Məhkəmə qərarları › İş №2-1(102)-2773/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2773/2023

29.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2773/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü; şikayətin iddiaçı tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "qardaşının 1992-2015-ci illər üçün pensiyasının dəqiqləşdirilməsi üçün ekspertiza təyin olunmasını, həmin illər üçü n verilməli olan pensiya məbləğinin dəqiqləşdirilərək ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2661/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşının 1992-2015-ci illər üçün pensiyasının dəqiqləşdirilməsi üçün ekspertiza təyin olunmasını, həmin illər üçün verilməli olan pensiya məbləğinin dəqiqləşdirilərək ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3021/202 3 nömrəli, 8 fevral 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən hakim E.Əliyev) iddia ərizəsi mümkün sayılmamışdır.

3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək, işin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2661/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər: Ş.Məmmədova /sədrlik edən və məruzəçi/, C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İddiaçının nəzərinə çatdırılmışdır ki, idd iaçı tərəfindən verilmiş kassasiya şikayəti onun tərəfindən imzalanmamışdır. İddiaçıya 17 noyabr 2023-cü il tarixinədək göstərilən çatışmazlığın aradan qaldırılması təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə iddiaçı xəbərdar edilmişdir.

7. İddiaçının vəkili ərizə göndərərək bildirmişdir ki, kassasiya şikayətinə əlavə yazaraq, məhkəmədən bir məsələni də nəzərə almağını xahiş edir. Belə ki, iddiaçı 2023cü ilin aprel ayında cərrahiyyə əməliyyatı keçirmişdir. Cərrahiyyə əməliyyatı orqanizmin ümumi narkozu ilə həyata keçirilmişdir. Bu səbəbdən, Bakı İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayət vermiş iddiaçı Bakı Apellyasiya Məhkəməsində öz prosessual hüquqlarını müdafiə edə bilməmişdir. Qeyd edilən məsələ ilə bağlı xəstəlik tarixindən çıxarış elektr on kabinetə əlavə edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. Mülki Prosessual Məcəllə Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi... əlavə olunur.

9. İnzibati Prosessual Məcəllə: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inziba ti məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

90. Kassasiya şikayəti vermək hüququ... Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

10. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

11. İPM-in 90.3-cü və MPM-in 407.3-cü maddəsinin tələblə rindən göründüyü kimi, kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

12. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmiş, vəkil tərəfindən imzalanmış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilmişdir.

13. Lakin İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti onun tərəfindən imzalanmamışdır. İddiaçı bu barədə xəbərdar edilməsinə baxmayaraq, bildirişdə göstərilən çatışmazlığın aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir.

14. Kassasiya şikayətini iddiaçı imzalamadığından və vəkilin iddiaçının nümayəndəsi olması na dair etibarnamə olmadığından təqdim edilmiş şikayət mümkün sayılmamalıdır.

15. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2023-cü il tarixli, 21(103)-2661/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar