Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2784/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi və qarajın bərpa edilərək təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Bakı şəhər Binəqədi rayon Binəqədi bələdiyyəsi) qarşı “cavabdehin qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması və qarajın bərpa edilərək təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1674/2023 nömrəli, 28 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Binəqədi rayon Binəqədi bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 10 iyul 2007ci il tarixli 400 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında iddiaçıya məxsus qarajın altındakı 24 kv.m torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçının icarəsinə verilmişdir.
2. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında abadlaşdırma tədbirləri ilə bağlı mövcud müv əqqəti qurğular, qarajlar başqa sahələrə köçürülmüş, podratçı təşkilat tərəfindən həmin ərazilər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qarajın sökülməsi hərəkətlərinin qanunsuz sayılması və qarajın bərpa edilərək təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 iyul 2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında ona məxsus qaraj olmuşdur. 2012-ci il ədək həmin qaraj və onun altındakı torpaq sahəsi istifadəsində olmuş, ondan istifadə etmişdir. Lakin 2012-ci ilə o, Bakıdakı evində olmadığı vaxt Binəqədi RİH-in əməkdaşları tərəfindən həmin qaraj sökülmüşdür. Həmin şəxslər onun yaxın ailə üzvlərinə bildirmişlər ki, ona bunun əvəzində başqa yerdən qaraj veriləcəkdir. Həmin vaxtdan xeyli müddət ötsə də, ona qaraj verilməmişdir. Lakin, başqa şəxslər qarajla təmin olunmuşdur. Bununla bağlı dəfələrlə müraciət etsə də, məsələ nəticəsiz qalmışdır. O, bələdiyyəyə torpaq vergisini də ödəmişdir. Binəqədi RİH-ə müraciətinə Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon MKT Birliyi tərəfindən 17 avqust 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, qarajın bərpası tikintiyə icazə verən təşkilat tərəfindən həyata keçiriləc əkdir.
5. Cavabdehin iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iş materiallarına görə iddiaçı hər hansı bir hüquqmüəyyənedici sənədi olmayan və cavabdeh təşkilatın təqsirini sübut edən halı təqdim etmədən qarajın Binəqədi RİH tərəfindən söküldüyünü iddia edir. İş materiallarından göründüyü kimi, iddiaçı məhkəmədənkənar pretenziya məktubu kimi müraciətinə Binəqədi Rayon MKTB cavab versə də, cavabdeh qismində Binəqədi RİH cəlb olunmuş və RİH-in üzərinə öhdəlik qoyulması xahiş edilir. İddiaçı ona məxsus qarajın sökülməsi ilə bağlı hər hansı bir aktın olması barədə və cavabdeh təşkilat tərəfindən onun hüquq və azadlıqlarını pozan hərəkətlərin edilməsi barədə heç bir sübut təqdim etmədən iddia tələbi irəli sürmüşdür. Belə ki, iş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olun muş inzibati orqan Binəqədi RİH tərəfindən mübahisələndirilən ərazidə hər hansı söküntü işləri aparılmamış, iddiaçıya məxsus qarajın sökülməsi ilə əlaqədar olaraq hər hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, hər hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. Mövcud iş üzrə Binəqədi RİH hər hansı qanunsuz hərəkətə yol vermədiyindən, məsuliyyət daşıya bilməz. İddiaçı mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də, məhkəməyə təqdim etdiyi sözügedən qaraja dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim olunmamışdır. İş materiallarına yalnız Binəqədi rayon bələdiyyəsinin 10 iyul 2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin surəti əlavə olunmuşdur. İddiaçı tərəfindən sözügedən qarajın onun mülkiyyətində olması iş materialları ilə sübut olunmur, onun tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Hazırkı iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İşin məhkəmə araşdırması zamanı məhkəmə iclasında şahid qismində dinlənilmiş X2 ifadəsində bildirmişdir ki, 85 saylı binanın yaxınlığında qaraj olmuşdur, narıncı rəngdə idi, iki mişar daşı hündürlüyündə tikilisi olmuş, qalan hissəsi isə dəmirdən olmuşdur.
7. Şahid qismində dinlənilmiş X6 ifadəsində bildirmişdir ki, 85 saylı binanın yaxınlığında olan qarajların götürülməsi barədə məlumat yayılmışdır, sonradan qarajlar sökülmüş və onların sa hiblərinin qarajla təmin olunacağı söz verilmişdir. İddiaçıya məxsus qaraj narıncı rəngdə olmuşdur və onun söküntüsü kran vasitəsilə aparılmışdır.
8. Şahid qismində dinlənilmiş X3 ifadəsində bildirmişdir ki, 85 saylı binanın yaxınlığında narıncı rəngli qaraj olmuşdur. Qarajın üst hissəsi trapesiya formasında idi. Qaraj həmin vaxt sökülmüşdür.
9. Şahid qismində dinlənilmiş X4 ifadəsində bildirmişdir ki, qarajın üst hissəsi trapesiya formasında, yaşılımtıl boz rəngdə idi. Qaraj sonradan sökülmüşdür.
10. Şahid qismində dinlənilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçının qonşusudur. Qaraj sökülən zaman orada olmuşdur və söküntünü görmüşdür.
11. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 2-1(112)-10330/2021 nömrəli qərardadı ilə Bakı şəhər Binəqədi rayon Binəqədi bələdiyyəsi üç üncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
12. Üçüncü şəxs Bakı şəhər Binəqədi rayon Binəqədi bələdiyyəsi xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı bələdiyyələrin avtomatlaşdırılmış məlumatlar sistemində icarəçi kimi qeydiyyatdadır. İddiaçı xx.xx.2007-ci il tarixli 400 nömrəli müqavilə ilə ayrılan torpaq sahəsindən əvvəllər qaraj kimi istifadə etmişdir. Lakin hazırda sözügedən torpaq sahəsi üzərində qaraj mövcud deyildir. Qarajın kimlər tərəfindən və hansı məqsədlə götürülməsi bələdiyyəyə məlum deyildir.
13. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2-1(112)-2423/2022 nömrəli qərarı (hakim İddiaçı) ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Binəqədi RİHin iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında mövcud olmuş 24 kv.m ölçüdə qarajın sökülməsi hərəkətləri qanunsuz sayılmış və həmin qarajın bərpa edilərək iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmə araşdırılması zamanı, həm şahid ifadələri, həm də Binəqədi bələdiyyəsi və Binəqədi Rayon MKT Birliyindən alınmış yazılı məlumatlar, eləcə də bələdiyyə ilə bağlanmış 10 iyul 2007-ci il tarixli müqavilə və digər sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında iddiaçıya məxsus qaraj mövcud olmuşdur və həmin qaraj ərazidə abadlıq, yaşıllaşdırma və s. məsələlərin həyata keçirilməsini təmin edən, eləcə də bu sahədə nəzarəti həyata keçirən müvafiq səlahiyyətli qurum kimi Binəqədi RİH tərəfindən sökülmüşdür.
15. Birinci instansiya məhkəməsi qərarında Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 157.8, 158.1, 158.2, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 1, 11.1, 11.2, 17-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” yə istinad etmişdir.
16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul edilərək iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2023-cü il tarixli, 2-1(103)-1674/2023 nömrəli qərarı (haki mlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və S.X.Bəhmənzadə) ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-2423/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisənin düzgün həllindən ötrü iddiaçıya məxsus qarajın kim tərəfindən və hansı əsaslarla sökülməsinə aydınlıq gətirilməlidir. Qanunvericilik normasının məzmunundan göründüyü kimi, yaşayış məntəqələri ərazilərinin abadlıq, yaşıllaşdırma və s. məsələlərin həyata keçirilməsini təmin edən, eləcə də bu sahədə nəzarəti həyata keçirən müvafiq səlahiyyətli qurum yer li icra hakimiyyəti orqanıdır ki, müvafiq ərazi üzrə Binəqədi Rayon İcra Hakimiyyəti səlahiyyətli qurum kimi çıxış edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları belə nəticəyə gəlməyə əsas vermişdir ki, iddiaçıya məxsus qarajın söküldüyü ərazidə abadlıq-quruculuq işləri həmin İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi və göstərişləri ilə aparılaraq icra olunmuşdur. Sübut kimi Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ərazisində mövcud qarajın əhatə etdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 iyul 2007-ci il tarixli müqavilə çıxış edir. Həmçinin işin birinci instansiya icraatı zamanı məhkəmə iclasında şahid qismində ifadə verən X2, X6, X3, X4, X1 qarajın iddiaçının istifadəsində olmasını təsdiq etmişlər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, söküntü Binəqədi rayon İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi və inzibati akt mahiyyətində olan göstərişləri əsasında aparılmış və iddiaçı cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində qarajdan istifadə etmək imkanını itirmişdir. Belə olan halda iddiaçının həmin əmlakın sökülməsindən irəli gələn real zərərin ödənilməsini tələb etməsi daha məqsədəuyğundur. Belə ki, iddiaçının istifadəsində olmuş qaraj sökülərək, həmin ərazilər abadlaşdırılaraq sakinlərin istifadəsinə verildiyindən iddia tələbi üzrə sökülmüş qarajın bərpa edilərək, göstərilən sahədə yerləşdirilməsi mümkün deyildir. Göründüyü kimi, sökülmüş qarajın bərpa edilməsi mümkün olmadığından, məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məc mu halda qiymət verərək hesab etmişdir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir.
17. Apellyasiya instansiya məhkəməsi qərarında Mülki Məcəllənin 152.2, 152.3, 157.8, 158.1, 158.2, 1096.1, 1097.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə istinad etmişdir.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia əri zəsinin dəlilləri ilə eynilik təşkil edir.
20. İddiaçı kassasiya şikayətində Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 157.2, 164.1, 164.2 və 165.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var k i, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III.Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
23. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu: 3.1. Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. 3.3. İnsan hüquqlarına və azadlıqlarına qoyulan m əhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. 3.4. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin e dilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 158.1. Mülkiyyət hüququ i lə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndə rməlidir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqan lar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 26. “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir.
27. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.10-cu bəndinə əsasən yerli icra hakimiyyəti başçısı yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir. 4.9.3-cü bəndinə əsasən, müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verilməsi yerli icra hakimiyyəti başçısının səlahiyyətidir. 4.9.14-cü bəndinə əsasən yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarının hazırlaması və həyata keçirilməsi yerli icra hakimiyyəti başçısının səlahiyyətidir.
28. Azərbaycan Respublikasının İnziba ti Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat veril ir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək yeni qərar qəbul edib, iddianı rədd edərkən hazırki qərarın 22-25 a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə əməl etmədiyindən qəbul etdiyi qərar ləğv edilməlidir.
32. İşin təsdiq edilmiş halları və məhkəmələr tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunur ki, Binəqədi rayon Binəqədi bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 10 iyul 2007-ci il tar ixli 400 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 85 saylı binanın yaxınlığında mövcud qarajın altındakı 24 kv.m torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçının icarəsinə verilmişdir. Həmin ünvanda yerləşən 24 kv.m torpaq sahəsi və onun üzərində yerləşən qaraj iddiaçının qanuni istifadəsində olmuşdur. Buna baxmayaraq, sözügedən qaraj məhz iddiaçının razılığı olmadan, onu xəbərdar etmədən cavabdeh inzibati orqanın qurumu tərəfindən həmin ünvanda aparılan abadlaşdırma tədbirləri ilə bağlı sökülmüşdür.
33. Apellyasiya instansiya məhkəməsi iddianı rədd edərək qərarını onunla əsaslandırmışdır ki, söküntü Binəqədi rayon İcra Hakimiyyətinin bilavasitə rəhbərliyi və inzibati akt mahiyyətində olan göstərişləri əsasında aparılmış və iddiaçı c avabdeh inzibati orqanın hərəkətləri nəticəsində qarajdan istifadə etmək imkanını itirmişdir. Belə olan halda, iddiaçının həmin əmlakın sökülməsindən irəli gələn real zərərin ödənilməsini tələb etməsi daha məqsədəuyğundur. Belə ki, iddiaçının istifadəsində olmuş qaraj sökülərək, həmin ərazilər abadlaşdırılaraq sakinlərin istifadəsinə verildiyindən iddia tələbi üzrə sökülmüş qarajın bərpa edilərək, göstərilən sahədə yerləşdirilməsi mümkün deyildir.
34. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan ünvanda 24 kv.m torpaq sahəsində yerləşən və cavabdeh tərəfindən sökülmüş qarajın bərpa edilib-edilə bilməyəcəyi istiqamətində apellyasiya instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmamış, ünvana baxış keçirilməmi ş, müvafiq sorğular verilməməklə qarajın bərpa edilməsinin mümkün olub-olmaması ilə bağlı mübahisə aydınlaşdırılmamış, söküntü ilə bağlı cavabdehin hərəkətlərinə İnzibati icraat haqqında Qanunun tələbləri baxımından hüquqi qiymət verilmədən cavabdehin söküntü ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddiaçının tələbi rədd edilmişdir.
35. Hazırki qərarda istinad olunan qanunvericilik normalarına əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
36. Avropa İnsan hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri i lə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
37. Normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun xüsusi əhəmiyyətinə baxmayaraq mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər. İstinad olunan normalar belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.
38. Mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və proseduralar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, in zibati orqanın müdaxilə vasitəsi ilə nail olmaq istədiyi legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
39. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunma sı zərurəti alınmalıdır.
40. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydada tələblərə və şərtlərə də əməl olunması zəruridir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin nümayəndələrinin rayonda keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə qarajın sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi cavabdehin hərəkətlərinə münasibətdə göstərilən istiqamətdə araşdırma aparmaqla, hazırki qərarın 22-27-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından qiymət verməli olduğu halda, bunu etməmişdir. Nəticədə apellyasiya instansiya məhkəməsinin mövqeyi hazırki qərarın 22-28(a)-ci bəndlərində sadalanan qanunvericiliyin tələblərinə cavab vermir.
43. Göstərilənlə rə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2023-cü il tarixli, 21(103)-1674/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir.