Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2787/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: penitensiar xidmətin əməkdaşı, qulluq illərinə görə əlavənin hesablanması qaydası, hüququn yarandığı vaxt giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi”tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1159/2019 saylı,21 may 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmə tinin Qobustan həbsxanasının rəisi vəzifəsində qulluqda olmuş, 16.03.2007-ci il tarixdə qulluq keçməsinə xitam verilmişdir. Onun barəsində ilk dəfə 16.04.2007-ci ildə məlumat vərəqi tərtib edilmişdir. Məlumat vərəqində iddiaçının vəzifə maaşı 280 manat, məharət dərəcəsinə görə 35% əlavə 98 manat, rejimə görə 25% əlavə 70 manat, rütbə maaşı 64 manat xidmət illərinə görə 40% əlavə 165,60 manat, ərzaq payı əvəzinə 24,75 manat kompensasiya qeyd edilməklə, cəmi 702,35 manat pul təminatı hesablanmışdır. İddiaçının barəsində 10.10.2011-ci ildə tərtib edilmiş məlumat vərəqəsində isə iddiaçının vəzifə maaşı 420 manat, usta məharət dərəcəsinə görə 35% əlavə 147 manat, rejimə görə 25% əlavə 105 manat, rütbə maaşı 138 manat xidmət illərinə görə 50% əlavə 279 manat, ərzaq payı əvəzinə 64 manat kompensa siya qeyd edilməklə, cəmi 1153 manat pul təminatı hesablanmışdır. Daha sonra 23.10.2018-ci il tarixli məlumat vərəqəsində iddiaçının vəzifə maaşı 485 manat, usta məharət dərəcəsinə görə 35% əlavə 169,75 manat, rejimə görə 25% əlavə 121,25 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə 50% əlavə 311,50 manat, ərzaq payı əvəzinə 64 manat kompensasiya qeyd edilməklə, cəmi 1289,50 manat pul təminatı hesablanmışdır. Cavabdehin iddiaçıya ünvanladığı 11.01.2012-ci il tarixli, 16.08.2018-ci il tarixli və 04.10.2018-ci il tarixli məktublarında qeyd olunur ki, cavabdeh məlumat vərəqəsində xidmət illərinə görə 50% əlavənin vəzifə maaşı + rütbə maaşının cəmindən hesablamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 saylı, 29.05.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.1-ci bəndinə əsasən aparmışdır. İddiaçı 17 dekabr 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş pensiyanın hesablanmasında nəzərə alınan artırılmış vəzifə maaşının rejimə görə əlavə və rütbə maaşının cəminin qulluq illərinin sayı əsasında yenidən hesablanaraq, 2011-ci ildən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə,iddiaçı Penitensiar Xidmətdə Qobustan qapalı həbsxanasının rəisi vəzifəsində işləmiş, xüsusi rütbəsi ədliyyə polkovnikidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin penitensiar xidməti üzrə verilmiş 213 ş/h saylı 16.03.2007-ci il tarixli əmr əsasında iddiaçının Ədliyyə orqanlarında qulluq keçirməyinə xitam veril mişdir və həmin əmrdə iddiaçının təqvimlə hesablanmış qulluq illərinin 27 il 08 ay 22 gün, güzəştli şərlərlə hesablanmış qulluq illərinin isə 38 il 07 ay 23 gün olması öz əksini tapmışdır. İddiaçı qeyd edilən tarixdən pensiyaçıdır. Ona “Hərbi qulluqçularının pensiya təminatı haqqında” Qanunu əsasında pensiya təyin edilmişdir. İddiaçının qənaətinə görə ona təyin edilmiş pensiyanın hesablanmasında vəzifə maaşının rejimə görə əlavə və rütbə maaşının cəminin xidmət illərinin sayı əsasında hesablanmaması əsassızdır. İddiaçının bununla bağlı müraciəti cavabdeh tərəfindən təmin edilməmiş və cavabdeh öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş Qaydanın 3.1-ci bəndinə əsasən qulluq illərinə görə əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanır. İddiaçı hesab edir ki, rejim əlavəsinin nəzərə alınmaması qanunvericiliyin tələbləri baxımından yolverilməz olduğuna görə heç bir hüquqi nəticə doğura bilməz. Bununla əlaqədar məhkəmələr tərəfindən qəbul edilmiş qərarlara istinad edən iddiaçı cavabdehin mövqeyinin əsassız olmasını bildirir və İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə istinad edərək bərabər hüquqlu şəxs kimi özünə münasibətdə də eyni məhkəmə qərarının qəbul edilməsini arzulayır. İddiaçı tələbinin əsasları kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.05.2014-cü il tarixli Plenum qərarına, Yasamal rayon Məhkəməsinin 16.08.2010-cu il tarixli qətnaməsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, 71-ci, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 32.4-cü, 37.4-cü, Mülki Məcəllənin 443-cü maddələrinə istinad edilmişdir. Cavabdeh iddiaya qarşı etiraz verərək qeyd etmişdir ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.3-cü maddəsinə əsasən, ədliyyə orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları və prokurorluq işçilərinə verilən xüsusi rütbələrinə, penitensiar və tibb xidmətlərinin sıravi və rəis heyətinin xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbələrinə bərabər tutulurlar. Həmin Qanunun 33-cü maddəsinə əsasən penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Qanunun 35.2-ci maddəsinə əsasən penitensiar xidmətdə hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı X1” və digər normativ hüquqi aktlarla tənzimlənir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli, 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunver icilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 19 oktyabr tarixli 462 nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən 2007-ci il 29 noyabr tarixdən penitensiar xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanun ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” A zərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının 2.3-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsində göstərilən müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi də aid edilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xidmət keçən hərbi qulluqçu statusuna malik olan şəxslərin əmək pensiyalarına “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci, 12.2-ci, 17.2-ci və 20.14 - 20.18-ci maddələrinə əsasən müvafiq təminat xərcliyinin 35 faizindən 100 faizinədək olan miqdarda əlavə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2008-ci il tarixli, 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir: 1 ildən 2 ilə qədər qulluq illərinə görə 5 faiz, 2 ildən 5 ilə qədər qulluq illərinə görə 10 faiz, 5 ildən 10 ilə qədər qulluq illərinə görə 15 faiz, 10 ildən 15 ilə qədər qulluq illərinə görə 20 faiz, 15 ildən 20 ilə qədər qulluq illərinə görə 25 faiz, 20 ildən 25 ilə qədər qulluq illərinə görə 30 faiz, 25 ildən 30 ilə qədər qulluq illərinə görə 40 faiz, 30 ildən yuxarı qulluq illərinə görə 50 faiz. Nazirlər Kabinetinin qeyd edilən qərarının bu kateqoriyadan olan şəxslərə şamil edilməsi məqsədilə Penitensiar Xidmətdən daxil olan “məlumat vərəqi”ndə yalnız vəzifə maaşı və xüsusi rütbəyə görə əlavə hesablanaraq İda rəyə göndərilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanuna ziddiyyət təşkil etdikdə Qanun tətbiq edilir Məhkəmə araşdırması zamanı iddiaçının pensiya işi tələb edilmiş və surəti çoxaldılaraq iş materiallarına əlavə edilmişdir. Həmin pensiya işinin materiallarından aydın olur ki, Qobustan həbsxanasının rəisi kimi 16.03.2007-ci ildə iddiaçının xidmətinə xitam verilmiş, onun barəsində ilk dəfə 16.04.2007-ci ildə məlumat vərəqi tərtib edilmişdir. Məlumat vərəqində iddiaçının vəzifə maaşı 280 manat, məharət dərəcəsinə görə 35% əlavə 98 manat, rejimə görə 25% əlavə 70 manat, rütbə maaşı 64 manat xidmət illərinə görə 40% əlavə 165,60 manat, ərzaq payı əvəzinə 24,75 manat kompensasiya qeyd e dilməklə, cəmi 702,35 manat pul təminatı hesablanmışdır. İddiaçının barəsində 10.10.2011-ci ildə tərtib edilmiş məlumat vərəqəsində isə iddiaçının vəzifə maaşı 420 manat, usta məharət dərəcəsinə görə 35% əlavə 147 manat, rejimə görə 25% əlavə 105 manat, rütbə maaşı 138 manat xidmət illərinə görə 50% əlavə 279 manat, ərzaq payı əvəzinə 64 manat kompensasiya qeyd edilməklə, cəmi 1153 manat pul təminatı hesablanmışdır. Daha sonra 23.10.2018-ci il tarixli məlumat vərəqəsində iddiaçının vəzifə maaşı 485 manat, usta məharət dərəcəsinə görə 35% əlavə 169,75 manat, rejimə görə 25% əlavə 121,25 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə 50% əlavə 311,50 manat, ərzaq payı əvəzinə 64 manat kompensasiya qeyd edilməklə, cəmi 1289,50 manat pul təminatı hesablanmışdır. 1 saylı Bakı İnzibati-İqtis adi Məhkəməsinin (hakim X3,2-1(81)-755/2019 saylı iş) 22 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının pensiyasında xidmət illərinə görə əlavə ona təyin olunmuş pensiyanın hesablanmasında nəzərə alınan artırılmış vəzifə maaşı, rejimə görə əlavə və rütbə maaşının cəmi əsasında 10.10.2011-ci ildən yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6məruzəçi, X5 və X4, 2-1(103)-1159/2019 saylı iş) 21 may 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 22 fevral 2019-cu il tarixli qərarı ləğv olunaraq, iş üzrə yeni qərar qəbul edilməklə, iddia təmin edilməmişdir. Apellyasi ya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 123 saylı 29.05.2008ci il tarixli qərarına əsasən iddiaçıya qulluq illərinin sayı 30 ildən artıq olduğu üçün əlavənin ödəniş faizi vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq 40 faizdən 50 faizə yüksəldilmişdir. Belə olan halda iddiaçı barəsində həmin qərar iddiaçının vəziyyətini yaxşılaşdırdığı üçün yeni qəbul olunmuş qərar tətbiq olunmalıdır. İddiaçı 21 iyun 2019-cu il tarixdə qərarın surətini almış, 11 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edil məsi, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: DSMF-nin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin əsasnaməsinin 9.13-cü maddəsində hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə əmək pensiyalarının təyin edilməsinə və ödənilməsinə nəzarəti, həmin departamentin əsas funksiyalarından biri olması öz əksini tapmışdır. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 37.4-cü maddəsində Penitensiar Xidmət işçilərinin vəzifə maaşlarının Penitensiar müəssisələrin növündən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş işlərin (vəzifələrin) xüsusiyyətindən və ağırlığından asılı olaraq artırılması nəzərdə tutulur. Cavabdeh bu artırılmış vəzifə maaşının (vəzifə maaşı-rejimə görə əlav ə) Penitensiar xidmətdən göndərilən “Məlumat vərəqəsi”ndə əks olunmamasına nəzarət etməyərək göz yummuş və öz təqsirini də, Penitensiar xidmətin üzərinə atmışdır. Apellyasiya məhkəməsinin qərarında iddiaçının sübut və dəlillərinə münasibət bildirilməmişdir. Apellyasiya məhkəməsi qərarda qərarın qanuniliyini tam olaraq yoxlanıldığını bildirirsə də, iddiaçının etirazında göstərilənlərə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası qərarda Nazirlər Kabinetinin 123 saylı Qərarının 3.1-cü bəndinə əsasən qulluq illərinə görə əlavə haqqın vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablandığını qeyd etmişdir. Belə olan halda “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 37.4-cü maddəsinin tələbləri iddiaçının barəsində necə tətbiq edilməlidir? Bu faktın özü, apellyasiya məhkəməsini n araşdırmanı düzgün aparmamasından xəbər verir. Nazirlər Kabinetinin 123 saylı 29.05.2008-ci il tarixli Qərarı tətbiq olunana qədər iddiaçıya qulluq illərinə əlavə, artırılmış vəzifə maaşı (vəzifə maaşı +rejimə görə əlavə) ilə rütbə maaşının cəmindən hesablanaraq, qulluq illərinin sayından asılı olaraq təyin edilmiş faiz əsasında ödənilmişdir. Qulluq illərinə görə əlavələr hələ SSRİ dövründən SSRİ DİNnin 0330 saylı 26 may 1976-cı il tarixli qərarına uyğun surətdə artırılmış vəzifə maaşından hesablanaraq iddiaçıya ödənilirdi. Həmin qərarda yüksək rejimdən asılı olaraq yüksək rejimli müəssisədə işləyən şəxslərin vəzifə maaşlarının ümumi rejimdə işləyən işçilərin vəzifə maaşına nisbətən artırılması və qulluq illərində əlavələrin yüksək rejimli müəssisələrdə işləyənlər üçün artırılmış vəzifə maaşı əsasında ödənilməsi nəzərdə tutulmuşdur. Ümumi rejimli müəssisələrdə işləyənlər üçün isə qulluq illərinə görə əlavənin vəzifə maaşı ilə rütbə maaşından hesablanması da öz əksini tapmışdır. Sonralar isə Nazirlər Kabinetinin 67 saylı 17 fevral 1994-cü il tarixli Qərarı ilə belə ödənilmə davam etmişdir. Belə olduğu təqdirdə sadəcə vəzifə maaşı ilə rütbə maaşından hesablanaraq qulluq illərinə görə əlavələrin ödənilməsi qanunsuz hesab edilməlidir. İddiaçının pensiya təminatı Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən (Çıxarış əlavə edilir) pensiya hüququnun əldə edilməsi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq, həyata keçirilməlidir. 29.05.2008-ci il tarixli 123 saylı Qərar tətbiq olunan müddətədək, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda nəzərdə tutulan tələblərə əməl edilməklə, yəni artırılmış vəzifə maaşı tətbiq edilməklə iddiaçıya pensiya hesablanaraq ödənilirdi. Bu qərarın qətiliyi, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməzliyi əsasında hal-hazırda da iddiaçıya artırılmış vəzifə maaşı əsasında pensiya hesablanmalıdır. Apellyasiya kollegiyası iddiaçının iş yoldaşı X7 barədə eyni hala malik iş üzrə Ali məhkəmənin qərarı olmasına baxmayaraq, iddiaçıya pensiya hesablanmasında artırılmış vəzifə maaşı tətbiq etməyi zəruri hesab etməyərək “İnzibati İcraat haqında” Qanunun 12.2ci maddəsinin tələblərini pozmuşdur. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayət inə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı hesab edir ki, pensiya təyini zamanı qulluq illərinə görə əlavəyə rejimə görə aldığı haqq da hesablanmalıdır. Cavabdeh və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən, q ulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablandığından rejimə görə verilən haqq nəzərə alına bilməz. İşin mübahisə olunmayan halına görə iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan həbsxanasının rəisi vəzifəsində qulluqda olmuş, 16.03.2007-ci il tarixdə qulluq keçməsinə xitam verilmişdir. Onun barəsində ilk dəfə 16.04.2007-ci ildə məlumat vərəqi tərtib edilmişdir (səh.52). Məlumat vərəqində iddiaçının vəzifə maaşı 280 manat, məharət dərəcəsinə görə 35% əlavə 98 manat, rejimə görə 25% əlavə 70 manat, rütbə maaşı 64 manat, xidmət illərinə görə 40% əlavə 165,60 manat, ərzaq payı əvəzinə 24,75 manat kompensasiya qeyd edilməklə, cəmi 702,35 manat pul təminatı hesablanmışdır. Məlumat vərəqində olan qeydlər (280 manat vəzifə maaşı+rejimə görə 25 % əlavə 70 manat+rütbə maaşı 64 manat) nəzərə alınaraq bu məbləğlərin cəminin (414 manatın) 40 faizi 164,60 manat təşkil edir. Göründüyü kimi, 2007-ci ildə məlumat vərəqi tərtib edilən zaman xidmət illəri vəzifə maaşı və rütbəyə görə haqdan başqa rejimə görə ödənilən əlavədən də ibarət olmuşdur. Həmçinin işin 98-ci səhifəsində olan iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin 16 mart 2007-ci il tarixli qərarında da yuxarıdakı qaydada hesablama aparılmaqla xidmət illəri hesablanarkən vəzifə maaşı, rütbəyə görə və rejimə görə ödənilən əlavələrin cəmi (40 %-i) nəzərə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının pensiya hüququ yaranan zaman xidmət illəri hesablanarkən həm də rejimə görə aldığı haqqın nəzərə alınmasının əsaslarını fakti ki və hüquqi cəhətdən araşdırmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olan redaksiyasına görə təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Oxşar norma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci bəndində də əksini tapmışdır. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olan normalara görə təminat xərcliyinə həm də xidmət illərinə görə əlavə də daxildir. Adı çəkilən Qaydalarda təminat xərcliyinin tərkibi qeyd edilməsə də, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən, qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanır. 29 may 2008-ci il tarixli qərarla təsdiq edilən Qaydalar iddiaçının pensiya hüququnun yaranmasından sonra qəbul edildiyindən və bu qərarda qeyd edilən qulluq illərinə görə əlavənin tərkibinə rejimə görə ödənilən məbləğ daxil edilmədiyindən işin hazı rkı vəziyyətində iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından iddiaçıya münasibətdə tətbiq edilməsi istisna olunur. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdehin 16 mart 2007-ci il tarixli qərarındakı qulluq illərinə görə əlavənin tərkibinə rejimə görə ödənilən məbləğin hesablanmasının faktiki və hüquqi əsasları müəyyən edildikdən sonra iddiaçıya münasibətdə Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli qərarının tətbiqinin mümkünlüyü müzakirə predmeti ola bilər. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən, penitensiar xidmətin əməkdaşlarının təminat xərclərinə tutduğu vəzifəyə görə vəzifə maaşı, xüsusi rütbəyə və qulluq illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə, ərzaq payı və ya ərzaq payı əvəzinə verilən pul kompensasiyası, digər müa vinət və ödənişlər daxildir. İddiaçının təminat xərcinə ayrıca ödəniş kimi rejimə görə aldığı əlavə haqqın daxil edilməsi mübahisə olunmur. Mübahisə predmeti əvvəllər iddiaçının təminat xərcində göstərilən qulluq illərinə görə əlavənin tərkibinə rejimə görə ödənilən məbləğin hesablanmasına baxmayaraq sonradan rejimə görə ödənilən əlavənin qulluq illərinə görə hesablanan əlavədən çıxılması ilə bağlıdır. İddiaçının 2007-ci ildə təminat xərcliyində cavabdeh tərəfindən hesablanmış qulluq illərinə görə əlavənin tərkibinə rejimə görə ödənilən məbləğin daxil edilməsinin faktiki və hüquqi əsası müəyyən edilmədən mübahisə üzrə yekun qərar qəbul edilməsi istisna edilir. Yasamal rayon məhkəməsinin 16 avqust 2010-cu il tarixli qərarından görünür ki, iddiaçı da daxil olmaqla ayrı-ayrı şəxslərin Azərbay can Respublikasinin Nazirlər Kabinetinin 123 saylı 29.05.2008-ci il tarixli qərarı ilə təsdiq edilən “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın onlara şamil olunması barədə iddiaları təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 123 saylı 29.05.2008-ci il tarixli qərarı ilə təsdiq edilən “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 3.1-ci bəndinə istinad edərək hesab etmişdir ki, iddiaçıya qulluq illərinin sayı 30 ildən artıq olduğu üçün əlavənin ödəniş faizi vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq 40 faizdən 50 faizə yüksəldilmişdir. Belə olan halda iddiaçı barəsində həmin qərar iddiaçının vəziyyətini yaxşılaşdırdığı üçün yeni qəbul olunmuş qərar tətbiq olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” əsasında hesablamanın iddiaçının vəziyyətinin yaxşılaşdırdığı qənaətinə gəlsə də, gəldiyi nəticəni işin faktiki halları ilə əsaslandırmayaraq bu Qaydaya qədər və Qaydadan sonra hesablanan pensiyanın məbləği ilə bağlı müqayisəli təhlil aparmamışdır. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəz ifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). İPM-in 12-ci maddəsinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı hissədə ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, hazırkı halda iddianın təmin edilməsi üçün əsaslar olmadığından bu hissədə şikayət təmin olunmamalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiy a şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1159/2019 saylı, 21 may 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2787/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2787/2019
29.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver