Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-279/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxslər Şəki Rayonu Turan Bələdiyyəsi, X23, X5, X2, X24) “torpaq islahatı aparılan zaman verilməmiş, Şəki rayon “Turan” taxılçılıq sovxozu X48 Komissiyasının 30.08.2001-ci il tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin 05.07.2002-ci il tarixli 4 nömrəli qərarı ilə 12,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(107)-400/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı və cavabdehin verdiyi kasasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki rayonu “Turan” taxılçılıq sovxozu X48 Komissiyasının Şəki Şəhər İcra Hakimiyyəti başçısının “General M.Əsədov” adına qəsəbə inzibati ərazi nümayən dəliyi torpaq islahatı ilə əlaqədar “Turan” qəsəbəsində 02.08.1996-cı il tarixdən yaşayan, pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 1-ci sətirdə X23 (X36 veteranı) və onun ailə üzvləri İddiaçı, X5, X7, X8 adları göstərilmişdir.
2. Şəki rayonu “Turan” taxılçılıq sovxozu X48 Komissiyasının 30.08.2001-ci il tarixli iclasının 33 nömrəli protokol qərarına əsasən, Şəki rayonu Turan qəsəbəsinin sakinləri X14 ikinci pay torpaq sahəsi, İddiaçı və hər bir ailə üzvünə 2,50 ha torpaq sahəsi olmaqla cəmi 12,50 ha verilməsi qərara alınmışdır.
3. Şəki Rayon Turan Bələdiyyəsinin 05.07.2002-ci il tarixli 4 nömrəli protokolundan çıxarışa əsasən, X23, İddiaçı, X15, X19, X16 norma üzrə hər birinə 2,50 ha olmaqla 12,50 ha pay torpaq ayrılaraq ölçülüb verilməsi qərar a alınmışdır.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Şəki rayonu, Turan qəsəbəsində yerləşən 12,50 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
5. Cavabdeh 11 sentyabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair iddiaçının təqdim etdiyi sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 23 sentyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq islahatı aparılan zaman verilməmiş, Şəki ra yon “Turan” taxılçılıq sovxozu X48 Komissiyasının 2001-ci il 30 avqust tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin 2002-ci il 05 iyul tarixli, 4 nömrəli qərarı ilə 12,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Şəki rayon “Turan” taxılçılıq sovxozu X48 Komissiyasının 2001-ci il 30 avqust tarixli qərarı ilə iddiaçıya və ailə üzvlərinə 12.50 ha torpaq sahəsi verilmişdir. Şəki rayon Turan qəsəbə bələdiyyəsinin 2002-ci il 05 iyul tarixli, 4 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə 12.50 ha torpaq sahəsi verilmiş, torpaq sahəsi ayrılaraq ölçülüb təhvil verilmişdir. Şəki rayon “T uran“ taxılçılıq sovxozu X48 Komissiyasının Şəki Şəhər İcra Hakimiyyəti başçısının General M.Əsədov adına qəsəbə inzibati ərazi nümayəndəliyi torpaq islahatı ilə əlaqədar Turan qəsəbəsində 1996-cı il 02 avqust tarixdən yaşayan, pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında iddiaçıya və ailə üzvlərinin adları qeyd olunmuşdur. Torpaq sahəsi aqrar islahat komissiyasının qərarı ilə verildiyinə görə cavabdeh onu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır.
8. Cavabdehin məhkəməyə ünvanladığı 24.01.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı, X15, X19 və X8 adlarına “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın verilməsi barədə məlumat mövcud deyildir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının Turan qəsəbəsi icra nümayəndəliyinin arayış ında ailə başçısı kimi göstərilən X9 adı da ailə başçısı kimi daxil edilməklə 5 nəfərə (X25, X30, X31, X32) DTXK-nın Şəki rayon şöbəsi tərəfindən kod 40401027 JN-261 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilmiş, 22 noyabr 2005-ci il tarixli 4Ə-453 nömrəli alqı-satqı müqaviləsi ilə X1.
9. Şəki İnzibati Məhkəməsinin (hakim X26, 2-1(116)-522/2020 saylı iş) 7 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək Şəki rayon “Turan” taxılçılıq sovxozu X48 Komissiyasının 2001-ci il 30 avqust tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin 2002-ci il 05 iyul tarixli, 4 nömrəli qərarı ilə ayrılmış 12,50 ha torpaq sahəsinin 5,785 ha hissəsinə iddiaçının, eləcə də X9, X5, X7, X8 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıx arış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq islahatı zamanı aqrar islahat komissiyasının qərarı ilə şəxsə verilmiş torpaq sahəsinə həmin şəxsin mülkiyyət hüququ yaranır və o, həmin hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edə bilər. Lakin bununla yanaşı, cavabdehin 2020-ci il 21 avqust tarixli arayışı ilə müəyyən edildi ki, aqrar islahat komissiyasının qərarı ilə bağlı iddiaçının və ailə üzvlərinin faktiki istifadəsinə verilmiş 12,02 ha torpaq sahəsinin 5,13 ha və 1,105 ha (cəmi 6,235 ha) hissəsinə daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçinin hüquqları qeydiyyata alınmışdır. Məhkəmə hesab etmişdir ki, belə olan halda, həmin 6,235 ha torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnun qeydiyyata alınması hazırda mümkün deyil. Göstərilən 12,02 ha torpaq sahəsinin qalan 5,785 ha hissəsinə isə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal yoxdur.
11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X6-məruzəçi, X27 və X4, 2-1(107)-56/2021 saylı iş) 9 aprel 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 7 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır. c) kasasiya insta nsiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X28məruzəçi, X10 və X3, 2-1(102)-1155/2021 saylı iş) 30 iyun 2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi mülkiyyət hüququ üzrə təkcə iddiaçıya məxsus olmamışdır. İddiaçı isə hazırkı tələbində ona və ailə üzvlərinə ayrılmış 12,50 ha torpaq sahəsi üzərində məhz onun mülkiyyət hüquqlarının qeydə alınmasını iddia etmişdir. Məhkəmə iddia tələbindən kənara çıxmaqda haqlı olmamışdır. Məhkəmələr digər mülkiyyətçilər X9, X5, X7, X8 mülkiyyət hüquqlarının daşın maz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına qərar versələr də, həmin şəxslər hazırkı məzmunda tələb üzrə icraata cəlb olunmamışlar. İddia tələbinin qismən təmin olunduğu, ümumi mülkiyyətdə olan torpaq sahəsinin yalnız bir hissəsinə həmin mülkiyyətçilərin hüquqlarının tanınmasına və təsdiqinə qərar verildiyi də nəzərə alındıqda, məhkəmələr həmin şəxslərin hüquqlarına dair məsələni onların iştirakı olmadan həll etmişlər. Həmin şəxslər öz hüquqlarının müdafiəsi ilə bağlı bilavasitə müraciət etməsələr də, qeydə alınması iddia olunan daşınmaz əmlakın ümumi mülkiyyətdə olduğu, məhkəmələrin isə inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxslər barəsində vahid qərarın qəbul olunması üçün əsasların mövcudluğu qənaətinə gəldikləri nəzərə alındıqda, həmin şəxslər iştirakçı kimi i nzibati məhkəmə icraatına mütləq cəlb olunmalı idilər (zəruri cəlbetmə). İşin halları da həmin şəxslərin iştirakı ilə tədqiq olunmalı və qiymətləndirilməli idi. Hazırkı işdə bu, baş verməmiş, buradan, İPM-in 28.1 və 28.2-ci maddələrinin tələbləri ilə bərabər, işin hallarının araşdırılması prinsipinin tələbləri də pozulmuşdur. Beləliklə, İPM-in 12.1, 12.2, 28.1, 28.2, 52, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Ali Məhkəmənin göstərişinə əsasən digər mülkiyyətçilər X23, X5, X2, X24 məhkəmə iclasın a dəvət edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 21(107)-400/2021 nömrəli qərardadı ilə üçüncü şəxs qismində cəlb edilmişlər.
16. İddiaçı məhkəmə kollegiyasının iclasına ölüm haqqında şəhadətnamələri təqdim edərək atası X9 28.04.2006-cı ildə, qardaşı X11 20.04.2007-ci ildə vəfat etdiyini bildirmişdir. İddiaçı həmçinin Şəki Rayon Turan Bələdiyyəsinin 13 oktyabr 2021-ci il tarixi 493 nömrəli vərəsəliyə dair arayışını təqdim etmişdir. Həmin arayışa əsasən mərhum X9 dörd oğlu və iki qızı vardır. Ondan miras qalmış əmlak övladları tərəfindən idarə olunur.
17. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X20-məruzəçi, X34 və X29, 2-1(107)-400/2021 saylı iş) 14 oktyabr 2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti q ismən təmin edilərək, Şəki İnzibati Məhkəməsinin 7 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilmiş, Şəki rayon “Turan” taxılçılıq sovxozu X48 Komissiyasının 30.08.2001-ci il tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin 05.07.2002-ci il tarixli 4 nömrəli qərarı ilə ayrılmış 12,50 ha torpaq sahəsinin 5,785 ha hissəsinə İddiaçı, eləcə də X9, X5, X7, X12 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
18. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin 21.08.2020-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, aqrar islahat komissiyasının qərarı ilə bağlı iddiaçının və ailə üz vlərinin faktiki istifadəsinə verilmiş 12,02 ha torpaq sahəsinin 5,13 ha və 1,105 ha (cəmi 6,235 ha) hissəsinə daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçinin hüquqları qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda, həmin 6,235 ha torpaq sahəsinə iddiaçı və onun ailə üzvləri olan işə cəlb edilmiş İİİ şəxslərinin mülkiyyət hüququnun qeydiyyata alınması hazırda mümkün deyil. Göstərilən 12,02 ha torpaq sahəsinin qalan 5,785 ha hissəsinə isə iddiaçının və onun ailə üzvləri olan işə cəlb edilmiş İİİ şəxslərinin mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal yoxdur.
19. İddiaçı 29 oktyabr 2021-ci il tarixdə qərarın surətini almış, 30 noyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni q ərar qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh 25 oktyabr 2021-ci il tarixdə qərarın surətini almış, 24 noyabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
21. İddiaçının kasasiya şikayətinin əsaslarına görə iddiaçının ailəsinə 12.50 ha torpaq sahəsi torpaq islahatı zamanı aqrar islahat komissiyasının qərarı ilə verilmişdir. 20 ildən artıqdır ki, həmin torpaq sahəsi onların istifadəsindədir və indiyənədək həmin torpaq sahəsində buğda əkib-becərmişlər, hal-hazırda da əkib-becərməkdə davam edirlər. İndiyənədək heç bir şəxs və dövlət orqanı tərəfindən onlara irad tutulmayıb, həmin torpaq sahəsinin heç bir hissəsinə başqa mülkiyyətçinin hüquqları qeydiyyata alınmayıb. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin V hissəsi və “İnzibati icraat haqqında” Qanunun 13.2-Cİ maddəsinin tələbləri pozulmuşdur. Şikayət əsaslandırılarkən əlavə olaraq "Torpaq islahatı haqqında” Qanunun 11, 12, 13-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə istinad edilmişdir.
22. Cavabdehin kasasiya şikayətində qeyd edilmişdir ki, hazırki iş üzrə 12.50 ha torpaq sahəsi ləğv edilmiş DT və XK-nın Şəki rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi olmadan Şəki Rayon Turan Bələdiyyəsinin 05.07.2002-ci il tarixli qərarına əsasən ayrılmış, bununla da torpaq ayrılması qaydası pozulmuşdur.
23. Şikayətin maddi hüquqi əsası kimi “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7, 18, 21, 23-cü bəndlərinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 25. “Torpaq islahatı haqqında” Qanun: Maddə
14. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə b ir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Maddə
20. İslahatı aparan orqanlar Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X48 komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 26. “Sovxozların və kolxozla rın islahatı haqqında” Qanun: Maddə
4. İslahatı aparan orqanlar İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X48 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Maddə
7. Rayon aqrar islahat komissiyası Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəa liyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir. Rayon aqrar islahat komissiyasının tərkibinə rayon (şəhər) icra hakimiyyətinin, rayon xalq deputatlar sovetinin, kənd təsərrüfatı idarəsinin, Dövlət Əmlak Komitəsinin, torpaq şöbəsinin, statistika idarəsinin, aqrar-sənaye kompleksi işçiləri həmkarlar ittifaqının rayon komitəsinin, təsərrüfatların, rayon ictimaiyyətinin nümayəndələri daxil edilir. Komissiya: rayon aqrar islahat proqramını hazırlayır və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının (Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının) təsdiqinə təqdim edir; rayon ərazisində aqrar islahatın aparılmasını təm in edir; islahatın maliyyə təminatı ilə əlaqədar təkliflərini aidiyyəti üzrə müvafiq orqanlara təqdim edir və ayrılan vəsaitin təyinatı üzrə istifadəsini təmin edir; bələdiyyə mülkiyyətinə veriləcək torpaq və əmlak haqqında təkliflərini (müvafiq nazirlik və baş idarələrin rəyləri ilə) Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına təqdim edir; X48 komissiyalarına səlahiyyətinə aid məsələlər üzrə zəruri normativ sənədləri və təlimatları çatdırır, komissiyaların üzvlərinə məsləhətlər verir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. Maddə
8. X48 komissiyası X48 komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: (-). Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (-). Maddə 8.0. Daşınmaz əml ak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
28. İnzibati Prosessual Məcəllə: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, də yişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
29. Kasasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir. Şikayətlərin mümkün sayılmaması üçün əsa slar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir.
30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsində işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddianın təmin edilən hissəsində apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şəki rayonu “Turan” taxılçılıq sovxozu X48 Komissiyasının Şəki Şəhər İcra Hakimiyyəti başçısının “General M.Əsədov” adına qəsəbə inzibati ərazi nümayəndəliyi torpaq islahatı ilə əlaqədar “Turan” qəsəbəsində 02.08.1996-cı il tarixdən yaşayan, pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 1-ci sətirdə X23 (X36 veteranı) və onun ailə üzvləri İddiaçı, X5, X7, X12 adları göstərilmişdir.
33. Şəki rayonu “Turan” taxılçılıq sovxozu X48 Komissiyasının 30.08.2001-ci il tarixli iclasının 33 nömrəli protokol qərarına əsasən, Şəki rayonu Turan qəsəbəsinin sakinləri X14 ikinci pay torpaq sahəsi, İddiaçı və hər bir ailə üzvünə 2,50 ha torpaq sahəsi olmaqla cəmi 12,50 ha verilməsi qərara alınmışdır.
34. İddiaçı bəhs edilən sənədləri cavabdehə təqdim edərək 12,50 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh hüququn q eydə alınmasından imtina etmiş, mübahisə ilə bağlı yuxarıdakı məhkəmə qərarları qəbul edilmişdir.
35. Cavabdehin 21.08.2020-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, aqrar islahat komissiyasının qərarı ilə bağlı iddiaçının və ailə üzvlərinin faktiki istifadəsinə verilmiş 12,02 ha torpaq sahəsinin 5,13 ha və 1,105 ha (cəmi 6,235 ha) hissəsinə daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçinin hüquqları qeydiyyata alınmışdır. Odur ki, 12,02 ha torpaq sahəsinin qalan 5,785 ha hissəsinə iddiaçının və onun ailə üzvləri olan işə cəlb edilmiş İİİ şəxslərinin mülkiyyət hüququnun qeydiyyata alınması cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
36. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçıya və ailə üzvlərinə torpaq sahəsinin ayrılması barədə bələdiyyə tərəfin dən 5 iyul 2002-ci il tarixdə qərar qəbul edilərək səlahiyyətli orqanların rəyi alınmamışdır.
37. Məhkəmə kollegiyası vurğulayır ki, X48 komissiyasının qərarı ilə iddiaçı və ailə üzvlərinə verilmiş eyni torpaq sahəsinin onlara verilməsi həm də sonradan bələdiyyənin 5 iyul 2002ci il tarixli qərarı ilə rəsmiləşdirilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsində hüququn qeydə alınması üçün bələdiyyə qərarına deyil, aqrar islahat komissiyasının qərarına istinad etmişdir. 38. “Torpaq islahatı haqqında” Qanunun 14-cü maddəsinə görə torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir.
39. Həmin Qanunun 20-ci maddəsinə görə islahatı həm də X48 ko missiyaları aparır.
40. Bundan başqa, “Sovxozların və kolxozların islahatı haqqında” Qanunun 8-ci maddəsinin tələbinə görə X48 komissiyası səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir, islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir. Qanunun 7-ci maddəsində isə X48 komissiyasının qərarının rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilməsi məcburi şərt kimi nəzərdə tutulmamışdır.
41. X48 komissiyasının qərarı ilə torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin əvəzsiz mülkiyyətinə verildiyindən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən həmin qərar hüququn qeydə alınması üçün əsas olduğundan, iddianın təmin edilən hissəsində məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.
42. Apelyasiya instansiyası məh kəməsi iddianın təmin edilən hissəsində işə baxan zaman yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə əməl etdiyindən, cavabdehin şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından cavabdehin kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. İddiaçının kasasiya şikayətinin dəlilinə görə 6,235 ha torpaq sahəsinə konkret olaraq hansı şəxslərin hüquqlarının qeydə alınmasına dair işdə sübut olmadığından məhkəmə həmin hissədə iddianı rədd edərkən düzgün nəticəyə gəlməmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi 6,235 ha torpaq sahəsinə hüququn qeydə alınması hissəsində iddianı rədd etmiş, iddiaçı iddianın rədd edilməsi hissəsindən apelyasiya şikayəti verməmiş v ə birinci instansiya məhkəməsinin qərarı iddianın rədd edilən hissəsində qanuni qüvvəyə minmişdir.
45. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi İPM-in 81.2-ci, 85.1-ci maddələrinin tələbini pozaraq 14 oktyabr 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarını iddianın rədd edilən hissəsində ləğv etmiş və həmin hissədə yenidən iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.
46. Odur ki, birinci instansiya məhkəməsinin qərarının iddianın rədd edilən hissəsi apelyasiya icraatının predmetini təşkil etmədiyindən, 14 oktyabr 2021-ci ildə mübahisəyə baxılan zaman həmin hissə üzrə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvədə olduğundan və iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qərarının qanuniliyini yoxlamaqda apelyasiya məhkəməsi səlah iyyətli olmadığından həmin hissədə apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının kasasiya şikayəti təmin edilməməlidir.
47. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayətləri təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-400/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar iddianın rədd edilən hissəsində ləğv edilsin. Qərar qətidir.