Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-278/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-278/19 Bakı şəhəri 30 yanvar 20019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin müdiri X1 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 2-1(107)-368/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1979-cu il tarixdən 1981-ci il tarixədək Gəncə Yüngül SənayeTexnikumunda təhsil aldığı müddətin və 1980-ci il tarixdən 2012-ci il tarixədək X2 toxucu işlədiyi müddətin nəzərə alınmaqla ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qər ar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 31 may 1998-ci il tarixdən 06 yanvar 2012-ci il tarixədək toxucu işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 07 dekabr 2014-cü il tarixdən pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxx 1960-cı il tarixdə doğulmuşdur. Toxucu şagirdi kimi 21 fevral 1980-ci il tarixdən 01 iyun 1980-ci il tarixədək X2, 17 oktyabr 1983-cü il tarixdən 1998-ci il tarixədək davamlı olaraq Toxucu istehsalatında işləmişdir. 1998-c i il tarixdən 2012-ci il tarixədək fasilələrlə X1 kimi çalışmışdır. Qeyd olunanları əsas götürərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 04 dekabr 2017-ci il tarixli cavab məktubunda mübahisə ilə bağlı X4 şəhər filialına göndərilmiş sorğuya cavab verildikdən sonra məsələyə baxılacağını bildirsə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsinə baxmayaraq ona heç bir məlumat verilməmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2-1(84)-353/2018 saylı qərarı (hakim Vidadi Qaımov) ilə iddia qismən təmin edilərək, cavabdehin üzərinə iddiaçının 31 may 1998- ci ildən 01 yanvar 2006-cı ilədək toxucu işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 52 yaşı tamam olduğu 30 yanvar 2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin pensiya məbləğinin 07 dekabr 2014-cü ildən hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması, iddianın 01 yanvar 2006-cı ildən 06 yanvar 2012-ci ilədək X2 işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi hissəsində rədd edilməsi qərara alınmışdır. Həmin məhkəmə hesab etmişdir ki, əmək kitabçasında əmək fəaliyyətinin qeyd olunması əmək haqqının hesablanmasını və əmək fəaliyyəti ilə bağlı digər məsələləri özündə ehtiva edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 2-1(107)-368/2018 saylı qərarı ilə (sədrlik edən hakim İmanverdi Şükürov, hakimlər Mirbahəddin Hüseynov və Rafail Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və bildirmişdir ki,iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olması ona məxsus əmək kitabçası ilə təsdiq olunur. Cavabdeh idd iaçının əmək kitabçasının və ya əmək kitabçasında onun işləməsi barədə olan qeydlərin həqiqi olmaması barədə sübut təqdim edə bilməmişdir. Belə olan halda, iddiaçıya məxsus olan əmək kitabçasının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 8, 9, 10, 11, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, (01 iyul 2017-ci ilə kimi qüvvədə olan redaksiyada), 9.8, 31.1, 32.1-1, 01 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələri və digər normativ-hüquqi aktlarla əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələb lərinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, arxiv arayışına əsasən iddiaçıya 1998-ci ilin dekabr ayından sonra əmək haqqı hesablanmamışdır.1999-cu ildən sonra yalnız 1999-cu ilin fevral və 2001-ci ilin may ayında ona əmək haqqı hesablanmışdır. X3 1998-ci il tarixdən sonra fəaliyyət göstərməmiş, işçiləri öz hesabına məzuniyyətə göndərilmişdir. Əmək haqqı ödənilməyən dövrdə isə sosial sığorta haqqı ödənilə bilməzdi. İddiaçının cəmi 15 il 4 ay sosial sığorta stajının olması müəyyən edilmişdir. Dəlilin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 9, 21-ci mad dələrinə istinad olunmuşdur. Kassasiya şikayətinə dair etiraz İddiaçı kassasiya şikayətinə qarşı təqdim etdiyi etirazda, iddia ərizəsində göstərdiyi halları təkrarlamış, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir: AZE seriyalı 0******* nömrəl i Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; JQ seriyalı 455283 nömrəli nigahın bağlanması haqqında şəhadətnamə; 01 iyun 2012-ci il tarixli 049452 nömrəli əmək kitabçası; X4 Filialının 20 aprel 2018-ci il tarixli 31/22a nömrəli arxiv arayışı; Kombinatın 1998-2001-ci il üzrə 1-ci toxucu sexinin əmək haqqı cədvəlindən çıxarış; cavabdehin 07 dekabr 2017-ci il tarixli 57/5231 nömrəli məktubu və 22 yanvar 2018-ci il tarixli 57/117 nömrəli etirazı. Bu sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi işin halları kimi aşağıdakıları müəyyən etmişdir: İddiaçı xx xxxxxx 1960-cı ildə Ucar rayonu Məlikballı kəndində anadan olmuşdur. O, X2 21 fevral 1980-cı ildən 01 iyun 1980-cı ilədək, 17 oktyabr 1983-cü ildən 30 aprel 1984-cü ilədək toxucu şagirdi, 30 aprel 1984-cü ildən 02 yanvar 1995-ci i lədək toxucu, 02 yanvar 1995-ci ildən 02 mart 1998-ci ilədək toxucu sexində təlimatçı, 02 mart 1998-ci ildən 06 yanvar 2012-ci ilədək toxucu işləmiş və bu hallar 01 iyun.2012-ci il tarixl,i 049452 nömrəli əmək kitabçasında və X4 Filialının 20 aprel 2018-ci il tarixli, 31/22a nömrəli arxiv arayışında qeyd edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl analoji tələblə Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir Şəhər Şöbəsinə müraciət etmiş, sonuncu 07 dekabr 2017-ci il tarixli, 57/5231 nömrəli məktubunda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə komissiyada baxılacağını, 22 yanvar 2018-ci il tarixli, 57/117 nömrəli məktubunda isə 20 il ümumi iş stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edildiyi bildiril mişdir. Cavabdehin iddiaçıya ünvanladığı 22 yanvar 2018-ci il tarixli, 57/117 nömrəli məktubundan görünür ki, “Pensiya təyin edən komissiya”nın qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən 20 il ümumi və 10 il güzəştli iş stajının olmamasına görə və əmək kitabçasında qeyd olunan dövrün arxiv sənədlərinin yerində qarşılıqlı yoxlaması mümkün olmadığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” ın XX. Yüngül sənaye bölməsində 2211100a-15084 ayaqqabı tikənlərin peşəsi əmək şəraitinə görə güzəştli pensiya hüququna malikdirlər. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsinin hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnu yaradan iş fəaliyyəti onun təqdim etdiyi əmək kitabçasına əsasən müəyyən edilmiş və həmin məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ o səbəbdən yaranmamış hesab edilməlidir ki, arxiv arayışına əsasən iddiaçıya 1998-ci ilin dekabr ayından sonra əmək haqqı hesablanmamışdır. Əmək haqqı ödənilməyən dövrdə isə sosial sığorta haqqı ödənilə b ilməzdi. İddiaçının cəmi 15 il 4 ay sosial sığorta stajının olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması 30 yanvar 2012-ci il tarixi kimi müəyyən edilmişdir. Bu əsasla həmin tarixə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun): - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddət indən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgə r istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. Onun 01 avqust 1997-ci il tarixinə olan redaksiyasına gö rə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13 –cü (...) nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qeyd edilmiş müddəalar tətbiq edildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı siyahısı üzrə şəxsin hansı istehsalatda və peşələrdə işləməsi bölmə və kodlar üzrə müəyyən edilməlidir. Bü müddəalara əsaslanmaqla apellyasiya məhkəməsi müəyyən etmişdir ki, 01 yanvar 2006-cı il tarixinə qədər iddiaçının 20 il ümumi iş stajı olmuşdur. Habelə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüqu qu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XX.Yüngül sənaye bölməsində 2211100a-15084 kodla qeydə alınmış “ayaqqabı tikənlərin” peşəsində işlədiyindən, əmək şəraitinə görə güzəştli pensiya hüququna malikdir. Qeyd edilmiş əsaslara görə apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 52 yaşı tamam olan vaxtdan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məsələyə qiymət verərkən məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, istinad edilən Siyahının 22100000 saylı bölmənin “XX. Yüngül sənaye” adlı hissəsinin 22102000 saylı “Toxuculuq sənayesi” alt bölməsində 2200200a—11602 kodla “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları” peşəsi göstərilmişdir. Bununla yanaşı, iddiaçını n “toxucu” peşəsində işləməsi nəzərə alınmaqla “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “e” bəndinin tələblərinin tətbiq edilməsinin yoxlanılması da zəruri olmuşdur. Həmin bəndə əsasən: toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar - Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə — 52 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İstinad edilən Siyahıya isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı” aiddir. Maddənin tələblərinə görə, “toxucu” peşəsində işəyən qadının əmək funksiyaları toxuculuq istehsalı dəzgahlarında və maşınlarında işlə bağlı olduğu halda, onların pensiya hüququnun təmin edilməsini zəruri edən şərt ümumi stajla bağlı deyildir, yalnız xüsusi stajla, yəni toxuculuq istehsalı dəzgahlarında və maşınlarında azı 20 il çalışması ilə əlaqədardır. Bu halda cavabdehin sosial sığorta stajının olmaması barədə dəlili qismən əsaslı hesab edilməlidir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin apardığı araşdırmanın predmetini iddiaçının əmək funksiyalarının mahiyyəti təşkil etməlidir. Çünki əgər “toxucu” kimi iddiaçı dəzgahlarda və maşınlarında işləmişdirsa, bu halda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13cü maddəsinin “e” bəndinin tələblərinin ödənildiyi yoxlanılmalıdır. Əgər iddiaçının əmək fəaliyyəti bilavasitə “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucuları” peşəsi ilə əlaqədar olmuşdursa, bu halda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinin tələblərinin ödənildiyi yoxlanılmalıdır. Bununla da məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaların tətbiqi üzrə düzgün araşdırma aparılmamış və bu səbəbdən işin halları tam düzgün müəyyən olunmamışdır. İddiaçının 1998 və 2001-ci illər üzrə əmək haqqısının hesablanıb-hesablanmaması ilə bağlı cavabdehin bildirdiyi dəlilə münasibətdə məhkəmə kollegiyası aşağıda kıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra — sığorta stajı) — əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmada n sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Apellyasiya məhkəməsi düzgün olaraq sığorta stajına aid olan iş dövrlərini iddiaçının əmək kitabçasına əsasən müəyyən etmişdir. İşin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 1998-ci ildən 2001-ci illəri əhatə edən dövrə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcə lləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır; - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Sosial sığorta haqqının ödənilməsinə münasibətdə qeyd edilməlidir ki, 01 iyul 1999cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin: - 252-ci maddəsinə əsasən, bütün işçilər hökmən dövlət sosial sığortası ilə əhatə olunmalıdırlar.; - 253-cü maddəsinə əsasən, işçilərin dövlət ictimai sığortası dövlət hesabına həyata keçirilir. Sosial sığorta haqqı işçilərin əmək haqqından heç bir məbləğ tutulmadan müəssisələr, idarələr, təşkilatlar tərəfindən ödənilir. Müəssisə, idarə, təşkilat tərəfindən sığorta haqqının ödənilməsi işçiləri dövlət ictimai sığortası üzrə təmin olunmaq hüququndan məhrum etmir. 01 iyul 1999-cu il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 304-cu mad dəsinə əsasən, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. (...) - 306-cı maddəsinin 2-ci bəndinə əsasən, işçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. Maddələrin tələblərindən göründüyü kimi, əmək münasibətlərində olan işçilərin əmək haqqından müvafiq məcburi sosial sığorta ödənişlərin tutulması və cavabdehə köçürülməsi kimi vəzifəsi hər hansı bir qaydada müəyyən olunmamışdır. Bu vəzifəni işəgötürən daşımışdır. Belə olan halda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsində aşağıdakılar müəyyən olunmuşdur: - birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - üçüncü hissəsinə əsasən, iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; - səkkizinci bəndinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddələrin tələbləri belə izah olunur ki, 01 yanvar 2002-ci ilədək olan dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına həmçinin o halda da daxil edilməlidir ki, əgər həmin dövrdə işcilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalıdır. Bu müddətə münasibətdə sosial sığorta haqlarının ödənilməməsi həmin müddətin şəxsin əmək stajına daxil edilməməsi üçün hüquq i əsas kimi qiymətləndirilməmişdir. Qanunvericiliyin əlaqəli təhlili o nəticəni yaradır ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqının alınması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri olmamışdır. Bu hissədə cavabdehin bildirdiyi dəlil əsassızdır. Aparılmış qiymətləndirmənin nəticə olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyası hüququnun yaranmasını zəruri edən şərt – iş fəaliyyətinin və iş stajının müddətini apellyasiya məhkəməsi yuxarıda göstərilmiş maddələrin tələblərinə görə düzgün müəyyən etməm iş və bu halda həmin məhkəmə tərəfindən həmçinin Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində əks olunmuş işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifəsini icra etməmişdir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə, göstərilmiş halın – iddiaçının güzəştli stajın müddətininin müəyyən edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qər arı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavab deh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin müdiri X1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 2-1(107)-368/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-278/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-278/2019
30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver