Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2788/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış evinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın xx.xx.2023-cü il tarixli, 2-1(103)2374/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 012719 nömrəli xx.xx.1995-ci il tarixli orderə əsasən Bakı şəhəri, M.K.Atatürk prospekti, 8 saylı ev X1 ayrılmışdır.
2. Bakı şəhəri, M.K.Atatürk prospekti, 8 nömrəli ev Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 264/7 nömrəli sərəncamına əsasən əvəzsiz olaraq şəxsi mülkiyyət kimi İ.Qurbanova verilmişdir. 3. xx.xx.1996-cı il tarixli evin alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri M.K.Atatürk prospekti, 8 nömrəli ev İ.Qurbanov tərəfindən İddiaçı satılmışdır.
4. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdır ma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1996-cı il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, M.K.Atatürk küçəsindəki 8 nömrəli daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir.
5. İddiaçı ona məxsus daşınmaz əmlakın yaşayış evi kimi qeydiyyata alınması üçün ərizə ilə cavabdehə müraciət etmişdir.
6. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********74 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş, imtinanın əsası kimi qeyd etmişdir ki, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının adına qeydiyyatdan keçmiş mənzil faktiki mövcud deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət ed ərək, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evi kimi qeydiyyata alınmaqla reyestr məlumatlarına düzəliş verilməsi, fərdi yaşayış evinin yerləşdiyi və ətrafında olan torpaq sahəsi (ümumilikdə 440 kv.m) üzrə mülkiyyət hüququnun tanınaraq, bu haqda müvafiq vahid çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 8. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yaşayış evi kimi dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
9. İddi açı tələbini onunla əsaslandırmışdır ki, onun Bakı şəhəri, Nərimanov rayonu, Atatürk küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evi var. Həmin əmlak üzrə mülkiyyət dövlət tərəfindən tanınaraq ona həmin dövrdə olan Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixində Qeydiyyat Vəsiqəsi verilmişdir. Lakin həmin qeydiyyat vəsiqəsində iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi səhv olaraq mənzil kimi qeydə alınmışdır. Bu da mövcud olan vəziyyətə uyğun deyildir. Çünki sözügedən fərdi yaşayış evi torpaq sahəsi ilə möhkəm bağlıdı və ümumilikdə fərdi yaşayış evi 440 kv.m. ölçüdə olan torpaq sahəsində yerləşir. Buna baxmayaraq, qeydiyyat vəsiqəsində (çıxarışda) mənzil kimi qeyd olunmuşdur. Halbuki, həmin daşınma z əmlak fərdi ev hesab edilir və onun ətrafında torpaq sahəsinin sərhədləri də müəyyən olunur. Yaranmış vəziyyətlə əlaqədar iddiaçı ilk növbədə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh xahişini təmin etməmiş və bu haqda xx.xx.2022-ci il tarixli, **********74 nömrəli məktub verilmişdir. Məktubda bir-birilə uyğunlaşmayan məsələlər göstərilmişdir. Halbuki, açıq-aşkar görsənir ki, mənzil kimi qeydiyyata alınan əmlak mənzil deyil. Həmin əmlak öz xüsusiyyətlərinə görə məhz fərdi yaşayış evi hesab olunur. Cavabdehin etirazı:
10. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılan zaman qeydiyyatdan keçmiş mənzilin söküldüyü məlum olmuş və qeydiyyatın ləğvi ilə bağlı ərizə təqdim edilmə mişdir. Bundan başqa faktiki olaraq sökülmüş mənzilin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiy yatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Mütəxəssis rəyi:
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınması qərara alınmış, rəyin aparılması "xxxx" MMC-yə həvalə edilmiş və mütəxəssis qarşısında aşağıdakı sual qoyulmuşdur: ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak fərdi yaşayış evidirmi? 13. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk küçəsi 8 ünvanında yerləşən yaşayış sahəsi faktiki vəziyyəti və texniki göstəricilərinə görə sərbəst bir ti kili olub, tavanı başqa bir tikili və ya yaşayış sahəsi ilə bitişik olmadığından “fəri yaşayış evi”nin əlamətlərini daşıyır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4027/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində yaşayış evi kimi dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənzil çoxmərtəbəli binanın strukturca ayrıca hissəsi olmalıdır. Mübahisə predmeti olan yaşayış sahəsi çoxmənzilli binada yerləşmir. Sözügedən tikili “fərdi müəyyən edilmiş yaşayış evi”dir, “mənzil” deyildir. Lakin cavabdeh tərəfindən hazırkı iddiaçılara tikiliyə dair verilmiş əvvəlki reyestrdən çıxarışda onun növü “mənzil” kimi göstərilmişdir. Odur ki, qüvvədə olan müvafiq qanunvericiliyin müddəaları nəzərə alındıqda, tikiliyə münasibətdə reyestr qeydiyyatında əmlakın növü ilə bağlı düzəliş olunması zəruridir.
16. Həmçinin cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılan zaman qeydiyyatdan keçmiş mənzilin söküldüyü məlum olmuş və qeydiyyatın ləğvi ilə bağlı ərizə təqdim edilməmişdir.
17. Cavabdeh inzibati orqan mübahisə predmeti olan daşınmaz əmlakın sökülməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1996-cı il tarixli Qeydiyyat Vəsiqəsinin olması, həmçinin həmin yaşayış sahəsinin çoxmənzilli binanın strukturca ayrıca sahəsi olmadığından, həmin yaşayış sahəsinin faktiki vəziyyəti və texniki göstəricilərinə görə sərbəst bir tikili və ya yaşayış sahəsi ilə bitişik olmadığından “fərdi yaşayış evi”nin əlamətlərini daşıması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü tarixli, 21(103)-2374/2023 n ömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112) - 4027/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
23. Kassasiya şikayətində iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquq ların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: “Maddə
12. Mənzil hüququnun obyektləri 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. “Maddə
13. Yaşayış sahələrinin növləri 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən iba rət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.... 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.... Maddə 8.Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudla şdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 12.Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” po rtalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 13.Dövlət reyestrinin aparılması... 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.... Maddə 16.Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması bar ədə 48 saat müddətində bildiriş verilməlidir.
27. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlid ir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qər ardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
31. Yuxarıda qeyd olunduğu kimi, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 012719 nömrəli xx.xx.1995-ci il tarixli orderə əsasən Bakı şəhəri, M.K.Atatürk prospekti, 8 saylı ev X1 verilmiş, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 264/7 nömrəli sərəncamına əsasən həmin ev əvəzsiz olaraq şəxsi mülkiyyət kimi İ.Qurbanova verilmişdir.
32. Həmin sərəncamın məzmunundan da göründüyü kimi, Bakı şəhəri, M.K.Atatürk prospekti 8 ünvanındakı daşınmaz əmlak “yaşayış evi” kimi göstərilmiş, məhz evin əvəzsiz mülkiyyətə veri lməsi qərara alınmışdır.
33. Eyni ilə, xx.xx.1996-cı il tarixli “evin alğı-satqı müqaviləsi”ndə də satılan daşınmaz əmlakın mənzil deyil, ev olduğu göstərilmişdir.
34. Mənzil Məcəlləsinin 13-cü maddəsinin yuxarıda qeyd olunan müddəalarına əsasən, qanunverici yaşayış sahələri kimi yaşayış evini və mənzili fərqləndirmişdir. Belə ki, həmin Məcəllənin: - 13.2-ci maddəsinə görə, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir; - 13.3-cü maddəsinə görə, bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.
35. Apellyasiya instansiyası məhkəməsi işin materiallarına, o cümlədən, mütəxəssis rəyinə istinadla haqlı olaraq hesab etmişdir ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk küçəsi 8 ünvanında yerləşən yaşayış sahəsi faktiki vəziyyəti və texniki göstəricilərinə görə sərbəst bir tikili olub, tavanı başqa bir tikili və ya yaşayış sahəsi ilə bitişik olmadığından “fəri yaşayış evi”nin əlamətlərini daşıyır. Qeyd edilən yaşayış sahəsi çoxmənzilli binada yerləşmir. Başqa sözlə, həmin yaşayış sahəsi Mənzil Məcəlləsinin 13.3-cü maddəsinin deyil, yaşayış evinə aid edilən 13.2-ci maddəsinin tələblərinə uyğundur.
36. Belə olan halda, iddiaçının yuxarıda qeyd olunan normalardan irəli gələn hazırkı məzmunda tələb hüqu qu vardır.
37. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və iddianın rədd edilməsinə əsas vermir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2374/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.