Məhkəmə qərarları › İş №2-1(102)-2785/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2785/2019

11.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2785/2019 11.09.2019 ALİ MƏHKƏMƏ 2-1 (102)-2785/19 Kasasiya şikayətinin mümkün sayılmaması barədə Açar söz: kasasiya şikayətinin vəkil tərəfindən tərtib edilməməsi, imzalanmaması QƏRARDAD Bakı şəhəri 11 sentyabr 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Zakir Quliyev cavabdeh Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli, 2-1(82)-689/2019 saylı qərarı ilə İddiaçı cavabdeh DSMF-nin Xətai rayon şöbəsinə qarşı ailə başçısının itirilməsinə görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbayca n Respublikası Qanunun 20.1.41-ci maddəsinə müvafiq olaraq vəfat etmiş həyat yoldaşının dul arvadı kimi qulluq stajına görə əlavələr nəzərə alınmaqla təyin edildiyi tarixdən yenidən hesablanması və keçmiş dövr ərzində yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə iddiasının təmin edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 aprel 2019-cu il tarixli 21(103)-784/19 saylı qərarı ilə birinci instansiya məhkəməsinin 07 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın qismən təmin edilməsi, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyası, müraciət etdiyi tarixdən ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməm əsi, cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 aprel 2019-cu il tarixli qərarından narazı qalan cavabdeh DSMF-nin Xətai rayon şöbəsi həmin qərardan kasasiya şikayəti vermişdir. Kasasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və şikayətə vəkilin orderi əlavə edilməmişdir. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanları aradan qaldırmaq təklif edilmişdir. Lakin cavabdeh tərəfindən bu məsələ həll edilməmişdir. Buna görə də cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respubli kası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kasasiya və əlavə kasasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kasasiy a mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq qərara aldı: Cavabdeh DSMF-nin Xətai rayon şöbəsinin Bakı Apelyasiya Məhkəməsinin 02 aprel 2019cu il tarixli 2-1(103)-784/2019 saylı qərarından verdiyi kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın. Ali Məhkəmənin hakimi Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar