Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-279/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı2, iddiaçıların nümayəndəsi və vəkili Vəkil, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X17, üçüncü şəxs “xxxx” MMC-nin vəkili X11 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 (bundan sonra iddiaçılar) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs “xxxx” MMC) “evin qanunsuz ola raq sökülməsi nəticəsində həmin ərazidə evlə təmin olunması, dəymiş zərərin ödənilməsi, cavabdehin müvafiq vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin əlamətləri olduğuna görə cinayət işinin başlanması üçün prokurora xəbər verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-1707/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qərarından iddiaçıların verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri, Nərimanov rayonu, N.Rəfibəyli küçəsindəki 63 saylı fərdi yaşayış evi İddiaçı1, İddiaçı2 (iddiaçılar) və başqalarının adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş, bu barədə 11 iyul 2002-ci il ta rixli qeydiyyat vəsiqəsi verilmişdir. Texniki Pasporta əsasən ünvan 1 ünvanındakı yaşayış evinin ümumi sahəsi 636,3 kv.m təşkil edir. Hazırda ünvan Bakı şəhəri, M.Sənani küçəsi 63 adlanır. Cavabdeh başçısının 240 nömrəli 01.08.2016-cı il tarixli sərəncamında qeyd edilmişdir ki, rayonun Mirəli Qaşqay, Möhsün Sənani və C.Hacıbəyli küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Mirəli Qaşqay və Möhsün Sənani küçələrinin kəsişməsində 2,2 ha torpaq sahəsi “xxxx” MMC-nin daimi istifadəsinə verilsin, ayrılmış torpaq sahəsinə “xxxx” MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində rayon İcra Hakimiyyəti ilə razılaşdırı lsın, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması “xxxx” MMC-yə tapşırılsın, ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi Rayon İcra Hakimiyyəti və əlaqədar təşkilatlarla razılaşdırmaqla “xxxx” MMC-nin vəsaiti hesabına həyata keçirilsin, rayonun Möhsün Sənani küçəsi 59, 61, 63, 65, 67 və Mirəli Qaşqay küçəsi 86 saylı ünvanlarda yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsünlər, Azərbaycan Resp ublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Möhsün Sənani küçəsi 59, 61, 63, 65 və C.Hacıbəyli küçəsi 91/93 saylı ünvanlarda yerləşən yaşayış binaları sökülsün, sərəncamın İ və İİ bəndlərinin tələbləri “xxxx” MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Rayon İcra Hakimiyyətinə müraciət edilsin. Bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır. Cavabdeh tərəfindən Möhsün Sənani küçəsi 63 və 65 nömrəli binaların sakinlərinə ünvanlanmış 406 nömrəli 23.12.2016-cı il tarixli bildirişin surətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə Tədbirlər barədə” qərarının icrası ilə əlaqədar 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə, istismar müddətini keçmiş, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının və qeyri yaşayış sahələrinin sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Rayon İcra Hakimiyyətinə tapşır ılmışdır. Bununla bağlı, mənzillərinizin yerləşdiyi ərazidə tikinti işlərinin aparılması üçün Cavabdeh başçısının 01.08.2016-cı il tarixli, 240 №-lı Sərəncamı ilə “xxxx” MMC-yə icazə verilmişdir. Qeyd etmək istəyirik ki, 1910-cu ildə inşa edilmiş, istismar müddəti bitmiş, bır mərtəbəli, məhdud kommunal şəraitli evlərinizin texniki vəziyyətini müəyyən etmək üçün Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların mütəxəssisləri tərəfindən ümumi həyət tipli evlərinizə texniki baxış keçirilmiş və heç bir antiseysmik və şəhərsalma tələbləri nəzərə alınmadan çox primitiv şəkildə inşa edilmiş evlərinizin yükdaşıyan konstruksiyalarının bəzi yerlərdə qəzalı, mühəndiskommunikasiya xətlərinin bərbad, bəzək işlərinin olduqca aşağı səviyyədə olması memarlıq və tarixi abidə baxımından heç bir ə həmiyyət kəsb etmədiyi, həmçinin müasir standartlara cavab verməyərək, şəhərin gözəlliyini pozduğu səbəbindən mövcud qaydalara uyğun olaraq, evlərinizin sökülməsi məqsədəuyğun hesab edilmiş və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin 08.08.2016-cı il tarixli, 34/07247 №-li tapşırığının icrası ilə bağlı 09.09.2016-cı il tarixli Akt tərtib edilmişdir. Mütəxəssislərin rəsmi rəyinə əsasən ailə üzvlərinizin təhlükəsizliyinin təmin olunması üçün Sizlər təcili evlərinizdən köçürülməli, evlərə daxıl olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, evlərin ətrafı çəpərlənməli, mənzillərə giriş məhdudlaşdırılmalı və digər zəruri tədbirlər həyata keçirilməlidir. Nəzərinizə çatdırırıq ki, “xxxx” MMC ilə razılaşma əsasında yaşadığınız mənzillərin müqabilində şirkət tərəfindən yen i inşa olunacaq binada mövcud ölçülərdən artıq (20%) tam təmirli mənzillər veriləcək və həmin müddət ərzində kirayə haqları ilə təmin olunacaqsınız. Bu tədbirlərin bütövlükdə həyata keçirilməsinə tərəfimizdən nəzarət təmin olunacaqdır. Yuxarıda göstərilənləri, inşaat meydançasının hüdudları daxilinə düşən evlərin əksəriyyətinin sökülərək, sakinlərinin köçürüldüyünü diqqətinizə çatdırır və ailənizə təklif olunacaq yeni mənzillərin mərtəbəsi, giriş nömrəsi, yerləşmə vəziyyəti və sair, müvafiq müqavilə üzrə nəzərdə tutulmuş seçim hüquqlarınızdan yararlanaraq, 3 (üç) gün müddətində mənzilinizin boşaldılması Sizə tövsiyə olunur. Əks halda qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər inzibati qaydada həyata keçiriləcəkdir. Cavabdeh tərəfindən Möhsün Sənani küçəsi 63 və 65 nömrəli binaların saki nlərinə 09.01.2017-cı il tarixdə eyni məzmunlu bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi tərəfindən “xxxx” MMC-yə və Möhsün Sənani küçəsi 63 və 65 nömrəli binaların sakinlərinə ünvanlanmış 37/36-00635 nömrəli 15.02.2017-ci il tarixli məktubun surətində qeyd edilmişdir ki, Sizin MMC tərəfindən Nərimanov rayonu, Möhsün Sənani, M.Qaşqay və C. Hacıbəyli küçələrinin kəsişməsində 16 mərtəbəli yaşayış binasının tikintisi zamanı təhlükəsizlik qaydalarına riayət olunmaması barədə Nərimanov rayonu, Möhsün Sənani küçəsi 63 və 65 saylı evin sakinləri tərəfindən Fövqəladə Hallar Nazirliyinə edilən müraciət mütəxəssislər tərəfindən araşdırılmışdır. Araşdırma zamanı şikayətçilərin müraciətdə qeyd etdikləri faktlar təsdiqini tapmışdır. Bununla bağlı tikintidə təhlükəsizlik qaydalarına riayət edilməsi və ətrafda yaşayan insanların narahatlığına səbəb olan halların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi sizə tapşırılır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(82)-944/2017 saylı, 17 mart 2017-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı2, İddiaçı1, X12, X13, X6, X2 və X1 cavabdeh Bakı şəhəri, Cavabdehnə qarşı 01.08.2016-cı il tarixli sərəncamın M.Sənani küçəsi, 63 və 65 ünvanlarında yerləşən yaşayış binalarına aid hissədə ləğv edilməsi barədə iddia rədd edilmişdir. İddiaçı2 Bakı şəhəri Cavabdehnə ünvanlanmış ərizəsindən görünür ki, ünvan 4razisində ev ilə təmin edilməsini və mülkiyyət hüquqlarının pozulmasına görə ona vurulmuş mənəvi zərərə görə 50000 manat məbləğində pul vəsaiti ödənil məsini xahiş etmişdir. Cavabdeh tərəfindən İddiaçı2 ünvanlanmış 23.11.2017-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarının icrası ilə əlaqədar 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə, istismar müddətini keçmiş, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının və qeyri yaşayış sahələrinin sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinin ərazilərindən istifadə e dilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Bununla bağlı, mənzillərin yerləşdiyi ərazidə tikinti işlərinin aparılması üçün Cavabdeh başçısının 01.08.2016-cı il tarixli, 240 №-li sərəncamı ilə “xxxx” MMC-yə icazə verilmişdir. 1910-cu ildə inşa edilmiş, istismar müddəti bitmiş, bir mərtəbəli, məhdud kommunal şəraitli evlərinizin texniki vəziyyətini müəyyən etmək üçün Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların mütəxəssisləri tərəfindən ümumi həyət tipli evlərinizə texniki baxış keçirilmiş və heç bir antiseysmik və şəhərsalma tələbləri nəzərə alınmadan çox primitiv şəkildə inşa edilmiş evlərinizin yükdaşıyan konstruksiyalarının bəzi yerlərdə qəzalı, mühəndis-kommunikasiya xətlərinin bərbad, bə zək işlərinin olduqca aşağı səviyyədə olması, memarlıq və tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmədiyi, həmçinin müasir standartlara cavab verməyərək, şəhərin gözəlliyini pozduğu səbəbindən mövcud qaydalara uyğun olaraq, evlərinizin sökülməsi məqsədəuyğun hesab edilmiş və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin 08.08.2016-cı il tarixli, 34/07247 №-li tapşırığının icrası ilə bağlı 09.09.2016-cı il tarixli akt tərtib edilmişdir. Mütəxəssislərin rəsmi rəyinə əsasən ailə üzvlərinizin təhlükəsizliyinin təmin olunması üçün Sizlər təcili evlərinizdən köçürülməli, evlərə daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı, evlərin ətrafı çəpərlənməli, mənzillərə giriş məhdudlaşdırılmalı və digər zəruri tədbirlər həyata keçirilməlidir. Nəzərinizə çatdırırıq ki, “xxxx” MMC ilə razılaşma əsasında yaşadığınız mənzillərin müqabilində şirkət tərəfindən yeni inşa olunacaq binada mövcud ölçülərdən artıq (20%) tam təmirli mənzillər veriləcək və həmin müddət ərzində kirayə haqları ilə təmin olunacaqsınız. Bu tədbirlərin bütövlükdə həyata keçirilməsinə tərəfimizdən nəzarət təmin olunur. Yuxarıda göstərilənləri, inşaat meydançasının hüdudları daxilinə düşən evlərin əksəriyyətinin sökülərək, sakinlərinin köçürüldüyünü diqqətinizə çatdırır və ailənizə təklif olunacaq yeni mənzillərin mərtəbəsi, giriş nömrəsi, yerləşmə vəziyyəti və sair, müvafiq müqavilə üzrə nəzərdə tutulmuş seçim hüquqlarınızdan yararlanaraq, mənzillərinizin boşaldılması Sizə tövsiyə olunmuş və əks halda qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin inzibati qaydada həyata keçirilməsi barə də rəsmi surətdə bildirişlər verilmişdir. Lakin bir neçə mənzilin sakinləri, o cümlədən, ailələrinizin üzvləri tərəfindən qeyri-real kompensasiyaların verilməsi tələb olunmuş və icrası mümkün olmayan şərtlər irəli sürülmüşdür. Göstərilənləri nəzərə alaraq, Dövlət Proqramının tərkib hissəsi olan normativ hüquqi və inzibati Aktların icrasının təmin olunması və həmin ərazidən köçürülmüş digər şəxslərin hüquqlarının pozulmasına yol verilməməsi məqsədilə, Cavabdeh tərəfindən qaldırılmış iddiaya əsasən bu mübahisəli məsələyə məhkəmə orqanlarında baxılmış və Nərimanov Rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli, 2(005)-1363/2017 №-li və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29.08.2017-ci il tarixli, 2(103)-5474/2017 №-li qətnamələrinə əsasən tələbiniz əsassız hesab edilməklə, məhz ya şayış şəraitinizin və rayonun ümumi memarlıq görkəminin yaxşılaşdırılmasına yönəldilən bu tədbirlər çərçivəsində istifadənizdə olan tikililərin sökülməsi və “tələb-təklif mütənasibliyi” saxlanılmaqla, mövcud yaşayış sahələrinizin (mənzillərinizin) qanuni sahəsinə 20-25% əlavə edilərək “xxxx” MMC-nin vəsaiti hesabına inşa ediləcək binada yeni mənzil sahəsi ilə təmin olunmağınız barədə qətnamələr qəbul edilmişdir. Yuxarıda göstərilənləri və əldə etdiyimiz məlumata əsasən müvəqqəti kirayəşin olan şəxsə məxsus ev əşyalarının təyin edilən ünvana podratçı şirkətin əməkdaşları tərəfindən daşındığını diqqətinizə çatdırır və əlavə olaraq bildiririk ki, bu və ya digər mübahisəli məsələlərlə əlaqədar olaraq mülki iş üzrə növbəti mərhələ məhkəmə instansiyalarına müraciət edə bilərsiniz. İddiaçı1 Bakı şəhəri Cavabdehnə ünvanlanmış ərizəsindən görünür ki, ünvan 4razisində ev ilə təmin edilməsini və mülkiyyət hüquqlarının pozulmasına görə ona vurulmuş maddi ziyana (evində olan pul vəsaitləri və qızıllar) görə 120.000 manat, mənəvi zərərə görə 50.000 manat ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən İddiaçı1 iddiaçı İ. Abdurəhmanova göndərilən məzmunda 7138-071 nömrəli 13.11.2017-ci il tarixli məktubla cavab verilmişdir. İddiaçılar 10 yanvar 2018-ci il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, M.Sənani küçəsi 63 saylı evin qanunsuz olaraq sökülməsi nəticəsində İddiaçı2 həmin ərazidə yaşayış evi ilə təmin edilməsi, mülkiyyət hüquqlarının pozulmasına görə ona vurulmuş mənəvi zərərə görə 50000 manat məbləğində p ul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması, Bakı şəhəri, M.Sənani küçəsi 63 saylı evin qanunsuz olaraq sökülməsi nəticəsində İddiaçı1 həmin ərazidə yaşayış evi ilə təmin edilməsi, mülkiyyət hüquqlarının pozulmasına görə ona vurulmuş maddi ziyana görə 120000 manat, mənəvi zərərə görə 50000 manat məbləğində pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehin müvafiq vəzifəli şəxslərinin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olduğuna görə onların bu əməllərinə lazımi hüquqi qiymət verilərək cinayət işinin başlanması üçün prokurora xəbər verilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hak im X3, 2-1(82)-1055/2018 saylı iş) 4 aprel 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 aprel 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X14-məruzəçi, X18 və X15, 2-1(103)-1707/2018 saylı iş) 19 sentyabr 2018-ci il tarixli qərarla iddiaçıların apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçılar 8 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə kollegiyası öz qərarını onunla əsaslandırmışdır ki “Cavabdehin Azərbaycan Respublikası Prezident Administras iyasının Ərazi-X5 ünvanlanmış 15.08.2018-ci il tarixli məktubunda (məktub məhz hazırkı iş apellyasiyanın icraatında olan zaman göndərilmişdir (İddiaçı2 məxsus 50 kvm yaşayış sahəsinin müqabilində Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə bu tip müqavilələr üçün müəyyən edilmiş 20% artıq yaşayış sahəsi, yəni 60 kvm yaşayış sahəsi ayrılmalı olmasına baxmayaraq mənzil şəraitini nəzərə alaraq ona 98 kvm (96% artıq) tam təmirli yaşayış sahəsi, G. Əlizadəyə məxsus 39,5 kv.m yaşayış sahəsinin müqabilində ona 78,2 kv.m (100% artıq) tam təmirli yaşayış sahəsi təklif edilmişdir. Bu gün də həmin təklif qüvvədədir”. Halbuki, belə bir təklif iddiaçılara edilməmiş və bu barədə məhkəməyə bildirilmişdir. Cavabdehin təqdim etdiyi məktubun tarixindən “15.08.2018-ci il” görünür ki məktub apellyasiya şikayət inin apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra göndərilmişdir və bu məktubda göstərilənlər sökülmənin qanuni olduğuna dair heç bir əsas vermir. Məhkəmənin qeyd etdiyi guya iddiaçılara əlverişli təklifin edilməsi əsassız və həqiqətə uyğun deyil. Bununla bağlı cavabdeh məhkəməyə heç bir təsdiqedici sübutlar təqdim etmədən məhkəmə əsassız olaraq bu nəticəyə gəlmişdir. Həm apellyasiya məhkəmə kollegiyasının qərarı həm birinci instansiya məhkəməsinin qərarı - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 yanvar 2018-ci il tarixli, 2-1(103)-366/2018 saylı qərarına və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2017-ci il tarixli, 2(103)-5474/2017 saylı qətnaməsinə istinad edərək əsassız nəticəyə gəlmişdir. İddiaçıların mülkiyyətlərində olan ev lər 09.10.2017-ci il tarixdə qanunsuz sökülmüş, evdən çıxarılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2017-ci il tarixli, 2( 103)-5474/2017 saylı qətnaməsi isə 1 fevral 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bu fakt sübut edir ki, hələ qətnamə icraya göndərilmədən cavabdeh və üçüncü şəxsin nümayəndələri özbaşına olaraq iddiaçıların evlərini sökmüşlər. Məhkəmə kollegiyası bu faktları ümumiyyətlə araşdırmamış və iddiaçılar tərəfindən bu məsələyə toxunduqda hakim dərhal iddiaçıların sözünü kəsərək digər tərəfi dinləmiş və onlara yönəldici suallar vermişdir. Həmçinin, iddiaçıların nümayəndəsinin də sözünü başa çatdırmasına imkan verməmiş və bu qeyd olunan hallar “tərəflərin bərabərliyi prinsipinin pozulduğunu” təsdiq edir. Məhkəmə kollegiyasına bildiril mişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2017-ci il tarixli qətnaməsinin icrası mümkün deyil, iddiaçıların evlərinin hələ qətnamə qüvvəyə minmədən sökülməsi həmin qətnamənin icra olunmasını mümkünsüz edir. Həmin qətnamənin icra olunması ilə bağlı vəkil sorğusu göndərilmişdir. Nərimanov rayon İcra və Probasiya şöbəsinin 01.11.2018-ci il tarixli məktubunda bildirilmişdir ki, “icra sənədi üzrə tələbkar Cavabdeh 268 saylı məktubuna əsasən icra sənədi borclular İddiaçı2 və İddiaçı1 hissəsində təmin edilmiş, mübahisəli ərazidə onlara məxsus qəzalı vəziyyətdə olan yaşayış sahələri (mənzilləri) sökülmüş və həmin sakinlərə köçürülmə ilə əlaqədar aylıq müavinətlər verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər. Qeyd edilənlər Cavabdeh 08.10.2018-ci il tarixli 26 8 saylı məktubunda öz əksini tapmışdır. Cavabdeh həqiqətə uyğun olmayan yalan məlumatları icra orqanına təqdim etmişdir. Çünki, iddiaçılara köçürülmə ilə əlaqədar heç bir aylıq müavinət verilməmiş və müvəqqəti yaşayış sahələrinə köçürülməmişlər. Əksinə qanunsuz evlərini sökmüşlər və evlərin sakinləri ilə heç maraqlanmamışlar. Məhkəmə kollegiyası bu faktları araşdırmamış və cavabdehdən iddiaçılara evlərin təmin edilməsi ilə bağlı hər hansı təsdiqedici sübutları tələb etməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası artıq digər məhkəmələrdə araşdırılmış və qiymət verilmiş halları yenidən araşdırır və qiymət verir. Halbuki, iddianın predmeti – “məhkəmə qərarı olmadan özbaşına olaraq mənzillərin qanunsuz sökülməsi” daha sonra evlə təmin edilməsi və dəymiş ziyanın ödənilməsi”dir, məhkəmə kollegi yası isə iddiaçıların əsl tələblərini araşdırmamış və tamamilə əsassız olaraq digər qərarlara istinad etmişdir. Hazırki iş üzrə ilk növbədə - “mənzillərin sökülməsi faktlarının qanuni və ya qanunsuz olması barədə araşdırmanın aparılmasıdır”. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi kimi iddiaçıların tələblərini araşdırmamış və iddia tələblərindən kənara çıxaraq əvvəlki məhkəmə qərarları ilə araşdırılmış məsələlərini yenidən araşdırır. Apellyasiya məhkəməsinə təkrarən vəsatət verilmişdir ki, işə əlavə edilən disklərə baxış keçirilsin. Lakin, məhkəmə kollegiyası ümumiyyətlə həmin vəsatət barədə heç bir münasibət bildirməmiş və iddiaçılar bu barədə təkrarən məhkəmə baxışında xahiş etdikdə hakim dərhal iddiaçıların sözlərini kəsərək cavabdehə izahatın verilməsini təklif etmişdir. İş üzrə təsdiq olunur ki, iddiaçıların evləri sökülərkən heç bir məhkəmə qərarı olmamış və bu gün də mülkiyyətlərinin sökülməsinə dair hər hansı məhkəmə qərarları mövcud deyil. tərəflərin izahatları: İddiaçıların vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə kollegiyasının iclasında iddia ərizəsinə və kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmiş, bildirmişdir ki, iddiaçılara yaşadıqları mənzillərin müqabilində şirkət tərəfindən yeni inşa olunacaq binada mövcud ölçülərdən artıq (20%) tam təmirli mənzillərin verilməsi və həmin müddət ərzində kirayə haqları ilə təmin olunmaları təklif edilmiş, iddiaçılar bununla razılaşmamışlar, bugünə kimi də onlara ayrılmış kirayə haqlarını almaqdan imtina edirlər. İddiaçılara edilmiş təklif bu gün də qüvvədədir, yəni onlar istədikləri vaxt gəlib, yeni inşa olunacaq binada mövcud ölçülərdən artıq ölçüdə mənzillə və bu müddət ərzində kirayə haqları ilə təmin olunmaları barədə şirkətlə müqavilə bağlaya bilərlər. İddiaçılara daha əlverişli təklif mülkiyyətlərində olan sahədən 96-100% artıq genişlikdə tam təmirli mənzilin verilməsi təklif edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmiş, iddiaçılara edilən təklifin hazırda qüvvədə olduğunu bildirmişdir. əsaslandırma hissəsi: İddiaçıların kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçılar mülkiyyətlərində olan fərdi yaşayış evlərinin qanunsuz sökülməsi nəticəsində onların həmin ərazidə yaşayış evi ilə təmin edilməsini, ikinci iddiaçı əlavə olaraq 120.000 manat maddi ziyan, hər ikisinə mənəvi ziyan ödənilməsini və qanunsuz hərəkətlərə görə cinayət işi başlanması üçün xüsusi qərar qəbul edilməsini x ahiş edirlər. Mübahisə ilə bağlı məhkəmələr yuxarıda qeyd edilən qərarları qəbul etmişdir. İşdə olan sənədlərlə iddiaçıların mülkiyyətlərində yaşayış evinin olması, yaşayış evinin ünvan 5 ünvanda yerləşməsi mübahisə doğurmur. Mülkiyyət hüquqlarının 11 iyul 2002-ci ildə qeydə alınmış qeydiyyat vəsiqəsində mənzilin 21 otaq, yaşayış sahəsinin 308,47 kv.m, ümumi sahənin 420,49 kv.m, İddiaçı2 payının 1/12 hissə, İddiaçı1 payının 69,35 kv.m olması qeyd edilmişdir. Həmçinin, texniki pasporta görə mənzil 1926, 1936-cı illərdə inşa edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublik asının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarında qeyd etmişdir ki:
1. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiy yəti, Bakı şəhəri Cavabdeh, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyəti və Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər:1.1. mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfəri n yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini;1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadə sində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını;1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını;1.4. tikintiyə başlamazdan əvvəl tikintiyə icazə verilərkən, tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğuna, həmçinin şəhərsalma norma və qaydalarına, tikilən binaların mərtəbəliliyinə və tikinti aparılacaq ərazinin tikinti sıxlığı normalarına, yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına əməl olunmasına ciddi nəzarət edilməsini, eyni zamanda ərazidə sosial təyinatlı obyektlər mövcud olduqda, həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin təmin edilməsini... Cavabdeh Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına istinadənmübahisə ilə bağlı məzmunu bu qərarın təsviri hissəsində əks edilən 240 nömrəli 01.08.2016-cı il tarixli sərəncam vermişdir. Sərəncamda qeyd edilmişdir ki, rayonun Mirəli Qaşqay, Möhsün Sənani və C.Hacıbəyli küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məq sədilə, rayonun Mirəli Qaşqay və Möhsün Sənani küçələrinin kəsişməsində 2,2 ha torpaq sahəsi “xxxx” MMC-nin daimi istifadəsinə verilsin; ayrılmış torpaq sahəsinə “xxxx” MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilsin; ərazinin və obyektin memarlıq-planlaşdırma həlli layihələndirmə ərəfəsində rayon İcra Hakimiyyəti ilə razılaşdırılsın; tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması “xxxx” MMC-yə tapşırılsın; ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi Rayon İcra Hakimiyyəti və əlaqədar təşkilatlarla razılaşdırmaqla “xxxx” MMCnin vəsaiti hesabına həyata keçirilsin; rayonun Möhsün Sənani küçəsi 59, 61, 63, 65, 67 və Mirəli Qaşqay küçəsi 86 saylı ünvanlarda yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülsünlər; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Möhsün Sənani küçəsi 59, 61, 63, 65 və C.Hacıbəyli küçəsi 91/93 saylı ünvanlarda yerləşən yaşayış binaları sökülsün; sərəncamın İ və İİ bəndlərinin tələbləri “xxxx” MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilmə si və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Rayon İcra Hakimiyyətimə müraciət edilsin. Bu sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır. Cavabdehin bu sərəncamını iddiaçılar inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmiş, qanuni qüvvəyə minmiş 17 mart 2017-ci il tarixli məhkəmə qərarı ilə sərəncamın ləğvinə dair iddia təmin edilməmişdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Möhsün Sənani küçəsi 59, 61, 63, 65 və C.Hacıbəyli küçəsi 91/93 saylı ünvanlarda yerləşən yaşayış binalarının sökülməsi qərara alınmışdır. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Sərəncamın ləğvi tələbi barədə tərəflərin iştirakı ilə ayrıca məhkəmə icraatında qəbul edilmiş yekun məhkəmə qərarı ilə mübahisə həllini tapmışdır və sərəncamın qanuniliyi yenidən mübahisə edilə bilməz. Bundan başqa, qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)5474/2017 saylı, 29 avqust 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Bakı şəhəri, Cavabdeh X7 və digərlərinə (hazırkı işdə olan iddiaçılar bu işdə cavabdeh qismində cəlb edilmişlər) qarşı yaşayış sahəsi verilməklə yaşayış sahəsindən çıxarılma və qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddianın təmin edildiyi Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)-1363/2017 saylı, 03 mart 2017-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin qətnaməsi M.Sənani küçəsindəki 63, 65 və 65A saylı mənzillərin sökülməsi hissəsində dəyişdirilərək, həmin ünvanda cavabdehlərin istifadələrində olan əlavə tikililərin sökülməsi olması müəyyən edilmişdir Qətnamədə qeyd olunmuşdur ki, ünvan 6 ünvanda yerləşən mənzillərin qəzalı olması barədə Fövqəladə Hallar Nazirliyi, Tikintidə X4 Agentliyi “Azərdövlətlayihə” Dövlət Layihə İnstitutu tərəfindən 9 sentyabr 2016-cı il tarixli akt tərtib edilmişdir. Həmin aktın tələblərinə uyğun olaraq binanın kommunikasiya xətləri kəsilməli, bina hasarlanmalı və giriş məhdudlaşdırılmalıdır. Həmin mənzillərin istismarı binanın sakinləri, ətraf evlərdə yaşayan və işləyən insanlar üçün həyati təhlükə yaratdığı üçün qəzalı mənzildə yaşayan 60 mənzilin sakinləri yerində evlə təmin edi lməyə dair razılıq əsasında köçürülmüşdür. ünvan 7 ünvanda yerləşən mənzillərin yaşayan sakinlərin köçürülərək binaların sökülməsi və yeni yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında Nərimanov RİH-nin başçısı müvafiq sərəncam imzalamışdır. Mənzillərin qəzalı vəziyyətdə olub-olmamasının aydınlaşdırılması üçün apellyasiya icraatı zamanı ekspertiza təyin olunmuş və həmin rəylə ünvan 8 ünvanda yerləşən cavabdehlərin mülkiyyətində olan mənzillərin qəzalı vəziyyətdə olmaqla mövcud şəhərsalma normalarına uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, cavabdehlərin mənzillərinin əvəzi olaraq sökülən mənzillərinin sahəsindən 20%-25%-dən artıq sahəsi olan orta təmirli mənzillərlə təmin edilməsi və cavabdehlərin həmin ünvanda tikiləcək yeni binalarda mənzil lərlə təmin edilənədək yaxın ərazidə müvəqqəti kirayə qalmalarına görə hər mənzil üçün 300-500 manat kirayə haqqının ödənilməsi təklifi cavabdehlərin mənzil şəraitlərinin yaxşılaşdırılmasına yönəlmişdir. Digər tərəfdən, qəzalı vəziyyətdə olan binadan və qəzalı binanın ətrafında (bitişik) yerləşən mənzillərdən cavabdehlərin köçürülməsi mənzil sahiblərinin sağlamlığına, həyatına və əmlakına zərər vurulması təhlükəsini aradan qaldırır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər faktiki olaraq mülkiyyətlərində olan evlərə münasibətdə həmin ərazidə olan hazır, təmirli mənzillər verilməsini tələb edirlər. İddiaçı və cavabdeh “xxxx” MMC arasında bağlanmış müqavilənin hər hansı şərtində sökülməli olan mənzillərə görə mülkiyyətçilərə sökülmə ilə eyni vaxtda hazır mənzil verilməsi razılaşdırı lmamışdır. Digər tərəfdən, həmin müqavilə ilə cavabdehlərə söküləcək mənzillərin əvəzləşdirilməsi qaydası müəyyən edilmiş və cavabdeh “xxxx” MMC faktiki olaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinin həddində məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, mübahisəli ünvanlarda yerləşən digər mülkiyyətçilərin də mənzilləri sökülmüş və onlar müxtəlif ünvanlara köçürülmüşdür. Belə olan halda hazırkı iş üzrə cavabdehlərin hərəkətləri onların həm özləri, həm də mübahisəli ünvanda olan mənzilləri artıq sökülmüş digər mülkiyyətçiləri məhrumiyyətlərə məruz qoyur. İddiaçılar hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5474/2017 saylı, 29 avqust 2017-ci il tarixli qətnaməsində onların mülkiyyətində olan yaşayış evlərinin deyil, özbaşına tikililərin sökülməsi qeyd edildiyindən, onların mən zillərinin sökülməsi barədə cavabdehin hərəkəti qanunsuz olmamışdır. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, mənzillərin sökülməsi cavabdehin 240 nömrəli 01.08.2016-cı il tarixli sərəncamında əksini tapmışdır və hazırda sərəncam qüvvədə olmaqla ləğv edilməmiş, qüvvəsini itirməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilə nə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2-ci maddə). Sökülmə ilə bağlı cavabdehin sərəncamı qüvvədə olduğundan və hüquqi cəhətdən etibarlı sayıldığından şikayətin dəlilləri əsaslı sayıla bilməz. Cavabdeh iddiaçılara ünvanladığı müvafiq olaraq 23 noyabr 2017-ci və 13 noyabr 2017-ci il tarixli məktublarında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li “Bakı şəhəri Nərimanov rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarının icrası ilə əlaqədar 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə, istismar müddətini keçmiş, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının və q eyri yaşayış sahələrinin sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün nəzərdə tutulan yaşayış və qeyri-yaşayış sahələrinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Bununla bağlı, mənzillərin yerləşdiyi ərazidə tikinti işlərinin aparılması üçün Cavabdeh başçısının 01.08.2016-cı il tarixli, 240 №-li sərəncamı ilə “xxxx” MMC-yə icazə verilmişdir. İnşa edilmiş evlərin istismar müddəti bitmiş, bir mərtəbəli, məhdud kommunal şəraitli evlərinizin texniki vəziyyətini müəyyən etmək üçün Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların mütəxəssisləri tərəfindən ümumi həyət tipli evlərin izə texniki baxış keçirilmiş və heç bir antiseysmik və şəhərsalma tələbləri nəzərə alınmadan çox primitiv şəkildə inşa edilmiş evlərinizin yükdaşıyan konstruksiyalarının bəzi yerlərdə qəzalı, mühəndiskommunikasiya xətlərinin bərbad, bəzək işlərinin olduqca aşağı səviyyədə olması, memarlıq və tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmədiyi, həmçinin müasir standartlara cavab verməyərək, şəhərin gözəlliyini pozduğu səbəbindən mövcud qaydalara uyğun olaraq, evlərinizin sökülməsi məqsədəuyğun hesab edilmişdir. “xxxx” MMC ilə razılaşma əsasında yaşadığınız mənzillərin müqabilində şirkət tərəfindən yeni inşa olunacaq binada mövcud ölçülərdən artıq (20%) tam təmirli mənzillər veriləcək və həmin müddət ərzində kirayə haqları ilə təmin olunacaqsınız. Cavabdeh həmçinin Azərbaycan Respublikas ı Prezidenti Administrasiyasının ƏraziX5 ünvanlanmış 15.08.2018-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı2 məxsus 50 kv.m yaşayış sahəsinin müqabilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə bu tip müqavilələr üçün müəyyən edilmiş 20% artıq yaşayış sahəsi, yəni 60 kv.m yaşayış sahəsi ayrılmalı olmasına baxmayaraq mənzil şəraitini nəzərə alaraq ona 98 kv.m (96 % artıq) tam təmirli yaşayış sahəsi, İddiaçı1 məxsus 39,5 kv.m yaşayış sahəsinin müqabilində ona 78,2 kv.m (100% artıq) tam təmirli yaşayış sahəsi təklif edilmişdir. Bu gün də həmin təklif qüvvədədir. İşin sadalanan hallarından göründüyü kimi mübahisəli ərazidə mənzillərin sökülməsi ilə bağlı digər sakinlərin əvəz olaraqyeni binalarda əvvəlki mənzillərinin sahəsindən 20% artıq sahəsi olan orta təmir li mənzillərlə təmin edilməsi, eləcə də yeni mənzillərə köçürülənədək onlara hər mənzil üçün 300-500 manat kirayə haqqının verilməsi nəzərdə tutulsa da iddiaçılara daha əlverişli təklif-mülkiyyətlərində olan sahədən 96-100% artıq genişlikdə tam təmirli mənzilin verilməsi, eləcə də yaşayış sahəsi verilənədək aylıq kirayə haqqının verilməsi təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və üçüncü şəxsin vəkili bildirmişlər ki, iddiaçılara yeni tikilən binada mənzillə təmin edilməsi barədə təklifləri hazırda da qüvvədədir və həm mənzillə təmin edilməsi, həm də aylıq kirayə haqlarının ödənilməsi barədə onlarla müqavilə bağlamağa hazırdırlar. Bəhs edilənlərə əsasən, iddiaçıların mənzillə təmin ediləcəyi mübahisə doğura bilməz. O da qeyd edilməlidir ki, Nazirlər Kabin etinin 25 fevral 2016-cı il tarixli qərarının 1.3cü bəndində qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması rayon icra hakimiyyətlərinə həvalə edilmiş, rayon icra hakimiyyətinin (cavabdehin) sərəncamının 2-ci bəndində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin, o cümlədən iddiaçıların müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ö dənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması üçüncü şəxsin vəsaiti hesabına aparılması təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsində qeyd edilir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gercəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 3.11.1-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanl arın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh ona verilən səlahiyyət həddində insanların mənzil hüququnu gercəkləşdirmək üçün tədbirlər görərək tikinti dövründə şirkətin hesabına iddiaçıların müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə qəzalı vəziyyətdə olmuş sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının üçüncü şəxsin vəsaiti hesabına aparılmasını təsbit etməsi ilə bağlı tədbir görməsi iddiaçıların mənzil şəraitinin daha d a yaxşılaşdırılmasına yönəlmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1707/2018 saylı, 19 sentyabr 2018-ci il tarixli qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.