Məhkəmə qərarları › İş №2-1(102)-2783/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2783/2019

01.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2783/2019 01.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, vəkil tərəfindən tərtib edilməmiş və imzalanmamış kassasiya şikayəti. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Məmmədov Xəqani Səyyad oğlunun sədrliyi, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-912/2019 saylı iş üzrə 10 aprel 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında 01 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4591/2018 saylı, 14 dekabr 2018-ci il tarixli qərarı (hakim – R.L.Kərimli) ilə iddia təmin edilərək İddiaçı onun 1973-cü ilin may ayından 1975-ci ilin mart ayınadək hərbi xidmət dövrü, müvafiq arayışda və əmək kitabçasında göstərilən 1976-cı ilin yanvar ayından 1993-cü ilin oktyabr ayınadək, 1994-cü ilin yanvar ayından 2011-ci ilin d ekabr ayınadək işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-912/2019 saylı, 10 aprel 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – İ.B.Əhmədov, hakimlər – S.S.Seyidova və V.M.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4591/2018 saylı, 14 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra isə cavabdeh kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyinə və imzalanmadığına, eləcə də vəkilin orderi şikayətə əlavə edilmədiyinə görə iş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərd arlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 90.3-cü maddəsinə görə bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəllənin 407.3-407.4-cü maddələrinə görə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. İnzi bati Prosessual Məcəllənin 95.1-ci maddəsinə əsasən kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; dövlət rüsumunun ödənilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Həmin Məcəllənin 95.2-ci maddəsinə görə bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti ver ən şəxsə yardım etməlidir. İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrində isə təsbit edilmişdir ki, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. İş materiallarından görünür ki, cavabdehin verdiyi kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmişdir. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra proses iştirakçıların ın dinlənmə hüquqlarının təmin edilməsi ilə əlaqədar iş kassasiya şikayətinin mümkünlük məsələsinə baxılmasına təyin edilmiş, yol verilmiş pozuntular göstərilməklə cavabdehə ünvanlanmış 23 avqust 2019-cu il tarixli, 2-1(102)-2783/19 saylı bildirişdə təyin edilmiş məhkəmə iclasınadək göstərilən konkret çatışmazlıqların aradan qaldırılması ona təklif olunmuş, həmçinin qüsurların aradan qaldırılmamasının doğura biləcəyi hüquqi nəticələr aydın şəkildə izah olunmuşdur. Lakin ötən müddət ərzində cavabdeh vəkil tərəfindən tərtib edilməklə imzalanmış kassasiya şikayətini təqdim etməmişdir. Beləliklə, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməməklə verildiyindən, eləcə də yol verilmiş qüsurlar diqqətinə çatdırılmasına baxmayaraq cavabdeh tərəfindən aradan qaldırılmadığından k assasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-912/2019 saylı iş üzrə 10 aprel 2018-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar