıdakıları qeyd edir. Apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyası hazırki iş üzrə qəbul etdiyi 04 iyul 2019-cu il tarixli, 2-1(103)-1370/2019 saylı qərarla, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2-1(81)-249/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 1.2, 2.2, 2.2.7, 34.1, 52, 58.1, 58.7, 68.1, 73.1, 87.6-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 15.2 maddəsinə, Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci inst ansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır və apelyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kasasiya şikayətinin İİ və İİİ hissələri iddiaçının qənaətinə görə, məhkəmənin işə baxarkən yol verdiyi çox saylı maddi və prosessual hüquq normalarının sadalanmasına həsr edilmişdir (baxın: kasasiya şikayətinə). Lakin iddiaçı onun qənaətinə görə, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin konkret şəkildə nədən ibarət olmasını göstərməmişdir ki, bu da iddiaçının həmin dəlillərinin deklarativ, formal və ümumi xarakter daşıdığı anlamına gəlir. Digər tərəfdən, iddiaçının kasasiya şikayəti Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2-1(103)-1370/2019 saylı qərardadından verilsə də, kasasiya şikayətinin “xahiş edirəm” hissəsinə iddiaçı apelyasiya instansiyası məhkəməsinin sözügedən qərardadının deyil, birinci instansiya məhkəməsinin 11 aprel 2019-cu il tarixli qərardadının və qərarının ləğv edilməsini xahiş etmişdir ki, bu da İnzibati Prosessual Məcəllənin 90.1, 91-ci maddələrinin tələblərinə ziddir. Belə ki, İnzibati Prosessual Məcəllənin 90.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına (bundan s onra - Ali Məhkəməyə) şikayət verilə bilər. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının kasasiya şikayətinin əksər hissəsi işə birinci instansiya məhkəməsində baxıldığı zaman iddiaçının qənaətinə görə yol verilmiş prosessual pozuntulara həsr edilmişdir. Belə ki, iddiaçı kasasiya şikayətində yazır ki, birinci instansiya məhkəməsində işə baxıldığı zaman cavabdehlərin hər ikisi iştirak etməmiş, bu səbəbdən də iddiaçının iddiasının mahiyyəti üzrə olan tələblərinə baxılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri əsassızdır, belə ki, əvvəla iddiaç ının irəli sürdüyü bütün iddia tələblərinə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və bunun nəticəsində 11 aprel 2019-cu il tarixli qərar qəbul edilmişdir. Bununla yanaşı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.1-ci maddəsinə müvafiq olaraq məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Daha sonra iddiaçı kasasiya şikayətində Mülki Prosessual Məcəllənin 12.1-ci maddəsinə istinad edərək yazır ki, məhkəmə ümumiyyətlə işi n faktiki halları araşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlilləri əsassızdır, belə ki, Mülki Prosessual Məcəllənin 12.1-ci maddəsində deyilir ki, mülki işlərə və iqtisadi mübahisələrə birinci instansiya məhkəmələrində hakim tərəfindən təkbaşına baxılır. Yəni, bu məsələdə iddiaçının Mülki Prosessual Məcəllənin 12.1-ci maddəsinə istinad etməsi yanlışdır. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə işin bütün faktiki hallarını araşdırmışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə: həm DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə, həm də Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə qarşı iddia qaldırmışdır. Lakin Azərbaycan Respublikasının İ nzibati Prosessual Məcəlləsinin 37-ci maddəsi ilə müəyyən olunmuşdur ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Həmin maddənin tələbindən göründüyü kimi, inzibati-prosessual qanunvericilikdə bir iddiada bir neçə cavabdehə qarşı iddia tələblərin birləşdirilməsi mümkünlüyü nəzərdə tutulmamışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1348/2014 saylı 25 may 2016-cı il tarixli icra vərəqəsi üzrə başlanılmış icra icraatı ilə əlaqədar olaraq cavabdehlərin məmurlarının mübahisə edilən hərəkətlərin qanunsuz hesab edilməsi, cavabdehlə rin üzərinə iddiaçının pensiya məbləğinin düzgün müəyyən edilməklə qısa müddətdə və birdəfəyə ödənilməsi vəzifələrinin qoyulması ilə bağlıdır. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qanunverici tərəfindən inzibati iddia olmayan şikayət nəzərdə tutulmuşdur. Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlməmişdir və onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda qeyd olunan hallarını və istinad olunan qanunvericilik normalarına qiymət verən apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, İddiaçı iddia ərizəsi cavabdeh Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə münasibətdə tam və DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı isə – məhkəmənin 25 may 2016-cı il tarixli icra vərəqəsinin icrası ilə bağlı cavabdehin mübahisəli hərəkətlərin qanunsuz hesab edilməsi; iddiaçıya dəymiş zərərin məbləğinin dürüst məlumatlardan istifadə edərək müəyyən etməklə iddiaçının xeyrinə çıxarılmış məhkəmə qərarının qısa müddətdə icra etmək vəzifəsinin qoyulması; iddiaçının yaşını, onda olan ciddi xəstəliklərini və əlilliyin olmasını nəzərə alaraq, əvvəllər ödənilməmiş pul vəsaitlərinin birdəfəlik ödənilməsi vəzifəsi qoyulması; məhkəmə qərarlarının icrası zamanı qəsdən maneələr yaratmaqla Qarabağ müharibəsinin fiziki cəhətdən yorğun və xəstə veterana qarşı zorakılıq, istehza hallarına v ə hüquqi özbaşınalığa yol verdiklərinə görə birinci cavabdehin məmurları X2, X3, X6, inzibati məsuliyyətə cəlb edilməsi hissəsində mümkün sayılmamalıdır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, icra sənədinin gecikdirilməklə bağlı vurulmuş zərərə görə iddiaçının xeyrinə 250 manat kimi məbləğin tutulması ümumiyyətlə apelyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmamış, vurulmuş zərərin məbləğinin niyə məhz 250 manat müəyyən edilməsi apelyasiya instansiyası məhkəməsi qərarında öz əksini tapmamışdır, yəni apelyasiya instansiyası məhkəməsi vurulmuş zərər olaraq 250 manatın nə cür hesablanmasını açıqlamamış, nəticə etibarı ilə bu qərar əsassız sayılmalıdır. Ən azı iddiaçı kompensasiya ilə bağlı öz tələbini açıqlamış və konkret olaraq məbləğin hesabatını təqdim etmiş, lakin ape lyasiya instansiyası məhkəməsi buna qiymət verməyərək, əsaslandırmayaraq birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 iyul 2019-cu il tarixli qərarı “birinci instansiya məhkəməsinin 11 aprel 2019-cu il tarixli qərarının iddia tələbinin qalan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən icra sənədinin icrasını gecikdirməklə bağlı vurulmuş zərərə görə 4750 manatın tutulması hissəsinin rədd edilməsi” hissəsinin dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində lə ğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, apelyasiya instansiyası məhkəməsinin 04 iyul 2019-cu il tarixli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 iyul 2019-cu il tarixli qərardadından verdiyi kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2-1(103)1370/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçının Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyas ının 04 iyul 2019-cu il tarixli, 21(103)-1370/2019 saylı qərarından verdiyi kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2-1(103)1370/2019 saylı qərarı “birinci instansiya məhkəməsinin 11 aprel 2019-cu il tarixli qərarının iddia tələbinin qalan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən icra sənədinin icrasını gecikdirməklə bağlı vurulmuş zərərə görə 4750 manatın tutulması hissəsinin rədd edilməsi” hissəsinin dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2-1(103)1370/2019 saylı qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2772/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2772/2019
02.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver