Məhkəmə qərarları › İş №2-1(102)-2796/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2796/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2796/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət ehtiyacları üçün alınmanın təsirinə düşmüş daşınmaz əmlakla bağlı kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mülkiyyətdə olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alınması ilə əlaqədar təklif olunmuş təzminat (kompensasiya) məbləğinə əlavə edilməsi və həmin məbləğin dövlət büdcəsi hesabına cavab dehdən tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 2-1(103)-158/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 110 kv.m torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.

2. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” xx.xx.2018-ci il tarixli, 51 nömrəli qərarı ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süle yman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə vətəndaşlara məxsus 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan olaraq müəyyən edilmiş və cavabdehə tapşırılmışdır ki, qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

3. Cavabdeh həmin qərarın icrası məqsədi ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir.

4. İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 110 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarının təsiri altına düşmüşdür.

5. Dövlət ehtiyacları üçün satın alınma layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib olmuş müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müvafiq mənzillərin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsin dən asılı olaraq ***-**** manat arasında, torpaq sahəsinin hər kvadrat metri üçün isə son hədd əlavələr də nəzərə alınmaqla 500 manata qədər məbləğ müəyyən edilmişdir.

6. İddiaçıya məxsus torpaq sahəsi onun istifadəsindən çıxsa da, ona kompensasiya ödənilməmiş, iddiaçı təklif olunan kompensasiya məbləği ilə razılaşmamışdır.

7. İddiaçının təklif olunmuş 55000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq, təzminat məbləğinə 438257 manat əlavə edilməsi barədə cavabdehə müraciəti təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respub likası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 51 nömrəli qərarının icrası ilə əlaqədar onun mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh tərəfindən təklif olunmuş 55000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq, təzminat məbləğinə 438257 manat əlavə edilməsi və həmin məbləğin dövlət büdcəsi hesabına cavabdehdən tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 110 kv.m torpaq sahəsi əvəzi ödənilmədən dövlət ehtiyacları üçün alınmışdır. Torpaq sahəsi xx.xx.2006-cı il tarixli borc müqaviləsi əsasında yaranmış 350000 ABŞ dolları borcun əvəzinə iddiaçıya verilmişdir. Əvvəlki mülkiyyətçilər arasında yaranmış məhkəmə mübah isəsi zamanı xx.xx.2008-ci il tarixli “Barışıq razılaşması haqqında” müqavilə imzalanmış və həmin müqavilə Yasamal rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(004)-2635/08 nömrəli qərardadı ilə təsdiq edilmişdir. Torpağın dəyəri olan 350000 ABŞ dolları, xx.xx.2006-cı il tarixə, yəni borc müqaviləsinin bağlanma tarixinə (1 ABŞ dollarının manata məzənnəsi 0,9 manat hesabı ilə) 315000 manat və 1 kv.m torpağın dəyəri 2864 manat; xx.xx.2008-ci il tarixə, yəni barışıq sazişinin bağlanması tarixinə (1 ABŞ dollarının manata məzənnəsi 0,8096 manat hesabı ilə) 283360 manat və 1 kv.m torpağın dəyəri 2576 manat; xx.xx.2008-ci il tarixə, yəni qərardadın təsdiq olunma tarixinə (1 ABŞ dollarının manata məzənnəsi 0,8151 manat hesabı ilə) isə 285285 manat və 1 kv.metr torpağın dəyəri 2593 manat təşkil e tmişdir. 2019-cu ildən hal-hazıradək 1 ABŞ dollarının manata məzənnəsi 1,7 manatdır. Deməli, həmin dövrdən hazıradək manatın ABŞ dollarına nisbətdə inflyasiyası təqribən 80%-dən artıq olmuşdur. Cavabdehin əməkdaşları tərəfindən iddiaçıya qeyri-rəsmi şəkildə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsaslanaraq 1 kv.metr torpağın dəyəri təqribən 1000 manat olmaqla, 110000 manat məbləğində kompensasiyanın ödənilməsi təklif olunmuşdur ki, bu məbləğ də 64705 ABŞ dolları təşkil edir. Təklif olunan kompensasiya məbləği ədalətli olmamışdır. Təklif olunan kompensasiya qüvvədə olan normativ hüquqi aktın tələblərinə uyğun hesablanmamışdır, həmçinin 350000 ABŞ dollarına nisbətdə 5,4 dəfə azdır. Cavabdeh tərəfindən bilə-bilə qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verilmişdir, y əni dövlət ehtiyacları üçün alınan torpaq sahəsinə görə 1 kv.m üçün əvvəlcə 1000 manat təklif edilsə də və iddiaçı bu məbləğin ədalətli olmadığına görə müvafiq qurumlara müraciət etdikdən sonra həmin kompensasiyanı 500 manata azaltmaqla verdiyi yeni təklifin heç bir hüquqi əsası yoxdur. Ödəniləcək kompensasiyanın qiymətləndirilməsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 56.1.2-ci və 56.1.5-ci maddələrinin tələbləri nəzərə alınaraq, ona ödəniləcək kompensasiya məbləğinin 438257 manat təşkil etdiyini müəyyən etmək olar. Belə ki, 110 kv.m torpaq sahəsinin 350000 ABŞ dollarına (285285 manat) əldə olunması və həmin dövrdən hal-hazıradək manatın ABŞ dollarına nisbətən 81,1% (inflyasiyaya faizi) aşağı düşməsi, yəni Mərkəzi Bankın mövqeyinə əsasən kompensasiyanın 516651 manat (285285x181,1%) təşkil etdiyi, Dövlət Statistika Komitəsinin mövqeyinə əsasən isə həmin dövrdən 2019-cu ilin avqust ayınadək 164,7% inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə nisbətdə kompensasiyanın 469864 manat (285285x164,7%) təşkil etdiyi nəzərə alınmaqla, hər 2 hesablama üsuluna nisbətdə orta məbləğ olan 493257 manat ((516651+469864):2) kompensasiya ədalətli hesab edilməlidir.

10. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 110 kv.m torpaq sahəsinin dövlət ehtiyaclarına görə alınması ilə bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi üçün “Daşınmaz əmlakın alınması qrupu”nun sakinlər üçün keçirdiyi iclaslara dəfələrlə dəvət olunmasına baxmayaraq iddiaçı iclaslarda iştirak etməmişdir. Bu səbəbdə n həmin torpaq sahəsinə görə iddiaçıya kompensasiya məbləğinin hesablanması mümkün olmadığından kompensasiya ödənilməmişdir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun həyata keçirilir. İddiaçının tələb etdiyi kompensasiya məbləğinin verilməsi mümkün deyil, çünki iddiaçı şişirdilmiş kompensasiya məbləği tələb edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim: Şəlalə Həsənova) 04 sentyabr 2020-ci il tarixli, 2-1(112)-666/2020 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 51 nömrəli qərarının icrası ilə əlaqədar – iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh tərəfindən təklif olunmuş 55000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq təzminat məbləğinə 209000 manatın əlavə edilməsi və cəmi 264000 manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə və üzərində sərəncam vermək imkanı itirilmiş və beləliklə də həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafiə olunan mülkiyyət hüququna müdaxilə edilərək həmin hüquq ları pozulmuşdur. İddiaya qarşı qeyd olunan hallar, o cümlədən mülkiyyət haqqında sənədlərin təqdim edilmədiyi üçün kompensasiyanın hesablanmaması və hal-hazıradək ödənilməməsi onu göstərir ki, iddiaçının çoxsaylı müraciətləri və onun təqdim etdiyi sənədlər ümumiyyətlə araşdırılmamış, nəticədə iddiaçının qanunla qorunan hüquqları və mənafeyi pozulmuşdur. Hazırkı iş üzrə bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu üçün əsas olmuş halları sübut etmək vəzifəsini həmin müdaxiləni etmiş cavabdeh daşıyır. İddiaçıya ödənilməli kompensasiyanın müstəqil ekspert tərəfindən hesablanmaması və çoxsaylı müraciətlərdən sonra cavabdeh tərəfindən kompensasiyanın təklif edilməsi onu göstərir ki, kompensasiyanın qiymətləndirilməsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri ümumiyyətlə nəzərə alınmamışdır. Halbuki, həmin tələblərə əsasən iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsinin dövlət ehtiyacları üçün alınarkən ödəniləcək kompensasiyaya həm torpağın bazar dəyəri, həm də mövcud inflyasiya nəzərə alınmaqla müəyyən edilməli idi.

13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın “təzminat məbləğinə 209000 manat əlavə edilməsi və cəmi 264000 manat məbləğində kompensasiyanın tutulması” hissəsində dəyişdirilməsini, həmin hissənin “təzminat məbləğinə 438257 manat əlavə edilməsi və cəmi 493257 manat məbləğində kompensasiyanın tutulması” ilə əvəz olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

14. Həmçinin cavabdeh apellyasiya şikayəti verərək, həmin q ərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddianın 55000 manat məbləğində kompensasiya ödənilməsi hissəsində təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aida Hüseyn /sədrlik edən və məruzəçi/, Valeh Ağayev və Afaq Nuriyeva) 12 fevral 2021-ci il tarixli, 21(103)-267/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçıya 275000 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdi r ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlsə də, cavabdehdən tutulmalı olan kompensasiya məbləğinin müəyyən edilməsi zamanı, ağlabatan məbləğ olaraq ekspert rəyi ilə müəyyən edilən 2500 manat məbləğdən aşağı 2400 manat müəyyən etməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hər kv.metri üçün 2500 manat müəyyən edilən məbləği ağlabatan, ədalətli və qanuni hesab etmiş, həmin məbləğin məhkəmə tərəfindən azaldılması üçün hər hansı əsas müəyyən etməmişdir

17. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın “275000 manat məbləğində kompensasiyanın ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi” hissəsində dəyişdirilməsini, həmin hissənin “493257 manat məbləğində kompensasiyanın ödənilməsi və iddia tam təmin edilməsi” hissəsi ilə əvəz edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

18. Həmçinin cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rahib Nəbizadə /məruzəçi/, Zakir Quliyev və Bəhram Məmmədli) 14 iyul 2021-ci il tarixli, 2-1(102)-1170/2021 nömrəli qərarı ilə iddiaçının və cavabdehin kassasiya şikayətləri qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya ödənilməli ko mpensasiyanın müstəqil ekspert tərəfindən hesablanmaması və çoxsaylı müraciətlərdən sonra cavabdeh tərəfindən kompensasiyanın təklif edilməsi onu göstərir ki, kompensasiyanın qiymətləndirilməsində “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri ümumiyyətlə nəzərə alınmamış, alınmanın təsirinə məruz qalan iddiaçı ilə razılıq əldə olunmamış, torpaq sahəsinin bazar qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyi daşıdığı halda cavabdeh bu öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin presedentlərinə və milli qanunvericiliyin müvafiq normalarına istinad edərək bu nəticəyə gəlmişdir ki, hazırkı işdə iddiaçının hüquqlarına müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuş və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir.

21. Cavabdeh torpaq sahəsinin bazar qiyməti ilə bağlı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələb etdiyi qaydada məhkəmələrə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh şikayətində həmin ünvanda digər şəxslərlə bağlanmış torpaq sahəsinin alqı-satqı müqavilələrinə istinad edərək iddiaçının qiymətləndirmə rəyi ilə razılaşmadığını bildirmişdir. Məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1 və 58.2-ci maddələrinə istinad edərək bildirmişdir ki, bu Qanunun məqsədləri üçün torpağın bazar qiy məti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Cavabdehin istinad etdiyi alqı-satqı müqaviləsi və razılaşma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1-ci və 58.2-ci maddələrinin tələblərinə cavab vermədiyindən hazırkı işdə sübut kimi qəbul edilə bilməz.

22. Əmlak Ekspert Mərkəzi 2019-cu ilin dekabr ayında iddiaçının mülkiyyətində olan 110 kv.m torpaq sahəsinin bazar dəyərinin hər kvadratmetri 2500 manat olmaqla, cəmi 275000 manat hesablanması barədə rəy tərtib etmişdir. Ekspert rəyindən görünür ki, torpaq sahəsi qiymətləndirilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun müddəaları nəzərə alınmamışdır. Torpaq sahəsinin hər kvadratmetrinin məhz 2500 manat müəyyən edilməsi rəydə əsaslandırılmamışdır. Rəydə qiymətləndirmə aparılarkən ərazi üzrə daşınmaz əmlak bazarının monitorinqinin aparılması və təhlil olunması, monitorinq bazasında toplanan, əməkdaşlıq edilən reiltor qurumlarından, alqısatqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunduğu qeyd edilmiş, lakin həmin məlumatlar rəydə ətraflı göstərilməmiş və rəyə əlavə edilməmişdir.

23. İddiaçı tərəfindən b irinci instansiya və apellyasiya məhkəmələrinə təqdim edilmiş internet və digər məlumatlarda Bakı şəhəri, Yasamal rayonu ərazisində torpaq sahələrinin satış qiyməti göstərilmiş, apellyasiya məhkəməsi həmin məlumatlara münasibət bildirməmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarını təzminat məbləğinə 209000 manat əlavə edilməsi hissəsində mübahisələndirmiş, apellyasiya məhkəməsi iddiaçının şikayətinin dəlillərinə münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə kompensasiya hesablanmamasında və iddiaçıya kompensasiya ödənilməməsində cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasını müəyyən etməklə düzgün nəticəyə gəlsə də, həm iddiaçının, həm də cavabd ehin "xxxx" MMC-nin ekspert rəyi ilə razı olmadığına, eləcə də cavabdehin nümayəndəsinin təkrar ekspertiza keçirilməsinə dair vəsatətinə ümumiyyətlə qiymət verməmiş, həmin vəsatətin hansı səbəbdən qəbul edilməməsi araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlarla bağlı tam və hərtərəfli araşdırma aparmamış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpağın bazar qiymətini müəyyən etməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Vüsalə Baxışova /sədrlik edən və məruzəçi/, Raqib Qurbanov və Vidadi Məmmədov) 07 oktyabr 2022-ci il tarixli, 2-1(103)-236/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçıya 275000 manat kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən hər iki tərəf iddiaçının mülkiyyətində olmuş və dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinin real bazar qiymətinin müəyyən edilməsi üçün iş üzrə təkrar ekspertiza təyin edilməsi barədə vəsatət vermiş, məhkəmə tərəfindən vəsatətlər təmin edilərək iş üzrə yenidən əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın həyata keçirilməsi "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinə həvalə edilmişdir. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin xx.xx.2021-ci il tarixli ekspert rəyində iddiaçının mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin 2018-ci il üçün 1 kv.metrinin dəyəri 2315 manat olmaqla, ümumi dəyərinin 254600 manat, 2019-cu il üçün 1 kv.metrinin dəyəri 2420 manat olmaqla, ümumi dəyərinin 266200 manat, 2020-ci il üçün 1 kv.metrinin dəyəri 2500 olmaqla, ümumi dəyərinin 275000 manat olduğu qeyd edilmişdir. Həmin ekspert rəyi Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarındakı göstəricilər və məlumatlar nəzərə alınmaqla əsaslandırıldığından, ekspert tərəfindən qiymətləndirmə aparılarkən internet resurslarından istifadə edilərək yaxın ərazilərdə satışa təklif edilmiş torpa q sahələrinin bazar qiymətləri nəzərə alındığından məhkəmə hesab edir ki, həmin rəy əsas götürülərək iddiaçıya cavabdeh tərəfindən ödənilməli olan kompensasiyanın məbləği mövcud inflyasiya nəzərə alınmaqla torpaq sahəsinin 2020-ci il üçün müəyyən edilmiş qiyməti əsasında 1 kv.m üçün 2500 manat olmaqla 110 kv.m torpaq sahəsi üçün cəmi 275000 manat məbləğində müəyyən edilməlidir.

26. Məhkəmə tərəflərin təqdim etdikləri sübutları qiymətləndirərkən təkcə sübutun qəbuledilənliyi məsələsini və işə aidiyyətini deyil, həm də sübutedici dəyərini qiymətləndirməkdə sərbəstdir. Bu baxımdan məhkəmə həm iddiaçının, həm də cavabdehin apellyasiya şikayətlərinin dəlilləri və məhkəməyə təqdim etdikləri sübutlarla bağlı qeyd edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün alınan torpağa görə kompensasiya məbləği müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyənləşdirilməli olduğundan iddiaçı tərəfindən təqdim edilmiş internet saytlarından əldə edilmiş məlumatların və cavabdehin təqdim etdiyi alınan torpaq sahəsinin yerləşdiyi ərazidə dövlət ehtiyacları üçün alınmış daşınmaz əmlaklarla bağlı bağlanmış alqı-satqı müqavilələrinin iddiaçıya ödənilməli olan kompensasiya məbləği müəyyən edilərkən ekspert rəyindən üstün hüquqi qüvvəsi yoxdur. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı tərəfindən torpaq sahəsinin ona 350000 ABŞ dolları borclu olan şəxslə 2008-ci ildə barışıq sazişi bağlanması nəticəsində əldə edilməsi həmin sahənin bazar dəyərinin 2008-ci ildə 350000 ABŞ dolları olduğuna dair nəticəyə gəlmək üçün əsas deyil.

27. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İlqar Hüseynov /məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 14 mart 2023-cü il tarixli, 2-1(102)-274/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

29. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində sonuncu icraat zamanı işə əlavə edilmiş alqı-satqı müqavilələri də torpaqların dövlət ehtiyacları üçün alınması qa ydasında mülkiyyətçilərlə cavabdeh arasında bağlandığından, Ali Məhkəmənin iş üzrə əvvəlki qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, həmin növ müqavilələr “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1 və 58.2-ci maddələrinin tələblərinə cavab vermədiyindən hazırkı işdə sübut kimi qəbul edilə bilməzlər. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarında qeyd olunan hüquqi mövqeyi nəzərə alaraq “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin müddəalarının tələblərinin təmin olunması məqsədi ilə Yasamal rayonunun ərazisində fəaliyyət göstərən 12 və 23 saylı Notariat Ofislərinə müvafiq sorğularla müraciət etsə də, həmin sorğuların icra olunduğuna və bunun nəticələrinə dair işdə hər hansı məlumat yoxdur. 3

0. Torpağın bazar qiymətinin torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilməli olmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2ci maddəsində imperativ olaraq təsbit olunduğuna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin normanın tələbini təmin etməmiş, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun məqsədləri üçün torpağın bazar qiymətini həmin Qanunun 58.2-58.4-cü maddələrinin tələblərinə uyğun qaydada müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə təkrar qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə tərəflərin vəsatət verdiklərinə, bu sə bəblə də qiymətləndirmə ekspertizası təyin etməsinə və həmin qiymətləndirmənin nəticələrinə istinadı da vəziyyəti dəyişmir və məhkəməni “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun məqsədləri üçün torpağın bazar qiymətinin müəyyən edilməsi ilə bağlı həmin Qanunun 58.2-58.4-cü maddələrinin tələblərinə əməl etmək vəzifəsindən azad etmir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

31. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Günel Abbasova və Cahangir Yusifov) 20 iyun 2024cü il tarixli, 2-1(103)-158/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçıya 275000 manat kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin iş üzrə qərarlarındakı göstərişlərə müvafiq olaraq araşdırma həyata keçirmişdir. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun kompensasiya məbləğinin müəyyən edilməsi istiqamətində araşdırma aparılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə, Dövlət Notariat Arxivinə, 12 saylı Notariat Ofisinə, 23 saylı Notariat Ofisinə, 41 saylı Notariat Ofisinə yazılı sorğular ünvanlanaraq 2017-2018-ci illərdə Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi ünvanında yerləşən torpaq sahələrinə dair alqı-satqı müqavilələ rinin təsdiq edilmiş surətləri tələb olunmuşdur.

33. Məhkəmə sorğularına verilmiş müvafiq cavablar ondan ibarət olmuşdur ki, sözügedən ünvan üzrə məhkəməyə təqdim edilən alqı-satqı müqavilələrinin bir neçəsi mənzillərə dair olmuş, bir müqavilə isə məhz Cavabdeh ilə bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. Kassasiya instansiya məhkəməsinin göstərişini nəzərə alan məhkəmə kollegiyası qeyd edilən alqı-satqı müqavilələrinin heç birini sübut qismində qiymətləndirmir. Belə olan halda məhkəmə kollegiyasının qənaəti ondan ibarət olmuşdur ki, nə qədər ki, iddiaçı bir mülkiyyətçi kimi müvafiq sübutlar təqdim edərək ədalətli kompensasiya ödənilməsini tələb etmiş və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun məhkəmə araşdırması hərtərəfli aparıl sa da, müvafiq araşdırma nəticə verməmişdir, belə olan halda həmin Qanunun 23.1.5-ci maddəsinin tələblərinə uyğun məhkəmə kollegiyasının qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək mübahisəli ünvanda yerləşən torpaq sahəsinin 1 kv.metrinin 2018-ci il tarixə və hazırkı bazar qiymətinə uyğun qiymətləndirilməsinin aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/27xx-xx/2714 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, tədqiq olunan Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi dalan 2, ev 9 ünvanında yerləşən 110 kv.m torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpaq sahələrinin mövcud orta bazar dəyəri təqribən 275000 (110 kv.m x 2500 manat) manat müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən ekspert rəyi daha əvvəlki icraatlar zamanı keçirilmiş qiymətləndirmə rəyləri ilə eynilik təşkil etdiyindən, onun mötəbərliyini şübhəyə alan məqamlar mövcud deyildir. Məhkəmə kollegiyası həm iddiaçının, həm də cavabdehin apellyasiya şikayətlərinin dəlillərini və məhkəməyə təqdim etdikləri sübutlarla bağlı qənaətini onunla əsaslandırır ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün alınan torpağa görə kompensasiya məbləği müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyənləşdirilməli olduğundan, iddiaçı tərəfindən təqdim edilmiş internet saytlarından əldə edilmiş məlumatların və c avabdehin təqdim etdiyi alınan torpaq sahəsinin yerləşdiyi ərazidə dövlət ehtiyacları üçün alınmış daşınmaz əmlaklarla bağlı bağlanmış alqı-satqı müqavilələrinin iddiaçıya ödənilməli olan kompensasiya məbləği müəyyən edilərkən ekspert rəyindən üstün hüquqi qüvvəsi yoxdur.

35. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

36. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/27xx-xx/2714 nömrəli ekspert rəyinin apellyasiya instansiyası məhkəməsi tərəfindən süb ut kimi qiymətləndirilməsi qanunsuz olmuşdur. Belə ki, həmin ekspert rəyində 2500 manat torpaq sahəsinə deyil, yaşayış sahəsinə münasibətdə müəyyən edilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi həmin ekspert rəyini mötəbər sübut hesab etməsini daha əvvəlki icraatlar zamanı keçirilmiş qanunazidd (qeyrirəsmi internet resurslarına istinad edilməsi, notarial qaydada bağlanmış müqavilələrə istinad edilməməsi, şəxsi mülahizəyə əsaslanması və s.) qiymətləndirmə rəyləri ilə eynilik təşkil etməsi ilə əsaslandırmışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi digər payçılara münasibətdə iddiaçıya dəfələrlə artıq kompensasiya məbləği hesablamaqla sosial ədalət prinsipini pozmuşdur. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

39. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. M addə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraş dırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həm in torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquq i şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 40. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə t utulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 9.1. Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Maddə 20.1. Torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən: 20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır; Maddə 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qə rarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilmə lidir. Maddə 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Maddə 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəy i hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Maddə 56.1. Bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: 56.1.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; 56.1.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya; 56.1.3. torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti; 56.1.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; 56.1.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; 56.1.6. alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. Maddə 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya al ınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Maddə 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağ ın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Maddə

74. Bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. 41. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respu blikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli, 689 nömrəli Fərmanı

2. Müəyyən edilsin ki: 2.3. dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləs i ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər

43. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəm ə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən hə ddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

45. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı kompensasiyanın məbləği hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

47. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi dövlət ehtiyacları üçün məcburi qaydada alınmış ona məxsus torpaq sahəsinə görə müvafiq kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir.

48. Bu qərarın 38-39-cu bəndlərində istinad olunan normalara görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Nəzərə almaq lazımdır ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir.

49. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

50. Qeyd olun an normaların məzmunundan göründüyü kimi, mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla və ya ona müdaxilə edilə bilər. Yuxarıda istinad olunan normalar belə məhdudlaşdırma və ya müdaxilə çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanını da nəzərdə tutur.

51. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inziba ti orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.

52. Yuxarıda istinad olunan normalarda dövlət ehtiyacları mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Buna rəğmən, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı hallarda da mülkiyyətə müdaxilə ilə bağlı istinad olunan normalarda nəzərdə tutulmuş tələblərə əməl olunması zərurəti nəzərə alınmalıdır.

53. Mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə əmlakın mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əs asın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalar, tələblər və şərtlərlə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunması zəruridir.

54. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiliklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Cavabdeh tərəfindən sözügedən torpaq sahəsinin ictimai maraqlar və ictimai rifah naminə alınması belə, ədalətli kompensasiyanı istisna edən və ya onun məbləğinə təsir edən (azaldılmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz.

55. Konkret mübahisəyə münasibətdə, sözügedən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmanın təsiri altına düşməsi işin faktiki halları ilə öz təsdiqini tapır. Mübahisəli məqam kompensasiyanın məbləği ilə bağlıdır. Bu baxımdan kompensasiya məbləğinin bu qərarın 38-40-cı bəndlərində istinad edilən normalarda təsbit olunmuş prinsiplər və tələblər nəzərə alınmaqla müəyyən edilməlidir.

56. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçıya 275000 manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul etmiş və bu zaman ona istinad etmişdir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun məhkəmə araşdırması hərtərəfli aparılsa da, müvafiq araşdırma nəticə vermədiyindən, mübahisəli ünvanda yerləşən torpaq sahəsinin 1 kv.metrinin 2018 -ci il tarixinə və hazırkı bazar qiymətinə uyğun qiymətləndirilməsi üçün həmin Qanunun 23.1.5-ci maddəsinin tələblərinə uyğun məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/27xx-xx/2714 nömrəli ekspert rəyi ilə sözügedən torpaq sahəsinə yaxın ərazilərdə yerləşən analoji torpaq sahələrinin mövcud orta bazar dəyəri təqribən 275000 (110 kv.m x 2500 manat) manat müəyyən edilmişdir. Ekspert rəyi daha əvvəlki icraatlar zamanı verilmiş qiymətləndirməyə dair rəylərlə eynilik təşkil etdiyindən, sonuncu rəy mötəbər hesab olunmuş və həmin rəy əsasında kompensasiya məbləği müəyyən olunmuşdur.

57. Hazırkı mübahisəyə dair iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında ifadə e dilmiş mövqe ondan ibarət olmuşdur ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun məqsədləri üçün torpağın bazar qiymətinin müəyyən edilməsi ilə bağlı həmin Qanunun 58.2-58.4-cü maddələrinin tələblərinə riayət olunmalıdır. Bu qaydada araşdırma nəticə vermədiyi hallarda isə, formalaşmış inzibati praktika və məhkəmə təcrübəsi, habelə bərabər yanaşma prinsipi nəzərə alınmaqla qərar qəbul edilməlidir.

58. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun hərtərəfli araşdırmanın aparılmasına rəğmən, müvafiq araşdırmanın nəticə vermədiyi qeyd olunmuşdur. Halbuki, iş üzrə materiallardan apellyasiya məhkəməsi tərəfindən həmin normanın tələbləri baxımından Bakı şəhəri nin Yasamal rayonunda torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı analoji mübahisələrə dair işlər üzrə formalaşmış məhkəmə təcrübəsinin və inzibati praktikanın nəzərə alınmadığı görünür.

59. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.4cü maddəsinə əsasən, torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda, həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

60. Bakı şəhərinin Yasamal rayonunda torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı analoji mübahisələrə dair işlər üzrə formalaşmış məhkəmə təcrübəs inə və inzibati praktikaya əsasən torpaqların dövlət ehtiyacları üçün alınması zamanı torpaq sahəsinin hər kv.m-ə görə 1500 manat hesablanmaqla kompensasiyanın məbləği müəyyən olunur. Bu qaydada müəyyən olunmuş kompensasiya məbləğinə, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz miqdarında məbləğ də əlavə olaraq hesablanır.

61. Məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə də bu qərarın 57-58 və 60-cı bəndlərində qeyd olunmuş mövqeyə uyğun olaraq aparılmış hesablamaya əsasən hesab edir ki, iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği 198000 manat (110 kv.m x 1500 manat = 165000 manat. 165000 manat x 20% = 33000 manat. 165000 manat + 33000 manat = 198000 manat) müəyyən edilməlidir.

62. Beləlikl ə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı kompensasiyanın məbləği hissəsində dəyişdirilməli, iddiaçıya 198000 manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2024-cü il tarixli, 21(103)-158/2024 nömrəli qərarı kompensasiyanın məbləği hissəsində dəyişdirilir. İddiaçı 198000 manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 20 iyun 2024-cü il tarixli, 21(103)-158/2024 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar