Məhkəmə qərarları › İş №2-1(102)-2793/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2793/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2793/2024 10.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarının ləğv olunması və artıq ödənişin iddiaçının şəxsi hesab vərəqəsində əks olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarının ləğv olunması və artıq ö dənişin iddiaçının şəxsi hesab vərəqəsində əks olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-1875/2024 nömrəli, 29 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********164408 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən 281773,62 manat azaldılma, 127,27 manat artıq hesablama, 281773,62 manat əlavə hesablama, 127,27 manat ƏDV üzrə artıq hesablama müəyyən edilmiş, 140926,82 manat maliyyə sanksiyası müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********164408 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbinin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə ********** saylı şəhadətnamə (VÖEN) əsasında dövlət qeydiyyatına alınmışdır. Fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının tikintisindən ibarətdir. Kooperativ tərə findən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 262 saylı sərəncamına uyğun olaraq Xətai rayonu, Babək prospekti, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" Azərbaycan İnkişaf Şirkətinə ayrılmış “Ağ Şəhər” ərazisində 9 girişli, 8 mərtəbəli çoxmənzilli yaşayış binaları inşa olunmuşdur. Kooperativ tərəfindən vergi orqanına təqdim olunmuş xx.xx.2019-cu il tarixli “Bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin seçdiyi vergitutma metodu barədə” Məlumat formasına əsasən Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Buna uyğun olaraq da kooperativin ƏDV qeydiyyatı xx.xx.2019-cu il tarixli **********110700 Q saylı qərarına əs asən xx.xx.2019-cu il tarixindən ləğv edilmişdir. Yuxarıda qeyd olunan məlumat formasına əsasən yaşayış kompleksinin tikintisinə xx.xx.2019-cu ildə başlanılmışdır. Tikintinin təməl qoyma işlərinin başlanılması ilə bağlı olaraq 2019-cu ilin 2-ci rübü üzrə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyənnaməsi” təqdim olunmuşdur. Vergi orqanı tərəfindən təsdiq olunmuş sonuncu sadələşdirilmiş vergi bəyənnaməsinə əsasən inşa olunan binaların ümumi sahəsi 36 590 kv.metr (yaşayış sahəsi 32 610 kv.m, qevri-yaşayış sahəsi 3980 kv.m), dövlət büdcəsinə ödənilməli vergi məbləği isə ******* manat müəyyən olunmuşdur. Qeyd olunan bəyənnaməyə əsasən də vergi öhdəlikləri tam şəkildə icra olunaraq, dövlət büdcəsinə 2607312.92 manat vergilər ödənilmişdir. Azərbaycan Respublik ası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********156992 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarına əsasən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən aprel-2019-mart 2022-ci illəri əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuşdur. Səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdə başlanılmış və xx.xx.2022-ci il tarixində başa çatdırılmışdır. Yoxlamanın nəticəsində xx.xx.2022-ci il tarixli **********164408 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” qərar qəbul edilərək, kooperativə 281773.62 manat əlavə vergi hesablanılmış və 140 926. 82 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması ilə maddi və prosessual hüquq normalarının pozulması ilə aparılmışdır və onun nəticələri ilə razı deyil. Səyyar vergi yoxlaması prosesində Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********158132 saylı “Mütəxəssis dəvət edilməsi haqqında” qərarına əsasən “X6” MMC-nin nümayəndəsi mütəxəssis kimi dəvət edilmişdir. Mütəxəssis qarşısında İddiaçı MTK tərəfindən Xətai rayonu, Babək prospekti, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" Azərbaycan İnkişaf Şirkətinə ayrılmış ərazidə inşa edilən yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri-yaşayış sahələrinin, eyni zamanda satışa yararlı sahələrinin və xx.xx.2019-cu il tarixdən xx.xx. 2022-ci il tarixədək olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin (əmək tutumunun) müəyyən edilməsi sualı qoyulmuşdur. “X7” MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən binanın ümumi sahəsi 39647.23 kv.m (yaşayış sahəsi 34 866.73, qeyri-yaşayış sahəsi 4781.5 kv.m) müəyyən olunmuşdur. Rəyə əsasən layihə üzrə verilən yaşayış sahəsi 2256.73 kv.m, qeyri-yaşayış sahəsi isə 801.5 kv.m olmaqla 3057.23 kv.m artırılmışdır. Qeyd olunan sahə hesablaması ilə razı deyil. İddiaçı MTK tərəfindən inşa olunan binaların layihəsi, "xxxx" ASC tərəfindən hazırlanılmışdır. Həmin layihə Fövqəladə Hallar Nazirliyinin X1 Baş İdarəsi tərəfindən, son olaraq isə xx.xx.2020-ci il tarixdə 02/1447 saylı rəyə əsasən Azərbaycan Respublikası Şəh ərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma mərkəzi tərəfindən razılaşdırılaraq tikintiyə icazə verilmişdir. Binanın layihə üzrə inşa olunmasına Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və "xxxx" Azərbaycan İnkişaf Şirkəti (Ağ Şəhər) tərəfindən nəzarət olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi xx.xx.2022-ci il tarixli 1167 saylı rəyinə əsasən bina istismara qəbul edilmişdir. Həmin rəydə də binanın tikintisi ilə bağlı layidən kənara çıxılma ilə bağlı heç bir qeyd mövcud deyil. Qeyd olunanlardan əlavə olaraq, layihə üzrə və faktiki olaraq hər mərtəbəsi 37 yerlik olmaqla iki mərtəbəli avtodayanacaq olan K blokunun sahəsi 5075.6 kv.metr qeyd olunmaqla, guya burada 3.30 səviyyə və 7.15 səviyy ə olmaqla, hər biri 666 kv.m-lik, cəmi 1332 kv.m satışa yararlı su deposu olması qeyd olunmuşdur. Lakin faktiki olaraq su deposu kompleksin girişi olan C blokunun altında yerləşir və 2 ədəd 32 kv.m-lik su çənindən və 1 ədəd 32 kv.m-lik yanğın su çənindən ibarətdir, eyni zamanda onun yanında 70 kv.m-lik nasosxana yerləşir. Çoxmənzilli yaşayış kompleksinin su deposu ümumi istifadədə olan sahədir və satışa yararlı olması mümkün deyil. Mütəxəssis və vergi yoxlayıcıları isə hesab etmişdir ki, MTK su deposunu satacaqdır və buradan mütləq vergi ödəməlidir. Digər tərəfdən isə cəmi 138 mənzili olan yaşayış kompleksində 1332 kv.m su deposunun olmasını fikirləşmək belə mümkün deyil. Layihəyə əsasən cəmi inşaat sahəsi 6411 kv.metrdir və “Ağ Şəhər” kimi torpağın qiymətinin çox baha olduğu bir yerdə inş aat sahəsinin tam olaraq 20.77%-nin sadəcə su deposuna ayrılmasının iddia olunması absurddur. Bunun nə iqtisadi, nə də məntiqi izahı yoxdur. Binanın layihəsinin “Eksplikasiyası”na əsasən - 3.30 00 FFL zirzəmi səviyyəsinin (zirzəminin 1-ci mərtəbəsi) sahəsi 5611.4 kv.m, - 7.000 FFL səviyyəsi (zirzəminin 2-ci mərtəbəsi) 5519.4 kv.m olmaqla cəmi 11130.8 kv.metr təşkil edir. Göründüyü kimi, layihədə zirzəmi sahəsi 11130.8 kv.metr göstərilsə də, “mütəxəssis” bütün dövlət orqanlarından daha yaxşı hesablama apararaq zirzəmi sahəsi 829.39 kv. metr artırmaqla 11960.19 kv.m olması qənaətinə gəlmişdir.

4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəli rlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********164408 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması və 83035.11 manat məbləğində artıq ödənişin iddiaçının şəxsi hesab vərəqəsində əks olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir

5. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4632/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qərarı (hakim: A.Almazova) ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, ***** *****164408 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmiş, 83035.11 manat məbləğində artıq ödənişin İddiaçı şəxsi hesab vərəqəsində əks olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qurum tərəfindən iddiaçıya sadələşdirilmiş vergininin məbləğinin hesablanması ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı təyin və tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10/3263-9/3439 saylı xx.xx.2023-cü il ta rixli ekspert rəyində Azərbaycan Respublikasının Vergi Məcəlləsin 219.3-cü maddəsinin tələbləri nəzərə alınaraq tikilmiş binanın yasayış və qeyri-yaşayış sahələri, eləcə də binanın hər mərtəbəsinin ümumi sahəsi ayrı-ayrılıqda hesablandığından məhkəmə həmin rəyi mötəbər sübut növü hesab edir. Rəyin tədqiqat hissəsində aparılmış hesablamalar nəticəsində İddiaçı Xətai rayonu, Babək prospekti, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında “ADEC Azərbaycan İnkişaf Şirkətinə ayrılmış “Ağ Şəhər” ərazisində inşa edilmiş 9 girişli, 8 mərtəbəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 35.425,7 kv.metr, o cümlədən İ mərtəbədə ticarətə yararlı qeyri-yaşayış sahəsi 2122,0 kv.metr, zirzəmi sahəsi (avtodayanacağa yararlı) – 1687,5 kv.metr, ümumilikdə yaşayış və yaşayışa yararsız sahələr (mənzillərin sahəsi, lift holu, pilləkən qəfəsəsi, elektrik otağı, xidməti eyvan, elektrik odası, tambur, su çənləri, yanğın su çəni və s.) – 31.616,2 kv.metr. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" AİŞ-nə ayrılmış ərazidə inşa edilmiş bina üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin ümumilikdə 2.519.805,38 manat məbləğində təşkil etdiyi, 2.602.840,49 manat məbləğində ödənişin aparıldığı və bunun nəticəsində 83.035.11 manat (2.602.840,49 - 2.519.805,38) məbləğində artıq ödənişin yarandığı müəyyən olunur. Həmçinin hazırkı tədqiqatla təqdim edilmiş iş materiallarına əsasən 126.0 manat məbləğində ÖMV üzrə vergilərin az hesablandığı, 126,0 manat məbləğində sadələşdirilmiş verginin artıq hesablanması müəyyən olunur. Yəni xx.xx.2022-ci il tarixli **********164408 saylı qərarlarla hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmur.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-1875/2024 nömrəli, 29 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə sədrlik edən və məruzəçi, G.Abbasova və C.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxl anılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********156992 nömrəli Qərarına əsasən "Development” MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (yoxlanılan dövr: xx.xx.2019-xx.xx.2022) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətin təmin edilməsi haqqında xx.xx.2021-ci il tarixli **** ******278800 nömrəli Qərarının 3.3-cü (Vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən İddiaçı fəaliyyəti üzrə səyyar vergi yoxlamasının keçirilməsini təmin edilsin) bəndinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlama zamanı vergidən yayınma hallarının olması öz təsdiqini tapmışdır.

12. Yoxlama zamanı təqdim edilmiş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi”nin hesablanmasının düzgünlüyü yoxlanılmışdır.

13. İddiaçı tərəfindən inşa edilmiş yaşayış binalarının ümumi sahəsinin, yaşayış və qeyri yaşayış sahələrinin, eyni zamanda satışa yararlı sahələrinin və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə yaşayış binaları üzrə tikinti işlərinə sərf edilmiş əmək haqqı həcminin (əmək tutumunun) müəyyən edilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli **********158132 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qarar çıxarılmış və Qərara əsasən "xxxx" MMC-nin mütəxəssisi X3 dəvət edilmişdir. Rəy tərtib edilmişdir.

14. Yoxlama zamanı tikilmiş yaşayış binaları, qeyri-yaşayış obyektləri və zirzəmi sahələri üzrə ümumi sahə 39 647,23 m², (o cümlədən qeyri-yaşayış obyektinin ümumi satışa yararlı sahəsi 2657,50 m², zirzəminin ümumi satışa yararlı sahəsi 2124,0 m², yaşayış mənzillərin ümumi sahəsi 17345,0 m², pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 17520,73 m² (satışa yararsız sahələr)) təşkil etmişdir. Binalar və qeyri-yaşayış obyektləri 8-ci zonada yerləşir, zona əmsalı 1,5 təşkil etmişdir.

15. Yoxlama zam anı “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” üzrə MTK tərəfindən hesablanmış vergilər nəzərə alınmaqla (2837 563,66- 2604150,0) verginin 233413,66 manat az hesablandığı müəyyən edilmişdir.

16. Bundan başqa yoxlama zamanı ödəmə mənbəyində tutulan verginin hesablanmasının düzgünlüyü yoxlanılmışdır.

17. Vergi ödəyicisinin istifadəsində olan AZ1025, Bakı Şəhəri Xətai Rayonu, Xəqani Rüstəmov ev.23,2-ci giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 105 kv.m. olan ofis binasını X2 xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən 900,0 manata icarəyə götürüldüyü müəyyən edilmişdir. Yoxlama zamanı icarə haqqından ödəmə mənbəyində tutulan verginin 126,0 manat az hesablandığı müəyyən edilmişdir.

18. Vergi Məcəlləsinin123.1 və 124.1-ci maddələrinə uyğun olaraq müə ssisəyə yoxlanılan dövrdə 48359.94 manat ödəmə mənbəyində vergi hesablanmışdır.

19. İş üzrə məlum olduğu kimi məhkəmə kollegiyası Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2023-cü il tarixli, 10/3263-9/3439 saylı ekspert rəyini mübahisənin düzgün həlli üçün əsas sübut kimi qəbul etmişdir. O isə ki, iddiaçı tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi ödənişlərini sadə toplama metodunu düzgün icra etməmişdir.

20. Xüsusi olaraq qeyd etmək istəyirik ki, ekspert rəyindən göründüyü kimi ekspertiza 9 girişli 8 mərtəbəli yaşayış binasında aparılmışdır.

21. Lakin, ekspert rəyində A, B, E, D, J, G, F blokları üzrə ekspertiza aparılmış C, H və K blokları üzrə ekspertiza aparılmamışdır. Lakin, həmin ekspert rəyi mötəbər sübut olaraq məhkəmə tərəfindən qəbul edilmişdir.

22. Bundan başqa, məhkəmə qərarında sahələrin hesablanması zamanı ekspert Dövlət Şəhərsalma və Arxitektura Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 saylı qərarına istinad etmiş, lakin vergi məcəlləsinin tələblərinə uyğun hesablama aparıldığı bildirmişdir.

23. Qeyd etmişdir ki, iş materiallarında layihə sənədləri olmadan tikintinin sahələrini azalma və ya çıxılma olmadan ekspert tərəfindən hesablandığı müəyyən edilməsi qeyri mümkündür. Lakin məhkəmə qərarında araşdırma aparmadan ekspert tərəfindən müəyyən edilmiş ölçülərin tikintiyə uyğun olduğu qeyd etmişdir.

24. Əlavə olaraq qeyd etmək istəyirik ki məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş vergi hesabatı nəzərə alınmadan onun vergi öhdəliklərini məhkəmə qərarı ilə azaldılması əsassız və qanunsuzdur.

25. Həmçinin məhkəmə qə rarında faiz gəlirin ödənilməsi ilə bağlı araşdırma aparıldığını lakin daha sonra Vergi Məcəlləsinin 14-cü maddəsinə istinad edərək bu maddənin qiymət amili ilə bağlı olduğunu və vergi orqanının yanaşması Vergi Məcəlləsinin tələblərinə uyğun olmadığı qeyd olunmuşdur.

26. Məhkəmə qərarından belə nəticəyə gəlmək olur ki, faiz ödənilməsi müəyyən olunarsa Vergi Məcəlləsinin 14-cü maddəsinin tətbiqi mümkün, olmadığı hallarda tətbiqi əsassızdır. Hesab edirik məhkəmənin yanaşması əsassızdır.

27. İlkin olaraq bildiririk ki, cavabdeh tərəfindən cinayət işi üzrə icraat başa çatana kimi məhkəmə baxışının dayandırılması barədə vəsatət təqdim edilsə də, məhkəmələr tərəfindən həmin vəsatətə qərarda münasibət bildirilməmişdir.

28. Bundan başqa, ekspert tədqiqatı xx.xx.2023-cü il tarixdə baxış keçirildikd ən sonra xx.xx.2023-cü il tarixdə qısa müddətdə (18 günə) rəy tərtib edilmişdir. Bu qısa müddət ərzində tək ekspertin 9 girişli bütün bloklar (A,B,E,D,J,G,F) və mərtəbələr üzrə ölçüm işlərinin aparılması fiziki cəhətdən mümkün deyildir. Həmçinin qeyd edək ki, C, H və K blokları üzrə ekspertiza aparılmamışdır.

29. Həmçinin bildirməyi zəruri hesab edirik ki, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (külli miqdarda vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanuna müvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmiş, həmin materiallar əsasında xx.xx.2023-cü il tarixdə "Development” MTK barəsində CM-nin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai araşdırma ********* nömrəli cinayət işi başlanaraq ibtidai araşdırma aparılmışdır.

30. Cinayət işinin istintaq zamanı alınmış Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3723 saylı rəyinə əsasən hesablanmış vergilər təsdiqini tapmışdır.

31. Lakin məhkəmə kollegiyası obyektiv araşdırma apararaq iş üzrə mövcud olan bütün sübutları qiymətləndirməli olduğu halda qiymətləndirməmişdir.

32. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

33. Azərbayca n Respublikası Vergi Məcəlləsi: 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisin in xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 123.1. Rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rez identin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. 219.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. 220.8. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır. 220.8-1. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyriyaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

34. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məlum olduğu kimi, iddiaçının iddia tələbi “cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********164408 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması və 83035.11 manat məbləğində artıq ödənişin iddiaçının şəxsi hesab vərəqəsində əks olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir”.

38. Cavabdeh iddiaya dair yazılı etiraz vermiş, başqa sözlə iddia tələbinin 83.035,11 manat məbləğinə dair hissəsindən məlumatlı olmuş və onunla da razılaşmamışdır.

39. Bu baxımdan cavabdehin iddiaçı həmin tələblə ona müraciət etməməsi haqqında mövqeyi əsassızdır.

40. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, “iddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, bu hissədə iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı artıq ödənilmiş məbləğin şəxsi hesab vərəqəsində işlənilməsini xahiş edir. Cavabdeh isə hesablanmış inzibati aktla iddiaçı tərəfindən artıq ödəmənin olmadığını, əksinə əlavə vergi öhdəliyinin mövcud olduğunu bəyan etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan ( inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.”

41. Ümumiyyətlə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni tam və hərtərəfli araşdıraraq, doğru olaraq birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəməsi təyin edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyini nəzərə almaqla, iş üzrə qanuni, əsaslı və ədalətli məhkəmə qərarı qəbul etmişdir.

42. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********156992 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İd diaçı (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə göstərilən aprel 2019 - mart 2022-ci illər vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

43. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221735607 saylı çıxarışa əsasən cavabdeh tərəfindən İddiaçındə xx.xx.2019 – xx.xx.2022-ci il dövr üzrə “Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi; Vergi Məcəlləsi, 38.3.5-ci maddə” əsası ilə plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara al ınmışdır.

44. Məhkəmə kollegiyası hazırkı inzibati mübahisə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının növbəti və növbədənkənar olmaqla, iki növünü müəyyən etmişdir. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər.

45. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla, aşağıdakı əl amətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşmasının, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.

46. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir k i, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbəri nə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər və bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur.

47. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat h aqqında” Qanunun 28-ci maddəsi anlamında inzibati icraatın başlanılması üçün əsas qismində qəbul edilməlidir.

48. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş Akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatı qaydasında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.

49. Qeyd edildiyi k imi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).

50. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və hə m də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həya ta keçirilməsinin yoxlanılmasını da ehtiva edir.

51. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

52. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli, **********156992 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəl li olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.

53. Bundan əlavə, vergi orqanı qərarında həmin əlaqəli məlumatları açıqlamamış, eləcə də səyyar vergi yoxlaması aktında da onları qeyd etməmişdir.

54. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqa nda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

55. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqda n sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

56. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər y oxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar ü zərindən qiymət verir.

57. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir.

58. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səla hiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamış, yalnız məhkəmə icraatının gedişində yoxlamanın başlama əsasları barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi a rasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olma sından irəli gəlir.

59. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.

60. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Ko nstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

61. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və kons titusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

62. Həmçinin işdə olan cavabdeh tərəfindən tərtib edilmiş “Səyyar vergi yoxlaması” haqqında **********157056 saylı xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi S.S.Əliyev tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən A bloku üzrə binanın ümumi sahəsi 5 916,21 m2 (o cümlədən qeyriyaşayış obyektinin satışa yararlı sahəsi 468,0 m2, zirzəminin satışa yararlı sahəsi 72,0 m2, yaşayış mənzillərin ümumi sahəsi 3325,0 m2, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 2 051,21 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. B bloku üzrə binanın ümumi sahəsi 3595,08 m2 (o cümlədən qey ri-yaşayış obyektinin satışa yararlı sahəsi 261,0 m2, zirzəminin satışa yararlı sahəsi 72,0 m2, yaşayış mənzillərin ümumi sahəsi 1960,0 m2, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 1302,08 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. C bloku üzrə binanın ümumi sahəsi 361,08 m2 (o cümlədən pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 361,08 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. D bloku üzrə binanın ümumi sahəsi 4775,44 m2 (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 379,05 m2, zirzəminin satışa yararlı sahəsi 72,0 m2, yaşayış mənzillərin ümumi sahəsi 2716,0 m2, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 1607,94 m2 (satışa yarars ız sahələr) təşkil etmişdir. E bloku üzrə binanın ümumi sahəsi 3 595,08 m2 (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 261,0 m2, zirzəminin satışa yararlı sahəsi 72,0 m2, yaşayış mənzillərin ümumi sahəsi 1960,0 m2, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 1302,08 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. F bloku üzrə binanın ümumi sahəsi 4033,27 m2 (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 271,0 m2, zirzəminin satışa yararlı sahəsi 108,0 m2, yaşayış mənzillərin ümumi sahəsi 2317,0 m2, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 1337,27 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. G bloku üzrə binanın ümumi sahəsi 5361,09 m2 (o cümlədən qeyri-yaşayış obyekti nin satışa yararlı sahəsi 375,0 m2, zirzəminin satışa yararlı sahəsi 144,0 m2, yaşayış mənzillərin ümumi sahəsi 2127,0 m2, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 2715,09 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. H bloku (qeyri-yaşayış) üzrə binanın ümumi sahəsi 298,84 m2 (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 151,0 m2, zirzəminin satışa yararlı sahəsi 108,0 m2, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 39,84 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. J bloku üzrə binanın ümumi sahəsi 6635,54 m2 (o cümlədən qeyri-yaşayış obyektinin satışa yararlı sahəsi 491,0 m2, zirzəminin satışa yararlı sahəsi 144,0 m2, yaşayış mənzillərin ümumi sahəsi 2940,0 m2, pilləkən, lif t, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 3060,54 m2 (satışa yararsız sahələr)) təşkil etmişdir. K bloku (həyətaltı avtodayanacaq) üzrə binanın ümumi sahəsi 5 075,60 m2 (o cümlədən zirzəminin satışa yararlı sahəsi 1332,0 m2, pilləkən, lift, dəhliz, divar altı sahə, avtomobil yolları, havalandırmanın ümumi sahəsi 3743,60 m2 (satışa yararsız sahələr) təşkil etmişdir. Ümumi zirzəminin sahəsi (yararlı) 2124,0 m2, ümumi qeyri-yaşayış sahəsi (yararlı) 2 657,5 m2, ümumi yaşayış sahəsi 17 345,0 m2, pilləkən, lift, havalandırma, dəhliz, divar altı sahə, avtomobil yolları (yararsız sahə) 17 520,73 m2-dir. Yoxlama zamanı ümumi olaraq (vergitutma bazası üçün) yaşayış sahəsinin 34865,73 m2 (17345,0+17520,73), qeyri-yaşayış sahəsinin 4781,5 m2 (2124,0+2 657,5) olduğu m üəyyən edilmişdir. Qeyri-yaşayış üzrə: 4 781,50 m2 x 45 x 1.5 x 1.5 = 484 126,88 manat Yaşayış sahəsi üzrə: 34 865,73 m2 x 45 x 1.5 = 2 353 436,78 484126,88 + 2 353 436,78 = 2 837 563,66 manat 2837563,66 - 2604150,0 = 233 413,66 manat

63. Beləliklə, yoxlama zamanı “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi” üzrə MTK tərəfindən hesablanmış vergilər nəzərə alınmaqla (2837563,66 - 2604150,0) verginin 233413,66 manat az hesablandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 233413,66 manat azaldılmasına görə 50% məbləğində, yəni 116706,83 manat ma liyyə sanksiyası tətbiq edilmişdir.

64. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********164408 saylı xx.xx.2022-ci il tarixli qərara əsasən 281773,62 manat azaldılma, 127,27 manat artıq hesablama, 281773,62 manat əlavə hesablama, 127,27 manat ƏDV üzrə artıq hesablama müəyyən edilmiş, 140926,82 manat maliyyə sanksiyası müəyyən edilmişdir.

65. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın normaları mərtəbənin ümumi sahəsinin hesablanmasında tətbiq olunmalıdır. İstinad edilən Qaydal arın 3.1-ci bəndinə əsasən, “yaşayış binasının ümumi sahəsi – binanın mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı üçün) və digər şaxtalar üçün nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə alınır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, mənzildən kənar şaquli (kanallarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan mühəndis kommunikasiyalarının, həmçinin tamburların, p ortiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandusların sahələri binanın sahəsinə daxil edilmir”.

66. Həmçinin məhkəmə kollegiyası mübahisələndirilən qərarın ödəmə mənbəyində verginin hesablanması ilə bağlı hissədə hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən borc müqavilələrində hər hansı faizin ödənilməsi şərti nəzərdə tutulmamışdır. İddiaçıya hər hansı faiz gəliri ödənilməsi halının baş verməsi ilə bağlı işin məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir, eləcə də məhkəmə tərəfindən aparılan araşdırma zamanı belə hal müəyyən edilməmişdir.

67. Apellyasiya məhkəməsinin “Təsisçi tərəfindən verilən borcla bağlı vergi orqanının yanaşması əsassız və vergi məcəlləsinin tələ blərinə uyğun deyildir”, qənaəti də doğrudur. Belə ki, AR Vergi Məcəlləsinin 14-cü maddəsi mahiyyətcə bu tip əməliyyatlarda tətbiq olunmur. Qeyd olunan maddə qiymət amili ilə bağlıdır və konkret əməliyyatlarda vergidən yayınma hallarının qarşısının alınması və ya minimallaşdırılması məqsədilə, əməliyyatda təsbit olunmuş qiymət göstəricisinə alternativ qiymət göstəricisi üzərindən vergilərin hesablanmasını nəzərdə tutur. Qiymət amili isə öz iqtisadi təbiətinə görə pul vəsaiti ilə deyil, mal, iş və xidmətin təqdim edilməsi ilə bağlıdır. Yəni, pul vəsaitinin borc götürülməsi əməliyyatının dəyər göstəricisi qiyməti yox, məbləği ifadə edir. Həmin məbləğ isə sabitdir, heç bir amilin təsiri ilə dəyişməsi mümkün deyil və nəticə etibarilə, potensial vergidən yayınma perspektivi faktiki olaraq yoxdu r. Təsisçi fiziki şəxsin sahibkarlıq fəaliyyətini həmin hüquqi şəxs vasitəsilə həyata keçirdiyini, dolayısıyla gəlirini də həmin hüquqi şəxs üzərindən əldə etdiyini (və ya edəcəyini) nəzərə alaraq, qeyd olunan borc müqaviləsinə kommersiya əməliyyatı kimi yanaşma (borcu faiz gəliri əldə etmək niyyəti ilə verməsi) düzgün deyildir.

68. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 739.1., 739.2-ci maddələrinə, həmçinin Vergi Məcəlləsinin 12.3., 13.2.16., 102.1.22, 102.1.22-2, 123.1-ci maddələrini tam və hərtərəfli təhlil edib doğru olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh qurum tərəfindən iddiaçıya sadələşdirilmiş verginin məbləğinin hesablanması ilə bağlı dəlilləri əsassızdır.

69. Belə ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, * *********164408 saylı qərar yalnız “X6” MMC adlı şirkətin mütəxəssisləri tərəfindən verilmiş rəyə əsaslanmışdır.

70. Apellyasiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, “bu rəy hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə və məsuliyyətə cəlb edilmə barədə qərarın qəbul edilməsi üçün əsas ola bilməz, belə ki, kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, “X6” MMC xx.xx.2020-ci il tarixində qeydiyyata alınmış, rəyin verilməsi üçün vergi orqanı tərəfindən seçilərkən cəmi 1 il 5 ay mövcud olan bir şirkət olmuşdur. Vergi məcəlləsinin 45.2-ci maddəsinə əsasən, “Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz.”

71. Eyni zamanda apellyasiya məhkəməsi hətta ona diqqət yetirmişdir ki, mütəxəssis rəyinin tərtib olunması zamanı mütəxəssis binanın faktiki ölçülərini müəyyən etmək üçün yerində ölçmə işlərini aparmayıb, yalnız fotoşəkillərdən istifadə etmişdir. Bu hal xx.xx.2022-ci il tarixli rəyin ümumi məlumat fəslində də qeyd edilmişdir. Həmin fəslin 7-ci bəndində təqdim olunan sənədlər kimi yalnız obyektin fotoşəkilləri və tikintinin layihə eskizləri qeyd olunmuşdur.

72. Bundan başqa Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçınə ünvanlanmış 02-TH/244 saylı xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, daxil olmuş xx.xx.2019-cu il tarixli, 001 nömrəli müraciəti və "xxxx" Azərbaycan İnkişaf Şirkətinin xx.xx.2019-cu il tarixli, Ç19-005 nömrəli məktubunu nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 262 nömrəli sərəncamı ilə Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" AİŞ-nə ayrılmış ərazidə İddiaçı Mənzil-Tikinti Kooperativi tərəfindən yaşayış binasının tikintisi üçün nəzərdə tutulan torpaq sahəsinin ölçülərinə dair hazırlanmış cizgi təqdim edilmişdir.

73. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10/3263-9/3439 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, həmin rəydə müəyyən edilmişdir ki, zirzəmi mərtəbələr üzrə: - 7,000 mərtəbənin ümumi sahəsi 5519,4 kv.m., o cümlədən lif t holu 110,0 kv.m., pilləkən qəfəsəsi 167,4 kv.m., qaraj 4555 kv.m. (825,0 kv.m avtodayanacaq, 3730,0 kv.m yollar), elektrik odası 56,0 kv.m., tambur 72,0 kv.m., su çənləri 64,0 kv.m., yanğın su çəni 32,0 kv.m., nasos otağı 69,0 kv.m., mexaniki servis otağları 50,0 kv.m., zirzəminin sahəsi 284,0 kv.m., avtoyuma və quralama yeri 60,0 kv.m. təşkil edir. - 3,300 mərtəbənin ümumi sahəsi 5611,4 kv.m., o cümlədən lift holu 110,0 kv.m., pilləkən qəfəsəsi 167,4 kv.m., qaraj 4639 kv.m. (862,5 kv.m avtodayanacaq, 3776,5 kv.m yollar), elektrik odası 56,0 kv.m., tambur 72,0 kv.m., su çənləri 64,0 kv.m., yanğın su çəni 32,0 kv.m., nasos otağı 70,0 kv.m., mexaniki servis otağları 78,0 kv.m., zirzəminin sahəsi 246,0 kv.m., zəif axın otağı 17,0 kv.m., A.G. otağı, telekom şöbəsi 10 kv.m və UPS otağı 50,0 k v.m. təşkil edir. 1-ci mərtəbənin ümumi sahəsi 2966,0 kv.m., o cümlədən lift holu 219,0 kv.m., pilləkən qəfəsəsi 162,0 kv.m., elektrik otağı 9,0 kv.m., dəhliz 89,0 kv.m., zibil yeri, 24,0 kv.m., mətbəxin sahəsi 5,0 kv.m. texniki sahə (servis səhə və servis sahənin dəhlizi 197,0 kv.m., qeyri-yaşayış sahəsi 2122 kv.m., generator otağı 34,0 kv.m., yanğın nəzarət otağı 20,0 kv.m., dəhliz 85 kv.m. təşkil edir. 2-ci mərtəbə üzrə: A blokunun mənzillərin sahəsi 476.4 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., B blokunun mənzillərin sahəsi 275.2 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., E blokunun mənzillərin sahəsi 263.2 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfə səsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., D blokunun mənzillərin sahəsi 380.8 kv.m., lift holu 20,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 7,0 kv.m., J blokunun mənzillərin sahəsi 500.7 kv.m., lift holu 36,0 kv.m., pilləkən qəfəsəsi 36,0 kv.m., elektrik otağı 2,0 kv.m., xidməti eyvan 15,2 kv.m., G blokunun mənzillərin sahəsi 381.6 kv.m., lift holu 30,0 kv.m., pilləkən qəfəsəsi 37,2 kv.m., elektrik otağı 2,0 kv.m., xidməti eyvan 37,8 kv.m, F blokunun mənzillərin sahəsi 333.8 kv.m, İift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 3,0 kv,m təşkil edir. 3-7-ci mərtəblər (hər biri) üzrə: A blokunun mənzillərin sahəsi 476.4 kv.m, lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,6 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m, B blokunun mənzillərin sahəsi 288.0 kv.m lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,6 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., E blokunun mənzillərin sahəsi 273.7 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,6 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., D blokunun mənzillərin sahəsi 392.6 kv.m., lift holu 20,0 kv.m., pilləkən qəfəsəsi 18.6 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 7,0 kv.m., J blokunun mənzillərin sahəsi 520.9 kv.m., lift holu 30,0 kv.m., pilləkən qəfəsəsi 37,2 kv.m., elektrik otağı 2,0 kv.m., xidməti eyvan 15,2 kv.m., G blokunun mənzillərin sahəsi 388.2 kv.m., lift holu 30,0 kv.m., pilləkən qəfəsəsi 37,2 kv.m., elektrik otağı 2,0 kv.m., xidməti eyvan 25,8 kv.m., F blokunun mənzillərin sa həsi 340.4 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,6 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 3,0 kv.m. təşkil edir. Ümumi cəmi mərtəbələr üzrə mənzillərin sahəsi 13401.0 kv.m., lift holu 760,0 kv.m., pilləkən qəfəsəsi 651,0 kv.m., elektrik otağı 45,0 kv.m., xidməti eyvan 448,5 kv.m. 8-ci mərtəbə (hər biri) üzrə: A blokunun mənzillərin sahəsi 473.5 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., B blokunun mənzillərin sahəsi 268.2 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., E blokunun mənzillərin sahəsi 259.2 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 12,9 kv.m., D blokunun mənzillərin sah əsi 373.0 kv.m., lift holu 20,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 7,0 kv.m., J blokunun mənzillərin sahəsi 492.8 kv.m., lift holu 36,0 kv.m., pilləkən qəfəsəsi 36,0 kv.m., elektrik otağı 2,0 kv.m., xidməti eyvan 15,2 kv.m., G blokunun mənzillərin sahəsi 369.4 kv.m., lift holu 36,0 kv.m, pilləkən qəfəsəsi 36 kv.m., elektrik otağı 2,0 kv.m., xidməti eyvan 25,8 kv.m., F blokunun mənzillərin sahəsi 328.0 kv.m., lift holu 18,0 kv.m., pilləkən qəfəsəsi 18,0 kv.m., elektrik otağı 1,0 kv.m., xidməti eyvan 3,0 kv.m. təşkil edir.

74. Beləliklə aparılmış hesablamalar nəticəsində, İddiaçı Xətai rayonu, Babək prospekti, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" Azərbaycan İnkişaf Şirkət inə ayrılmış “Ağ Şəhər" ərazisində inşa edilmiş 9 girişli, 8 mərtəbəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 35.425,7 kv.metr, o cümlədən İ mərtəbədə ticarətə yararlı qeyri yaşayış sahəsi 2122,0 kv.metr, zirzəmi sahəsi (avtodayanacağa yararlı) - 1687,5 kv.metr, ümumilikdə yaşayış və yaşayışa yararsız sahələr (mənzillərin sahəsi, lift holu, pilləkən qəfəsəsi, elektrik otağı, xidməti eyvan, elektrik odası, tambur, su çənləri, yanğın su çəni və s.) 31.616,2 kv.metr. Qeyd edilir ki, binalar və qeyr-yaşayış obyektləri 8-ci zonada yerləşir, zona əmsalı 1,5 təşkil etmişdir. Tədqiqatla qeyd olunan hesablanma ilə bağlı qanunların tələbləri və tikinti-texniki ekspertizası ilə müəyyən olunmuş ölçülər nəzərə alınmaqla, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev, N obel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında “ADEC" AİŞ-nə ayrılmış ərazidə inşa edilmiş bina üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi aşağıdakı kimi müəyyən olunur, o cümlədən: - Qeyri-yaşayış sahəsi - 2122,0 kv.metr, - Zirzəmi sahəsi (avtodayanacağa yararlı)- 1687,5 kv.metr, - Ümumilikdə yaşayış sahəsi (mənzillərin sahəsi, pilləkən qəfəsəsi, xidməti eyvan, elektrik odası, tambur, su çənləri, yanğın su çəni və s.) - 31.616,2 kv.metr. 2122,0 kv.m (qeyri yaşayış sahəsi) x 45 x 1,5 (zona əmsalı) x 1,5 (qeyri yaşayış sahəsinə görə əmsal) = 214.852,5 manat, 1687,5 kv.m (avtodayanacağa yararlı sahə) x 45 x 1,5 (zona əmsalı) x 1,5 (qeyri yaşayış sahəsinə görə əmsal) = 170.859,38 manat, 31.616, 2 (yaşayış sahəsi) x 45 x 1,5 (zona əmsalı) = 2.134.093,5 manat.

75. Rəyin tədqiqat hissəsində aparılmış hesablamalar nəticəsində İddiaçı Xətai rayonu, Babək prospekti, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" Azərbaycan İnkişaf Şirkətinə ayrılmış “Ağ Şəhər” ərazisində inşa edilmiş 9 girişli, 8 mərtəbəli çoxmənzilli yaşayış binasının ümumi sahəsi 35.425,7 kv.metr, o cümlədən İ mərtəbədə ticarətə yararlı qeyri-yaşayış sahəsi - 2122,0 kv.metr, zirzəmi sahəsi (avtodayanacağa yararlı) – 1687,5 kv.metr, ümumilikdə yaşayış və yaşayışa yararsız sahələr (mənzillərin sahəsi, lift holu, pilləkən qəfəsəsi, elektrik otağı, xidməti eyvan, elektrik odası, tambur, su çənləri, yanğın su çəni və s.) – 31.616,2 kv.metr Rəyin tədqiqa t hissəsində göstərilənlərə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev, Nobel prospekti, X.Rüstəmov küçəsi ilə əhatə olunan məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında "xxxx" AİŞ-nə ayrılmış ərazidə inşa edilmiş bina üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin ümumilikdə 2.519.805,38 manat məbləğində təşkil etdiyi, 2.602.840,49 manat məbləğində ödənişin aparıldığı və bunun nəticəsində 83.035.11 manat (2.602.840,49 - 2.519.805,38) məbləğində artıq ödənişin yarandığı müəyyən olunur. Həmçinin hazırkı tədqiqatla təqdim edilmiş iş materiallarına əsasən 126.0 manat məbləğində ÖMV üzrə vergilərin az hesablandığı, 126,0 manat məbləğində sadələşdirilmiş verginin artıq hesablanması müəyyən olunur.

76. Bel əliklə xx.xx.2022-ci il tarixli, **********164408 saylı qərarlarla hesablanmış vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmur.

77. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, ekspert rəyində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 219.3-cü maddəsinin tələbləri nəzərə alınaraq tikilmiş binanın yaşayış və qeyri-yaşayış sahələri, eləcə də binanın hər mərtəbəsinin ümumi sahəsi ayrı-ayrılıqda hesablandığından həmin rəy mötəbər sübut növü kimi hesab edilməlidir.

78. Belə ki, ekspert rəyi tam olaraq qanunvericiliyin tələblərinə və faktiki ölçülərə uyğun hazırlanmış və mübahisənin düzgün həlli üçün əsas sübut kimi qəbul edilməlidir.

79. Digər tərəfdən ekspert rəyi ümumiləşdirilmiş formada deyil, hər bir sahə ayrıayrılıqda göstərilməklə və əsaslandırılmaqla tərtib olunmuşdur. Ekspert rəyinin nəticə hissəsinə əsasən, “Ağ şəhər” ərazisində inşa edilmiş 9 girişli, 8 mərtəbəli çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 35425.7 kv.m., o cümlədən İ mərtəbədə ticarətə yararlı qeyri-yaşayış sahəsi – 2122 kv.m., zirzəmi sahəsi (avtodayanacağa yararlı) – 1687.5 kv.m., ümumilikdə yaşayış və yaşayışa yararsız sahələr (mənzillərin sahəsi, lift holu, pilləkən qəfəsəsi, elektrik otağı, xidməti eyvan, elektrik odası, tambur, su çənləri, yanğın su çəni və s.) – 31616.2 kv.m., müəyyən edilmiş, eyni zamanda, 83035.11 manat məbləğində artıq ödənişin yarandığı xx.xx.2022-ci il tarixli, **********164408 saylı qərarla hesablanmış vergi məbləğlərinin düzgün olmadığı qeyd olunmuşdur.”

80. Cavabdehin “83035.11 manat məbləğində artıq ödənişin iddiaçının şəxsi hesab və rəqəsində əks olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı cavabdeh kassasiya şikayətində iddianın mümkün hesab olunmamalı olduğunu qeyd etsə də, kollegiya cavabdehin bu dəlili əsassız hesab edir. Cavabdeh bu məsələ ilə bağlı iddiaçının müraciətinin olmadığı və buna görə də iddianın bu hissədə mümkün hesab edilməməli olduğunu göstərmişdir.

81. Halbuki, cavabdehə müraciət şərti iddianın mümkünlük şərti kimi o zaman nəzərə alına bilər ki, həmin müraciətin nəticəsində inzibati orqan müəyyən qərar qəbul etsin. Bu halda cavabdeh vergi orqanı əlavə olaraq borc hesabladığı halda, artıq ödəmədən söhbət gedə bilməz və buna dair iddiaçının hər hansı müraciəti ola bilməz. Artıq ödəmə isə ekspert rəyinə əsasən müəyyən olunmuş və məhkəmə icraatı zamanı ortaya çıxmışdır, buna gör ə də iddiaçı tərəfindən prosessual qanunvericiliyə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi həyata keçirilmiş və məhkəmə tərəfindən icraata qəbul edilmiş və hətta cavabdeh buna dair etiraz verərək öz münasibətini bildirmişdir.

82. Cavabdeh kassasiya şikayətində həmçinin göstərmişdir ki, qərar ləğv olunduğu halda, qeyd edilən məbləğ, yəni vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə hesabladığı məbləğ qüvvədə olacaq. Ekspert tərəfindən aparılmış hesablamanı vergi ödəyicisi əsaslı hesab edirsə, həmin dövr üzrə dəqiqləşdirilmiş bəyannamə verməli, kameral vergi yoxlaması aparılmalı və yalnız bundan sonra vergi ödəyicisinin vergisi üzrə azaldılması təsdiqlənməlidir.

83. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 72.5-ci maddəsinə ə sasən, “Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.” Buna görə də dəqiqləşdirilmiş hesabatı n təqdim edilməsi mümkün deyildir. Həmçinin qeyd olunduğu kimi artıq ödəmə ekspert rəyinə əsasən müəyyən olunmuş və məhkəmə icraatı zamanı ortaya çıxmışdır. Belə olan halda vergi orqanının hazırkı mərhələdə dəqiqləşdirilmiş bəyannamə tələb etməsi əsassızdır.

84. Belə ki, vergi yoxlaması zamanı iddiaçı dəqiqləşdirilmiş bəyannamə verə bilmədiyi üçün, məhkəmə sözügedən məsələyə qiymət verməyə haqlıdır.

85. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

86. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 2- 1(103)1875/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar