Məhkəmə qərarları › İş №2-1(102)-278/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-278/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-278/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinə istifadə hüququnun qeydə alınmasıvə çıxarışın verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X2 ibarət tərkibdə, X1 katibliyiilə, İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə (bundan sonra cavab deh) qarşı “Şəki Şəhər İcra Hakimiyyəti başçısının 25.11.1997-ci il tarixli 1/468 nömrəli sərəncamı ilə kolxoz bazarının cənub hissəsində ayrılmış (10 m x 100 m ölçüdə) 1000 kv.metr torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-518/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 28 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Şəki Şəhər İcra Hakimiyyəti başçısının 25.11.1997-ci il tarixli 1/468 nömrəli sərəncamı ilə kolxoz bazarı nın cənub hissəsində iddiaçıya avtomobil dayanacağı təşkil edərək fəaliyyət göstərməsi qərara alınmışdır. Şəki şəhər İcra Hakimiyyətinin baş memarı tərəfindən təsdiq edilmiş planda dayanacaq kimi istifadə edilən ərazinin 1000 kv.m olması qeyd edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə rəsmi müraciət etmiş, cavabdeh bundan imtina edərək 07.11.2018-ci il tarixli məktubla göstərmişdir ki, iddiaçının təqdim etdiyi sərəncamla avtomobillər üçün dayanacaq təşkilinə icazə verilmiş, lakin avtomobil dayanacağının təşkili üçün torpaq sahəsi ayrılmamışdır. İddiaçı 25 aprel 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Ş əki Şəhər İcra Hakimiyyəti başçısının 25.11.1997-ci il tarixli 1/468 nömrəli sərəncamı ilə kolxoz bazarının cənub hissəsində ayrılmış (10 m x 100 m ölçüdə) 1000 kv.metr torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 25 noyabr 1997-ci il tarixli 1/468 saylı sərəncamı ilə şəhər kolxoz bazarının cənub hissəsində avtomobil dayanacağı təşkil edilməsi məqsədi ilə ona 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Dayanacağın təşkil olunması və dayanacağa nəzarət ona tapşırılmışdır. Hal-hazırkı vaxtadək orada qanunauyğun fəaliyyət göstərir. Cavabdehə 4 oktyabr 2018-ci il tarixdə təşkil edib fəaliyyət göstərdiyi dayanacaq üzərində hüquqlarının qeydiyyata alınmasına köməklik göstərilməsi barədə müraciət etmiş, lakin dayanacaq üzərində hüquqları dövlət qeydiyyatında rəsmiləşdirilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(84)-784/2019 saylı iş) 11 iyul 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdehin üzərinə Şəki Şəhər İcra Hakimiyyəti başçısının 25.11.1997-ci il tarixli 1/468 nömrəli sərəncamı ilə kolxoz bazarının cənub hissəsində ayrılmış (10 m x 100 m ölçüdə) 1000 kv.m torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslan dırmışdır ki, iddiaçıya torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan 1992-ci il aprel ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 28-ci maddəsinə əsasən, torpaqların verilməsi və geri alınması ilə əlaqədar olan və onların mənafeyinə toxunan məsələlərə baxılmasında marağı olan vətəndaşların iştirak etməyə hüququ vardır. Torpaqların verilməsi və geri alınması barədə rayon, şəhər xalq deputatları sovetlərinin qərarı əhalinin və əmək kollektivlərinin mənafeyinə toxunduğu hallarda onların rəyi nəzərə alınmaqla qəbul edilir. 29-cu maddəsinə əsasən, müvafiq rayon, şəhər xalq deputatları soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları y erdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-(84)-784/2019 saylı iş üzrə 11 iyul 2019-cu il tarixli qərarı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5-məruzəçi, X6, X3, 2-1(107)-518/2019 saylı iş) 16 oktyabr 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 20.11.2019-cu il tarixdə kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 11 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Cavabdeh daşınmaz əmlakın dövlət reyestrində müva fiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının 25 noyabr 1997-ci il tarixli 1/468 saylı sərəncamı ilə avtomobillər üçün dayanacaq təşkilinə icazə verildiyindən, torpaq sahəsi ayrılmadığından torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınmasını mümkünsüz edir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəb ərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı Şəki şəhər İcra Hakimiyyəti başçısının 25 noyabr 1997-ci il tarixli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzi bati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddiaçının müraciəti ilə bağlı cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, hüququn qeydə alınması xahiş edilən torpaq sahəsi avtomobillər üçün dayanacaq təşkilinə icazə verilmişdir, bununla bağlı torpaq sahəsi ayrılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tan ınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (2.2-ci maddə). Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanmışdır. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Apellyasiya instansiya məhkəməsi 1000 kv.m torpaq sahəsinin Şəki şəhər İcra Hakimiyyətinin 25 noyabr 1997-ci il tarixli qərarı ilə iddiaçının istifadəsinə verilməsi ilə bağlı araşdırma aparmamışdır. Adı çəkilən sərəncamda qeyd edilmişdir ki, Şəki şəhər İcra Hakimiyyəti başçısının 11 avqust 1997-ci il tarixli sərəncamı qüvvədən düşmüş hesab edilsin. 28 oktyabr 1996-cı il tarixli sərəncam qüvvədə hesab edilməklə, Şəki şəhəri, 23-cü rayon, Y.Süleymanov küçəsi, 49 nömrəli evdə yaşayan İddiaçı həmin ərazidə avtomobillər üçün dayanacaq təşkil etməsinə icazə ver ilsin. Məhkəmə tərəfindən 11 avqust 1997-ci il və 28 oktyabr 1996-cı il tarixli sərəncamlar aidiyyəti orqanlardan tələb edilməmiş, onların məzmunu öyrənilməmiş, 25 noyabr 1997-ci il tarixli sərəncamla torpaq sahəsinin iddiaçının istifadəsinə verilib-verilməməsi araşdırılmamış, bununla bağlı Şəki şəhər İcra Hakimiyyətinə sorğular edilməmiş, icra hakimiyyətinin işə cəlb edilməsinin zəruriliyi müzakirə edilməmişdir. 25 noyabr 1997-ci il tarixli sərəncamda torpaq sahəsi qeyd edilməmiş, işin 6-cı səhifəsində olan sxemdə qeyd edilən 1000 kvm torpaq sahəsinin icra hakimiyyətinin sərəncamı əsasında iddiaçının istifadəsinə verilməsi yoxlanılmamışdır. Bəhs edilən hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ər izə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansi yası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-518/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qərarıləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar