Məhkəmə qərarları › İş №2-1(102)-2784/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2784/2019

25.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2784/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Sumqayıt şəhər Prokurorluğuna qarşı iş üzrə QƏRARDAD (etiraz barədə) iş № 2-1(102)-2784/19 Bakı şəhəri 25 sentyabr 2019-cu il 25.09.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Əli Rüstəmov və Gündüz Quliyevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 2-1(103)-454/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən sədrlik edən hakimə İddiaçı tərəfindən verilmiş etiraz ərizəsinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Sumqayıt şəhər Prokurorluğuna (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsinin istintaqının yekunu barədə qərarın surətinin təqdim edilməsi, dəymiş mənəvi ziyanın ödənilməsi, cavabdehin hərəkətləri ilə bağlı araşdırma aparılaraq tədbir görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2-1(82)2505/2018 saylı qərardadı ilə (hakim Rüstəm Kərimli) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın mümkün sayılaraq mahiyyəti üzər baxılması barədə qərardad qəbul o lunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 2-1(103)-454/2019 saylı qərardadı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərardaddan iddiaçı şikayət verməklə onun ləğv edilməsi və işin inzibati icraat daxilində baxılmasının mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 18 sentyabr 2019-cu il tarixdə baxılacağına dair məhkəmə bildirişi iddiaçı və vəkilinə göndərilmişdir. Kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxılarkən iddiaçı sədrlik edəm hakimə eti raz barədə ərizəni təqdim etmişdir bu hakim tərəfindən işə baxılmasınına etiraz etdiyini bildirmişdir. Ərizəyə baxılması üçün məhkəmə iclası 25 sentyabr 2018-ci il tarixinə təyin edilmişdir. Hakimə etiraz barədə ərizəsində iddiaçı etirazını onunla əsaslandırmışdır ki, hakim tərəfindən onun digər məhkəmə mübahisələri üzrə işə baxılmış və tələbləri təmin olunmamışdır. Bu səbəbdən hesab edir ki, sədrlik edən hakim onun işinə baxa bilməz. Tərəflərin iştirakı Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili etiraza dair ərizəni müdafiə etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublika sı İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Sədrlik edən hakimə edilən etirazı nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı hüquqi əsaslara görə etiraz barədə ərizə baxılmamış saxlanılmalıdır. İddiaçı etirazını əvvəllər onun tərəfindən digər predmetli iddiaların qaldırılmasına və kassasiya icraatında baxıldığı zaman şikayətlərinin həll olunmamasına, habelə hakimin əvvəllər cavabdeh qurumda işlədiyinə əsaslanmışdır. Etirazının hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) müddəalarına istinad etmişdir. İnzibati icraatda etirazlarla bağlı məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 18-ci və 19 -cu maddələrində tənzimlənmişdir. İddiaçı tərəfindən verilmiş etirazın əsası həmin Məcəllənin 19.1.5-ci maddəsində nəzərdə tutulmuş əsas kimi qiymətləndirilə bilər. Həmin maddəyə görə, hakim işin nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olduqda və ya onun qərəzsizliyinə şübhə doğuran sair hallar olduqda hakimə etiraz oluna bilər. Yəni iddiaçı hesab etmişdir ki, əvvəlki məhkəmə baxışı zamanı onun tələbləri təmin edilmədiyindən, habelə hakim əvvəllər cavabdeh qurumda işlədiyindən, hazırki mübahisə üzrə də onun tələblərinin təmin olunmaması ehtimalı mövcuddur. Lakin iddiaçı bildirdiyi əsaslarla, yəni məhkəmə hakiminin birbaşa və ya dolayısı ilə onun tərəfindən mübahisələndirilən məsələ ilə bağlı maraqlı olduğu və ya onun qərəzsizliyinə şübhə doğuran hallarla bağlı hər hansı bir sübutlar ını təqdim etməmişdir. Belə olan halda Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsi baxımından, Azərbaycan Respublikası MPM-nin 21.3-cü maddəsinin tələbinə görə məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, etiraz baxılmamış saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 1.2, 19-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən sədrlik edən hakimə etiraz barədə ərizəsi baxılmamış saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova Azər baycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Sumqayıt şəhər Prokurorluğuna qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-1(102)-2784/19 Bakı şəhəri 25 sentyabr 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Əli Rüstəmov və Gündüz Quliyevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 2-1(103)-454/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Sumqayıt şəhər Prokurorluğuna (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsinin istintaqının yekunu barədə qərarın surətinin təqdim edilməsi, dəymiş mənəvi ziyanın ödənilməsi, cavabdehin hərəkətləri ilə bağlı araşdırma aparılaraq tədbir görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2-1(82)2505/2018 saylı qərardadı ilə (hakim Rüstəm Kərimli) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın mümkün sayılaraq mahiyyəti üzər baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 2-1(103)-454/2019 saylı qərardadı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərardaddan iddiaçı şikayət verməklə onun ləğv edilməsi və işin inzibati icraat daxilində baxılmasının mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 18 sentyabr 2019-cu il tarixdə baxılacağına dair məhkəmə bildirişi iddiaçı və vəkilinə göndərilmişdir. Bildirişdə iddiaçının nəzərinə çatdırılmışdır ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bu səbəbdən təyin olunan vaxta qədər göstərilmiş nöqsanın aradan qaldırılması, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin təqdim olunması cavabdehə təklif edilmişdir. Lakin iddiaçı təyin edilmiş vaxta qədər göstərilən nöqsanı aradan qaldırmamış, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutları və yaxud müddətin bərpasına dair ərizəsini təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları İclasda iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdirlər. İclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla kassasiya şikayətinin mümkünlük məsələsinə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti aşağıdakı hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İPM-nin: - 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir; - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; - 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin q ərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin apellyasiya məhkəməsinin qərardadının alındığı gündən 10 gün müddətində verilməsi aiddir. Bu müddət ötürüldükdə isə, proses iştirakçısı onun bərpasını xahiş edə bilər. Müddəaları tətbiq edərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, işin 204-cü səhifəsində olan sifarişli məktubun çatdırılmasına dair xəbərnamədən göründüyü kimi iddiaçıya apellyasiya məhkəməsinin qərardadı 15 fevral 2019-cu il tarixdə təqdim edilmişdir. İşin 227-ci səhifəsində olan kassasiya şikay ətinin göndərilməsinə dair qəbzdən göründüyü kimi, şikayət çatdırılması üçün 11 mart 2019-cu il tarixdə təqdim olmuşdur. İstinad edilmiş qanunvericiliyin müddəalarına əsaslanmaqla, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət mümkün hesab edilə bilməz, çünki şikayət müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülməklə verilmiş, müddətin ötürülmədiyinə dair hər hansı bir sübut təqdim olunmamış, həmçinin müddətin bərpası ilə bağlı əsaslandırılmış vəsatət təqdim olunmamışdır. Habelə, yuxarıda göstərilmiş 96.3-cü maddədə nəzərdə tutulmuş proses iştirakçılarının dinlənilmə hüququnu təmin edilməsi məqsədilə iddiaçıya müvafiq bildiriş göndərilmiş və təyin edilmiş müddətə qədər təsvir edilmiş nöqsanların aradan qaldırılması t əklif olunmuşdur. Lakin, iddiaçı tərəfindən müddətlərə dair hər hansı müvafiq sübutlar və yaxud müddətin bərpasına dair ərizə təqdim edilməmişdir. Bu səbəbdən şikayətin qəbulundan imtina edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı isə iddiaçıya münasibətdə qanuni qüvvəyə minməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 90, 91, 94, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli, 2-1(103)-454/2019 saylı qərardadından verilmiş kassasiya şikayətimümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar