Məhkəmə qərarları › İş №2-1(102)-2791/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2791/2019

02.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2791/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: Güzəştli şərtlə əmək pensiyasının təyin edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə qarşı ona məxsus əmək kitabçasında və güzəştli arayışda öz əksi ni tapmış işlədiyi bütün illərin, diplomunda göstərilən təhsil müddətinin iş stajına daxil edilməklə ona 01.07.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1036/2019 saylı iş üzrə 01.05.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1965-ci il tarixdə Ağdam rayonunun Xaçındərbənd kəndində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsi dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və tə sdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə qarşı ona məxsus əmək kitabçasında və güzəştli arayışda öz əksini tapmış işlədiyi bütün illərin, diplomunda göstərilən təhsil müddətinin iş stajına daxil edilməklə ona 01.07.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuş, Nazirlər Kabinetinin 320 saylı qərarına əsasən onun 01.07.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Oktyabr ayında ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin DSMF-nin Pirallahı rayon şöbəsi ona məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrın və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahı üzrə) çalışan kişilərin 60 yaşı olduqda, azı 25 il sığorta stajına malik olduq da və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır və onun 01.01.2006-cı il tarixədək 19 il 07 ay 15 gün stajı olduğu üçün ona pensiya təyin etmək mümkün deyildir. Halbuki, iddiaçının əmək kitabçasından, texniki peşə məktəbində oxuduğu diplomundan, Pirallahı rayon məhkəməsinin qərarından görünür ki, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən artıqdır. Buna görə də iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğu üçün konstitusion hüququ pozulur. Belə ki, iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi əsasını nəzərdə tutmuş dur ki, iddiaçının da iş stajının və təhsil aldığı dövrün müddəti əmək kitabçasında qeyd edilmişdir. Belə olan halda isə cavabdehin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə imtina verməsi əsassızdır. Birinci instansiya məhkəməsinin 07.02.2019-cu il tarixli iş № 2-1(82)-996/2019, (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 07.02.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 01.05.2019-cu il ta rixli iş № 2-1(103)-1036/2019 (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vüsalə Baxışova) qərarı ilə birinci instansiya məhkəməsinin 07.02.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması şəraitində qəbul olunduğundan həmin qərar ilə razılaşmır, iddiaçının təqdim etdiyi HT-1 ******* əmək kitabçasına əsasən onun 02.01.1986-cı ildən - 01.01.2006-cı il tarixədək 19 il 07 ay 15 gün və Azərbaycan Respublikası Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 2(094)-469/2018 nömrəli qətnaməsinə əsasən 01.06.1983 -cü il tarixdən 15.10.1983-cü il tarixədək 04 ay 14 gün(cəmi 19 il 11 ay 29 gün) sığorta stajı vardır.Azərbaycan Respublikası"Əmək pensiyaları haqqında" Qanununun 9-cu maddəsinə əsasən iddiaçının 01.01.2006-cı il tarixədək tələb olunan 20 il sığorta stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2019-cu il tarixli, 2-1(103)-1036/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndə si məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kol legiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması şəraitində qəbul olunduğundan həmin qərar ilə razılaşmır, iddiaçının təqdim etdiyi HT-1 ******* əmək kitabçasına əsasən onun 02.01.1986-cı ildən 01.01.2006-cı il tarixədək 19 il 07 ay 15 gün və Azərbaycan Respublikası Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 2(094)-469/2018 nömrəli qətnaməsinə əsasən 01.06.1983-cü il tarixdən - 15.10.1983-cü il tarixədək 04 ay 14 gün(cəmi 19 il 11 ay 29 gün) sığorta stajı vardır.Azərbaycan Respublikası"Əmək pensiyaları haqqında" Qanununun 9-cu maddəsinə əsasən iddiaçının 01.01.2006-cı il tarixədək tələb olunan 20 il sığorta stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, 01.01.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pens iya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağı r olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə şüzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilm əsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqu qu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu si yahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “01.07.2017-ci ilədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də “müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müra ciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. İş materiallarından göründüyü kimi, iddiaçı 01.06.1983-cü il tarixdən - 15.10.1983-cü il tarixədək Ağdam rayon M.F.Axundov adına üzümçülük sovxozunun Xaçındərbənd kəndində yerləşən 5 nömrəli üzümçülük briqadasına fəhlə vəzifəsində işləmiş, 26.10.1983-cü il tarixindən 27.10.1985-ci il tarixinə kimi Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, 02.01.1986-cı il tarixdən xxx 3 nömrəli briqadasına fəhlə peşəsinə qəbul edilərək yenidən əmək fəaliyyətinə başlamışdır. İddiaçının 01.01.2006-cı il tarixədək ümumi sosial sığorta stajı 23 ilə yaxın olmaqla qanunvericilklə nəzərdə tutulmuş 20 ildən çoxdur. Bu hal surəti iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kita bçası, ARDNŞ “Azneft” İB-nin “Abşeronenneft” Neft və Qazçıxarma İdarəsinin 14.06.2017-ci il tarixli, 5.7 saylı arayışı ilə təsdiq olunur. İddiaçı 01.06.1993-cü ildən - 01.01.2006-cı ilədək neft və qaz hasilatı üzrə operator peşəsində işləmiş və güzəştli şərtlərlə dəniz şəraitində yığılmış əmək pensiyası hüququ verən iş stajı cəmi 11 il 5 ay 29 gün təşkil etmişdir. İddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarındakı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşə və vəzifələrin 1 saylı siyahısındakı 10-cu bölmənin “Neft-qaz və qaz kondensatının hasilatı” 2 “a” yarımbəndində “neft və qaz hasilatı üzrə operatorlar” adı ilə 1100000a—15824 nömrəli kodla təsbit olunmuşdur. İddiaçı həmin peşələr üzrə 1 1 il 5 ay 29 gün işləməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi stajı 10 aydan artıqdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 01.05.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01.05.2019-cu il tarixli 2-1(103)1036/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əs

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar