Məhkəmə qərarları › İş №2-1(102)-2790/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2790/2019

16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2790/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar söz: qeyri yaşayış sahəsinə çıxarışın verilməsi Giriş söz: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı Apelya siya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 01 may 2019-cu il tarixli, 2-1(103)-750/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 16 oktyabr 2019-cu il tarixdə (məhkəmə iclası 09 oktyabr 2019-cu il tarixdə keçirilmiş, məhkəmə qərarı 16 oktyabr 2019-cu il tarixdə elan edilmişdir) Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsibarədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə bir inci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, xxxxnda yerləşən 379,8 kv.m qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş şəhadətnaməyə əsasən mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsinin fasad hissəsi təmir olunarkən sahənin daxilində aparılan təmir-planlaşdırma işləri nəticəsində onun ölçüləri 507,34 kv.m təşkil etmişdir. O, qeyri-yaşayış sahəsinin mövcud vəziyyətinin sənədləşdirilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etmişdir. RİH-in 28 sentyabr 2012-ci il tarixli 364 nömrəli sərəncamı ilə obyektin təsdiq olunmuş layihəyə uyğun mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmiş və istismarına icazə verilmişdir, iddiaçı qeyri-yaşayış sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək sərəncamı, layihəni və istismara icazəni təqdim etmişdir. Lakin cavabdeh 18 may 2018-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Hesab olunur ki, imtina əsassız və qanunsuzdur. Belə ki, mülkiyyətdə olan həmin qeyri-yaşayış sahəsi əvvəllər dövlət əmlakı olmuş, sonradan dövlətdən satın alınaraq özəlləşdirilmiş və ona satılmışdır. Obyekt artıq onun mülkiyyətinə keçdikdən sonra o, artırılaraq 507,34 kv.m təşkil etmişdir. Əlavə sahələr də Bakı şəhəri Nərimanov RİH-in sərəncamı ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.6-cı maddəsinə əsasən daşı nmaz əmlakın və ya ona dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün sənədlər natamam olduqda, mülkiyyətçinin razılığı ilə və ya məhkəmə qərarı əsasında dövlət reyestrindəorada öz vəsaiti hesabına təmir-tikinti işləri aparmış və bunun nəticəsində əmlakın sahəsi qabaqcadan qeydiyyat aparıla bilər. Birinci instansiya məhkəməsinin 26.10.2018-ci il tarixli iş № 2-1(82)-3187/2018, (sədrlik edən hakim R.Kərimli) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisa di Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 01.05.2019-cu il tarixli iş № 2-1(103)-750/2019 (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Baxışova) qərarı ilə birinci instansiya məhkəməsinin 26.10.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, xxxxnda yerləşən 379,8 kvadrat metr qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş şəhadətnaməyə əsasən mülkiyyət hüququ əsasında ona məxsusdur. İddiaçı müvafiq qeyri-yaşayış sahəsinə dair çı xarışın verilməsi məqsədilə idarəyə 15.04.2018-ci il tarixdə poçt vasitəsi ilə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir və sözügedən sənədlərin əsilləri idarəyə təqdim edilməmişdir. Bundan başqa müvafiq qeyri-yaşayış sahəsinə bitişik özbaşına olaraq inşa edilmiş əlavə sahələrə dair qanunvericiliyin tələblərinə uyğun olan sənədlər idarəyə təqdim olunmamışdır. Bundan əlavə, müvafiq ünvanda 18 aprel 2018-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən aparılmış texniki inventarlaşdırma işləri nəticəsində ərizəyə əlavə edilmiş layihədə qeyd olunan əlavə sahələrin dövlət əmlakı olması müəyyən edilmişdir. Belə ki, ərizəyə əlavə edilmiş Şəhadətnaməyə əsasən müvafiq qeyri-yaşayış sahəsinin ümumi sahəsi 379,8 kvadrat metr oldu ğu halda, sözügedən Şəhadətnamədə öz əksini tapmayan və texniki pasportda xüsusi ştrixlə işarələnmiş sahəsi 34,3 kvadrat metr olan hissə (dövlət əmlakı) iddiaçı tərəfindən qanunsuz olaraq zəbt olunmuş, həmçinin sonradan özbaşına olaraq aparılmış yenidənqurma (rekonstruksiya) işləri və binaya bitişik inşa edilmiş əlavə sahələr hesabına ümumi sahə artırılaraq 508,7 kvadrat metr olmuşdur. Lakin özbaşına olaraq zəbt olunmuş dövlət əmlakı olan həmin sahə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada özəlləşdirilməmişdir. Halbuki, sözügedən qeyri-yaşayış sahəsində mövcud olan dövlət əmlakı olan əlavə sahələrin iddiaçının mülkiyyətinə verilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət ed ilməli olması qeyd olunmuşdur. Həmçinin sonradan özbaşına olaraq aparılmış yenidənqurma (rekonstruksiya) işləri və inşa edilmiş əlavə sahələrə dair tikintiyə icazə sənədi, zəbt olunmuş torpaq sahəsinə dair torpaqayrıma sənədi təqdim edilməmiş, ərizəyə əlavə edilmiş tikintiyə icazə sənədində hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi qeyd edilməmiş, tikinti obyektinin istismara icazə sənədi tam tərtib olunmamış, habelə ərizəyə əlavə edilmiş sənədlər qanunvericiliyin tələblərinə zidd olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən deyil Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Qeyd olunanlardan əlavə, binaya bitişik inşa edilmiş əlavə sahələrin altında yerləşən zəbt olunmuş torpaq sahəsi qeyri-yaşayış sahəsinin aid olduğu binanın yerləşdiyi torpaq sahəsinə aid olduğundan və sözügedən torpaq sahəsi qanunvericiliyə əsasən həmin binada yerləşən mənzillərin (qeyri-yaşayış sahələri) mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olduğundan müvafiq torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2019-cu tarixli, 2-1(103)-750/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən madd i və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 01 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasınagəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normal arına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 01 may 2019-cu il tarixli, 21(103)-750/2019 saylı qərarla, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3187/2018 saylı iş üzrə 26 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0. 10.1, 10.2, 12.1, 15-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5, 7, 75.1, 75.1-1, 75.2, 75.3, 75.4, 75.7, 75.10, 75.11, 84.1, 84.2, 84.3, 101, 102, 103-cü maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 4.11, 4.11.11.5, 4.11.12, 4.18.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin faktiki halları baxımından əsaslı və maddi hüquq normalarının tətbiqi baxımından qanunidir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayəti 10 səhifədən ibarət olsa da, həmin kasasiya şikayətinin 7 səhifəsi müxtəlif maddi hüquq normalarının m ətninin yazılmaqla sadalanmasına həsr edilmiş, yəni, cavabdehin qənaətinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisəyə baxılarkən sözügedən maddi hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması konkret şəkildə göstərilməmiş, başqa sözlə cavabdehin bu dəlilləri deklarativ, formal və ümumi xarakter daşımaqdadır. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 28 sentyabr 2012-ci il tarixli 364 nömrəli sərəncamı ilə aşağıdakılar qərara alınmışdır: vətəndaş İddiaçı xxxnda yerləşən qeyri-yaşayış sahəsinə bitişik əlavə mövcud tikilinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilsin, sözügedən mövcud əlavə tikilinin müvafiq qaydada sənədləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edilməsi İddiaçı tövsiyə edilsin. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 12 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri, xxxnda yerləşən 507,34 kvadrat metr ölçüdə qeyri-yaşayış sahəsinin istismarına icazə (38 nömrəli icazə) verilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, xxxxnda yerləşən 379,8 kvadrat metr qeyri-yaşayış sahəsinin İddiaçı xüsusi mülkiyyətində olması barədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 14 oktyabr 2002-ci il tarixdə “Mül kiyyət hüququ haqqında” şəhadətnamə verilmişdir. Bakı şəhəri, xxxxnda yerləşən qeyri-yaşayış sahəsinin layihəsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Beləliklə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri xxxxnda yerləşən qeyri-yaşayış sahəsi hazırkı İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı həmin qeyriyaşayış sahəsində yenidən planlaşdırma işləri aparmışdır. Bununla bağlı Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən qabaqcadan tikintinin aparılmasına icazə verilmiş, yeni layihə təsdiq edilmiş və obyektdə işlər başa çatdıqdan sonra istismara icazə verilmişdir. İddiaçı bundan sonra yeni layihə üzrə obyektə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İ darəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin kasasiya şikayətində işin hallarına dair yeganə dəlili ondan ibarətdir ki, müvafiq qeyri-yaşayış sahəsinə bitişik özbaşına olaraq inşa edilmiş əlavə sahələrə dair qanunvericiliyin tələblərinə uyğun olan sənədlər İdarəyə təqdim olunmamışdır. Bundan əlavə, müvafiq ünvanda 18 aprel 2018-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən aparılmış texniki inventarlaşdırma işləri nəticəsində ərizəyə əlavə edilmiş layihədə qeyd olunan əlavə sahələrin dövlət əmlakı olması müəyyən edilmişdir. Belə ki, ərizəyə əlavə edilmiş Şəhadətnamədə öz əksini tapmayan və texniki pasportda xüsusi ştrixlə işarələnmiş, sahəsi 34.3 kvadrat metr olan hissə iddiaçı tərəfindən qanunsuz olaraq zəbt olunmuş, həmçinin sonradan özbaşına olaraq aparılmış yenidənqurma (rekonstruksiya) işləri və binaya bitişik inşa edilmiş əlavə sahələr hesabına ümumi sahə artırılaraq 508,7 kvadrat metr olmuşdur. Lakin özbaşına olaraq zəbt olunmuş dövlət əmlakı olan həmin sahə qanunvericiliyə uyğun qaydada özəlləşdirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlilləri də əsassızdır, belə ki, yuxarıda artıq göstərildiyi kimi (işin 4-cü səhifəsi) Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının “Qeyriyaşayış sahəsinə bitişik əlavə mövcud tikilinin sənədləşdirilməsi haqqında” adlanan 28 sentyabr 2012ci il tarixli, 364 saylı Sərəncamı mövcuddur ki, həmin Sərəncamın əsaslandırıcı (təsviri) hissəsində qeyd edilmişdir ki, “ərizəyə əlavə olunmuş sənədlərdən (54 saylı MKİS-nin 19 sentyabr 2012-ci il tarixli, 54/740 nömrəli a rayışı və tərtib etdiyi plan-sxem) müəyyən edilmişdir ki, uzun müddətdir ki, M.K.xxxnda yerləşən qeyri-yaşayış sahəsinə bitişik əlavə mövcud tikili vətəndaş İddiaçı istifadəsindədir”. Sözügedən sərəncamın “Qərara alıram” hissəsində isə göstərilmişdir ki, “Vətəndaş İddiaçı, M.K.xxxnda qeyri-yaşayış sahəsinə bitişik əlavə mövcud tikilinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilsin”. Beləliklə, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti adıçəkilən sərəncamla sözügedən qeyri yaşayış sahəsinə bitişik əlavə mövcud torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olduğunu təsdiqləmişdir ki, belə olan halda həmin sərəncam torpaqayırma sənədi kimi qiymətləndirilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haz ırkı mübahisəni həll edərkən tətbiq etdiyi maddi hüquq normaları düzgün olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə görə (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilən tikililərə dair) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydi yyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqları n dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1-ci maddəsinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi; ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi; şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi; tikintiyə icazə verilməsi; şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması; tikinti fəaliyyətinin peşə sahələrinin, tikinti materiallarının və məmulatının, tikinti təyinatlı avadanlıqların, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili; tikintiyə nəzarətin həyata keçirilməsi; tikinti layihələrinin ekspertizadan keçirilməsi; şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi; tikinti oby ektlərinin istismarına icazə verilməsi; şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi; tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. Həmin Məcəllənin 7-ci maddəsinə görə Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; təhlükəsizliyin təmin edilməsi; ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi; şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi; tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması; ictimaiyyətin məlumatlandırılması. Həmin Məcəllənin 75. 1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.1-1-ci maddəsinə görə sifarişçi tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikint inin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə sorğu ilə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə müv afiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü ərzində bu Məcəllənin 75.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı (Na zirlər Kabineti) tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində rəy bildirilməlidir. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) iradların olmaması prezumpsiyasından çıxış edir. Həmin Məcəllənin 75.7-ci maddəsinə görə tikintiyə icazə verildiyi halda, bu barədə qərarın surəti və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişan ərizəçiyə eyni vaxtda təqdim olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün əlavə şərtlər nəzərdə tutulduqda, x üsusi nişan həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə təqdim olunur. Tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 75.10-cu maddəsinə görə tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) icazədə nəzərdə tutulmuş məlumatları 10 gün müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirilir. Həmin Məcəllənin 75.11-ci maddəsinə görə tikintiyə və tikinti obyektinin istismarına icazələrin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfind ən müəyyənləşdirilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq tikinti obyekti üçün mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsini təmin edir. Texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin müvafiq icra hakimiyyəti orqanı vasitəsilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilir. Tikinti obyektinin mühəndis-kommunikasiya təminatına dair tələblərin məcmusu kimi texniki şərtlərdə aşağıdakılar nəzərdə tutulur: t ikinti obyektinin mühəndiskommunikasiya təminatına dair tələblər; tikinti obyektinin mühəndis-kommunikasiya təminatı mənbələri; müvafiq mühəndis-kommunikasiya təminatı sisteminə qoşulma nöqtələrinə dair tələblər; mövcud mühəndis-kommunikasiya təminatı sisteminin genişləndirilməsinin əsaslandırılması. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) texniki şərtlərin alınması üçün təchizat müəssisələrinə sorğu göndərir. Sorğuya tikinti ərazisinin vəziyyət planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. Həmin Məcəllənin 84.3-cü maddəsinə görə təchizat müəssisələri 10 gün ərzində texniki şərtlərlə bağlı sorğuya cavab verməlidirlər. Texniki şərtlərin verilməsi zamanı sifarişçinin üzərinə mühəndis-kommunikasiya təminatına dair sorğuda nəzərdə tutulmamış əlavə öhdəliklər qoyula bilməz. Həmin Məcəllənin 101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən verilir. Həmin Məcəllənin 101.4-cü maddəsinə görə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə görə tikintisi nə icazə tələb edilən tikinti obyektinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən ) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Həmin Məcəllənin 102.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən ödənilir. Həmin Məcəllənin 102.4-cü maddəsinə görə tikinti obyektinin ist ismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün müddətində müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) obyektin istismarına icazə verir və ya icazə verməkdən imtina edir. Həmin Məcəllənin 102.6-cı maddəsinə görə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir və ya bilavasitə təqdim edir. Sifarişçi öz arzusu ilə həmin məlumatı sifarişli poçt göndərişi ilə Tikintilərin Dövlət Reyestrinə göndərə və ya bilavasitə təqdim edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: tikinti obyektinin ünvanı və onu n döngə nöqtələrinin koordinatları; tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; tikinti obyektinin istismar təyinatı; tikinti obyektinin əsas texniki göstəriciləri; Tikintilərin Dövlət Reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir. “Azərbayca n Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilir ki, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 4.11-ci bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir: (4.11.11.5) “memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 4-cü, 7-ci və 12-ci maddələrinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə s ənədi vermək; (4.11.12) müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2019-cu il tarixli, 21(103)-750/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar