Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-278/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin təyinat tarixinin dəyişdirilməsi barədə Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin 03.08.2020-ci il tarixli qərarının dəyişdirilməsi və təyinat tarixinin 17.02.2020-ci il qeyd olunması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-362/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 11.03.2020-ci il tarixli TSEK-in müayinəsindən görünür ki, A.İmaməddinov 11.03.2020-ci il tarixdə müayinə olunmuş və ona “ataksik serebral iflic, X11 atonik – astotik forma Ağır dərəcəli əqli gerilik, davranış pozğunluğu” diaqnozu qoyulmuşdur. İmtina edilmənin səbəbi qrafasında “göndərişin natamam doldurulması – səbəb: mütəxəssislərin rəyləri laborator instrumental müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” olaraq qeyd edilmişdir.
2. İddiaçı cavabdeh orqana oğlunun sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı 19.05.2020-ci il tarixli məktubda qeyd edilir ki, Adil İmaməddinovun sağlamlıq imkanları məhdudluğu səhiyyə müəssisəsinin 0388003AAC1H saylı göndərişi əsasında 11.03.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Adil İmaməddinov səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarına uyğun olaraq, sağlamlıq imkanları məhdudluğu adsızlaşdırılmış sənədlər əsasında qiymətləndiril ib, müvafiq qərar veriləcəkdir. 3. 29.06.2020-ci il tarixli TSEK-in müayinəsindən görünür ki, A.İmaməddinov 29.06.2020-ci il tarixdə müayinə olunmuş və ona “X11 atonik astotik forma OS miopik astiqmatizm. Tez-tez təkrarlanan epileptik qıcolmaları ilə (ayda 8-9 dəfə grand mall), hərəki pozğunluq. Ataktik yeriş. Kobud nitq qüsuru. Ağır dərəcəli əqli gerilik. Davranış pozğunluğu” diaqnozu qoyulmuşdur. İmtina edilmənin səbəbi qrafasında “göndərişin natamam doldurulması – səbəb: ağırlaşmada qeyd edilmiş ağır dərəcəli əqli gerilik ilə xəstənin məktəbdə şagird olması uyğunsuzluq təşkil edir” qeyd edilmişdir. 4. 03.08.2020-ci il tarixli TSEK-in müayinəsindən görünür ki, A.İmaməddinov 03.08.2020-ci il tarixdə müayinə olunmuş və ona “ataksik serebral iflic, X11 atonik astotik forma. Generalizə olunm uş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ilə (ayda 8-9 dəfə grand mall)” diaqnozu qoyulmuşdur. Meyar qrafasında “3.1 uşaqların sağlamlıq imkanlarının məhdudluğu =>3.1.2. davamlı, nəzərəçarpan hərəkipozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81-G83.9)” qeyd edilmişdir. Təyinatın tarixi 03.08.2020ci il göstərilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 22 sentyabr 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 19.05.2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və 05.02.2020-ci il tarixdən əlillik müavinətinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, İmaməddinov Adil Ramil oğlu onun oğludur. O, anadangəlmə “X11” diaqnozu ilə xəstədir. Xəstəlik səbəbi ilə əlaqədar Bakı Uşaq Nevroloji xəstəxanasında, X7 İnstitutunda və müxtəlif bərpa mərkəzlərində müalicə kursları almışdır. İlk dəfə 2009-cu ildə xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınaraq TSEK tərəfindən Sağlamlıq İmkanları məhdud uşaq kimi qiymətləndirilərək müavinət təyin edilmişdir. İddiaçının oğlu təkrar müalicə kursları almasına baxmayaraq xəstəliyinin dinamikasında müsbətə doğru dönüş olmamışdır. A.İmadəddinovun sənədləri HMK-da müayinə olunduqdan sonra 17.02.2020-ci il tarixdə təkrar müayinənin təyini üçün “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən TSERAS-a göndərilmiş və 20.03.2020-ci il tarixdə i mtina olunaraq xəstəyə sağlamlıq imkanları məhdudluq təyin olunmamışdır. Səbəb olaraq mütəxəssislərin rəyləri, laborator instrumental müayinələrin dəqiqləşdirilməsi və ətraflı qeyd edilməsi irad tutulub. Halbuki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən TSERAS-a göndərilmiş sənədlərdə mütəxəssislərin rəyləri, laborator instrumental müayinələrin nəticələri ətraflı qeyd edilərək hazırkı vəziyyətini tam əks etdirmişdir. 7. 03.08.2020-ci il tarixdə valideyn öz təşəbbüsü ilə övladının tibbi sənədlərini Şəki 10 saylı Tibbi Sosial Ekspertiza Komissiyasına təqdim etmiş, həmin komissiya tərəfindən sənədlər reyestrə daxil edilmişdir. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti (DTSERX) tərəfindən xəstə 17.08.2023-cü il tarixə kimi SİM uşaq kimi qiymətləndirilmişdir.
8. İddiaçı 15. 03.2021-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışında ərizə təqdim edərək, iddia tələbində dəqiqləşdirmə aparmış və cavabdehin 03.08.2020-ci il tarixli qərarının dəyişdirilməsi və təyinat tarixinin 17.02.2020-ci il qeyd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
9. Cavabdeh orqan məhkəməyə ünvanladığı 21.12.2020-ci il tarixli, **********4 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının oğlu İmaməddinov Adil Ramil oğlunun sağlamlıq imkanlarının məhdudluğu Şəki Rayon Mərkəzi Xəstəxanasının 0344003AAJDV nömrəli göndərişi əsasında 24.07.2020-ci il tarixdə qiymətləndirilmiş və “Ataksik serebral iflic, X11 atonik astotik forma. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlan an epileptik qıcolma tutmaları ilə (ayda 8-10 dəfə grand mail)” diaqnozu ilə 3 il müddətinə sağlamlıq imkanlarının məhdudluğunun təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3cü maddəsinə uyğun olaraq işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçının bundan əvvəl iki dəfə tibbi-sosial ekspert müayinəsinə göndərişləri natamam doldurulduğu üçün tibb müəssisəsinə geri qaytarılmış (hər iki müayinə aktından çıxarış əlavə olunur), sonuncu göndəriş isə tam doldurulduğundan və diaqnoz sağlamlıq imkanlarının təyininə əsas verdiyindən təyinat aparılmışdır. Ona görə də hazırda mübahisə predmeti mövcud olmadığından işə xitam verilməlidir. Göndərişin natamam doldurulması s əbəbindən tibb müəssisəsinə qaytarılması hallarında vətəndaşlar bir çox hallarda tibb müəssisəsinə müraciət edib göndərişdəki natamamlıqları aradan qaldırmaq əvəzinə, məhkəməyə müraciət etməyi üstün tuturlar. Bu qəbildən olan işlərin məhkəmə icraatına qəbul edilməsi mümkünsüz sayılmalı və vətəndaşa aidiyyəti üzrə tibb müəssisəsinə müraciət etməli olduğu izah edilməlidir. Çünki inzibati məhkəmələr inzibati orqanın şəxsin hüquqlarını pozan və ya hüquqdan məhrum edən inzibati aktından verilən şikayətlərə baxırlar. Göndərişin natamam doldurulma səbəbindən tibb müəssisəsinə qaytarılması isə inzibati akt deyil, mövcud qanuni prosedurun bir pilləsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qayd ası”nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya (tibb müəssisəsinin həkim məsləhət komissiyası nəzərdə tutulur) göndərir. TSEK tibbi-sosial ekspertiza müayinəsinin dəqiq, obyektiv və hərtərəfli aparılması üçün göndərişin natamam doldurulduğu hallarda tamamlanması üçün əlillik altsistemində müvafiq qeyd aparır. Sistem tərəfindən natamam doldurulmuş göndəriş avtomatik olaraq tibb müəssisəsinə göndərilir. Bu, əlilliyin təyinindən imtina barədə TSEK-in yekun qərarı deyil və şəxsi heç bir hüquqdan məhrum etmir. Hazırkı işin nümunəsində nəzərə çatdırırlar ki, mövcud natamamlıq aradan qaldırıldıqdan sonra qiymətləndirmə aparılır və diaqnoz əsas verirsə əlillik (sağlamlıq imkanlarının məhdudluğu) təyinatı aparılır. Göndərişin natamam doldurulma səbəbindən tibb müəssisəsinə qaytarılması inzibati aktın qəbul edilməsindən imtina deyil və məhkəmə tərəfindən imtina kimi qiymətləndirilməməli, lazım gələrsə vətəndaşa yenidən tibb müəssisəsinə müraciət etməli olması barədə məlumat verilməlidir. Bu cür işlərin məhkəmə icraatına qəbul edilməsinin mümkün sayılması həm məhkəmələrin, həm Agentliyin iş yükünün lüzumsuz artması, qanunvericiliyin düzgün tətbiq edilməməsi ilə nəticələnir.
10. Şəki Rayon Mərkəzi Xəstəxanası X15in məhkəməyə ünvanladığı 03.05.2021-ci il tarixli məktubda qeyd edilir ki, İddiaçı övladı 2005-ci il təvəllüdlü Adil İmaməddinovun tibbi sənədləri 14.02.2020-ci il, 19.06.2020-ci il və 24.07.2020-ci il tarixlərdə “Şəki R MX” X15in HMK-sı tərəfindən TSEK göndərişlər reyestrinə daxil edilmiş, hər dəfə “Yanlış və ya natamam doldurma” cavabı daxil olmuşdur. Bütün hallarda imtina cavabı daxil olduqdan sonra xəstə dəvət edilmiş və tələb olunan digər zəruri müayinə və müalicələr həyata keçirilsə də, TSEK-nın işçi qrupu tərəfindən imtina cavabı daxil olmuşdur.
11. Şəki İnzibati Məhkəməsinin (hakim X3, 2-1(116)-248/2021 saylı iş) 9 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun təyini barədə 03.08.2020-ci il tarixli 7LK9WJ50008 nömrəli qərarının təyinatın tarixi “03.08.2020” hissəsinin “17.02.2020” kimi dəyişdirilməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 ya nvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Göründüyü kimi göndərişin natamam və yanlış doldurulması əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina edilməsi üçün əsas deyil. Cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasında nəzərdə tutulmayan əsaslarla bir neçə dəfə iddiaçının oğluna sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir ki, bununla da “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl etməmişdir.
13. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edi lməsi, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X2-məruzəçi, X5 və X6, 2-1(107)-362/2021 saylı iş) 21 oktyabr 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 9 iyun 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
15. Cavabdeh 3 noyabr 2021-ci il tarixdə qərarın surətini almış, 26 noyabr 2021ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
16. Şəki Apellyasiya Məhkəməsi qərar qəbul edərkən təq dim olunmuş sübutları tam və ətraflı olaraq tədqiq etməmiş, həmçinin faktiki olaraq işin hallarım nəzərə almamışdır.
17. Belə ki, sənədlərin təhlilindən müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti X12 Xəstəxanasının 11.03.2020-ci il tarixli 0388003AAC1H saylı göndərişi əsasında müayinə olunmuş və “X1: Vİ Sinif – Sinir sistemi xəstəlikləri G80-G83 - Serebral iflic və digər paralitik sindromla G80 - X11 G80.8 - X11nin digər növü; Diaqnozun mətni: Ataksik serebral iflic, X11 atonik - astotik forma Ağır dərəcəli əqli gerilik, Ağır dərəcəli əqli gerilik, davranış pozğunluğu; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Mütəxəssislərin rəyləri laborator instrumental müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir.
18. Həmin xəstəxananın 29.06.2020-ci il tarixli 0344003AAJAC saylı göndərişi əsasında müayinə olunmuş və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri G80-G83 - Serebral iflic və digər paralitik sindromlar G80 - X11 G80.4 - Ataktik serebral iflic; Diaqnozun mətni: X11 atonik astotik forma OS miopik. astiqmatizm. Tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ilə (ayda 8-9 dəfə grand mail). Əqli gerilik davranış pozğunluğu ilə. Sağ tərəfli kobud xarici çəpgözlük. Kobud nitq qüsuru. Hərəki pozğunluq. Ataktik yeriş. Kobud nitq qüsuru. Ağır dərəcəli əqli gerilik, Davranış pozğunluğu; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmada qeyd edilmiş ağır dərəcəli əqli gerilik ilə xəstənin məktəbdə şagird olması uyğunsuzluq təşkil edir” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
19. X12 Xəstəxanasının 03.08.2020-ci il tarixli 0344003AAJDV saylı göndərişi əsasında müayinə olunmuş və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri G80-G83 - Serebral iflic və digər paralitik sindromlar G80 - X11 G80.4 - Ataktik serebral iflic; Diaqnozun mətni: X11 atonik astotik forma. Tez-tez təkrarlanan epileptik qıcolma tutmaları ilə (ayda 8-9 dəfə grand mail). Əqli gerilik davranış pozğunluğu ilə. Sağ tərəfli kobud xarici çəpgözlük. Kobud nitq qüsuru. Hərəki pozğunluq ataktik yeriş; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: xəstənin hazırkı vəziyyəti funksional pozğunluq təhsilini davam etdirilməsi dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. 03.08.2020-ci il tarixli 0344003AAJDV saylı təkrar göndərişi əsasında müayinə olunmuş və "X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri G80- G83 - Serebral iflic və digər paralitik sindromlar G80 - X11 G80.4 - Ataktik serebral iflic; Diaqnozun mətni: serebral iflic, X11 atonik astotik forma. Generalizə olunmuş epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 8-9 dəfə grand mail); Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu 3.1.2. davamlı, nəzərəçarpan hərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81G83.9)” səbəbi ilə üç il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir.
20. Göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki, iddiaçı tərəfin təqsiri m övcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Yəni X12 Xəstəxanasının öz işinə laqeyd yanaşmayıb göndərişi tam doldursa idi göstərilən müddətin buraxılması halı baş verməyəcəkdi. Yalnız 03.08.2020-ci il tarixli 0344003AAJDV saylı təkrar göndəriş tam doldurulduqdan sonra şəxsə əlillik təyin olunub.
21. Bu halda iddiaçının 05.02.2020-ci il tarixdən əlillik müavinətinin təyin edilməsi öhdəliyinin Agentliyin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verib tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq e dilən hüquq 23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqların ı və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə ba ğlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında ş əxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
25. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə pr oses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçini n bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardad ı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hə dləri
26. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. İş də olan sənədlərə əsasən iddiaçının oğlu-17 avqust 2005-ci ildə anadan olmuş Adil İmaməddinov “X11” diaqnozu ilə xəstədir. Xəstəlik səbəbi ilə əlaqədar X14 xəstəxanasında, X7 İnstitutunda və müxtəlif bərpa mərkəzlərində müalicə kursları almış, ilk dəfə 2009-cu ildə xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınaraq TSEK tərəfindən sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilərək müavinət təyin edilmişdir. A.İmaməddinovun 2009-cu ildə hansı müddətə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi işdə olan sənədlərdən müəyyən olunmur.
30. A.İmaməddinov təkrar müalicə kursları almış, xəstəliyi ilə bağlı sənədləri 17 fevral 2020-ci il tarixdə təkrar müayinənin təyini üçün “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən TSERAS-a göndərilmiş və 11 mart 2020-ci il tarixdə imtina olunaraq xəstəyə s ağlamlıq imkanları məhdudluğu təyin olunmamışdır.
31. Cavabdeh hesab etmişdir ki, göndərişdə qeyd edilmiş diaqnoz və ağırlaşmalar köməkçi diaqnostik müayinələrin nəticələri və mütəxəssis həkimlərin rəyi ilə əsaslandırılmadığından sağlamlıq imkanları məhdudluğu təyinatının aparılması mümkün olmamış və göndərişin natamam doldurulması barədə qərar verilmişdir.
32. Bundan sonra Adil İmaməddinovun sağlamlıq imkanları məhdudluğu səhiyyə müəssisəsinin 19 iyun 2020-ci il tarixli ikinci göndərişi əsasında 29 iyun 2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə cavabdeh tərəfindən qərar verilmişdir. Cavabdehə görə göndərişdə şəxsə “Ağır dərəcəli əqli gerilik” diaqnozu müəyyən edilsə də, elektron sistemin əlavə məlumat bölməsində şəxsin məktəbdə şagird olması əks olun muşdur. Göndərişdə qeyd edilən diaqnozla elektron sistemdə əks olunan məlumat uyğunsuzluq təşkil edir.
33. Daha sonra xəstəliklə bağlı göndəriş üçüncü dəfə 24 iyul 2020-ci il tarixdə cavabdehə təqdim edilmiş, cavabdeh 3 avqust 2020-ci il tarixdə 3 il müddətinə iddiaçının oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair qərar qəbul etmişdir.
34. Cavabdehin birinci-11 mart 2020-ci il tarixli imtinasından sonra iddiaçı uşağının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 19 may 2021-ci il tarixli məktubunda iddiaçının oğlunun səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə göndəriş rəsmiləşdirildiyi halda müvafiq qərar qəbul ediləcəyini bildirmiş, iddiaçı cavabdehin 19 may 2021-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və 05.02.2020-ci il tarixdən əlillik müavinətinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiası ilə 22 sentyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
35. Yuxarıda qeyd edildiyi kimi, iş məhkəmənin icraatında olan vaxt cavabdeh 3 avqust 2020-ci il tarixdə iddiaçının xeyrinə qərar vermiş, iddiaçı da iddianın dəqiqləşdirilməsi barədə 15 mart 2021-ci il tarixli ərizəsində cavabdehin 3 avqust 2020-ci il tarixli qərarının təyinat tarixinin dəyişdirilərək birinci dəfə səhiyyə müəssisəsi tərəfindən göndərilən göndərişin tərtib edilmə tarixindən, yəni 17 fevral 2020-ci il tarixdən qeyd edilməsini xahiş etmiş, iddianın təmin edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilmişdir.
36. Cavabdeh iki dəfə-11 mart 2020-ci il tarixdə və 19 iyun 2020-ci il tarixdə iddiaçının oğlunun sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir.
37. İddiaçı birinci iddia ərizəsində cavabdehin 19 may 2021-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və 05.02.2020-ci il tarixdən əlillik müavinətinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, dəqiqləşdirilmiş ərizəsində isə cavabdehin 3 avqust 2020-ci il tarixli qərarının təyinat tarixinin dəyişdirilməsini xahiş etmişdir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın tələblərinə görə 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlil liyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər (2.4-cü bənd). Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir (2.9-cu bənd). Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir (3.4-cü bənd).
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 n ömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 5.1-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə görə əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
40. Digər tərəfdən, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 24 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
41. İşin hazırkı halında iddiaçının oğlunun sağlamlıq imkanların ın məhdudluğu bitdikdən sonra onun sağlamlığı ilə bağlı müalicə və müayinələr aparılmış, nəhayət də 2020-ci ilin avqust ayında əvvəlki diaqnoz əsasında əlillik müəyyən edilmişdir.
42. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 24 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş 3.3-1-ci maddəsi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından, sağlamlıq imkanlarının məhdudluq müddəti bitdikdən sonra iddiaçının oğlunun sağlamlığının təkrar qiymətləndirilməsi nəticəsində sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edildiyindən ötürülmüş müddət də daxil olmaqla, uşaq sağlamlıq imkanları məhdud olan şəxs hesab edilir. Bu səbəbdən sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinin əvvəlinin 17 fevral 2020-ildən sayılması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.
43. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-362/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.