Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2794/2019 09.10.2019 ALİ MƏHKƏMƏ (Açar söz: kassasiya şikayətinin geri qaytarılması) Hakimlər Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçıinin Cavabdehinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyun 2019-cu il tarixli 2-1(103)1528/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini və işin materiallarını açıq məhkəmə iclasında nəzərdən keçirib aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıi Cavabdehinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehi n qəbul etdiyi 19.02.2019-cu il tarixli İNN 0057-18 UQQ AL nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin qəbul etdiyi 19.02.2019-cu il tarixli İNN 0057-18 UQQ AL nömrəli qərarın icrasının dayandırılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 may tarixli 2-1(81)-2204/2019 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1528/2019 saylı, 18 iyun 2019-cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 may tarixli 2-1(81)-2204/2019 nömrəli qərardadı dəyişdi rilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermişdir. İş kassasiya instansiyası məhkəməsinin icraatına daxil olduqdan sonra 20.08.2019-cu il tarixdə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 97.1-ci maddəsinə əsasən, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər Cavabdehin ərizəsi həmin normanın tələblərinə uyğundur. Yuxarıda göstərilənlərə və İPM-in 97-ci maddəsinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehinin kassasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin olunsun. Kassasiya icraatına xitam verilsin. Cavabdehə izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir.
Məhkəmə qərarları › İş №2-1(102)-2794/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2794/2019
09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver