Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2773/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi x2, İddiaçının vəkili Aşurova Tükəzban Cavanşir qızının, Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi x3 və vəkili Əsədov Anar Mehman oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti) “zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 may tarixli 2-1(103)-258/2018 nömrəli qərarından iddiaçı və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuş ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsi Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti başçısının 2014-cü il 18 noyabr tarixli, 542 saylı Sərəncamının icrası ilə əlaqədar sökülmüşdür. İddiaçı cavabdehə və üçüncü şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində ona vurulmuş 9.295.963,22 manat pulun (əmlakın dəyərinin), binanın sökülməsi nəticəsində içərisində olan və məhv olmuş 500.000 manata yaxın əşyaların dəyərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh 2015-ci il 28 yanvar tarixli məktubu ilə Bakı şəhər İcra Hakimiyyətinin başçısının “Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar ünvan 2 ünvanında yeni park kompleksinin salınması haqqında” 2014-cü il 18 noyabr tarixli, 542 saylı Sərəncamına əsasən ünvan 2 ünvanında yeni park kompleksi tikintisi işlərinin həyata keçirilməsi ilə bağlı həmin ərazidə bi r sıra qeyri-yaşayış obyektlərinin, o cümlədən, Yusif Səfərov küçəsi 10 ünvanında yerləşən qeyri-yaşayış binasının sökülməsi zərurəti yarandığından, müvafiq köçürülmə tədbirləri həyata keçirilməsinə istinad edərək ərizənin icrasından imtina etmişdir. İddiaçı 2016-cı il 18 iyul tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq ona 9.295.963,22 manat məbləğində və qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində içərisində olan əşyaların məhv olması nəticəsində 500.000 manat məbləğində kompensasiyanın ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləş ən qeyri-yaşayış binası RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. 2014-cü il noyabr tarixində bankın əməkdaşının ünvan 1 ünvanından keçən zaman təsadüf nəticəsində banka məxsus əmlakın söküldüyünü müəyyən etmişdir. Dərhal həmin ünvana gedilmiş, binanın sökülmə prosesində olduğu müşahidə edilmişdir. Söküntünün qarşısının alınması məqsədilə bankın əməkdaşı həmin ərazidə olan Bakı şəhər Hakimiyyətinin Başçısına və Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Başçısına müraciət edərək əmlakın qanunsuz sökülməsinin dayandırılması xahiş etmiş, lakin bu tələblər nəzərə alınmamışdır. İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin sökülməsini qanunsuz hesab edir və banka külli miqdarda ziyan vurulduğunu bildirir. Bu əmlak bankın balansında 9.295.963 manat dəyərində tanınmışdır. Bundan başqa sökülmüş binada ümumi dəyəri 500.000 manat olan əşyalar da söküntü zamanı məhv olmuşdur. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1100-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 18 avqust tarixli 2-1(82)2789/2016 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 8 noyabr tarixli 2-1(82)2789/2016 nömrəli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin iş üzrə cavabdeh qismində iştirakına xitam veri lmiş və Departament üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin etirazları: Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkə tləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında iddiaçının məhkəmədən öncə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməsini və cavabdehin iddiaçının tələbindən imtina etməsini sübut edən sənəd yoxdur. Bu isə tərəflər arasında hazırkı vəziyyətdə hər hansı inzibati mübahisənin mövcudluğunu və işə inzibati məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Digər tərəfdən iddiaçı tərəfindən kompensasiya məbləğləri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. İddiaçının tələb etdiyi kompensasiya şəxsi mülahizələrindən ibarətdir. İş materiallarında sözügedən tələblə bağlı sübutlar mövcud deyildir. Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi göstərilənlərə və İPM-in tələblərinə uyğun olaraq iddianın mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin münasibəti: Üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti iddia tələbinə qarşı münasibət məktubu təqdim etmişdir. Orada göstərilmişdir ki, Departament tərəfindən mübahisəli qeyri-yaşayış binasının söküntüsü işləri həyata keçirilmədiyindən, İPM-in 48.2 və 68, 69-cu maddələrinə əsasən iddia tələbi rədd olunmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 24 yanvar tarixli 2-1(82)25/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq iddiaçıya 2.555.000 manat məbləğində kompensasiyanın ödənilməsi, iddia tələbinin qalan hissədə təmi n edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi “iddia tələbinin təmin olunan hissəsi” ilə bağlı hesab etmişdir ki, “x4 tərəfindən təqdim edilmiş 2017-ci il 7 noyabr tarixli məktubdan görünür ki, qiymətləndirilən obyektin 2017-ci il 7 noyabr tarixinə olan bazar dəyəri 2.555.000 manat təşkil etdir. Məhkəmə iddia tələbinin “qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində içərisində olan əşyaların məhv olması nəticəsində 500.000 manat məbləğində kompensasiyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin zərərin dəyməsinə dair məhkəməyə sübutlar təqdim edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın “2.555.000 manat məbləğində kompensasiya ödənilməsi” hissəsində ləğv edilməsini və kompensasiya məbləğinin 9.295.963,22 manat həddində ödənilmə sini xahiş etmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 may tarixli 2-1(103)-258/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq iddiaçıya 972.795 manat məbləğində kompensasiyanın ödənilməsi qərara alınmış, qərar qalan hissədə dəyişdiri lmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış məktuba əsasən Bakı şəhərinin mərkəzi hissəsi olan ünvan 3, ünvan 4, ünvan 5, ünvan 6, ünvan 7, ünvan 8, ünvan 9, ünvan 10, ünvan 11, ünvan 12, ünvan 13, ünvan 14 küçələrində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi məqsədilə hər kvadrat metri üçün 1.500 manat kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə hər kv.m üçün 1.500 manat qeyri-yaşayış sahəsinin ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 3 iyul, üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 2019-cu il 2 iyul tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2 019-cu il 30 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin qərardan 2019-cu il 17 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, sökülmüş qeyri-yaşayış sahəsi iddiaçının əmlak balansına 2012-ci il 15 may tarixində 9.295.963,22 manat həddində daxil edilmişdir. Həmin əmlak iki müstəqil qiymətləndirici şirkət tərəfindən qiymətləndirilmişdir. x5-nin 2013-cü il 21 fevral tarixli, 07 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən ünvan 1 ünvanı nda yerləşən qeyri-yaşayış binasının bazar dəyəri 9.400.000 manat müəyyən olunmuşdur. Digər qiymətləndirmə şirkəti x6 MMC tərəfindən həyata keçirilmişdir. x6 MMC-nin 2013-cü il 3 iyul tarixli, 01/003 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatına əsasən ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binasının bazar dəyəri 9.400.000 manat, likvid dəyəri isə 8.500.000 manat həddində müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Bankın maliyyə-təsərrüfat fəaliyyətinin auditini həyata keçirən “Nexia” beynəlxalq müstəqil audit təşkilatının Audit rəyində əmlakın balans dəyərinin 9.295.963,22 manat olduğu və onun qanunsuz sökülməsi barədə qeydlər öz əksini tapmışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi İPM-in 11.1, 12.1-ci maddələrinin, “Torpaqların dövlət ehtiy acları üçün alınması haqqında” Qanunun 52.1, 54.1, 58.1, 58.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad etməmiş, işin faktiki hallarını tam araşdırmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə əmlakın dəyərini müəyyən edərkən pozuntulara yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 2010-cu il 31 mart tarixli, 14/03-175-1736 nömrəli məktubla Ali Məhkəməyə müraciət edilərək dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərinə Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Həmin müraciətə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müvafiq məktubu ilə respublikanın rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiyası məhkəmələrinə tövsiyə edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin məhkəmə Maliyyə Nazirliyinin mütəxəssislərinin rəyini nəzərə almamışdır. Belə ki, Maliyyə Nazirliyinin 2019-cu il 18 fevral tarixli DX-03/05-03205 nömrəli məktubunda göstərilir ki, əmlakın bazar qiymətinin müəyyən edilməsi göstərilən daşınmaz əmlakın hal-hazırda mövcud olmadığına görə mümkün olmamış, həmçinin mübahisə edilən əmlakın sökülməsi d övlət ehtiyacları ilə bağlı olmadığına görə həmin əmlakın qiymətləndirilməsində nəzarət Maliyyə Nazirliyi tərəfindən təmin edilməmişdir. Eyni zamanda, məktubda göstərilir ki, mübahisə edilən daşımaz əmlak əvvəllər özəlləşdirildiyinə görə onun bazar dəyərinin özəlləşdirmə zamanı istifadə edilən qiymətə illik inflyasiya dərəcəsinin əlavə edilməsi ilə indeksləşdirilməklə müəyyən edilməsi məqsədəmüvafiqdir. Lakin məhkəmə Maliyyə Nazirliyinin mütəxəssisinin rəyini nəzərə almamış, lazımi dəlillərə istinad etmədən obyektin 1 kv. metrinin dəyərini 1500 manatdan hesablamışdır. Bununla yanaşı məhkəmə prosesində Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi iddiaçı ilə yaranmış mübahisənin məhkəmədənkənar həlli, o cümlədən sökülmüş obyektin əvəzinə başqa daşınmaz əmlakın verilməsi imkanları barədə təkli f irəli sürsə də, məhkəmə bu halları nəzərə almamışdır. Halbuki, qanunvericiliyə əsasən kompensasiya pul və ya natura formasında ola bilər. İPM-in 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə göstərilən normaların tələblərini nəzərə almamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı üçüncü şəxsin kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, məhkəmələr işlərə baxarkən yalnız qanunları və öz daxili inamını əsas götürür. Maliyyə Nazirliyinin qanunları pozan, sahibkarların mülkiyyət hüququna xələl gətirən və dövlətə, məhkəmələrə inamsızlıq yaradan əsassız məktubunu yox. Maliyyə Nazirliyinin hazırkı mövqeyi dövlət tərəfindən tanınan və qorunan əmlakı qanunsuz olaraq sökən Bakı şəhər İcra Hakimiyyətinin qanunsuz və öz başına hərəkətlərindən heç nəyi ilə fərqlənmir. Maliyyə Nazirliyi iş üzrə tərəflərdən biridir, onun digər tərəfdən heç nəyi ilə üstünlüyü, Maliyyə Nazirliyinin 2019-cu il 18 fevral tarixli məktubunun isə məhkəmə üçün sübut qüvvəsi yoxdur. Əmlakın dəyərinin müəyyən edilməsi qaydası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunun 58.2-ci maddəsinə əsasən, torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Həmin Qanunun 58.3-cü maddəsinə əsasən, torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Maliyyə Nazirliyi qanunvericiliyin tələblərini əsas götürməklə ona istinad etməli olduğu halda öz əsassız arqumentləri ilə məhkəmənin fikrini yayındırmaq istəyir. Bakı şəhər İcra Hakimiyyəti əmlak sökülən 2014-cü ildən bu günədək mübahisə ilə bağlı bir dəfədə olsun iddiaçı ilə görüş keçirməmiş, hətta dəfələrlə Bakı şəhər İcra Hakimiyyəti başçısı ilə rəsmi görüş istəyi nəticəsiz qalmışdır. Hətta sökülmüş əmlakın əvəzində başqa əmlak verilməsi, yaxud dəyərinin ödənilməsi barədə rəsmi və qeyri rəsmi müraciətlər cavabsız qalmışdır. İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin və etirazın məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kassasiya şikayətinin təmin olunmamasını xahiş etd ilər. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin iddiaçınınkassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və digər üçüncü şəxslərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiya məhkəməsin in qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). İddiaçının şikayəti tam, üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin şikayəti isə qismən təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən dig ər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə i nzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Beləliklə, İPM-in 12 və 58.7-ci maddələrində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvədədir. Bundan başqa, İPM-in 87.8-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti başçısının 2014-cü il 18 noyabr tarixli, 542 saylı Sərəncamının icrası ilə əlaqədar sökül düyü və buna görə iddiaçıya kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı isə mübahisəli qeyri-yaşayış sahəsinin sökülməsinə görə verilməli olan kompensasiyanın məbləği ilə bağlıdır. “Bank Melli İran” Bakı filialı tərəfindən təqdim edilmiş arayışa görə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Bank Melli İran Bakı filialının balansına 2012-ci il 15 may tarixdə daxil edilmişdir və 2016-cı il 31 dekabr tarixə onun balans dəyəri 9.295. 963,22 manat təşkil edirdi. x5-nin 2013-cü il 21 fevral tarixli, 07 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən qeyri-yaşayış binasının bazar dəyəri 9.400.000 manat olmuşdur. Digər qiymətləndirici şirkət x6 MMC tərəfindən 2013-cü il 3 iyun tarixli, 01/003 nömrəli əmlakın qiymət ləndirilməsinin nəticələri haqqında hesabata əsasən, qeyri-yaşayış binasının bazar dəyəri 9.400.000 manat, likvid dəyəri isə 8.500.000 manat həddində müəyyən olunmuşdur. Bina 2013-cü il 3 iyul tarixdə müstəqil qiymətləndirici şirkət tərəfindən yenidən qiymətləndirilmişdir. Binanın qiymətləndirmədən sonrakı ədalətli dəyəri 9.400.000 AZN təşkil etmişdir. Bankın maliyyə-təsərrüfat fəaliyyətinin auditini həyata keçirən “Nexia” beynəlxalq müstəqil auditi təşkilatının rəyinə əsasən əmlakın balans dəyəri 9.295.963,22 manat məbləğindədir Birinci instansiya məhkəməsinin sorğusu əsasında “x4 tərəfindən CEG-M-863 saylı, 2017-ci il 7 noyabr tarixli məktubu ilə təqdim edilmiş qiymətləndirilməyə görə, qiymətləndirilən obyektin 2017-ci il 7 noyabr tarixinə olan bazar dəyəri 2.555.000 manat təşkil edir. B irinci instansiya məhkəməsi də məhz sonuncu qiymətləndirmənin nəticəsini əsas götürərək iddiaçıya ödənilməli olan kompensasiyanın məbləğini 2.555.000 manat məbləğində müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin qənaətlə razılaşmamış və gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, kollegiya apellyasiya icraatı zamanı hazırki iş üzrə mübahisəli əmlakla bağlı keçirilmiş qiymətləndirmələrdə müəyyən olunmuş bazar qiyməti arasında kəskin fərqlər olduğunu, eləcə də cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətindəki dəlillərindən çıxış edərək mübahisəli daşınmaz əmlakla bağlı qiymətləndirmələrin heç birinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisinin iştirakı ilə keçirilmədiyini nəzərə alaraq 2018-ci il 29 iyun tarixli qərardadla iş üzrə qiymətləndirmə təyin etmiş, qiymətləndirmənin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mütəxəssisinin iştirakı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən keçirilməsi qərara alınmışdır. Lakin qərardadda qeyd olunan əmlak söküldüyündən onun bazar dəyərinin hesablanması mümkün olmamışdır. Apellyasiya icraatı zamanı mübahisəli əmlakın təkrar qiymətləndirilməsi baş tutmadığından apellyasiya instansiyası məhkəməsi əmlakın sökülməsinə görə kompensasiyanın məbləğini iş materialları əsasında qiymətləndirməyi zəruri hesab etmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış məktuba əsasən Bakı şəhərinin mərkəzi hissəsi olan ünvan 3, ünvan 4, ünvan 5, ünvan 6, ünvan 7, ünvan 8, ünvan 9, ünvan 10, ünvan 11, ünvan 12, ünv an 13, ünvan 14 küçələrində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi məqsədilə hər kvadrat metri üçün 1.500 (bir min beş yüz) manat kompensasiya ödənilməsinin nəzərdə tutulduğuna istinad edərək iddiaçıya məxsus olmuş və sökülmüş qeyri-yaşayış binasının hər kv.m üçün 1.500 manat olmaqla 972,795 manat məbləğində kompensasiya ödənilməsini ağlabatan və ədalətli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin müddəalarına görə, hər kəsin mülkiyyət hüququ vardır (İ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (İİ). Hər kəsin mülkiyyə tində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (İİİ). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (İV). Apellyasiya instansiyası məhkəməsi qərarında Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan müddəalarına istinad etsə də, həmin müddəalardan irəli gələn tələbləri nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi əmlakın dəyərinin ədalətli ödənilməsi məqsədinə nail olmaq üçün təyin etdiyi təkrar qiymətləndirmənin m ümkünsüzlüyü səbəbi ilə kompensasiyanın məbləğini işdə olan sübutlar əsasında müəyyən etməli olduğu halda, əgər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış məktubundakı məlumatlara istinad edirsə, o, birinci instansiya məhkəməsində icraat zamanı təqdim və tədqiq olunmuş sübutetmə vasitələrindəki (qiymətləndirmə rəylərindəki) məlumatları hansı səbəbdən mötəbər, onlarda göstərilən məbləğlərin bazar qiymətlərinə uyğun hesab etmədiyini əsaslandırmalı idi. Eyni ilə, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs Maliyyə Nazirliyinin etiraz və şikayətində ifadə olunan qənaəti ilə razılaşmayaraq (həm də haqlı olaraq) iddiaçıya məxsus tikilinin publik ehtiyaclar üçün söküldüyünü qəbul etdiyi halda, mübahisənin düzgün həlli üçün işin faktiki hal larını Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinin və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəalarının tələbləri rəhbər tutulmaqla araşdırmalı və qiymət verməli idi. Beləliklə, yuxarıda qeyd edilən normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda istinad edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan üçüncü şəxsin şikayəti iddianın rədd edilməsi t ələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 1 may tarixli 2-1(103)-258/2018 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şikayəti qalan hissədə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2773/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2773/2019
09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver