Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2782/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; vergi ödəyicisinin fəaliyyətinin dayandırıldığı dövr üzrə vergi hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiy yat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2025-ci il tarixli, 2-1(103)-729/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********7839 nömrəli qərarına əsasən iddiaçıya məxsus “Brend Ucuzluq” obyektində xx.xx.2021-ci il tarixdən 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır.
2. Sahibkarlıq sahəsində aparılan yoxlam aların vahid məlumat reyestrindən KY211575156 saylı xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, iddiaçıya məxsus “Brend Ucuzluq” obyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktlarının aşkar olunması (VM maddə 50-1.1.2) səbəbi ilə plandankənar (növbədənkənar) yoxlama aparılmışdır.
3. DVX seriyalı 000445 saylı xx.xx.2021-ci il tarixli xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə yekun aktdan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək keçirilmiş xronometraj metodu ilə müşahidə nəticəsində orta günlük dövriyyə 881,05 manat təşkil etmişdir.
4. Azərbaycan Respublikasının Vergilər Na zirliyi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, iddiaçıya məxsus “Brend Ucuzluq” obyektinin fəaliyyəti yenidən təşkil, müvəqqəti dayanma, təşkilati-hüquqi formanın dəyişdirilməsi səbəbi ilə xx.xx.2022ci il tarixdən dayandırılmışdır.
5. Cavabdehin xx.xx.2023-cü il tarixli **********992400 nömrəli qərarına əsasən iddiaçıya (hesabat dövrü: İ rüb 2023) 1837,89 manat əlavə vergi (və ya sığorta haqqı) məbləği hesablanmışdır.
6. Cavabdehin xx.xx.2023-cü il tarixli **********686300 nömrəli qərarına əsasən iddiaçıya (hesabat dövrü: İİ rüb 2022) 1653,83 manat əlavə vergi (və ya sığorta haqqı) məbləği hesablanmışdır.
7. Cavabdehin xx.xx.2023-cü il tarixli **********692200 nömrəli qərarına əsasən iddiaçıya (hesabat dövrü: İİİ rüb 2022) 1988,63 manat əlavə vergi (və ya sığorta haqqı) məbləği he sablanmışdır.
8. Cavabdehin xx.xx.2023-cü il tarixli **********653100 nömrəli qərarına əsasən iddiaçıya (hesabat dövrü: İV rüb 2022) 1641,07 manat əlavə vergi (və ya sığorta haqqı) məbləği hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 13 dekabr 2023-cü il tarixli **********686300 nömrəli, **********692200 nömrəli, **********653100 nömrəli və 07 iyul 2023-cü il tarixli **********992400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarların ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Verg i Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən onun icarəyə götürdüyü obyektdə qərəzli şəkildə bir neçə dəfə operativ nəzarət tədbiri həyata keçirilmişdir. Pandemiya dövründə 12 ay içərisində 3 dəfə operativ vergi nəzarətinin həyata keçirilərək onun obyektində həm mal qalığının sayılması, işçilərin əmək müqaviləsinin olub-olmaması, xronometraj müşahidə və əhali ilə nağd hesablaşmalara riayət olunması ilə əlaqədar yoxlamalar keçirilmişdir. İlk yazılan cərimə ilə razılaşdıqdan sonra vergi orqanı 15 gün sonra təkrar yoxlama açmış, yenidən əlavə olaraq cərimələr tətbiq etmişdir. Tərəfindən vergi orqanının mərkəzi aparatına şikayət məktubları göndərilmişdir. Vergi orqanının Mərkəzi Aparatı tərəfindən aparılan araşdırma zamanı Baş idarənin əməkdaşlarının qanunsuz fəaliyyətlərinin olduğu müəyyən edilmiş və ona yazılan cərimələr ləğv olunmuşdur. Cərimələrin ləğv olunması ilə bağlı qərar qəbul edildikdən cəmi 1 ay sonra Baş İdarə təkrar yoxlama açmış və maliyyə sanksiyaları tətbiq etmişdir. Tərəfindən maliyyə sanksiyaları dövlət büdcəsinə ödənildikdən sonra Baş idarə tərəfindən əlavə olaraq kamera vergi yoxlaması qaydasında xx.xx.2023-cü il tarixli, **********259300 nömrəli, xx.xx.2023-cü il tarixli **********711400 nömrəli, xx.xx.2023-cü il tarixli **********992400 nömrəli, xx.xx.2023-cü il tarixli **********927800 nömrəli qərarla ona 5878,77 əsas, 1857,51 faiz manat əlavə vergi məbləği hesablamaşdır. Baş idarə tərəfindən aparılmış əlavə hesablama əsassız və qanunsuz hesab edilməlidir. Onun xronometrajla əhatə olunmuş dövriyyəsi sadəcə həmin dövrü əhatə etməkdədir. Bayram ərəfəsində keçirilmiş xronometraj müşahidə bir neçə gün sonra kəskin azalır. Baş idarə tərəfindən onun faktiki fəaliyyətinin olmadığı dövrlərə belə hesablama edilmişdir. Pandemiyada heç bir işçini işdən çıxarmadan aylıq əmək haqqı tərəfindən ödənilmiş və çox ciddi maliyyə itkilərinə məruz qaldığı bir dövrdə Baş idarə tərəfindən ona qarşı edilən bu hərəkətlər Vergi Məcəlləsinin 3.10-cu maddəsində göstərilən “Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir” müddəasına tamam tərsdir. Belə ki, həmin acınacaqlı dövrdə bu formada sahibkarın incidilməsi yol verilməzdir və bu yoxlamalardan sonra kreditorların qarşısında böyük borcla birlikdə fəaliyyətini dayandırmalı olmuşdur.
11. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçının əsas fəaliyyət növü poçt və ya internet ilə sifarişləri yerinə yetirən firmalar vasitəsilə pərakəndə satışından ibarətdir. Sadələşdirilmiş verginin bəyannaməsinin 801-ci sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat azdır. Sadələşdirilmiş verginin bəyannaməsinin 802-ci sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 24669.40 manat) müşahidələrin nəticələrindən 24669.40 manat azdır. Sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat azdır. Eyni zamanda vergi ödəyicisinin təqdim etdiyi “Sadələşdirilmiş verginin bəyan naməsinin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəlirin məbləği) sütunlarında göstərilmiş 0.00 manat məbləğ, icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 1800.00 manat azdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********717600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haq qında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-cü ilin 1-ci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 1837.89 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********992400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılan araşdırma zamanı 2022-ci ilin 2-ci rüb Sadələşdirilmiş verginin bəyannaməsinin 801-ci sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 10572.60 manat) müşahidələrin nət icələrindən 10572.60 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 802-ci sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 803cü sətirindəki B1 sütünlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 26431.50 manat) müşahidələrin nəticələrindən 26431.50 manat az olması, təqdim edilən “Sadələşdirilmiş verginin bəyannaməsinin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1 607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəlirin məbləği) sütunlarında göstərilmiş 0 manat məbləğ, tərəfinizdən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 2625.00 manat olması, 2022-ci ilin 3-cü rüb təqdim edilən “Sadələşdirilmiş verginin bəyannaməsinin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəli rin məbləği) sütunlarında göstərilmiş 0 manat məbləğ, tərəfindən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 2625.00 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 801-ci sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 802-ci sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (döv riyyə 26431.50 manat) müşahidələrin nəticələrindən 26431.50 manat az olması, 2022-ci ilin 4-cü rüb Sadələşdirilmiş verginin bəyannaməsinin 801-ci sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 27312.55 manat) müşahidələrin nəticələrindən 27312.55 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 802-ci sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 26431.50 manat) müşahidələrin nəticələrindən 26431.50 manat az olması, Sadələşdirilmiş verginin bəyannaməsinin 803-cü sətirindəki B1 sütunlarının cəmi 0.00 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 24669.40 manat) müşahidələrin nəticələrindən 24669.40 manat az olması, təqdim edilən “Sadələşdirilmiş verginin bəyannaməsi”nin “Daşın an və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” Bölməsinin 821.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (Gəlirin məbləği) sütunlarında göstərilmiş 0 manat məbləğ, tərəfinizdən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən icarə haqqı məbləğindən 520.00 manat az olması nəticəsində kameral hesablamalar aparılmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********671300 nömrəli, xx.xx.2022-ci il tarixli **********609800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci ilin 2-ci, 3-cü, 4-cü rüb Sadələşdirilmiş vergi bəyannamələri üzrə müvafiq olaraq 1653,83 manat, 1988,63 manat, 1641,07 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********686300 nömrəli, **********692200 nömrəli, **********653100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. İddiaçı xronometra j metodu ilə yeni müşahidənin aparılması barədə məktubla vergi orqanına müraciət etməmişdir. Bu hal isə keçirilmiş xronometraj vergi yoxlamasının nəticəsi ilə razılaşması kimi qəbul edilə bilər. Cavabdeh də Vergi Məcəlləsinin 37.5-ci maddəsinə uyğun olaraq qərarlar qəbul etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2-1(112)-2581/2024 nömrəli qərarı ilə (hakim A.Almazova) iddia qismən təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********992400 nömrəli qərarı ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” **********7839 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı məxsus “Brend Ucuzluq” obyektində xx.xx.2021-ci il tarixdən 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmış, xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə xronometraj metodu ilə müşahidə aparılmışdır. Bu zaman iddiaçı da iştirak etmiş, tərtib edilmiş gündəlik aktları imzası ilə təsdiq etmiş, hər hansı bir irad və ya narazılıq bildirməmişdir. Habelə, xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra iddiaçı xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından tələb etməmişdir. Göründüyü kimi, iddiaçının 29 dekabr 2022-ci il tarixədək fəaliyyəti dayandırılmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2023-cü il tar ixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********686300 nömrəli, **********692200 nömrəli və **********653100 nömrəli qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Bundan başqa, cavabdeh qurum tərəfindən xx.xx.2023-cü il tarixli **********992400 nömrəli qərarla iddiaçının xx.xx.2022-ci il tarixdən fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərmədiyi dövr (hesabat dövrü: İ rüb 2023) üçün ona 1837,89 manat sadələşdirilmiş vergi məbləği hesablanmış, bununla da Vergi Məcəlləsinin 37.5-ci maddəsinin tələbləri pozulmuşdur.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
15. Cavabdeh həmi n qərardan apellyasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2025-ci il tarixli, 21(103)-729/2025 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov – məruzəçi, Ş.Məmmədova və İddiaçı) iddiaçının və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2-1(112)-2581/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, aparılmış xronometraj müşahidə zamanı iddiaçıya məxsus obyektin günlük dövriyyəsi müəyyənləşdirilsə də, iddiaçı tərəfindən 2022-ci il üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində gəlirin məbləği 0 olaraq qeyd edilmişdir. Obyektdə aparılmış müşahidə zamanı iddiaçı da iştirak etmiş və müşahidənin nəticələri ilə bağlı tərtib edilmiş aktı imzalayaraq heç bir narazılıq bildirməmişdir, habelə iddiaçı xronometraj metodu ilə yeni müşahidə keçirilməsi haqqında ərizə ilə vergi orqanına müraciət də etməmişdir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçıya məxsus obyekt xx.xx.2022-ci ildən fəaliyyətini dayandırdığından onun fəaliyyət göstərmədiyi dövrdə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********992400 nömrəli qərarla 2023-cü ilin İ rübü üçün iddiaçıya 1.837,89 manat məbləğində sadələşdirilmiş vergi üzrə əlavə vergi məbləğinin hesablanması qanuni və əsaslı olmamışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
20. Kassator əlavə olaraq göstərmişdir ki, iddiaçı tərəf xx.xx.2022-ci ildə fəaliyyətinin dayandırılmasına baxmayaraq, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixlərdə dəqiqləşdirilmiş bəyannamələr təqdim etmiş və bununla da fəaliyyəti bərpa olunmuşdur. Vergi orqanı isə haqlı olaraq iddiaçıya xx.xx.2023-cü il tarixli **********992400 nömrəli qərarla 2023-cü ilin İ rübü üçün əlavə vergi məbləği hesablamışdır. Məhkəmə iclasında vergi ödəyici sinin fəaliyyətinin aktiv olması barədə məhkəməyə sübutun təqdim edilməsinə baxmayaraq məhkəmə nəzərə almamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır:... 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək.... Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır:... 23.1.3. vergi ödəyici lərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq;... Maddə
37. Kameral vergi yoxlaması... 37.5. Bu Məcə llənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər.... Maddə 50-1. Xronometraj metodu ilə müşahidə aparılması 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Mə cəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi or qanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur.
23. Azərbayc an Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ver ilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində cavabdehin xx.xx.2023-cü il tarixli **********992400 nömrəli qərarının ləğvi hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Ka ssasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (A vropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məh kəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ö dəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər.
32. Qeyd edilən maddəni hazırkı işə tətbiq edən məhkəmə kollegiyası bildirir ki, cavabdeh inzibati orqan tərəfindən Vergi Məcəlləsinin 37.5-ci maddəsinin müddəalarına riayət etməmiş, iddiaçının fəaliyyətini dayandırdığı dövrdə xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri əsasında vergilərin hesablanması ilə bağlı qanunvericiliyin tələbinə uyğun qərar qəbul etməmişdir.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilən hissəsində, yəni cavabdehin “Vergilərin, sosial sığ orta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********992400 nömrəli qərarının ləğv edilməsi hissəsində apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2025-ci il tarixli, 21(103)-729/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsı