Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2788/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbi nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2475/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus əmək kitabçasına və attestata görə, 1 aprel 1959-cu il tarixdə doğulmuşdur. O, 1976 – 1978-ci illərdə texniki peşə məktəbində təhsil almış, 1978 – 1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuş və 1980-ci ilin may ayndan əmək fəaliyyətinə başlamışdır. 30 may 1980-ci il tarixdən 29 iyun 1984-cü il tarixədək Azərbaycan Dövlət Dəmir Yolunun 9 saylı Distansiyasında sürücü – maşinist, 3 dekabr 1984-cü il tarixdən 24 avqust 1992-ci il tarixədək həmin qurumda elektrik montyoru, 31 avqust 1992-ci il tarixdən 19 de kabr 2005-ci il tarixədək "xxxx" QSC-nin 9 nömrəli X2 yol montyoru kimi çalışmışdır. 2. "xxxx" QSC-nin 28 dekabr 2014-cü il tarixli 468 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən 30 may 1980-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək Azərbaycan Dəmir Yolları 9 saylı Yol Distansiyasında yol montyoru vəzifəsində işləmişdir. Bu vəzifədə ümumi iş stajı 12 il 6 ay təsdiq edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarına uyğundur (1200100a – 18540), pensiya hüququna malikdir.
3. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
4. Cavabdeh tərəfindən həmin müraciətə cavab olaraq bildirilmişdir ki, 30 noyabr 1981-cı il tarixli əmək kitabçanızda xx.xx.1992- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin 9 nömrəli X3 yol montyoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində sözügedən müəssisədə işləməyinizə dair faktın öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Bu fakt 9 nömrəli Mincivan yol sahəsinin 6 dekabr 2022-ci il tarixli birgə aktı ilə təsdiq edilmişdir Bu səbəbdən də həmin dövrü əmək stajınıza daxil etmək mümkün olmadığından sizin ümumi iş stajınız 25 ildən az (14 il 2 ay 8 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1984-cü il, 03.1 2.1984xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajınız isə yoxdur. Bundan başqa fərdi hesabınızın sığorta hissəsind ə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat (minimum əmək pensiyasının 280,00 manat olması ilə əlaqədar) hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13139,58 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1 aprel 1959- cu il tarixdə doğulmuşdur. 1 iyun 1976-cı il tarixdən 16 iyul 1978-ci il tarixədək 12 nömrəli Peşə Məktəbində “soyuducu qurğuların mexaniki” ixtisası üzrə təhsil almış, 1976 – 1978-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirmişdir. 30 may 1980-ci il tarixdən 29 iyun 1984-cü il tarixədək Dəmiryol Xidmətinin 9-cu Distansiyasında sürücü-maşinist, 3 dekabr 1984-cü il tarixdən 24 avqust 1992-ci il tarixədək 2-ci dərəcəli elektrik montyoru, 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək X1 3-cü dərəcəli yol montyoru vəzifə lərində çalışmışdır. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda, həmçinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda göstərilmişdir. Qeyd edilənlərə görə iddiaçı hesab olunur ki, onun (iddiaçının) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı ona əmək pensiyası təyinatı ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına mü raciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və bu barədə ona 21 aprel 2022-ci il tarixli məktub ünvanlamışdır. İmtina məktubunda göstərilmişdir ki, onun təqdim etdiyi "xxxx" QSCnin 12 aprel 2022-ci il tarixli A/110 nömrəli arayışında 15 iyul 1997-ci il tarixdən bugünədək sözügedən müəssisənin Yol xidmətində yol montyoru vəzifəsində işlədiyi göstərilmişdir. Həmin yol montyoru vəzifəsi yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. İddiaçı hesab edir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası əsassızdır. İmtina məktubunda həmçinin qeyd edilmişdir ki, onun (iddiaçının) 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək olan dövr ərzində "xxxx" QSC-nin 9 nömrəli X3 yol montyoru vəzifəsində işl əməsi faktı öz əksini tapmamışdır. Lakin bu, iddiaçının iradəsindən aslı olan səbəb deyildir. Əmək kitabçasında onun həmin qurumda sözügedən vəzifədə işləməsi təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (1 yanvar 2006-ci il tarixədək) 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş və 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7, 9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: (2.4.1) şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İddiaçının çalışdığı müəssisədən, yəni "xxxx" QSC-dən 1 2 aprel 2022-ci il tarixli arayışı cavabdehə təqdim etsə də, cavabdeh həmin arayışda göstərilənləri nəzərə almaqdan imtina etmişdir. Həmin arayışda qeyd edilir ki, şəxs güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir, onun xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajı 12 aprel 2022-ci il tarixə 24 il 8 ay 28 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahı 21.5-ci (Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir. Bu, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarında “XXVİİİ Nəqliyyat” bölməsinin 2-ci “Metropolitenlər” bəndində “23002000а a) yalnız gecə vaxtlarında t unellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” kimi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən iş yerindən verilən arayışın nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1088/2024 saylı, 18 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, İddiaçı əmək pensiyası hüququ yarandığı tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlər üzrə 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək olan əmək fəaliyyəti sığorta stajı kimi nəzərə alınmalıdır. Odur ki, iddiaçının 19 dekabr 20 05-ci il tarixədək 27 il 5 aydan artıq ümumi iş stajı, 13 il 3 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajı toplanmış olur. Əmək pensiyaları haqqında qanunvericiliyin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş normalarına görə 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən vəzifələrdə (peşələrdə) iş stajına malik kişilərin 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2475/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, S.Səlimova və M.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Dəmir Yollan" QSC-nin 28 dekabr 2014-cü il tarixli 468 nömrəli arayışı məzmunu etibarilə əmək kitabçasındakı qeydlərlə ziddiyyət təşkil edir və mötəbər hesab oluna bilməz. Belə ki, arayışda İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2005-ci il tarixədək yol montyoru vəzifəsində işlədiyi qeyd olunsa da, əmək kitabçasındakı qeydlərdə xx.xx.1980-ci İİ tarixdən xx.xx.1984-cü il tarixədək sürücü vəzifəsində işləməsi aydın olur. Həmçinin iddiaçı Bakı Apellyasiya Məhkəməsinin baxış iclaslarında 1992-ci il tarixədək sürücü vəzifəsində işlədiyini etiraf etmişdir. Odur ki, iddiaçı əmək kitabçasına əsasən 1984-cü ilədək və ya öz ifadəsinə uyğun olaraq 1992-ci il tarixədək sürücü vəzifəsində işlədiyi halda güzəştli iş stajına dair arayışdakı dövrlər 1980-2005-ci il tarixləri əhatə edə bilməz. Məhkəmə həmin qeyri-mötəbər arayışdakı halları aydınlaşdırmaq üçün əlavə heç bir sübut əldə etməmiş və həmin arayışla kifayətlənmişdir.
14. Həmçinin "Azərbaycan Dəmir Yolları” QSC-nin 28 dekabr 2014-cü il tarixli 468 nömrəli arayışının mötəbərliyi cavabdeh inzibati orqan tərəfindən araşdırılmış və həmin hallar 9 nömrəli Mincivan yol sahəsi ilə 6 dekabr 2022-ci il tarixli birgə aktı ilə öz təsdiqini tapmamışdır. Lakin bu sübut məhkəmə tərəfindən gözardı edilmiş, cavabdehin təqdim etdiyi sübuta münasibət bildirilməmişdir.
15. Arayışda digər uyğunsuzluq isə ondan ibarətdir ki, iddiaçının işlədiyi yol montyoru vəzifəsinin Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarına uyğun olduğu qeyd olunmuşdur. Lakin güzəştli əmək pensiyası hüququ verən vəzifənin 23 yanvar 2007-ci il tarixli Qərara uyğun olması Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulan 57 yaşdan əmək pensiyası hüququnu yaratmır. Həmin maddədə 57 yaşı tamam olmuş kişilərin gü zəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışması əsas götürülüb. Odur ki, məhkəmənin qeyd etdiyi kimi, güzəştli vəzifənin 23 yanvar 2007-ci il tarixli Qərara uyğunlaşdırılması 57 yaşdan əmək pensiyası hüququnun yaranması üçün əsas ola bilməz.
16. Məhkəmə qərarında cavabdeh inzibati orqanın iddiaçının xx.xx.1992-ci il tarixədək olan ümumi iş stajının mübahisələndirilməməsini və sonrakı dövrün staja daxil edilməməsini Zəngilan rayonun işğalı tarixi ilə əlaqələndirməsi tamamilə əsassızdır. Belə ki, əmək kitabçasında olan qeydlərdən iddiaçının xx.xx.1992-ci il tarixdə işdən azad e dildiyi və xx.xx.1992-ci il tarixdə işə qəbul edildiyi aydın olur. Odur ki, mübahisə əsasının Zəngilan rayonunun işğalı ilə əlaqələndirilməsi əsassızdır.
17. Sonuncu ziddiyyət isə ondan ibarətdir ki, təqdim olunan arayışda iddiaçının 1980-2005-ci il tarixlərdə yol montyoru vəzifəsində işlədiyi və həmin dövr üzrə iş fəaliyyətinin güzəştli olması qeyd olunsa da, məhkəmə bu qeydlərlə əmək kitabçasındakı uyğunsuzluqları aydınlaşdırmaq əvəzinə 1992-2005-ci il tarixləri arasındakı dövrü güzəştli iş stajına daxil etmişdir. Halbuki bu uyğunsuzluqlar həmin arayışın qeyri-mötəbər olmasını ehtiva edirdi.
18. Məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokto ranturada və klinik ordinaturada təhsil müddəti. 67-ci maddəsinin 8-ci hissəsi. əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı”.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə ş ikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayə tin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum q almır.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
29. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, "xxxx" QSC-nin 28 dekabr 2014-cü i l tarixli 468 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən 30 may 1980-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək Azərbaycan Dəmir Yolları 9 saylı Yol Distansiyasında yol montyoru vəzifəsində işləmişdir. Bu vəzifədə ümumi iş stajı 12 il 6 ay təsdiq edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarına uyğundur (1200100a – 18540), pensiya hüququna malikdir.
30. Hazırkı iş üzrə cavabdeh iddiaçının 24 avqust 1992-ci il tarixədək olan dövr üzrə hərbi xidmət və əmək fəaliyyəti dövrünü mübahisələndirmir və 14 il 2 ay 8 gün müddəti onun sığorta stajı kimi qəbul edir. Bildirir ki, inzibati icraat çərçivəsində inzibati orqan tərəfindən hazırkı iddiaçının əmək fəaliyyətinin 31 avqust 1992-ci il tarixədək olan dövrünün sığorta stajına dax il edilməklə və həmin tarixdən sonrakı dövr üzrə fəaliyyətin xüsusatlarını mübahisələndirməklə müşayiət olunan fərqli davranışı ziddiyyətlidir. Zəngilan rayonunun (Mincivan qəsəbəsi həmin rayonun ərazisində yerləşir) 29 oktyabr 1993-cü il tarixdə erməni silahlı birləşmələri tərəfindən işğal olunması nəzərə alınsa belə, iddiaçının 31 avqust 1992-ci il tarixdən sonrakı əmək fəaliyyətinin 1 il 2 ay hissəsi məhz həmin məlum hadisədən (işğal tarixindən) əvvəlki dövrə təsadüf edir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəlləri və digər sənədlərin aşkar edilməməsinə görə baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.
32. Həmçinin qeyd edilməlidir ki, cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasın dakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür.
33. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən bunun təkzibi ilə bağlı tutarlı arqument və sübutlar təqdim edilmədiyindən, iddiaçının əmək kitabçasındakı qeydlər üzrə 31 avqust 1992-ci il tarixdən 19 dekabr 2005-ci il tarixədək olan əmək fəaliyyəti sığorta stajı kimi nəzərə alınmalıdır. Odur ki, iddiaçının 19 dekabr 2005-ci il tarixədək 27 il 5 aydan artıq ümumi iş stajı, 13 il 3 aydan artıq güzəştli şərtərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajı toplanmış olur.
34. Həmçinin qeyd edilmişdir ki, Əmək pensiyaları haqqında qanunvericiliyin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş normalarına görə 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən vəzifələrdə (peşələrdə) iş stajına malik kişilərin 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır.
35. Beləliklə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq bildirir ki, İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın yaranması üzrə yuxarıda sadalanan bütün şərtlər – 57 yaşın tamam olması, 25 ildən artıq ümum i staj, 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə stajın toplanması şərtləri ödənilir.
36. Həmçinin məhkəmə kollegiyası iddiaçının işlədiyi vəzifələrin güzəştli peşə olması ilə bağlı qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiy i funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın “XXİ. Nəqliyyat” bölməsinin “1. Dəmir yolu nəqliyyatı və metropoliten” bəndində “etil mayesi olan çənlərin təmiri ilə məşğul olan hərəkətli tərkib in təmiri üzrə çilingərlər” və “çənlərin təmiri, doldurulması və klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingərlər” 1200100a – 18540 kodu ilə nəzərdə tutulmuşdur. Həmin qərarla təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “XXVİİİ. Nəqliyyat” bölməsinin “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndində “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları” 12001000 – 19825 kodu ilə nəzərdə tutulmuşdur.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmiş və həmin Siyahının “21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndində magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik montyorları, elektrik mexanikləri, yol montyorları nəzərdə tutulmuşdur.
39. Beləliklə, məhkəmə kollegiyası şikayətdə qeyd edilən dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təm in edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2475/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.