Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2779/2023 30.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotuna alınma” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 2-1(103)-680/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qərarından iddiaçının verdiyi şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı X7 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 ildən artıq müddətdə hərbi qulluqçu kimi xidmət etməsi nəzərə alınaraq ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülməsinin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 4 nəfər ailə üzvü (arvadı X8, uşaqları X9, X5 və X10) ilə birlikdə hərbi qulluqçu kimi yaşa yış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6198/2022 saylı, 08 avqust 2022-ci il tarixli qərarı ilə (hakim X3) iddia tələbi təmin edilmiş, iddiaçı X2 4 nəfər ailə üzvü (arvadı X8, uşaqları X9, X5 və X10) ilə birlikdə hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.
4. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə iddiaçının 15 ildən artıq xidmət etməsi və yaşayış sahəsinin olmaması tam sübuta yetirildiyindən, cavabdeh bu hal ı təkzib edən sübutu məhkəməyə təqdim etmədiyindən iddiaçı tələbində əsaslı olmuşdur.
5. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-680/2023 nömrəli iş üzrə 06 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: X19 (məruzəçi), X4 və X6) cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)6198/2022 saylı, 08 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
7. Apelyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı X7 öz arzusu ilə ehtiyata buraxıldığından ehtiyata və buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi barədə iddiası təmin edilə bilməz. Öz arzusuna əsasən ehtiyata buraxılmış hərbi qulluqçular barəsində yaşayış sahəsi ilə təmin olunma, yaşayış sahəsi alana kimi isə kirayə haqqının ödənilməsinin nəzərdə tutulmaması onu deməyə əsas verir ki, qanunverici bu şəxslərlə bağlı məsələyə münasibət bildirməməklə həmin şəxsləri göstərilən siyahıya daxil etməmiş və qanunvericiliklə onlar barəsində yaşayış sahəsi ilə təmin olunma və mənzil kirayəsi xərclərinin ödənilməsi məsələsi tənzimlənməmişdir.
8. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. ƏRİZƏNİN VƏ ONA QARŞİ ETİR AZİN DƏLİLLƏRİ a) Ərizənin dəlilləri
9. İddiaçının vəkili buraxılmış müddətin bərpasına dair vəsatətdə qeyd etmişdir ki, onunla müqavilə xx.xx.2023-cü il tarixdə bağlanmasına baxmayaraq o, xx.xx.2023-cü il tarixdə vəkil kimi elektron məhkəmə sisteminə əlavə edilmişdir. Bu səbəbdən onun üçün müddət axımı xx.xx.2023-cü il tarixdən hesablanmalı, kassasiya şikayəti verilməsi üçün son gün isə xx.xx.2023-cü il qəbul edilməlidir. b) Müddət bərpasına dair ərizəyə qarşı etirazın dəlilləri
10. Müddət bərpasına dair ərizəyə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunma dığı hallarda isə, elan edilmə anından başlanır. Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. i... 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bil ər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə tərkibi ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.
13. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
14. İş materiallarından görünür ki, apelyasiya instansiy ası məhkəməsi qərarı xx.xx.2023-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı elə həmin gün həmin qərardan kassasiya şikayəti verilməsi məqsədi ilə dövlət hesabına vəkillə təmin edilmək üçün apelyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2-1(102)680/2023 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, onun vəkillə təmin edilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilmiş, qərardad icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmişdir.
16. Qərardad əsasında iddiaçıya hüquqi yardım göstərilməsi üçün 21 iyul 2023-cü il tarixdə Vəkil2 adına order yazılmışdır. İddiaçı və onun vəkili tərəfindən tərtib olunmuş kassasiya şikayətinin təqdim olunması üçün son müddə t 21 avqust 2023-cü il tarix olmasına baxmayaraq şikayət 31 avqust 2023-cü tarixdə apelyasiya instansiyası məhkəməsinə daxil olmuşdur.
17. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş materiallarında heç bir məlumat yoxdur.
18. İddiaçının vəkili kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətdə qeyd etmişdir ki, vəkilin adı elektron məhkəmə sisteminə xx.xx.2023-cü il tarixdə daxil edildiyindən onun üçün kassasiya şikayəti vermə müddətin sonu xx.xx.2023cü ildir.
19. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətindən və vəsatətdən də görünür ki, bu prosessual sənədlər elektron məhkəmə sistemi vasitəsi ilə deyil, poçt vasitəsi ilə apelyasiya instansiyası məhkəməsinə xx.xx.2023cü il tarixdə göndərilmişdi r. Başqa sözlə, kassasiya şikayəti və vəsatət vəkilin adı elektron məhkəmə sisteminə daxil edilmədən göndərilmişdir. Bu onu deməyə əsas verir ki, vəkilin adının elektron məhkəmə sisteminə yerləşdirilməməsi kassasiya şikayətini vermək üçün maneə yaradan hal deyildir.
20. Belə olan vəziyyətdə vəkilin adının elektron məhkəmə sisteminə yerləşdirilməməsi ilə bağlı göstərilmiş hal müddətin üzrlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz.
21. Məhkəmə kollegiyası qeyd edir ki, «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etm işdir ki, «... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.»
22. Eyni zamanda Avropa İnsan Hüquqlar ı Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar".
23. Avropa İnsan Hüquqları Məhkəməsinin "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında qeyd olunur ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qey ri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır.
24. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti əsassız olduğundan təmin edilməməlidir.
25. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, ərizə təmin edilməməli, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
26. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-680/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qə rarından iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.