Məhkəmə qərarları › İş №2-1(102)-2797/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2797/2019

05.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2797/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: apellyasiya şikayəti üzrə müddətin bərpası giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöb əsinə (bundan sonra mətndə cavabdeh) qarşı ayrı-ayrı illərin sığorta stajına daxil edilməsi və hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1634/2019 saylı, 16 iyul 2019-cu il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 5 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan dəqiqləşdirilmiş ərizə ilə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 11 sentyabr 1980-ci ildən 29 may 2007-ci ilə qədər olan dövrün sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2018-ci tarixli qərarı ilə iddia qismən təmin edilərək 11 sentyabr 1980-ci ildən 1 yanvar 2006-cı ilədək işlədiyi illər sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh 27 iyun 2018-ci il tarixdə birinci instansiya məhkəməsinin qərarını aldığını bildirib həmin qərardan 29 may 2019-cu ildə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının2-1(103)-1634/2019 saylı 16 iyul 2019-cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellya siya şikayəti üzrə qanunda nəzərdə tutulan müddət cavabdeh tərəfindən buraxılmışdır. Cavabdeh 25 iyul 2019-cuil tarixdə qərardadın surətini almış, 31 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul olunmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin qərarı onlara göndərilmişdir. Onlardan asılı olmayaraq şikayət müddəti buraxılmışdır. Prosessual müddət üzrlü səbəbdən buraxıldığından bərpa edilməlidir. Rəhbərlik dəyişiləndən sonra yeni hallar müəyyən edilmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxt ı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə 14 may 2018-ci il tarixli qərar qəbul etmiş və qərarın surətini 31 may 2018-ci il tarixli məktubla cavabdehə göndərm işdir. Cavabdehin birinci instansiya məhkəməsinin qərarını hansı vaxt almasına dair işdə sübut olmasa da, cavabdeh apellyasiya şikayətində məhkəmənin qərarını 27 iyun 2018-ci il tarixdə rəsmi şəkildə aldığını təsdiq etmişdir. İPM-in 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də, məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müd dətində inzibati-iqtisadi məhkəmə vasitəsi ilə verilir (İPM-in 85.1-ci maddəsi). İPM-in 23.1-cü maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Cavabdehin mübahisə açdığı birinci instansiya məhkəməsinin 14 may 2018-ci il tarixli qərarından şikayət vermə müddəti 27 iyun 2018-ci il tarixdə başlamış, 27 iyul 2018ci il tarixdə bitmişdir. Apellyasiya şikayəti isə bundan 10 ay sonra təqdim edilməklə şikayət vermə müddəti 9 ay buraxılmışdır. Apel lyasiya instansiyası məhkəməsinin cavabdehə göndərdiyi bildirişdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası 16 iyul 2019-cu il tarixə təyin edilmişdir, məhkəmə iclasında iştirak etmələri xahiş olunur və məhkəmə iclasına gəlmədiyi halda da, iştirakları olmadan işə baxıla və qərar qəbul edilə bilər. Bildirişdə həmçinin cavabdehə izah edilmişdir ki, həmin gün şikayətin prosessual müddətin ötürülməsi ilə bağlı mümkünlük məsələsinə baxılacaqdır. İşdə olan sənədlərdən görünür ki, cavabdehə göndərilən məhkəmə bildirişi 18 iyun 2019-cu il tarixdə qəbul edilmiş, lakin məhkəmə iclasında nümayəndəsi iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsi 16 iyul 2019-cu il tarixli qərardadında İPM-in 85.1 və 24.1-ci maddələrinə isti nad edərək iddiaçının 30 gün müddətində apellyasiya şikayəti vermədiyi üçün şikayəti mümkün saymamışdır. İPM-in 87.4-cü maddəsinə görə apellyasiya mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı cavabdehi lazımi qaydada məlumatlandırmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış və o, məhkəmə iclasının keçirilməsi məqsədi barədə (apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı) aydın bilgiyə malik olmuşdur. Apellyasiya məhkəməsi göndərdiyi bildirişdə apellyasiya şikayəti üzrə mümkünlüyə baxılmasını, mümkünlüyün şikayət üzrə müddətilə bağlı olmasını cavabdehin diqqətinə çatdırmışdır. Dinlənilmə hüququnun təmin edilməsi tələbi mühüm əhəmiyyət daşıyır. Məhkəmə icraatının iştirakçılarına mübahisənin həlli ilə bağlı əhəmiyyət kəsb edən bütün iş materiallarına dair öz mövqelərini ifadə etmək üçün imkan yaradılmalıdır. Bunun üçün məhkəmə proses iştirakçılarını icraatın mərhələsi, işin faktiki və hüquqi hallarına dair öz mövqeyi barədə elə şəkildə məlumatlandırmalıdır ki, onlar bununla bağlı məzmun baxımdan münasibət bildirə bilsinlər. Bəhs olunanlara əsasən məhkəmə kollegiyasının mövqeyinə görə hazırkı vəziyyətdə apellyasiyanın mümkünlüyü ilə bağlı lazımi qaydada məlumatlandırılan cavabdehin dinlənilmə hüququ təmin edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdiril mədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.8 96.9 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1634/2019 saylı, 16 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar