Məhkəmə qərarları › İş №2-1(102)-2796/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2796/2019

05.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2796/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı nın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRARDAD giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı nın (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı ayrı-ayrı illərin sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1006/2019 saylı iş üzrə 8 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsinə dair ərizəsinə əsasən işə Ali Məhkəmənin binasında 5 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. təsviri hissə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının 1969-cu ildən 1972-ci ilədək, 1974-cü ildən 1979-cu ilədək işlədiyi müddət onun sığorta stajına daxil edilməklə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasın ın təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 8 may 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Cavabdeh ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərindən yaranmış zərurətlə əlaqədar olaraq imtina etdiklərini, şikayətdən imtina etdiklərini bildirmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. əsaslandırma hissəsi: Cavabdehin ərizəsi nəzərə alınaraq kassasiya şikayət i üzrə icraata xitam verilməlidir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilən ərizədə kassasiya şikayətinin geri götürülməsi xahiş edilmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 97.1-ci maddəsinə əsasən kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. İPM-in 97.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. İPM-in 97.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Bəhs olunan prosessual hüquq normalarına əsasən cavabdeh və vəkilinin ərizəsinə əsasən kassasiya şikayəti üzrə icraata xitam verilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyas ı şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 97 və 98.1-ci maddələrini rəhbər tutaraq qərar verdi: Ərizə təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1006/2019 saylı, 8 may 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar