Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2787/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərara izah verilməsi barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə “qərara izah verilməsi” barədə ərizəyə dair Sumqayıt Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2-1(105)-595/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi xətti ilə xx.xx.2003-cü il tarixindən hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçının təqdim etdiyi ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirərək xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-də, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-də, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Sumqayıt Texnologiyalar Parkında işləmişdir, xx.xx. 2020-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də işləyir.
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 10 noyabr 2020-ci il tarixədək olan dövr üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinin müddəaları tətbiq edilməklə pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(118)-511/2022 nömrəli qərarı ilə (hakim İ.Quliyev) iddia təmin edilmiş, 10 noyabr 2020-ci il tarixədək olan dövr üzrə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddiaçının pensiyasının sığorta hissəsinin yenidən he sablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
5. Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından icra edilməsi üçün cavabdeh orqana göndərilmişdir.
6. Cavabdehin birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı məktubuna cavab olaraq 19 avqust 2022-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd etmişdir ki, 10 noyabr 2020-ci il tarixədək olan dövr üzrə “Əmək pensiyaları haqqında" Qanunun 37.3.2-ci maddəsinin müddəaları tətbiq edilməklə İddiaçı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin Mərkəzi Filiala həvalə edilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)511/2022 nömrəli qərarının icrası tərəflərindən tam başa çatdırılmışdır. Belə ki, iddiaçının əmək pensiyasının sığorta hissəsi yenidən hesablanaraq 398,77 (243,30+155,47) manat müəyyən edilmiş, eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (511,70 manat) həmin artım qədər (155,47 manat) azaldılmışdır.
7. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt İnzibati Məhkəməsinin 6 may 2022-ci il tarixli, 2-1(118)-511/2022 qərarına izah verilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
8. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-511/2022 nömrəli qərardadı ilə (hakim İ.Quliyev) ərizənin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli 2-1(118)-511/2022 nömrəli qərarının təsviriəsaslandırıcı hissəsinə uyğun izah verilməsi, məhkəmə qərarının icrası zamanı pensiya kapitalının artımı ilə bağlı hesablama zamanı qulluq stajına görə əlavənin məbləğinin azaldılmaması, iddiaçının pensiya kapitalındakı artıma uyğun olaraq artırılmasının izah edilməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icrası məhkəmə qərarına uyğun həyata keçirilməmişdir. Məhkəmə qərarının icrası ilə bağlı icraata məhkəmə tərəfindən xitam verilməsi halı olmadığına görə, inzibati orqan məhkəmə qərarını icra etdiyini qeyd etsədə, bu icra iddiaçının iddiada qaldırdığı iradəyə və məhkəmə qərarına zidd olduğu və həmin icraya məhkəmə tərəfindən hüquqi qiymət verilmədiyi üçün icra ilə bağlı qərara izah verilməlidir. Həmçinin qeyd edilmişdir ki, iddiaçı məhkəmədə iddia qaldıran zaman onun iradəs i pensiya kapitalında yaranmış artım nəzərə alınaraq, pensiyasının yenidən hesablanaraq artımına nail olmaqdan ibarət olmuşdur. Qeyd edilən məhkəmə qərarının əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə qərarı ilə iddiaçının tələbi təmin edilmiş, həmin mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin tətbiq edilməməsi qərara alınmışdır.
10. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2-1(105)-595/2023 nömrəli qərardadı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, G.Cabbarova və İ.Dəmirov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 26 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin müvafiq qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinin müddəaları tətbiq edilməklə 10 noyabr 2020-ci il tarixədək olan dövr üzrə iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh orqan isə məhkəmənin həmin qərarını icra edərkən iddiaçıya münasibətdə Qanunun 29.2-ci maddəsini tətbiq edərək qulluq stajına görə əlavənin məbləğini azaltmışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsi əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin yeni dən hesablanması qaydasını müəyyən etməklə, pensiyanın sığorta hissəsinin indeksləşdirilməsi halında qulluq stajına görə əlavənin məbləğinin azaldılmasını nəzərdə tutan 29.2-ci maddənin həmin məhkəmə qərarına aidiyyətı yoxdur.
13. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti 16 may 2023-cü il tarixli məhkəmə qərarının icrası haqqında məktuba uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, qanunvericilikdə zərurət olduqda, tələblər aydın olmadıqda məhkəmə qərarına izah verilməsi qaydası təsbit olunmuşdur. Lakin, nəzərə alınmalıdır ki, belə izah məhkəmə aktının məzmununu dəyişdirm əməli və yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, anlaşılmayan olsun. Həmçinin, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin, ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmunu dəyişdirmədən onu izah etməyə haqlıdır. Lakin, qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə, yaxud onda məhkəmə baxışın predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Hazırki iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)- 511/2022 nömrəli qərarının nəticə hissəsində yalnız iddiaçıya pensiya təyin olunduqdan işləyib qazandığı kapital əsasında pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bununla əlaqədar olaraq, xx.xx.2022-ci il tarixdə yenidən hesablanma aparılmış, yəni qərar icra olunmuşdur. Göründüyü kimi, məhkəmə qərarının nəticə hissəsində cavabdehin üzərinə hansı vəzifənin qovulması aydın səkildə ifadə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki halda isə iddiaçının qərarın izah edilməsi barədə ərizəsinin məzmunu qərarın məzmunun dəyişdirilməsi İlə yanası, iddianın əsas və məzmunun dəyişilməsinə səbəb olur.
15. Kassasiya şikayəti hüquqi cəhətdən əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Qanunun 29.2, 37.3.1, 45-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair" xx.xx.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu il ə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2023-cü il tarixli Qərarı istinad edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.2. əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əm ək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır;
18. Mülki Prosessual Məcəllə: Maddə
230. Qətnamənin və ya qərardadın izah edilməsi 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərarda dı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən s axlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndir ildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhk əmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, ərizə üzrə apellyasiya məhkəməsi tərəfindən zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillə rindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bundan əlavə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 26. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsində qanunverici pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir.
27. Hazırkı işin hallarından g örünür ki, iddiaçı işləyən əmək pensiyaçı kimi toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə Qaydanın 1.2-ci bəndində nəzərdə tutulan hallardan (indeksləşdirmə və ya vəzifə maaşının artımı) hər hansı biri olmamasına baxmayaraq, iddiaçıya təyin edilmiş əmək pensiyasının sığorta hissəsini Qanunun 37.3.2-ci maddəsinə əsasən yenidən hesablayarkən həm də ona ödənilən qulluq stajına görə əlavənin məbləğini də yenidən hesablamış və iddiaçıya ödənilən qulluq stajına görə əlavənin məbləğini azaltmışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən apellyasiya məhkəməsi düzgün olaraq cavabde h tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqini qanuni hesab etməmişdir.
29. Belə olan halda, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinin tələbinə uyğun olaraq pensiya təyin olunduğu gündən sonra işləməyə davam etdiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcud olmuş və bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını da tələb etməkdə haqlıdır.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qərara izah verilməsi ilə bağlı qərardadın qəbulu zamanı məhkəmə tərəfindən istinad edilən hüquq normaları düzgün tətbiq və təfsir olunmuşdur, ona görə də məhkəmə kollegiyası, apellyas iya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Odur ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 avqust 2023-cü il tarixli, 2-1(105)-595/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
33. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinin tələbinə uyğun olaraq pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ mövcud olmuş və bu yenidən hesablanma əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olmadığından iddiaçı pensiya yenidən hesablanarkən qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını da tələb etməkdə haqlıdır. (13 iyun 2023-cü il tarixli, 2-1(102)1382/2023 nömrəli;
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qərara izah verilməsi ilə bağlı qərardadın qəbulu zamanı məhkəmə tərəfindən istinad edilən hüquq normaları düzgün tətbiq və təfsir olunmuşdur, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiy mətləndirməsi ilə də razılaşır.
35. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası