Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2781/2019 01.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: əlilliyə görə əmək pensiyası, məhkəmənin xidməti vəzifəsinə görə işin hallarını araşdırmaq vəzifəsi, əsaslandırılmış məhkəmə qərarı. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliy i, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinə qarşı əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-865/2019 saylı iş üzrə 21 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 01 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinin 26 iyul 2017-ci il tarixli, 13/01-2955 saylı məktubu ilə X1 əlilliy ə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçı xx.xx.1984-cü il təvəllüdlüdür, əlilliyə görə əmək pensiyası təyin edilməsi uçün tələb olunan 06 il sığorta stajına qarşı 02 il 06 ay sığorta stajı olduğundan ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək 16.08.1999-cu ildən 11.01.2004-cü ilədək və 08.02.2004-cü ildən 30.04.2014-cü ilədək olan müddət ərzind ə iş stajını sosial sığorta stajına daxil etməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2-1(82)-596/2018 saylı qərarı ilə (hakim - R.L.Kərimli) iddia təmin edilərək,X1 16.08.1999-cu il tarixindən 11.01.2004-cü il tarixinədək Abşeron rayon 1 nömrəli Zeytun sovxozunda, 08.02.2004-cü il tarixindən 30.04.2014-cü il tarixinədək “xxxx” MMC-də işlədiyi dövrlər sosial sığorta stajına daxil etməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin c avabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə vətəndaşların 01.01.2006-cı il tarixdən sonrakı dövr ərzində pensitya sığorta kapitalı və sığorta stajı onların adına rəsmiləşdirilmiş sosial sığorta şəhadətnaməsinə əsasən müəyyən edildiyindən iddiaçının işlədiyi “Kəmalə” firması tərəfindən 2010-2014-cü illər ərzində “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ları (Forma B3) ödmədiyi üçün həmin illər üzrə sosial sığorta stajı və pensiya kapitalı hesablanmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 2-1(103)-1403/2018 saylı, 14 avqust 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və X.Ə.Sarıyev) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2-1(82)-596/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddiaçının tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2-1(102)- 483/2019 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – Z.Quliyev, hakimlər – N.Rəsulbəyova və İ.Hüseynov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 avqust 2018-ci il tarixli, 2-1(103)-1403/2018 saylı qərarı l əğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-865/2019 saylı, 21 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim - V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-596/2018 nömrəli iş üzrə 07 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2019-cu il tarixli qərarının ləğv edilərək işin yenidən apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından və işin halları tam araşdırılmadığından ləğv edilməlidir. Belə ki, 1 X5 Aqrar İslahat Komissiyasının 11.01.2004-cü il tarixli, 21 nömrəli arayışında göstərilmişdir ki, iddiaçı 16.08.1999-cu il tarixdən (71 nömrəli, 16.08.1999-cu il tarixli əmrlə) 03.02.2004-cü il tarixinədək (29 nömrəli, 03.02.2004-cü il tarixli əmrlə) Abşeron rayonu, 1 X6 fəhlə işləmişdir.Lakin iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı 16.08.1999-cu il tarixində 106 nömrəli əmrlə Abşeron rayon 1 nömrəli Zeytun savxozunda fəhlə kimi işə başlamış, 27.07.2003-cü ildə 97 nömrəli əmrlə savxozda 2-ci briqadaya zeytun yığımına dəyişdirilmiş.,11.01.2004-cü il tarixində 019 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. ******* nömrəli əmə k kitabçasına əsasən isə iddiaçı 08.02.2004-cü il tarixində 03 nömrəli əmrlə "xxxx" MMC-yə "qadın bərəbəri" peşəsinə qəbul edilmiş, 30.04.2014-cü il tarixində 29 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. 1 nömrəli Zeytun savxozu tərəfindən iddiaçıya verilmiş arayışla onun əmək kitabçası arasında ziddiyət mövcuddur. Arayışda iddiaçının 16.08.1999-cu il tarixdən 03.02.2004-cü il tarixinədək Abşeron rayonu 1 X6 fəhlə işlədiyi göstərilsə də, əmək kitabçasında iddiaçının sovxozdan 11.01.2004-cü il tarixində işdən azad edildiyi qeyd edilmişdir. Həmçinin arayışın verilmə tarixinin 11.01.2004-cü il kimi göstərilsə də, burada iddiaçının 03.02.2004-cü ildə işdən azad edildiyi qeyd edilmişdir. Bundan başqa, əmək kitabçası və arayışda qeyd edilən əmrlərin nömrələri də fərqlənir. Belə ki, işə qəbul əmrinin nömrəsi əmək kitabçasında 106 və işdən azad edilmə haqqında əmrin nömrəsi 97 qeyd edilmişdir. Arayışda isə müvafiq olaraq işə qəbul əmrinin nömrəsi 71 və işdən azad edilmə haqqında əmrin nömrəsi isə 29 olaraq göstərilmişdir. Arayışda onun verilmə tarixindən sonrakı dövrdə iddiaçının işdən azad edildiyinin qeyd edilməsi və əmrlərin nömrələrinin müxtəlifliyi həmin sənədin mötəbərliyini şübhə altına alır. Bundan əlavə, iddiaçının 16.08.1999-cu il tarixdən 11.01.2004-cü il tarixinədək Abşeron rayonu 1 nömrəli Zeytun sovxozunda işləməsi barədə qeyd İT-İ ******* nömrəli əmək kitabçasında, 08.02.2004-cü il tarixindən 30.04.2014-cü il "xxxx” MMC-də işləməsi barədə qeyd isə ******* nömrəli əmək kitabçasında aparılmışdır. İddiaçının müxtəlif vaxtlarda işlədiyi bu işlərin ayrı-ayrı əmək kitabçalarında qeyd edilməsi növbəti şübhə doğuran məqamdır. Həmçinin ******* nömrəli əmək kitabçasının son səhifəsində onun "xxxx" MMC tərəfindən sifariş edildiyi və 2007-ci ildə çap edildiyi göstərilmişdir. 2007-ci ildə çap edilmiş əmək kitabçasında iddiaçının 2004-cü ildə işə qəbul edilməsinin göstərilməsi işin növbəti ziddiyəti məqamıdır.İş materiallarından o da görünür ki, ziddiyətli məqamlara aydınlıq gətirmək məqsədilə apellyasiya məhkəməsi müvafiq orqanlara sorğular göndərsə də, heç bir nəticə əldə edilməmişdir. İşin faktiki hallarını və qanununvericiliyin tələblərini nəzərə alaraq aydın şəkildə görünür ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Tərəflərin izahatları İddiaçının nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddiaçıya ikinci qrup əlillik 19.06.2017-ci il tarixdə təyin edildiyi üçün onun əlil kimi əmək pensiyası hüququ əldə edib-etmədiyi məsələsinə də həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən qiymət verilməlidir. 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin redaksiyasına görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Cavabdehin iddiaya qarşı etirazının dəlili ondan ibarətdir ki, əlilliyə görə əmək pensiyası təyin edilməsi uçün tələb olunan 06 il sığorta stajına qarşı 02 il 06 ay sığorta stajı olduğundan ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Apellyasiya məhkəməsi iddiaçının tələb olunan sosial sığorta stajına malik olduğu nəticəsinə gələrkən onun əmək kitabçasındakı məlumatları əsas götürmüşdür. Belə ki, İT1.1420478 saylı əmək kitabçasına əsasən,16.08.1999-cu ildə 106 nömrəli əmrlə Abşeron rayon 1 nömrəli Zeytun sovxozunda fəhlə kimi işə başlamış, 27.07.2003-cü ildə 97 nömrəli əmrlə sovxozda 2-ci briqadaya zeytun yığımına dəyişdirilmiş, 11.01.2004-cü ildə 019 nömrəli əm rlə öz xahişi ilə işdən azad edilmişdir. ******* saylı əmək kitabçasına əsasən isə iddiaçı 08.02.2004-cü ildə 03 nömrəli əmrlə “xxxx" MMC-yə qadın bərbəri peşəsinə qəbul edilmiş, 30.04.2014-cü ildə 29 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Cavabdeh iddiaçının əmək kitabçasında göstərilmiş stajla bağlı məlumatların mötəbərliyini mübahisələndirmişdir. Kollegiya hesab edir ki, işə təkrar baxmış apellyasiya məhkəməsi kassasiya məhkəməsinin əvvəlki qərarından irəli gələn iş üzrə ziddiyyətli halların aradan qaldırılmasına yönəlmiş zəruri araşdırmanın aparılmasını təmin etməmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyə rək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfind ən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İlk növbədə aydınlaşdırılmalı olan məsələ Abşeron rayon 1 nömrəli Zeytun sovxozunda fəhlə kimi işləməsi ilə bağlı məsələdir. İddiaçının əmək kitabçasında onun 16.08.1999-cu ildə 106 nömrəli əmrlə işlə başladığı qeyd olunsa da, Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş H-71 saylı, 19 iyul 2018-ci il və H-73 saylı, 31 avqust 2018-ci il tarixli arayışlarda sovxozun 1999-cu ilin əmrlər kitabında iddiaçının işə qəbulu barədə heç bir məlumat olmadığı göstərilmişdir (1999-cu ilin əmrlər kitabı 30.01.1999-cu il tarixli 01 saylı əmrlə başlayır 29.12.1999-cu il tarixli 08 saylı əmrlə bitir). Apellyasiya məhkəməsi iddiaçının əmək kitabçasındakı qeydlə arxivdəki mə lumatlar arasında mövcud olan uyğunsuzluqla bağlı məsələni araşdırmamış, bu halı müzakirə etməyərək hər hansı qiymətləndirmə aparmamışdır. Digər tərəfdən işin hallarından müəyyən olunur ki, cavabdeh həmçinin iddiaçının “xxxx" MMC-də işləməsi ilə bağlı halları da mübahisələndirir. Qeyd etmək lazımdır ki, həmin müəssisədəki fəaliyyət dövrü sosial sığorta stajı kimi nəzərə alınmazsa o halda, iddiaçının əlilliyə görə pensiya hüququ yaranmır. Bu halda, cavabdeh tərəfindən irəli sürülən həmin dəlil həlledici əhəmiyyətli dəlil olduğundan zəruri və hərtərəfli araşdırma aparılmaqla onlara qiymət verilməsi təmin edilməlidir. Lakin məhkəmə tərəfindən bu qaydada araşdırma və qiymətləndirmə aparılmamışdır. Bunun üçün məhkəmə hər şeydən əvvəl “xxxx" MMC-nin ümumiyyətlə hüquqi şəxs kimi mövcud olub-olmad ığını, onun iddiaçının əmək kitabçasında göstərilən dövrlərdə fəaliyyət göstərib-göstərmədiyini, əgər fəaliyyətdə olmuşsa iddiaçının həqiqətən həmin müəssisənin işçisi olub-olmadığını dəqiqləşdirməlidir. Bunun üçün ən azından səlahiyyətli dövlət orqanlarına (Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, sosial sığorta orqanları və s.) müvafiq sorğular verilməlidir. Bundan başqa, hüquqi şəxs kimi mövcudluğu müəyyən olunarsa və mübahisəli məsələyə aydınlıq gətirilməsi üçün zəruri hesab edərsə, məhkəmə “xxxx" MMC-nin icraata cəlb edilməsi məsələsini də müzakirə edə bilər. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, sadəcə bir sıra qanunvericilik normalarının sadalanması ilə çıxarılmış hazırkı məhkəmə qərarları, başqa sözlə, iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallar tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına mün asibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar). Beləliklə, kollegiya hesab edir ki, cavabdehin dəlillərlə bağlı araşdırma aparılmadan iş üzrə nəticəyə gəlinməsi doğru olmamış, məhkəmə bu zaman iş üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılması na dair xidməti vəzifəsinin tələblərini yerinə yetirməmişdir. Apellyasiya məhkəməsinin qərarı həmçinin qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarıldığı üçün də ləğv edilməlidir. Odur ki, təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı işin faktiki vəziyyətinin əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi təmin olunmalı, cavabdehin bildirdiyi dəlillərdən irəli gələn zəruri araşdırmalar aparılmalı, nəticədə müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə qərarı çıxarılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-865/2019 saylı iş üzrə 21 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2781/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2781/2019
01.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver