Məhkəmə qərarları › İş №2-1(102)-278/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-278/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-278/2023 07.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1999/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1990-cı il tarixli, 18926 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 2923a saylı bağ sahəsi Bakı şəhər XDS-nin İK-nin Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən iddiaçının icarəsinə verilmişdir.

2. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış ) aktında aşağıdaklar qeyd olunmuşdur ki, vətəndaş tərəfindən bağ sahəsinin yeri və döngə nöqtələri təyin edilməyib, mərzçəkmə işləri aparılmamış və vətəndaş naturada bağ sahəsinin yerləşdiyi ərazini göstərə bilməmişdir. Vətəndaşlar bağ sahələrində hasarlama və mərzçəkmə işlərini plan üzrə bölgü sxeminə əsasən düzgün aparmadıqları və bağlararası keçid yollarını nəzərə almadıqları üçün bir çox bağ sahələrinin naturada yerlərini təyin etmək mümkün olmamışdır. Aktda həmçinin bildirilir ki, bağ sahələri vətəndaşlara koordinat sistemi ilə paylanmamışdır. 3. “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1990-cı il tarixli, 18926 nömrəli müqavilədə İddiaçı ailə üzvü kimi göstərilmiş X3 və X1 tərəfindən notarial qaydada təsdiq olunmuş ərizə təqdim edilərək həmin bağ sahəsinin iddiaçının adına özəlləşdi rilməsinə etiraz etmədikləri bildirilmişdir.

4. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək sözügedən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

5. Cavabdehin **********55 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə müraciətin icrasından imtina edildiyi bildirilmiş və qeyd olunmuşdur ki, texniki baxış zamanı bağ sahəsində hasarlama və mərzçəkmə işlərinin aparılmadığı müəyyən edilmiş, bu səbəbdən bağ sahəsinin yerini və döngə nöqtələrini təyin etmək mümkün olmamışdır. Elektron kadastr məlumatlarına əsasən, ümumi ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 31 avqust 2021-ci il tarixd ə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yeləşən 2923a saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinin yerini, sərhədlərini, döngə nöqtələrini və koordinatlarını özündə əks etdirən sənədlərin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsində yuxarıda qeyd olunan məlumatları və imtina məktubunun dəlillərini sadalamış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin imtina məktubunda əsaslandığı Mülki Məcəllənin 176-cı maddəsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən torpaq sahəsinin hasarlanması və mərzçəkmə işlərinin aparılması şərtini nəzərdə tutmur. Sözügedən maddə cavabdeh tərəfindən təhrifə uğramışdır. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda da cavabdehin qeyd etdiyi belə bir əsas və şərt nəzərdə tutulmamış, prosedur qaydalar qeyd olunmamışdır. Cavabdeh özü də öz imtina məktubunda ümumi ərazidə hasarlama işlərinin aparıldığını və bu hasarlanmanın bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparıldığını qeyd etmişdir. Qeyd olunanlardan açıq-aşkar görünür ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla yanaşı, məzmununda bir-birini təkzib edən əsaslar göstərilmiş və bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.7-ci maddəsi və Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyya tına alınmasına əsas verən müvafiq icra hakimiyyəti orqanının nəznindəki bağ təsərrüfatı birliyi ilə onun arasında bağlanmış icarə müqaviləsi cavabdehə təqdim edilsə də, müraciəti icra etmək mümkün olmamışdır. Cavabdeh qeyd etmişdir ki, Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq olunmuş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 7.1-ci maddəsinə əsasən, “Yeni ayrılmış torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi ƏMDK-nın müvafiq struktur bölməsinin mütəxəssisinin, ƏMDK-nın ərazi bölmələrinin nümayəndəsinin, rayon (şəhər, şəhər rayonu) icra hakimiyyəti başçısının nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və onunla qonşu olan digər torpaq sahələrinin mülkiyyətçilərinin (istifadəçilərinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil eldikləri nümayəndələrin iştirakı ilə aparılır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, faktiki mülkiyyətçi ona verilmiş torpaq sahəsi üzərində özbaşına olaraq heç bir hasarlama və mərzçəkmə işləri apara bilməz. Mövcud mübahisədə də cavabdehin ondan sözügedən torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılmasını tələb etməsi qanunsuz və əsassızdır. Sözügedən torpaq sahələri ümumilikdə müvafiq icra hakimiyyəti orqanının nəznindəki bağ təsərrüfatı birliyinə aiddir və həmin torpaq sahələri barədə hasarlama işləri, cavabdehin öz imtina məktubunda da qeyd etdiyi kimi, bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılır. Həmin xəritəni isə cavabdeh, hər hansı şübhələr o lduğu halda, İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən öz təşəbbüsü ilə əldə etməli idi. Mülki Məcəllənin 139-1.1-ci maddəsinə əsasən, “Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7- 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.

8. Ca vabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə uyğunluq təşkil edən yazılı etiraz təqdim etmişdir. Etirazda əlavə olaraq, “Torpaq islahatı haqqında” Qanunun, Torpaq Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müvafiq maddələrinə istinad edilərək iddia tələbinin təmin olunmamasıi xahiş edilmişdir.

9. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddianın “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2923a saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul olunmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2224/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2923a saylı bağ sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi və adına plan və ölçü sənədinin tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair icarə müqaviləsi qüvvədədir və ölçülərini göstərən yerləşmə cizgisi mövcuddur. Hazırda da faktiki olaraq iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Cavabdeh qurumun Mülki Məcəllənin 176-cı maddəsinə istinad edərək torpaq sahəsinin hasarlanma və mərzçəkmə işlərinin aparılmaması səbəbindən iddiaçının hüquqlarının qeydə a lınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, həmin maddə torpaq mülkiyyətçiləri arasında hasarlama xərclərinin çəkilməsini tənzimləyir.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1999/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2224/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkə məsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia ərizəsinə qarşı etrirazın dəlilləri ilə uyğunluq təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun... Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı -2.1 daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqla rın əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar -8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokol undan çıxarış; Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi -12.1 daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina -15.1 hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı b arədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. 19. “Torpaq islahatı haqqında” Qanun Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi -vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəy yən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası -həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onlarınqanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar ü zərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir....

20. Mülki Məcəllə Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfində n qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.

21. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya q ismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlil lərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün tələb olunan hüquqi əsasın mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış, məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apelyasiya məhkəməsinin qərarı analoji işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə də uyğundur (bununla bağlı bax: Ali Məhkəmənin xx.xx.2022-ci tarixli, 2-1(102)-447/2022 nömrəli, 7 aprel 2023cü il tarixli, 2-1(102)-246/2023 nömrəli qərarları).

29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. Hazırkı işin hallarına görə, iddiaçının hüquqi marağı bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin həm iddiaya dair etirazının, həm də apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən g örünür ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının hüququnun qeydiyyata alınmasından imtina olunarkən bağ sahəsində hasarlama və mərzçəkmə işlərinin aparılmadığına, Elektron kadastr məlumatlarına əsasən, ümumi ərazidə hasarlama işlərinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığına istinad edilmişdir

31. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

32. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

33. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1990-cı il tarixli, 18926 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2923a saylı, 0,12 ha bağ sahəsi həmi n dövrdə səlahiyyətli qurum tərəfindən iddiaçının icarəsinə verilmişdir. Həmçinin sözügedən icarə müqaviləsi hal-hazırda qüvvədədir və bağ sahəsinin ölçülərini göstərən yerləşmə cizgisi mövcuddur.

34. Hazırkı mübahisəyə münasibtədə həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3.0.29-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarını n idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirilməsi cavabdehin vəzifələrinə aid edilmişdir.

35. Bu baxımdan cavabdeh tərəfindən istinad olunan hallar (iddia olunan torpaq sahəsində hasarlama və mərzçəkmə işlərinin aparılmaması) iddiaçının məsuliyyət sferasına aid edilə və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2923a saylı, 0,12 ha bağ sahəsinin iddiaçının icarəsinə verilməsi barədə xx.xx.1990-cı il tarixli, 18926 nömrəli müqavilənin etibarlılığını şübhə altına alan digər əsasların müəyyən olunmadığı təqdirdə, iddiaçının həmin müqaviləyə əsaslanan hüququnun qeydiyy ata alınmasından imtina üçün yetərli sayıla bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

36. Hazırkı mübahisəyə münasibətdə eyni zamanda nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər hüquqi və ya fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddia çıya ayrılmış bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim ediməmişdir.

37. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının hüququnu qeydiyyata almaqdan və bu barədə müvafiq çıxarışın (eləcə də planölçü sənədinin) verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

38. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlan ılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1999/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar