Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2792/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2792/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: əmək pensiyası yaşına çatmış sabiq hakimlər əmək pensiyasının yenidən hesablanması zamanı qulluq etdikləri sonuncu iş yerindən göndərilmiş məlumat vərəqələrində bu artımların qeyd olunub-olunmamasından, həmçinin işlədikləri dövrdə həmin artımları alıb-almadıqlarından asılı olmayaraq onların bu hüququ mövcuddur). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqa r Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-1212/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X2 cavabdeh Dö vlət Sosial Müdafiə FondununHərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçı 1993-cü il xxx ayından 2000-ci ilin xxx ayına kimi 7 il 8 ay müddətində Bakı Qarnizonu Hərbi Məhkəməsindəhakim işlədiyini, ona Bakı Qarnizonu Hərbi Məhkəməsinin hakimi kimi 2000-ci ilin xxx ayından pensiyanın təyin edildiyini, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinin 1-ci hissəsinə əsasən hakimlərə məzuniyyətəçıxdıqları vaxt 2 aylıq əmək haqqı məbləğində müavinətin verildiyini, xxxx 2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində “iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir” sözl əri, “iki aylıq əmək haqqı məbləğində müavinət verilir” sözləri ilə əvəz edildiyini, Qanunun həmin dəyişikliyinə görə onun illik məzuniyyət haqqını xxxx 2010-cu il tarixədək 1460 manat vəzifə maaşının iki misli miqdarında, yəni 2920 manat, həmin tarixdən sonra isə aylıq əmək haqqının (1460 manat vəzifə maaşı + 134 manat rütbə maaşı + 239,10 manat xidmət ilinə görə 15 faiz əlavə + 219 manat hakimlik stajının hər 5 ilinə görə 15 faiz əlavə + 64 manat ərzaq payı əvəzinə pul kompensasiyası=2116,10 manat) iki misli miqdarında, yəni 4232,20 manat təşkil etdiyini, ona pensiya təyin olunduğu vaxtdan hal-hazıra kimi bu əlavə məbləğlərdən pensiya hesablanmadığını, ona təyin olunmuş pensiyanın qanunamüvafiq qaydada yenidən hesablanması və pensiyanın almadığı fərqinin ödənilməsi üçün xxxx 2018-ci il t arixdə ərizə ilə cavabdehə müraciət etdiyini, cavabdeh, xxxx 2018-ci il tarixli məktubla imtina etdiyini bildirərək, hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinətvə müalicə üçün iki aylıq əmək haqqı məbləğində ödənilən pulun nəzərə alınmaqla, pensiyasının 2000-ci il xxx ayından yenidən hesablanaraq hal-hazıra kimi yaranmışfərqlərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbuledilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-648/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilənmüavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləğinəzərə alınmaqla, X1 əmək pensiyas ının xxxx 2006-cı il tarixdən yenidən hesablanması və yaranacaq məbləğ fərqininödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1212/2019 saylı qərarı ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və V.Ə.Baxışova) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədənsaxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il x xxx tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənd də göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən “Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd edilənlərin məhz hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə şamil edilməsi “Əmək pe nsiyaları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamış və ümumiyyətlə hesablanma mexanizmi qeyd edilməmişdir. Çünki məhz bu kateqoriyadan olan əmək pensiyaçılarının pensiya təminatı təminat xərcliyindən hesablanır ki, bu da özlüyündə - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. İddiaçının iddiası ilə bağlı əlavələrin verilməsi, “məlumat vərəqə”sində öz əksini tapmamış və Azərbaycan Re spublikası Nazirlər Kabinetinin 2007-ci il xxxx tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən yeni məlumat vərəqəsi göndərilməmiş, əmək pensiyalarının ödənilməsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə daxilolmalar hesabına həyata keçirilir ki, bu da hər ay üçün sığortaedənlər tərəfindən ödənilən vəsaitlər hesabına formalaşır, keçmiş dövr üçün yaranmış böyük borc məbləğləri isə hissə-hissə ödənilir, həmin məbləğin birdəfəlik ödənilməsi üçün əlavə vəsait tələb olunur ki, bunun da Fondun büdcəsində birdəfəlik ödənilməsi nəzərdə tutulmamış, lakin keçmiş dövrlər üçün yığılmış borcun ödənilməsi faktiki olaraq vətəndaşın müraciət etdiyi tarixdə hüququ yaran dığı tarixədək hesablanır, gecikmiş ayların sayına bölünməklə aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən - “əmək pensiyası ödənişinin maliyyə mənbələri” və maddə 6.2-ci maddəsi “əmək pensiyasının sığorta və yığım hissələri, bu Qanunun 20-ci maddəsi ilə müəyyən olunan (hərbi qulluqçular və xüsusi rütbəli şəxslər) qulluq stajına görə əmək pensiyasına əlavələr məcburi dövlət sosial sığortası vəsaitləri hesabına maliyyələşdirilir. Əlavə olaraq həmin Qanunun 6.3-cü maddəsində qeyd edildiyi kimi “əmək pensiyasının yığım hissəsinin ödənilməsi müvafiq vəsait olduğu halda həyata keçirilir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. Tərəflərin izahatları İddiaçı X2 və cavabdeh Dövlə t Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ko llegiyası iddiaçı X2 və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndiri lməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1212/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 1993-cü ilin xxx ayından 2000-ci ilin xxxx ayına kimi 7 il 8 ay müddətində Bakı Qarnizonu Hərbi Məhkəməsində hakim vəzifəsində işləmiş, 2000-ci ilin dekabr ayından on a sabiq hakim kimi əmək pensiyası təyin edilmiş, iddiaçı, hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində ödənilən pulun nəzərə alınmaqla, pensiyanın dekabr 2000-ci il tarixindən yenidən hesablanıb, hal-hazıra kimi yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə əsasən hakimlər və sabiq hakimlərin pensiya təminatının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirildiyinə, hakim vəzifəsində işlədiyi müddətdə ödənilmiş müavinətin və məbləğlərin həmin Qanuna uyğun olaraq təmi nat xərcliyinin tərkibinə daxil edilmədiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçının əmək pensiyasının hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinətvə müalicə üçün iki aylıq əmək haqqı məbləğində ödənilən pul məbləği nəzərə alınmaqla, yenidən hesablanması üçün qanuni əsaslar mövcuddur, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xxxx 2006-ci il tarixdən qanuni qüvvəyə mindiyi nəzərə alınarsa, iddiaçının əmək pensiyası tələb etdiyi artımlar nəzərə alınmaqla Qanunun qüvvəyə mindiyi xxxx 2006-ci il tarixdən hesablanmalıdır, qanunda hakimlərin əmək haqqındakı sonrakı artımların nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və bu artımların əmək pensiyası yaşına çatmış sabiq hakimlərə də tətbiq edildiyi birmənalı olaraq göstərilmiş, belə olan halda əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasının yenidən hesablanması zamanı qulluq etdikləri sonuncu iş yerindən göndərilmiş məlumat vərəqələrində bu artımların qeyd olunub-olunmasından, həmçinin işlədikləri dövrdə həmin artımları alıb-almadıqlarından asılı olmayaraq onların bu hüququ mövcuddur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 5-ci və 6-cı hissələrinə əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Qanunun 20.7-ci və 29.3-cü maddələrinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır, onların tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla q ulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 i ldən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qanunun 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hes ablanır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 4-cü cümləsinə görə hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin Qanuna xxxx 2010-cu il tarixli düzəliş edildikdən sonra 107-ci maddə yeni redaksiyada verilmiş və onun 2-ci bəndi ilə hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində məzuniyyət haqqı verilməsi nəzərdə tutulmuşdur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının əmək pensiyasının hakimlər məzuniyyətə çıxdıqda onlara ver ilən iki aylıq əmək haqqı məbləğində müavinətvə müalicə üçün iki aylıq əmək haqqı məbləğində ödənilən pul məbləği nəzərə alınmaqla, yenidən və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xxxx 2006-ci il tarixdən hesablanmalı olduğunu, Qanunda hakimlərin əmək haqqındakı sonrakı artımların nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması və bu artımların əmək pensiyası yaşına çatmış sabiq hakimlərə də tətbiq edildiyinin birmənalı olaraq göstərildiyini, əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasının yenidən hesablanması zamanı qulluq etdikləri sonuncu iş yerindən göndərilmiş məlumat vərəqələrində bu artımların qeyd olunub-olunmamasından, həmçinin işlədikləri dövrdə həmin artımları alıbalmadıqlarından asılı olmayaraq onların bu hüququn un mövcud olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1212/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1212/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2792/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2792/2019
06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver