Məhkəmə qərarları › İş №2-1(102)-2788/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2788/2019

06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2788/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon Şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2788/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər:iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi stajı mövcud olsa da, cavabdeh iddiaçıya, onun müraciətinə əsasən xxxx 2016-cı ildən güzəştli şərtlərlə əmək pensiyası təyin etməli olduğu halda, hal-hazıradək bunu etməmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, vəkili Vəkil2 iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X2 rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-435/2019 saylı qərarından cavabdeh Dövlət Sosial X2 rayon Şöbəsi və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxx 1959-cu ildə anadan olduğunu, xxxx 1977-ci ildən əmək fəaliyyətinə başladığını, xxxx 1974-cü ildən 1978-ci ilə qədər texnikumda təhsil aldığını, xxxx 1978-ci ildən xxxx 1980-ci ilə qədər hərbi xidmətdə olduğunu, sonralar Bakı şəhərində güzəştli şərtlərlə pensiya hüququ verən cilalayıcı vəzifələrində işlədiyini, 57 yaşdan pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla tələb olunan güzəştli iş stajının olmadığına istinad etməklə, müraciətdən imtina etdiyini, onun Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu ilə təsbit olunmuş pensiya hüquqlarının pozulduğunu bildirərək, xxxx 2016-cı il tarixdən həmin vaxt qüvvədə olmuş hesablama qaydası ilə ona pensiya təyinatı aparılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsin ə dair inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-1862/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xxxx 2016-cı ildən həmin dövr qüvvədə olmuş hesablama qaydası ilə pensiya təyinatı aparılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim – Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-435/2019 saylı qərarı ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdeh Dövlət Sosial X2 rayon Şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial X2 rayon Şöbəsi və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə (güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsə nətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) sığortaolunan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ vardır, məhkəmə tərəfindən bu kimi hallar nəzərə alınmamış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Tərəflərin izahatları İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Cavabdeh Dövlət Sosial X2 rayon Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Sosial X2 ray on Şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasi ya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı, vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-435/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1959-cu ildə anadan olmuş İddiaçı, İddiaçı 1974-cü ildən 1978-ci ilə kimi X3 X1 adına Bakı Neft Texnikumunda təhsil almış, xxxx 1978-ci ildən xxxx 1980-ci ilə kimi hərbi xidmətdə olmuş, əmək kitabçasına əsasən İddiaçı xxxx 1977 -ci il tarixdən əmək fəaliyyətinə başlamış, xxxx 1977-ci il tarixli, **** saylı əmrlə işdən azad edilmiş, xxxx 1980-ci il tarixdən xxxx 1987-ci il tarixə kimi sexdə 2-ci dərəcəli cilalayıcı vəzifəsində çalışmış, xxxx 1987-ci il tarixli, 554k saylı əmrlə işdən azad edilmiş, xxxx 1989-cu il tarixli, 17a saylı əmrlə cilalayıcı peşəsinə qəbul edilmiş və xxxx 1991-ci il tarixli. 19 saylı əmrlə işdən azad edilmiş, xxxx 1991-ci il tarixli, 83k saylı əmrlə 4-cü dərəcəli cilalayıcı peşəsinə qəbul edilmiş və xxxx 1992-ci il tarixli, 64k saylı əmrlə işdən azad edilmiş, xxxx 1992-ci il tarixli, 717 saylı əmrlə intrumental sexə cilalayıcı peşəsinə qəbul edilmiş və 01.11.2004-cü il tarixli, 119 saylı əmrlə işdən azad edilmiş, xxxx 2004-cü il tarixli, 62/k saylı əmrlə MKT İK MMC-nə tornaçı vəzifəsinə qəb ul olunmuş və xxxx 2007-ci il tarixli, ***** saylı əmrlə işdən azad edilmiş, iddiaçı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla tələb olunan güzəştli iş stajının olmadığına istinad etməklə, müraciətin təmin edilməsndən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, «X4 Müəssisəsi» MMC tərəfindən verilmiş KŞ-**** saylı, xxxx 2019-cu il tarixli arayışa görə 01 avqust 1980-ci ildən xxxx 1985-ci ilə qədər Bakı Aqreqat İstehsalat Birliyində (indiki «xxxx» MMC) cilalayıcı peşəsində işlədiyi müddətdə soyuducu mayelər tətbiq etməklə detalların cilalanması işləri ilə məşğul olmuş, “Ulduz” EİB-nin xxxx 2017-ci il tarixli, 10 saylı arxiv arayışın a əsasən İddiaçı xxxx 1987-ci il tarixdən Bakı “Ulduz” zavoduna 4-cü dərəcəli cilalayıcı vəzifəsinə işə qəbul edilmiş, xxxx 1989-cu il tarixində işdən azad edilmiş, xxxx 1991-ci il tarixində Bakı “Ulduz” zavodunun 4-cü dərəcəli cilalayıcı vəzifəsinə işə qəbul edilmiş və xxxx 1992-ci il tarixində işdən azad edilmiş, Bakı “Ulduz” zavodunda işlədiyi illər ərzində o alət sexində metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması işlərində 4-cü dərəcəli cilalayıcı peşəsində fəaliyyətini davam etdirmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.14-cü bəndinə əsasən «Metal məmulatlarının və alətlərin quru üsulla abraziv dairə formasında soyulması, yonulması, kəsilməsi, cilalanması ilə məşğul olan fəhlələr»in güzəştli şərtlərlə pensiya hüququ nəzərdə tutulmuş, İddiaçı xxxx 2004-cü il tarixdən xxxx 2007-ci il tarixədək və xxxx 2007-ci il tarixdən hal-hazıradək MKT İK MMC-nin İstehsalat və mexanizasiya idarəsində işləyir, xxxx 2014-cü il tarixdən instrumental sahədə cilalayıcı vəzifəsində keçirilmiş, xxxx 2014-cü il tarixdən hal-hazıradək metal məmulatlarının və alətlərinin quru üsulla abraziv dairə formasında cilalanması işləri ilə məşğul olur, beləliklə, iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi stajı mövcud olsa da, cavabdeh iddiaçıya, onun müraciətinə əsasən xxxx 2016-cı ildən güzəştli şərtlərlə əmək pensiyası təyin etmə li olduğu halda, hal-hazıradək bunu etməmiş, cavabdehin inzibati aktın qəbulundan imtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edil miş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin xxxx pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin xxxx sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (xxxx 2017-ci ilədək olan redaksiyası) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asıl ı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (xxxx 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun (xxxx 2017-ci ilədək olan redaksiyası) 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2007-ci il tarixli, 12 saylı Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11.14-cü bəndində nəzərdə tutulmuş, iddiaçının işləmiş olduğu metal məmulatlarının və alətlərinin quru üsulla abraziv dairə formasında “cilalanması” vəzifəsinin güzəştli pensiya hüququ verdiyini, iş materiallarına əsasən iddiaçının məhz metal məmulatlarının və alətlərinin quru üsulla abraziv dairə formasında cilalanması işi ilə məşğul olduğunu və iddiaçının xxxx 2016-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi stajının mövcud olduğununəzərə alaraq, məhkəmə tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığı, işin hallarının tam və hərtərəfli araşdırılmadığı, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdır sa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-435/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-435/2019 saylı qərarı də yişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar