Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2791/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin əsaslandırılmaması, daşınmaz əmlak üzərində hüquqların qeydə alınma əsası kimi qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əl i oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı "1 mərtəbəli 4 otaqlı yaşayış evi, tövlə üzərində mülkiyyət hüququnun, B003374 nömrəli torpaqdan istifadə hüququna dair dövlət aktında qeyd edilmiş torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 2-1(107)-18/2024 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" ASC-nin Direktorlar (müşahidə) şurasının yığıncağının xx.xx.2011- ci il tarixli 1 saylı protokolu ilə müəyyən edilir ki, "xxxx" ASC-nin yaranma dövründə balansında olan, “qum-çınqıl” karxanası və yardımçı təsərrüfatında olan 80 ha torpaq sahəsi cəmiyyətə məxsus istifadə hüququ ilə ümumi dəyəri 6335 manat dəyərində olan əsas vəsait və tikililər mülkiyyətinə verilməklə Ağsu rayon Padar kənd sakini İddiaçı satılması qərara alınmış, eləcə də "xxxx" ASC-nin səhmdarların reyestrində olan adları protokolda göstərilən 17 nəfər səhmdarın ayrılaraq ASC-nin fəaliyyət növü ilə sərbəst öz fəaliyyətini davam etdirməsi və səhmdarların 2356 ədəd 6,4111% miqdarında olan səhmlər alqı-satqı birjasında X1 adına keçirilmişdir.
2. Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(016)-46/2011 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin icra orqanının sədri X3 ilə cavabdehlərin nümayəndəsi İddiaçı arasında İddiaçı "xxxx" ASC-yə müraciəti və iddiaçının qarşılıqlı təklifi nəticəsində xx.xx.2011-ci il tarixli "xxxx" ASC-nin 01 saylı iclas protokolu-qərarla razılaşdırılmış şərtlər əsasında imzalayaraq bağladıqları xx.xx.2011-ci il tarixli barışıq sazişi təsdiq edilmiş, "xxxx" ASC-dən sazişin şərtlərinə və məhkəmə aktı ilə sazişin təsdiqinə uyğun olaraq, cavabdehin sahibliyinə və mülkiyyətinə keçmiş yardımçı təsərrüfat subyekti tikililərinin və qum-çınqıl karxanasının, 80 ha torpaq sahəsindən istifadə hüququ təsdiq edilmiş, bir qrup səhmdarların nümayəndəsi İddiaçı yaranmış mülkiyyət, sahiblik və istifadə hüquqlarının qeydiyyata alınması aidiyyəti icra haki miyyəti orqanlarına həvalə edilmişdir. 3. "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli 32 nömrəli arayışına əsasən iddiaçı tərəfindən cəmiyyətə məxsus yardımçı təsərrüfatın qalıq balans dəyəri olan 6335 manat məbləğ cəmiyyətin kassasına tam ödənilmişdir.
4. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək Ağsu rayonu Padar kəndində istifadə hüququ əsasında 80.0 ha torpaq sahəsinin və onun üzərində yerləşən əmlakların üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir.
5. Cavabdeh 30 iyul 2019-cu il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, qanunvericilik də fiziki şəxslərin istifadəsinə torpaq sahələrinin verilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən də Ağsu rayonu Padar kəndində yerləşən 80.0 ha torpaq sahəsinin üzərində onun istifadə hüququnun qeydiyyata alınması mümkün deyil. Ağsu rayonu Padar kəndində yerləşən 80.0 ha torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğu üçün həmin torpaq sahəsindən yalnız icarə hüququ əsasında istifadə mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin Direktorlar Şurasının 28 mart 2011-ci il tarixli 01 saylı protokoluna əsasən ona satılmış Ağsu r ayonu Padar kəndində yerləşən 80.0 ha torpaq sahəsində yerləşən “yardımçı təsərrüfatını” tikililərin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, 80.0 ha torpaq sahəsi ilə birlikdə müvafiq qaydada təsdiq edilmiş baş yerquruluşu-təsərrüfat (situasiya) planından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin 25 avqust 2000-ci il tarixli 152 saylı Sərəncamı ilə “Azərsutikinti” tikinti quraşdırma idarəsinin bazasında "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC-nin Direktorlar Şurasının 28 mart 2011-ci il tarixli 01 saylı protokola əsasən Ağsu rayonu Padar kəndində yerləşən “Yardımçı təsərrüfatını’’ tikililər və 80.0 ha torpaq sahəsi ilə birl ikdə özəlləşdirilməsi və ayrılması haqqında qərar qəbul edilmişdir. "xxxx" ASC-nin balansında olan və balansdan silinmiş ”qum-çınqıl” karxanası və B № 003374 saylı Torpaqdan istifadə hüququna dair Dövlət Aktı əsasında məxsus olan yardımçı təsərrüfatında olan 80 ha torpaq ümumi dəyəri 6335 manat dəyərində olan əsas vəsait və tikililər iddiaçıya satılmışdır. "xxxx" ASC-nin rəhbərliyi ilə aralarında xx.xx.2011-ci il tarixli təhvil-təslim AKT ilə ümumi dəyəri 6335 manat pul iddiaçı tərəfindən xx.xx.2011-ci il tarixdə "xxxx" ASC-nin hesabına ödənilmişdir. Təsərrüfatın hesabında olan tikililər və 80 ha torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Həmin torpaq sahəsi üzərində hüquqlarını qeydiyyatdan keçirilməsi üçün iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi nə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.
8. Cavabdeh iddia tələbinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
9. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-65/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadı ilə Ağsu rayonu Padar bələdiyyəsi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X13 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər.
10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “1 mərtəbəli 4 otaqlı yaşayış evi, tövlə, iki ədəd talvar üzərində mülkiyyət hüququnun, B003374 nömrəli torpaqdan istifadə hüququna dair dövlət aktında qeyd edilmiş 80 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyya ta alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Şəki İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.
12. Şəki İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(116)-65/2023 nömrəli qərardadı ilə iddia tələbinin “iki ədəd talvar üzərində mülkiyyət hüququnun və 1.08 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır.
13. Məhkəmə qeyd etmişdir ki, iki ədəd talvar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.1-ci m addəsi anlamında daşınmaz əmlak hesab edilmədiyindən onun üzərində hüquqların qeydiyyatı ilə bağlı cavabdeh orqanın qanunvericiliklə müəyyən edilmiş hər hansı vəzifəsi də yoxdur. Yəni iddiaçı cavabdeh orqandan ona aid olmayan məsələnin həllini tələb edir.
14. İddia olunan torpaq sahəsinin 1.08 ha hissəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı tələbə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, sözügedən torpaq sahəsi üzərində üçüncü şəxs X9 tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarışın A675031 N-li plan-ölçü sənədindən görünür ki, sözügedən torpaq sahəsi Ağsu rayon Padar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı qərarı ilə üçüncü şəxsə ayrılmışdır.
15. Odur ki, Ağsu rayon Padar bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı qərarı mübahisələndirilmədən və onun əsasında tərtib edilmiş çıxarış 1,08 ha hissədə ləğv edilmədən həmin torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınması ilə bağlı tələbə mahiyyəti üzrə baxılması mümkün deyildir.
16. Şəki İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2- 1(116)-65/2023 nömrəli qərarı ilə (hakim X7) iddia tələbi qalan hissədə təmin edilməmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" ASC dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya istifadə hüququ ilə satılmasına səlahiyyətli olmamış, tərəflər arasında xx.xx.2011-ci il tarixdə bağlanmış barışıq sazişi Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(016)-46/2011 nömrəli qərardadı ilə təsdiq edilsə də, dövlət əmlakın ın idarə edilməsi üzrə səlahiyyətli orqan olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sözügedən torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi ilə bağlı hər hansı iradə ifadəsi olmamışdır. Buna görə də "xxxx" ASC-nin Direktorlar Şurasının 28 mart 2011-ci il tarixli 01 saylı protokolu, xx.xx.2011-ci il tarixli barışıq sazişi və həmin barışıq sazişini təsdiq edən Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(016)-46/2011 nömrəli qərardadı iddia olunan torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun Dövlət qeydiyyatına alınması üçün hüquqi əsas ola bilməz. İddia olunan torpaq sahəsi üzərində inşa edilmiş “1 mərtəbəli, 4 otaqlı yaşayış evi, tövlə üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması” tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, tikilil ərin yerləşdiyi torpaq sahəsinin təyinatı “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaqlara aiddir.
18. Torpaq Məcəlləsinin 22-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Göründüyü kimi “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaqlarda sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti nəzərdə tutulmuşdur. İddiaçı isə həmin torpaq sahəsində sadalanan fəaliyyət sahələrinə tamamilə zidd olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə al ınmasında maraqlıdır. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaqların istifadəsi məqsədinə birbaşa ziddir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi onun istifadəsinə qanuni əsaslarla və buna səlahiyyətli olan subyekt tərəfindən verilməmişdir və eyni zamanda həmin torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə də mövcud deyildir. Belə ki, "xxxx" ASC-nin Direktorlar (müşahidə) şurasının yığıncağının xx.xx.2011-ci il tarixli 1 saylı protokolu ilə əsas vəsait və tikililərin iddiaçının mülkiyyətinə verilməsinin qərara alınması və cəmiyyətə məxsus olan yardımçı təsərrü fatın qalıq balans dəyərinin - 6335 manatın cəmiyyətin kassasına ödənilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun və Torpaq Məcəlləsinin tələbləri baxımından sözügedən tikililər üzərində iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün yetərli deyil.
19. İddia tələbinin “iki ədəd talvar üzərində mülkiyyət hüququnun və 1.08 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmaması ilə bağlı Şəki İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2-1(116)-65/2023 nömrəli qərardadından apellyasiya şikayəti verilməmişdir.
20. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsin in 22 may 2023-cü il tarixli, 2- 1(116)-65/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-18/2024 nömrəli iş üzrə 05 iyun 2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir.
22. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-18/2024 nömrəli iş üzrə 05 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər X8 (məruzəçi), X10 və X6) apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli, 21(116)-65/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərb aycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə 1 mərtəbəli 4 otaqlı yaşayış evi, tövlə üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulmuş, iddia tələbi qalan hissədə, B003374 nömrəli torpaqdan istifadə hüququna dair dövlət aktında qeyd edilmiş torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməmişdir.
23. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq qeyd etmiş dir ki, iddiaçının 1 mərtəbəli 4 otaqlı yaşayış evi, tövlə üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuşdur. Belə ki, qeyd olunan əmlak iddiaçı tərəfindən özəlləşdirildiyindən iddia tələbi həmin hissədə təmin olunmalıdır. Belə olan halda işə baxan birinci instansiya məhkəməsi tərəfindən tam araşdırma aparılmamış, iş üzrə lazımi qaydada sorğular edilməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş və bu səbəbdən də iddia tələbini həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
24. İddia tələbinin təmin edilməyən hissəsi ilə əlaqədar isə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" ASC dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya istifadə hüququ ilə satılmasına səlahiyyətli olmamış, tərəflər arasında xx.xx.2011ci il tarixdə bağlanmış barışıq sazişi Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(016)-46/2011 nömrəli qərardadı ilə təsdiq edilsə də, həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sözügedən torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi müəyyən edilməmişdir. Buna görə də "xxxx" ASC-nin Direktorlar Şurasının 28 mart 2011-ci il tarixli 01 saylı protokolu, xx.xx.2011-ci il tarixli barışıq sazişi və həmin barışıq sazişini təsdiq edən Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(016)-46/2011 nömrəli qərardadı iddia olunan torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması üç ün hüquqi əsas ola bilməz.
25. Apellyasiya instansiya məhkəməsinin qərarından iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti
26. Kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması xahiş edilmişdir.
27. Qeyd edilir ki, ”Ağsu Sutikinti” ASC-nin Direktorlar Şurasının yığıncağının xx.xx.2011-ci il tarixli 1 saylı protokolunda göstərilmişdir ki, Ağsu rayonunun Padar kəndində yerləşən və balansında olan ümumi dəyəri 6335 manat dəyərində olan “Yardımçı təsərrüfatının” tikililəri və 80.0 ha torpaq sahəsi ilə birlikdə özgəninkiləşdirilməsi haqqında qərar qəbul edilmişdir. "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli 32 nömrəli arayışından da müəyyən olunur ki, həmin məbləğ cəmiyyətin kassa hesabına tam ödənilmişdir. "xxxx" ASC-nin balansında olan və balansdan silinmiş, “qum-çınqıl” karxanası və B№ 003374 saylı Torpaqdan istifadə hüququna dair Dövlət Aktı əsasında 80.0 ha torpaq sahəsi "xxxx" ASC-yə məxsus hüquq akt əsasında iddiaçının istifadəsinə verilmişdir Lakin, iddiaçı öz torpaqlarından istifadə edilməsi hüququndan məhrum olmuşdur. cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti
28. Kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-18/2024 saylı iş üzrə 05 iyun 2024-cü il tarixli qərarının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reye stri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə 1 mərtəbəli 4 otaqlı yaşayış evi, tövlə üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, iddia tələbinin B003374 nömrəli torpaqdan istifadə hüququna dair dövlət aktında qeyd edilmiş torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassator “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu 8.0.1, 9.1. 2 və 9.1.3-cü maddələrini rəhbər tutaraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktların heç birini təqdim etməmişdir. Eyni zamanda apellyasiya instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən nəzərə almamışdır ki, iddiaçı tərəfindən "xxxx" ASC-nin Direktorlar (müşahidə) şurasının yığıncağının xx.xx.2011-ci il tarixli 1 saylı protokolu ilə əsas vəsait və tikililərin iddiaçının mülkiyyətinə verilməsinin qərara alınması və cəmiyyətə məxsus olan yardımçı təsərrüfatın qalıq balans dəyərinin - 6335 manatın cəmiyyətin kassasına ödənilməsi barədə sənəd təqdim etmişdir. Bu isə icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları əvəz etmir. Deməli, "xxxx" ASC-nin Direktorlar (müşahidə) şurasının yığıncağının xx.xx.2011-ci il tarixli 1 saylı protokolu və 6335 manat pulun ödənilməsi iddiaçının daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas vermir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 30. kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışla r 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir;... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda im tina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılma sına səbəb olan hallar aradan qaldırılmadıqda.
32. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə Təsdiq edilmiş, Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramı
9. Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin satışı 9.1. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Dövlət Xidməti tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunv ericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dai r vəsatət təmin olunmamışsa; 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şik ayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə
90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə
91. Mü bahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəx sin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayətləri vaxtında verilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Əvvəla məhkəmə kollegiyası iddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirməyi məqsədə müvafiq hesab edir.
37. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində tələb qismində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması qeyd edilmişdir.
38. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarda iddianın mümkünlüyü ilə əlaqədar hər hansı bir məsələ müzakirə edilməmiş, bu hal müzakirə predmeti olmamışdır.
39. İddianın mümkünlüyü ilə əlaqədar məsələ birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmış, iddia tələbinin “iki ədəd talvar üzərində mülkiyyət hüququnun və 1.08 ha torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır. İddiaçı həmin qərardadı apellyasiya qaydasında mübahisələndirməmiş və qərardad qanuni qüvvəsini almışdır.
40. İnzibati Prosessual Məcəllənin 94.2-ci maddəsinin tələbinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.
41. Bu məsələyə “İnzibati işlər üzrə apellyasiya instansiya məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah”ın İV bəndində yer ayrılmışdır. Qeyd edilmişdir ki, kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmay an normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
42. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş kassasiya şikayəti nə İPM-in 94.2-ci maddəsinin, nə də İzahın tələblərinə uyğun deyildir. Başqa sözlə şikayət əsaslandırılmamışdır.
44. Bundan əlavə İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən Mülki Prosessual Məcəllənin 408.1.5-ci maddəsində qeyd edilir ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir.
45. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyi göstərilməmişdir. Baxmayaraq ki, belə bir tələb kassasiya şikayətinin mümkün sayılma tələblərindən biri kimi qəbul edilib.
46. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəfindən kassasiya şikayətində yeganə olaraq maddi hüquq norması kimi Mülki Məcəllənin 152-ci maddəsinə istinad edilsə də həmin norma ilə əlaqədar apellyasiya instansiya məhkəməsi tərəfindən hansı pozuntulara yol verildiyi göstərilməmişdir.
47. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
50. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
51. Kassasiya şikayətinin dəlillərindən aydın olur ki, cavabdeh tərəfindən iddianın təmin edilən hissəsi-1 mərtəbəli 4 otaqlı yaşayış evi, tövlə üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması mübahisələndirilir. Qeyd edilir ki, tikililərin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid olduğundan həmin torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilməz.
52. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, işə əlavə edilmiş "xxxx" ASC-nin Dir ektorlar (müşahidə) şurasının yığıncağının xx.xx.2011-ci il tarixli 1 saylı protokolundan görünür ki, "xxxx" ASC-nin yaranma dövrünə-balansında olan ümumi dəyəri 6335 manat dəyərində olan əsas vəsait və tikililər mülkiyyətinə verilməklə Ağsu rayon Padar kənd sakini İddiaçı satılması, eləcə də "xxxx" ASC-nin səhmdarların reyestrində olan adları protokolunda göstərilən 17 nəfər səhmdarın ayrılaraq ASC-nin fəaliyyət növü ilə sərbəst öz fəaliyyətini davam etdirməsi və səhmdarların 2356 ədəd 6,4111% miqdarında olan səhmlər alqı-satqı birjasında X1 adına keçirilməsi qərara alınmışdır (cild 1, iş vər 59-60).
53. Həmçinin "xxxx" ASC-nin xx.xx.2011-ci il tarixli 32 nömrəli arayışından, eləcə də kassa mədaxil orderinin qəbzindən görünür ki, cəmiyyətə məxsus olan yardımçı təsərrüfatın qalıq balans də yəri təşkil edən 6335 manat məbləğ iddiaçı tərəfindən tam ödənilmişdir (cild 1, iş vər 61-62).
54. Tikililərin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması əsası ilə torpaq sahəsinin xüsusi mülkiyyətə verilə bilməməsi ilə əlaqədar məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli 3-21-3/2-6775/2024 nömrəli məktubda Dövlət Əmlakı Nazirliyinin 25 avqust 2000-ci il tarixli, 152 nömrəli sərəncamı ilə Azərsutikinti Dövlət Konserninin tabeliyində olmuş "xxxx" Tikinti Quraşdırma İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradıldığı və X2 tərəfindən 05 avqust 2003-cü il tarixində cəmiyyətə məxsus əmlakın özəlləşdirildiyi, torpaq sahəsinin isə dövlət mülkiyyətində qal dığı qeyd edilmişdir.
55. Həmçinin, məhkəmə kollegiyası cavabdehin dəlilini təkzib etmək üçün iş materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin 01 aprel 2011-ci il tarixli, 2(016)46/2011 saylı qərardadı ilə təsdiq olunmuş "xxxx" ASC-nin icra orqanın sədri ilə İddiaçı arasında bağlanmış barışıq sazişinə istinad etməyi məqsədə müvafiq hesab edir. Həmin barışıq sazişi və barışıq sazişinin təsdiq olunması haqqında qərardadla Cəmiyyətin balansında olan Ağsu rayonu Padar kəndi ərazisində yerləşən yardımçı təsərrüfat və qumçınqıl karxanası İddiaçı mülkiyyətinə verilmişdir.
56. Məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-ci maddəsinə istinad edərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başq asına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
57. Yuxarıda da qeyd edildiyi ki, Ağsu rayonu Padar kəndi ərazisində yerləşən yardımçı təsərrüfat və qum-çınqıl karxanası İddiaçı mülkiyyətinə verilməsi barədə tərəflər arasında barışıq sazişi və barışıq sazişinin təsdiq olunması haqqında qərardad mövcuddur. 58. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və İİ hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbay can Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 aprel 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.
59. Bundan əlavə A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 13 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir.
60. Məhkəmə kollegiyası qeyd edilən halları ümumiləşdirirək bu nəticəyə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında gəlinmiş nəticə mütləq qaydada heç bir qeyd şərt qoyulmadan icra edilməlidir. Əks yanaşma ədalət mühakiməsinin prinsiplərinə uyğun olmaz. Başqa sözlə Ağsu rayonu Padar kəndi ərazisində yerləşən yardımçı təsərrüfat və qum-çınqıl karxanasının İddiaçı mülkiyyətinə verilməsi barədə barışıq sazişi məhkəmə aktı ilə təsdiqləndiyindən bu hal hüquqların dövlət reyestrində təsdiqi üçün əsasdır.
61. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında əlavə edilmiş sənədləri tədqiq edərək bu nəticəyə gəlir ki, cavabdehin iddia tələbinin təmin edilmiş hissəsinin rədd edilməsi ilə bağlı mövqeyi qanuni deyildir.
62. Odur ki, iddiaçının kassasiya şikayəti qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilmədiyindən mümkün sayılmamalı, apellyasiya instansiyası məhkəməsinin iddianın qismən təmin edilməsi barədə mövqeyi qanuni və əsaslı olduğundan iddia tələbinin təmin edilən hissəsində rədd edilməsi barədə cavabdehin kassasiya şikayəti təmin edilməməli, apelly asiya instansiyası məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti mümkün sayılmasın. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 21(107)-18/2024 saylı qərarı iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.