Məhkəmə qərarları › İş №2-1(102)-2780/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2780/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2780/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi idarəsinə qarşı (üçüncü şəxs X4) “torpaq sahəsi və üzərində yerləşən tikili üzərində vahid əmlak kimi mülkiyyət hüququ qey də alınaraq müvafiq çıxarışın və texniki sənədin verilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2-1(105)-584/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon X5 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 21-ci küçə ünvanında yerləşən 6 saylı yaşayış sahəsi (yaşayış sahəsi 60,4 kv.m, köməkçi sahəsi 57,1 kv.m 3 otaqdan ibarət) üzərində İddiaçı mülkiyyət hüququ Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli 66 saylı qərarı əsasında qeydə alınmışdır.

2. İddiaçı cavabdehə m üraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, 21-ci küçə ünvanında yerləşən 525kv.m torpaq sahəsi və fərdi yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********19 nömrəli imtina məktubu ilə bildirmişdir ki, aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-189 nömrəli şəhadətnamə əsasında başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan başqa, müraciət üzrə əlavə edilmiş qeydiyyat vəsiqəsi ilə texniki pasportda göstərilən reyestr və inventar nömrəsinə münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməs indəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli 66 saylı qərarı ilə ona ayrılmış 525 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq həmin torpaq sahəsi və üzərində yerləşən tikili ilə birlikdə vahid əmlak kimi müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli 66 saylı qərarı ilə ona 525 kv m torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. artıq 25 ilə yaxın müddətdir ailə üzvləri ilə birlikdə həmin ünvand a yaşayır. Fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınaraq qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Texniki pasportda torpaq sahəsinin ölçüləri və konfiqurasiyası öz əksini tapmışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, həmin torpaq sahəsinin ayrılması ilə bağlı rayon icra hakimiyyətinin qərarı olmuşdur. O, həmin qərarı ilkin qeydiyyat zamanı cavabdeh orqana təqdim etmişdir. Bu fakt ona verilmiş qeydiyyat vəsiqəsində də öz əksini tapmışdır. Belə ki, qeydiyyat vəsiqəsində mülkiyyət hüququnun Abşeron rayon icra hakimiyyəti başçısının 27 mart 199 7-ci il tarixli, 66 saylı qərarı əsasında qeydə alınması ifadə olunmuşdur. Qeyd edir ki, cavabdeh orqan imtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 15-ci maddəsinə istinad etsə də, konkret normanı qeyd etməmişdir. Göründüyü kimi Qanunun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının dəqiq siyahısı verilsə də, iş üzrə həmin halların heç biri mövcud deyildir. Əlavə olaraq bildirir ki, icra hakimiyyəti orqanının torpaq ayırma ilə bağlı aktı hal-hazıradək hər hansı şəxs tərəfindən mübahisələndirilməməklə hüquqmüəyyənedici sənədləri öz hüquqi qüvvəsini saxlayır. Hüququnun qeydiyyatından imtinanın 1-ci dəlili onun torpaq sahəsinin başqa şəxsə məxsus keçmiş DTXK tərəfindən JN-189 nömrəli şəhadətnamə əsasında verilmiş torpaq sahəsini n koordinatları ilə üst-üstə düşməsidir. Bildirir ki, həmin şəxs onun qonşusudur, onunla aralarında heç bir mübahisə yoxdur, qarşılıqlı iddiaları və tələbləri mövcud deyildir. Hər kəs öz torpağının sahibidir. Hesab edir ki, cavabdeh orqan uyğunsuzluqla bağlı mövcud problemini məhkəmədənkənar qaydada həll edə bilərdi. Hüququmun qeydiyyatından imtinanın 2-ci dəlili təqdim etdiyi qeydiyyat vəsiqəsindəki inventar nömrəsi ilə texniki pasportdakı inventar nömrəsi arasında uyğunsuzluğun olmasıdır. Qeyd edir ki, bu, texniki səhv olmaqla, onun təqsiri üzündən deyil, müvafiq inzibati orqanın hərəkəti üzündən baş vermişdir.

6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ləğv edilmiş DTXK tərəfində n verilmiş X2 adına tərtib edilmiş JN-189 nömrəli şəhadətnamə əsasında ona məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan başqa, müraciət üzrə əlavə edilmiş qeydiyyat vəsiqəsi ilə texniki pasportda göstərilən reyestr və inventar nömrəsinə münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, qeydiyyat vəsiqəsində 23256 nömrəli reyestr kitabında qeydə alınmış 1829 nömrəli inventar işi qeyd olunmasına baxmayaraq həmin fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda 23255 qeydiyyat nömrəsi və 1828 inventar nömrəsi qeyd olunduğu aşkar olunmuşdur.

7. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2-1(118)-161/2023 nömrəli qərardadı ilə (hakim V.Əzizova) iddia mümkün sayılmamışdır.

8. Məhkəmə qeyd etmişdir ki, hazırki vəziyyətdə mübahisəyə mahiyyə ti üzrə qərar qəbul edilməsi mümkün deyildir. Belə ki, iddiaçı torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir ki, həmin torpaq sahəsi üzərində başqa şəxsə aid tərtib edilmiş şəhadətnamə qüvvədədir. Həmin şəhadətnamə torpaq sahəsinin koordinatları və konfiqurasiyasını özündə əks etdirir. İddiaçının gözlədiyi məqsədə nail olması üçün Q.Əlinəzərova verilmiş şəhadətnamə (Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 240 nömrəli qərarına əsasən verilmiş) mübahisələndirilməsi və ya torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması, real mövcud vəziyyətə uyğun olaraq naturada torpaq sa həsinin planı və ölçüsünün tərtib edilməsi və üçüncü şəxsə məxsus torpaq sahəsinin plan və ölçüsünün real mövcud vəziyyətə uyğun dəyişdirilməsi torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsinə dair iddia qaldrmalıdır.

9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2-1(105)-584/2023 nömrəli qərardadı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, İ.Dəmirov və G.Cabbarova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 1

1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, hazırda qaldırılmış iddia iddiaçının hüquqi marağına uyğun deyildir, belə ki, onun çatmaq istədiyi məqsədə hazırda qaldırdığı iddianın uğurlu olması ilə nail olmaq mümkün deyildir. İddiaçı öz məqsədinə çatmaq üçün, ilk növbədə, ona məxsus torpaq sahəsinin koordinatları üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə koordinatları ilə üst-üstə düşdüyündən, üçüncü şəxsin adına JN-189A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan koordinatların sonuncunun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılması ilə bağlı cavabdeh orqana, müraciəti təmin edilmədiyi təqdirdə isə inzibati məhkəməyə müra ciət edə bilər.

12. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmaq üçün İPM-in 35-ci maddəsi və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1, 6.2, 7-ci bəndlərinə istinad etmişdir.

13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın tələblərini pozulmuşdur. Belə ki, Fərmandan açıq-aşkar görünür ki, torpaq sahələrinin sənədləşməsi aparılarkən hüquqi sənədlər və faktiki istifadə vəziyyəti əsas götürülməlidir. Həmin Fərmanın tələblərinin tətbiqi cavabdeh inzibati orqanın həmin qanunvericilik aktından irəli gələn subsidiar öhdəliyidir ki, öhdəliyin icrası cavabdeh inzibati orqanın passiv legitimləşdirmə ilə bağlı əsas öhdəliklərinin tərkib hissəsidir. Bu üzdən, əgər hüququnun qeydiyyatı ilə bağlı hüquq sahibi cavabdeh orqana müraciət edirsə, onun, uyğunsuzluğun aradan qaldırılması ilə bağlı ayrıca ərizə yazmasına və ya müraciət etməsinə, ayrıca araşdırılma aparılmasına, vətəndaşa imtina yazılmasına zərurət yoxdur.

15. Bununla yanaşı hazırkı iş üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Q anunu 13.11-cü maddəsinin tətbiqi tələb olunduğu halda, apellyasiya məhkəməsi bunu etməmişdir. Belə ki, həmin maddədə qeyd edilir ki, Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.

16. Kassator həmçinin qeyd etmişdir ki, iş üzrə üçüncü şəxs, X4 onun qonşusudur və onunla heç bir mübahisəsi yoxdur, hər kəs öz torpağının sahibidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məc əllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 1 31.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, də yişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələ bin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblə rin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzul adığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gö rə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

26. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılma sı, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

27. Hazırkı qərarın 18 və 20-ci bəndlərində qeyd olunan normaların məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

28. İddianın mümkünlüyü həmçinin iddiaçının hü quqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən istifadə etməklə, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq, şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələri ndən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılsın.

29. Bu mənada, hazırkı işin hallarına görə iddiaçı Abşeron rayon X5 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 21-ci küçə ünvanında yerləşən 6 saylı yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli 66 saylı qərarı əsasında qeydə alınmışdır. İddiaçı da həmin yaşayış evinin altında yerləşən 525 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq torpaq sahəsi və üzərində yerləşən yaşayış evi ilə birlikdə vahid əmlak kimi müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

30. Cavabdehin imtinasının ə sasını mübahisələndirilən torpaq sahəsinin ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-189 nömrəli şəhadətnamə əsasında başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi təşkil edir.

31. Bununla bağlı məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 04 avqust 1997-ci il tarixli, 249 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün üçüncü şəxs X3 ayrılmış 0.05 ha torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən sonuncunun adına 03 iyun 2004-cü il tarixli, JN-189A KOD 30801006 qeydiyyat nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir.

32. İş materiallarında olan, həmin torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı mütəxəssis rəyinin təqdim edilməsinə dair sorğuya cava bdan müəyyən olunur ki, “elektron məlumat bazasına əsasən aparılan araşdırma zamanı ərazidə yerləşən sənəd üzrə torpaq sahəsi ilə faktiki məkan göstəriciləri arasında ümumi uyğunsuzluq mövcuddur. Bunu nəzərə alaraq ünvan 3 ünvanda yerləşən 525 kv.m torpaq sahəsi JN-189A KOD 30801006 qeydiyyat nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X1 məxsus 0.05 ha torpaq sahəsi ilə tam olaraq üst-üstə düşür.”

33. Torpaq sahələrinin koordinatlarının üst-üstə düşməsi iş materiallarına əlavə edilmiş cavabdeh inzibati orqanın kadastr xəritəsindən çıxarışda da aydın görünür (iş səh. 100).

34. Belə olan halda, apellyasiya məhkəməsi haqlı olaraq iddiaçı ilk növbədə üçüncü şəxsin adına JN-189A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan koordinatların sonuncunun faktiki istifadə sində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılması ilə bağlı cavabdeh orqana müraciət etməli olduğu bildirmiş, həmçinin iddiaçıya müraciəti təmin edilmədiyi halda, inzibati məhkəməyə müraciət etmək hüququnun olduğunu izah edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yalnız yuxarıda qeyd edilən uyğunsuzluq aradan qalxandan sonra iddiaçı çıxarışın verilməsi ilə bağlı cavabdehə, imtina edildiyi təqdirdə isə məhkəməyə müraciət edə bilər.

36. Beləliklə, apellyasiya məhkəməsinin nəticəsi hazırkı qərarın 18 və 20-ci bəndlərində qeyd olunan normaların tələblərinə uyğundur.

37. Odur ki, kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə ə sasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2-1(105)-584/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar