Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2775/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, torpaq sahələrinin üst-üstə düşməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X6, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçıları n vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs “xxxx” MMC-yə qarşı bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-87/2019 saylı iş üzrə 04 iyun 2019-cu il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X12-Şərq massivi ünvanında yerləşən 0.06 ha ölçüdə olan 27 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reysterdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş Bakı şəhər X9 İcraiyyə Komitəsinin 03 aprel 1989-cu il tarixli, 3/86 saylı qərarı ilə Azərbaycan SSRİ X7 Heyətinin 30 nəfər bağçılıqyoldaşlıq üzvünə Bakı ş.,Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X12-Şərq massivi ünvanında kollektiv bağların salınması üçün 1.99 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin ünvanda yerlə şən ümumi sahəsi 1.99 ha torpaqdan 0,06 ha ölçüdə olan 27 saylı bağ sahəsi mərhum X1 ayrılmış və Azərbaycan SSRİ X2 Komitəsi tərəfindən ona bağçılıq kitabçası verilmişdir. Bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan X5 və onun vərəsəsi X10 vəfat etmişlər. Cavabdeh tərəfindən verilmiş 23 iyul 2018ci il tarixli 02/825 saylı “vəfat etmiş şəxsə məxsus olmuş daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə” arayışa əsasən Bakı ş., Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X12-Şərq massivi ünvanında yerləşən 0,06 ha ölçüdə olan 27 saylı bağ sahəsinə 30 iyul 2018-ci il tarixdə Bakı şəhəri 12 saylı Notariat Kontoru tərəfindən İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqları tanınmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş dir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş cavabdehin təqdim etdiyi 23 iyul 2018-ci il tarixli 02/825 saylı arayışda göstərilmişdir ki, İddiaçı1 təqdim etdiyi hüquqmüəyyənedici sənədlər, mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin bağ sahəsi üzərində vərəsənin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Bakı ş., Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X12-Şərq massivi ünvanında yerləşən 0,06 ha ölçüdə olan 27 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinin planı və ölçünün verilməsi barədə ərizə və hüquqmüəyyənedici sənədlərlə onlar DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdirlər. Lakin, cavabdeh əsassız olaraq 09 avqust 2018-ci il tarixli **********55 saylı bildirişlə iddiaçıların müraciətinə baxmaqdan yayınaraq, heç bir araşdırma aparmadan idarənin mütəxəssislərinə çöl ölçmə işlərinin aparılmasına şərait yaradıldığı təqdirdə guya ki, ərizəyə yenidən baxılacağını əsas gətirərək mülkiyyət hüquqlarının qeydiyyatından imtina etmişdir. Halbuki, cavabdehə tərəflərindən təqdim edilmiş 1:2000 maştabda olan 1.99 ha ölçüdəki torpaq sahəsinin bölgü planında bağ sahəsinin hər dörd tərəfdən küçələri də qeyd edilməklə yerləşdiyi yer və ünvanı dəqiq göstərilmişdir. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan hər bir müraciəti hərtərəfli, tam və obyektiv araşdırmalı, formal səbəblərə görə müvafiq qərarın qəbul olunmasından imtina etməməli və maraqlı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə yardım göstər məli, eləcə də inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməlidir. Cavabdeh qanunsuz imtinası nəticəsində İddiaçı1 və İddiaçı2 hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun ilə müəyyən edilmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə olan halda hesab edirlər ki, Bakı ş.,Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X12-Şərq massivi ünvanında yerləşən 0,06 ha ölçüdə olan 27 saylı bağ sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması reyestrdən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmalıdır. 2 saylı B akı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3822/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim - E.M.Mustafayev) iddia təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X12-Şərq massivi ünvanında yerləşən 0.06 ha ölçüdə olan 27 saylı bağ sahəsi üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reysterdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-87/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – İ.B.Əhmədov, hakimlər – S.S.Seyidova və V.M.Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3822/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə qərarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən göstərilən mübahisəli bağ sahəsi cavabdeh idarənin elektron baza məlumatl arına əsasən, 2995 saylı bağ evi kimi üçüncü şəxs "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir, hal hazırda da onun mülkiyyətindədir və göstərilən ərazi digər bağçılıq-yoldaşlığın ərazisidir. Əgər iş materiallarından göründüyü kimi, iddiaçıya ayrılan mübahisəli torpaq sahəsi 2009-cu ildən sonra üçüncü şəxsin mülkiyyətinə keçmişdirsə, ölkədə bu sahəyə aid olan böyük arxiv bazasının, bütün müasir çöl ölçmə avadanlıqlarının və yüksək ixtisaslı mütəxəssislərin yalnız cavabdeh təşkilatda cəm olduğu halda, yuxarıda göstərilən 2017-ci ildən etibarən mübahisəli bağ sahəsinə dair cavabdehə qarşı qaldırılan iddia tələbi üzrə aparılan məhkəmə araşdırmaları zamanı cavabdeh mütləq olaraq bildirməliydi ki, mübahisəli torpaq sahəsi üçüncü şəxsin mülkiyyətindədir. Lakin, mübahisəli torpaq sahəsinə dair uzu n sürən məhkəmə araşdırılması zamanı cavabdeh həmin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olması barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Əksinə olaraq cavabdeh, mübahisəli bağ sahəsinin üçüncü şəxslərə məxsus olub-olmamağı barədə məhkəmənin suallarını belə cavablandırmışdır ki, həmin bağ sahəsinin üçüncü şəxslərə məxsus olması barədə cavabdehin arxiv bazasında hər hansı bir məlumat yoxdur. Eyni zamanda, çox müəmmalı və ziddiyyətli haldır ki, cavabdeh tərəfindən 23.07.2018-ci il tarixli, 02/825 nömrəli "hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə" mübahisəli bağ sahəsinə dair Arayış verilərkən, həmin bağ sahəsinin üçüncü şəxs "xxxx" MMCnin mülkiyyətində olmasından söhbət belə getməmişdir. Göstərilən ziddiyyətlər məhkəmə tərəfindən araşdırılmamış və bununla da iddiaç ının mülkiyyət və vərəsəlik hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan məhkəmə qərarı verilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş cavabdeh tərəfin dəlilləri ondan ibarətdir ki, iddiaçıya daha əvvəl ayrılan mübahisəli torpaq sahəsi 2009-cu ildən sonra üçüncü şəxsin mülkiyyətinə keçmişdir. Belə olan halda mübahisənin və işin hallarının tam və hərtərəfli araşdırılması və obyektiv qiymətləndirilməsi üçün üçüncü şəxsin mülkiyyətində olan mübahisələndirilən torpaq sahəsinin əvvəlki mülkiyyətçilərə ayrılması barədə ilkin qeydiyyat sənədləri cavabdehdən götürülərək məhkəmə tərəfindən araşdırılmamışdır. Lakin, mübahisələndirilən torpaq sahəsinin əvvəlki mülkiyyətçilərə ayrılması barədə ilkin qeydiyyat sənədləri cavabdehdən götürülməsi barədə məhkəməyə təqdim edilmiş 29.05.2019-cu il tari xli vəsatət qanunsuz olaraq təmin olunmamış, məhkəmə qərarında vəsatətin təmin olunmamasının səbəbləri göstərilməmiş və ümumiyyətlə, qərarda vəsatətə qarşı hər hansı bir münasibət bildirilməmişdir. Eyni zamanda, cavabdehin Azərbaycan Milli Elmlər X3 göndərdiyi 14.10.2016-cı il tarixli, **********05 saylı məktubunda X4 bağçılıq-yoldaşlığına dair idarənin arxivində mövcud olan qovluqda Bakı şəhər X9nin İcraiyyə Komitəsinin 03 aprel 1989- cu il tarixli, 3/86 №-li Qərarının, yerləşmə sxeminin və protokolların aşkar edildiyi qeyd edilmişdir. Bununla bağlı X4 bağçılıq-yoldaşlığına dair idarənin arxivində müvafiq qovluqda mövcud olan sənədlərin götürülməsi barədə məhkəməyə təqdim edilmiş 29.05.2019-cu il tarixli vəsatət də eyniylə, qanunsuz olaraq təmin edilməmişdir. İddiaçıya ayrılan bağ sahəsin in “xxxx” MMC-nin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş 2995 saylı bağ sahəsi ilə üst-üstə düşməsi barədə cavabdehin mülahizəsindən başqa iş materiallarında hər hansı yazılı sübut yoxdur. Məhkəmə tikinti-texniki ekspertizası keçirilməyərək mübahisəli bağ sahəsinə baxışın keçirilməsi və qərardadda qoyulan suallar üzrə tədiqiqat aparılmasının mümkün olmadığı, həmçinin mübahisəli bağ sahələrinin məhz üst-üstə düşməsi barədə iş materiallarında hər hansı bir yazılı sübut olmadığı halda işin həqiqi halları axıra kimi araşdırılmamışdır. İddiaçı tərəfindən göstərilən elektron baza məlumatlarına əsasən 2995 nömrəli bağ evi kimi “xxxx” MMC-nin adına qeydiyyatdan keçməsi barədə cavabdehin birinci instansiya məhkəməsinə təqdim etmədiyi yeni sübuta sonradan apellyasiya şikayətində istinad edə rək həmin sübutun birinci instansiya məhkəməsinə təqdim etməsinin qeyri-mümkün olduğunu, qanunsuz olaraq əsaslandırmamışdır. Apellyasiya məhkəməsi isə öz növbəsində bu prosessual qanun pozuntusuna hər hansı münasibət bildirməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçıların vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mü mkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etd ikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılmas ı ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddia bağ sahəsinə çıxarışın verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə inzibati qaydada Bakı ş.,Xəzər rayonu, Şüvəlan qəsəbəsi, X12-Şərq massivi ünvanında yerləşən 0.06 ha ölçüdə olan 27 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reysterdən çıxarışın, torpaq sahəsinin plan və ölç üsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qaldırılmışdır. Lakin apellyasiya icraatı zamanı “xxxx” MMC üçüncü şəxs qismində cəlb edildikdən sonra müəyyən edilmişdir ki, bağ sahəsi ilə bağlı hüquqverici sənəd, yəni “xxxx” MMC-nin adına Şəhadətnamələr və müqavilələr ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. Göründüyü kimi apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların öz adlarına mülkiyyət hüququ əsasında qeydiyyat aparılmasını tələb etdikləri 27 saylı bağ sahəsi ilə bağlı “xxxx” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Kollegiya bu hissədə kassasiya şikayətinin dəlilləri ilə razılaşır ki, apellyasiya məhkəməsinin gəldiyi iddiaçıların tələb etdiyi bağ sahəsinin “xxxx” MMC-nin adına qeydə alınmış sahə ilə üst-üstə düşdüyünə dair nəticə qanuni və əsaslı olmamışdır. Belə ki, apellyasiya məhkəməsi bu halın aydınlaşdırılması üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edərək 27 saylı bağ sahəsi ilə “xxxx” MMC-nin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş 2995 saylı bağ sahəsinin üst-üstə düşüb-düşmədiyini müəyyən etməyi ekspertlərə tapşırmışdır. Lakin iş materiallarından (i.v. 109 və 114) görünür ki, mübahisəli sahəyə baxış keçirilməsi və qərardadda qoylumuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Belə olan halda, xüsusi bilik tələb edən məsələ üzrə müvafiq ekspert rəyi olmadan məhkəmənin sahələrin üst-üstə düşdüyünə dair gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. İPM-in 1.2-ci maddəsindən hərəkətlə MPM-in 81-ci maddəsində müəyyən olunmuş qa ydaya görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya hesab edir ki, qanunvericiliyin qeyd olunan normalarını nəzərə almaqla təkrar apellyasiya baxışı zamanı məhkəmə sözügedən torpaq sahələrinin üst-üstə düşübdüşmədiyinin yalnız müvafiq ekspert rəyi ilə müəyyən edilə biləcəyini nəzərə almaqla bu məsələyə dair ekspert rəyinin alınmasını təmin etməlidir. Bunun üçün isə iddiaçılara məxsus torpaqayırma sənədlərinə əsasən onlara ayrılmış 27 saylı bağın naturada yeri müəyyən olunmalı, eləcə də “xxxx” MMC-nin adına qeydə alınmış sahənin ilkin torpaqayırma sənədləri (iddiaçılara ayrılmış sahə ilə üst-üstə düşdüyü güman olunan hissədə) əldə olunmaqla tədqiq olunmalıdır. İş mater iallarından müəyyən olunur ki, bununla bağlı iddiaçılar tərəfindən verilmiş vəsatətlər olsa da, məhkəmə həmin vəsatətləri heç bir əsaslandırma göstərmədən təmin etməmişdir. Halbuki, həmin vəsatətlərdə göstərilən sənədlərin əldə edilməklə tədqiq olunması işin hallarının tam və hərtərəfli araşdırılması üçün zəruri olmuşdur. Odur ki, təkrar apellyasiya baxışı zamanı işin hallarının tam və hərtərəfli araşdırılmasının təmin edilməsi üçün bütün zəruri addımlar atılmalı, o cümlədən vəsatətlərdə göstərilən sənədlər əldə edilməklə tədqiq olunmalıdır. İşin hallarından həmçinin müəyyən edilir ki, əvvəllər də tərəflər arasında məhkəmə mübahisələri olmuş və iddiaçıların xeyrinə yekunlaşmış həmin məhkəmə işindən sonra cavabdeh tərəfindən mübahisəli 27 saylı bağ torpaq sahəsi ilə bağlı iddiaçıların adına müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayış verilmişdir. İddiaçıların kassasiya şikayətinin dəlilləri həmçinin ondan ibarətdir ki, 2017-ci ildən etibarən mübahisəli bağ sahəsinə dair cavabdehə qarşı qaldırılan iddia tələbi üzrə aparılan məhkəmə araşdırmaları zamanı cavabdeh mütləq olaraq bildirməliydi ki, mübahisəli torpaq sahəsi üçüncü şəxsin mülkiyyətindədir. Lakin, mübahisəli torpaq sahəsinə dair uzun sürən məhkəmə araşdırılması zamanı cavabdeh həmin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olması barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Əksinə olaraq cavabdeh, mübahisəli bağ sahə sinin üçüncü şəxslərə məxsus olub-olmamağı barədə məhkəmənin suallarını belə cavablandırmışdır ki, həmin bağ sahəsinin üçüncü şəxslərə məxsus olması barədə cavabdehin arxiv bazasında hər hansı bir məlumat yoxdur. Kollegiya hesab edir ki, təkrar apellyasiya baxışı zamanı bu dəlildən irəli gələn araşdırmanın aparılması da təmin edilməli, əvvəlki məhkəmə çəkişmələrinin gedişində torpaq sahəsinin “xxxx” MMC-nin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş 2995 saylı bağ sahəsi ilə üst-üstə düşdüyünün cavabdeh tərəfindən bildirilməməsinin səbəbləri aydınlaşdırmaqla bu hala müvafiq qiymət verməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şika yəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-87/2019 saylı iş üzrə 04 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2775/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2775/2019
15.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver