Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2777/2025 19.03.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin vurulmasına görə kompensasiyanın ödənilməsi və sair Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 57 yaşının tamam olduğu ## ###### 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Inzibati Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı ##.##.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
2. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2021-ci il tarixli, 2 *(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi təmin edilməmişdir.
3. Iddiaçı qeyd olunan qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2021-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, 2 *(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi təmin edilməmişdir.
5. Iddiaçı qeyd olunan qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli iş üzrə ## ###### 2022-ci il tarixli qərarı ləğv edilərək, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı # ###### 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır.
6. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın “Əmək pensiyasının təyin edilməsi haqqında” ##.##.2022-ci il tarixli, *********** nömrəli qərarının surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən ##.##.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
7. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış ##.##.2024-cü il tarixli xidməti məktubdan müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 45-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı (İddiaçı münasibətdə müvafiq məhkəmə qərarına əsasən 57 yaş) ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (# ###### 2018-ci il tarixinə kişilər 64 il) arasındakı ayların sayı qədər artırılır. Qanunun 27-ci maddəsinin # #### 2017-ci il tarixindən sonra qüvvədə olan redaksiyasına əsasən, ##.##.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 306 manat götürülməklə ##.##.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən hesablanır. İddiaçı # ###### 2006-cı il tarixinədək ümumi iş stajı 25 il təşkil edir. Bununla əlaqədar, ##.##.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinə və 45-ci maddəsinin ikinci cümləsinə əsasən, həmin tarixə pensiyasının sığorta hissəsi 33,55 manat (25,00 il x 306 manat: 228 ay (64 il- 57 il = 84 ay + 144 ay) hesablanaraq ##.##.2018-ci il tarixinədək indeksləşdirilərək 76,91 manat müəyyən edilməklə, üzərinə ##.##.2006-##.##.2018-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8668,96 manat sığorta kapitalına uyğun 38,02 manat (8668,96 : 228 ay) əlavə edilməklə, ##.##.2018-ci il tarixinə əmək pensiyası 114,93 manat (76,91 + 38,02) məbləğində müəyyən edilib. Bundan başqa, ##.##.2019-cu il tarixindən əmək pensiyasının minimum məbləğinin 119,76 manat müəyyən edilməsi ilə əlaqədar pensiya məbləği həmin tarixdən 119,76 manata, ##.##.2019-cu il tarixindən 160,00 manata, ##.##.2019-cu il tarixindən isə 200,00 manat müəyyən edilməsi ilə əlaqədar əmək pensiyasının məbləği həmin tarixdən 200,00 manata çatdırılıb (Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla indeksləşdirilərək ##.##.2022-ci il tarixinə 268,61 manat). Qanunun 29.1-ci və 26.4-cü maddələrinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi və maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi ilə əlaqədar ##.##.2024-cü il tarixindən İddiaçı əmək pensiyasının məbləği 363,86 manat təşkil edir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, ## ###### 2018-ci ildən ##.##.2022-ci il tarixə kimi ona ödənilməli olan 10586,76 manat pulun 4 il ərzində infilyasiya nəticəsində qiymətdən düşdüyündən indeksasiya olunması; cavabdeh tərəfindən təyin edilmiş pensiyanın yenidən hesablanması və hesablanmanın açıqlanmasının verilməsi; 4 ildən artıq davam edən məhkəmə çəkişmələri nəticəsində ona vurulmuş maddi ziyana görə 500 manat və mənəvi ziyana görə həmin dövr ərzində ödənilməli olan (ona görə dəqiqləşdirilməmiş, yenidən hesablanmalı) cavabdeh tərəfindən həmin dövr üçün hesablanmış 10586,76 manat pul vəsaiti həcmində mənəvi ziyanın əvəzinin cavabdehdən tutulması; cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əməkdaşları tərəfindən ümumi öhdəliklərin yerinə yetirilməməsi nəticəsində ümumi ziyana görə ##.##.2018- ##.##.2022-ci il üzrə minimum yaşayış məbləğinə uyğun hesablanaraq ona kompensasiya ödənilməsi; ona əsassız olaraq pensiya təyin edilməsindən imtina etmiş Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əməkdaşlarının adlarının açıqlanması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh inzibati orqana müraciət edərək, cavabdehin təqsiri üzündən 2018-ci ildə almalı olduğu güzəştli şərtlərlə yaşa görə pensiyanı 2022-ci ildə məhkəmə qərarına əsasən almağını, bu müddət ərzində maddi vəsaitinin xərclənməsi, mənəvi sarsıntılara məruz qalması, 2018-ci ildə alacağı pensiya vəsaitini 2022-ci ildə almaqla, ümumi vəsait 10586 manat pulun 4 il ərzində infilyasiya nəticəsində qiymətdən düşdüyü üçün ümumi vəsaitin indeksasiya olunmasını xahiş etmişdir. Lakin cavabdeh 3-17-1/2-k ******/**** saylı ##.##.2023-cü il tarixli məktubla artıq ona məlum olan halları sadalamış və ərizəsilə əlaqədar heç bir tədbir görməmişdir. 2018-ci il tarixdə ona təyin olunması qanunla nizamlanan pensiyanın verilməməsi nəticəsində 2022-ci ilə qədər məhkəmə qaydasında hüquqlarının bərpa edilməsindən sonra aldığı 10586,76 manat pul vəsaiti 4 ildən sonra ona ödənilmiş və ümumi vəsait 4 il ərzində ən azı 15% dəyərdən düşmüşdür. Bu səbəbdən 10586.76 manat indeksasiya olunmalı və ona ödənilməlidir. Yəni, 10.586,76 manat 15% infilyasiya - bir il üçün 1600 manat + 4 il = 6400 manat. Lakin cavabdeh yuxarıda adı çəkilən ərizəyə cavab məktubunda bu barədə danışmamışdır.
10. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından DSMF-nin Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2024-cü il tarixli, *-**-*/*-*****/**** saylı iddia tələbinə dair etirazda göstərilmişdir ki, iddiaçı ##.##.2023-cü il tarixli ərizə ilə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli yekun qərarı ilə ## ###### 2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı inzibati orqanın təqsirinə görə ona 2022-ci ildə 10586 manat həcmində ödənilmişdir. O, pensiya vəsaitini vaxtında almadığına görə hesablanmış 10586 manatın inflyasiyaya müvafiq olaraq indeksasiya olunmaqla, orta hesabla inflyasiya həcmi minimum 15% hesablanmaqla 10586 manat məbləğin bir il üçün 1600 manat olmaqla, ümumilikdə dörd il üçün 6400 manatın ona ödənilməsini xahiş etmişdir. Mərkəzi filial tərəfindən ##.##.2023-cü il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (##.##.2018-ci il tarixinə kişilər 64 yaş) arasındakı ayların sayı qədər artırılır. Iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarına əsasən, # ######## 2022-ci il tarixi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış 36252,72 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 57 yaşının tamamlandığı ##.##.2018-ci il tarixi üçün 114,94 manat (26205,90:228 ay (64 il-57 il=84 ay+144 ay)) məbləğində müəyyən edilərək, həmin tarixdə əmək pensiyasının minimum məbləğinin 116,27 manat olması ilə əlaqədar əmək pensiyasının ona münasibətdə müvafiq məhkəmə qərarına əsasən həmin tarixdən 116,27 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, ona əmək pensiyası üzrə keçmiş müddət üçün ödənilməli olan 10586,76 manat pul vəsaiti hesablanmışdır. Həmin 10586,76 manat pul vəsaitinin 441,12 manat hissəsi 2022-ci ilin oktyabr və noyabr aylarında, qalan 10145,64 manat hissəsi isə Mərkəzi Filiala müraciətini nəzərə alaraq 2022-ci ilin dekabr ayında ona birdəfəlik ödənilmişdir. Daha sonra iddiaçı inzibati orqanın qərarı ilə razılaşmayaraq, eyni iddia tələbi ilə məhkəməyə müraciət edib iddia tələbinin təmin olunmasını xahiş etmişdir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Qanunun 3-cü maddəsinə əsasən, birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, işsizliyə görə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər) indeksləşdirilir. Ali Məhkəmənin ##.##.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən ##.##.2022-ci il tarixli *********** nömrəli qərarı ilə İddiaçı ##.##.2018-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və həmin tarixdən illər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əmək haqqına münasibətdə müəyyən olunan faiz nisbətində indeksləşdiriləşdirilmişdir. Ümumilikdə 10586 manat məbləğində keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləği hesablanmış və iddiaçıya tam məbləğdə ödənilmişdir. Iddiaçıya keçmiş dövr üçün ödənilməli olan pensiya məbləği ##.##.2018-##.##.2018-ci il dövrlər üzrə 116,27 manat, ##.##.2019-##.##.2019-cu il dövrlər üzrə 119,76 manat, ##.##.2019-##.##.2019-cu il dövrlər üzrə 160,00 manat, ##.##.2019-##.##.2019-cu il dövrlər üzrə 200,00 manat, ##.##.2020-##.##.2020-ci il dövrlər üzrə 233,20 manat, ##.##.2021- ##.##.2021-ci il dövrlər üzrə 259,78 manat, ##.##.2022-##.##.2022-ci il dövrlər üzrə 268,61 manat məbləğində indeksləşdirilərək hesablanmışdır. Qeyd olunanlardan da aydın olduğu kimi, iddiaçı İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.
11. Bakı Inzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) ## #### 2024-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsinin əsaslandırması: 12.1. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəmənin ##.##.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar cavabdeh inzibati orqanın ##.##.2022-ci il tarixli *********** nömrəli qərarı ilə İddiaçı ##.##.2018-ci il tarixdən əmək pensiyasının təyin edilmiş və həmin tarixdən illər üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən illik nominal əməkhaqqına münasibətdə müəyyən olunan faiz nisbətində indeksləşdiriləşdirilmişdir. Ümumilikdə 10586 manat məbləğində keçmiş dövr üzrə ödənilməli olan pensiya məbləği hesablanmış və iddiaçıya tam məbləğdə ödənilmişdir. Iddiaçıya keçmiş dövr üçün ödənilməli olan pensiya məbləği ##.##.2018-##.##.2018-ci il dövrlər üzrə 116,27 manat, ##.##.2019-##.##.2019-cu il dövrlər üzrə 119,76 manat, ##.##.2019-##.##.2019-cu il dövrlər üzrə 160,00 manat, ##.##.2019-##.##.2019-cu il dövrlər üzrə 200 manat, ##.##.2020- ##.##.2020-ci il dövrlər üzrə 233,20 manat, ##.##.2021 ##.##.2021-ci il dövrlər üzrə 259,78 manat, ##.##.2022-##.##.2022-ci il dövrlər üzrə 268,61 manat məbləğində indeksləşdirilərək hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının “## ###### 2018-ci ildən ##.##.2022-ci il tarixə kimi ona ödənilməli olan 10586,76 manat pulun 4 il ərzində infilyasiya nəticəsində qiymətdən düşdüyü üçün indeksasiya olunması barədə tələbi əsassızdır və təmin oluna bilməz. 12.2. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmır. Məhkəmə iddia tələbinin dəlillərini cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın tutulması hissəsində də əsassız hesab edir. Hazırkı iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçı mənəvi zərərin əvəzini tələb etmək hüququna malik olmur.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və P.A.Hüseynov) ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
17. Iddiaçı kassasiya şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
19. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Indeksləşdirmənin mahiyyəti və məqsədi Indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Maddə 3. Indeksləşdirmə obyektləri Aşağıdakılar indeksləşdirilməlidir: ... birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, işsizliyə görə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər); ...
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. ... Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
21. Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. Inzibati orqanların məsuliyyəti 89.1. Inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında qərara almışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. ...
3. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
23. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ###### 2008-ci il tarixli * nömrəli Qərarı
1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “Insan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa Insan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “Insan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa Insan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin IX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. ...
10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə maddi və mənəvi zərərin vurulmasına görə kompensasiyanın ödənilməsi və sair ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
31. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.